"Bu cür yaramazların cavabını yalnız bu dövlətin təəssübünü çəkən vətəndaşlar verməməlidir" - deputat
Sosial
Oxunub: 461
20 avq 2018 | 14:41
"Bu cür yaramazların cavabını yalnız bu dövlətin təəssübünü çəkən vətəndaşlar verməməlidir" - deputat
















Azrbaycan türkləri ilə iç içə, canı-qəlbi, məişəti tarixi ən yaxın olan, ətlə dırnaq qədər bir-birinə bağlı olan əsas xalqlardan biri məhz talış xalqıdır. Siyasi natamamlıq, etnik küstahlıq motivləri ilə kimlərsə bəzən bu xalq haqqında incidəcək ifadələr işlədibsə, bunu heç vaxt türklərin talışlara münasibəti kimi qələmə vermək doğru deyil. Həqiqətən talışlar Azərbaycanın ən dəyərli etnik sərvətidir və kimlərsə başqa yerlərdən idarə olunan siyasi konspektlərlə hansısa ayrılıq toxumları səpməyə çalışsalar da, sağduyulu türklər və talışlar birlikdə bu ləyaqətsiz addımların qarşısını almağı bacaracaqlar. Çünki Azərbaycanın gələcəyi, bütövlüyü məhz bu birliyin qorunmasından keçir. Bu ayrılığı Rusiyada da, Avropa məkanında da salmağa çalışırlar və bəzən də nail olurlar. Ona görə də hər iki xalqın təmsilçiləri bir-birinə qarşı ehtiyatsız fikirlər səsləndirməkdən çəkinməli, bir ölkənin bərabərhüquqlu vətəndaşları kimi problemləri mədəni şəkildə çözməlidirlər. Xaricdə yaşayan bir neçə ayrılıqçı düşüncəyə sahib insanlar var ki, məhz talış xalqını qarşıdurmaya sövq etmək üçün ən çirkin üsullara əl atırlar.

Əlbəttə, hər bir xalqın mədəni, siyasi, sosial xarakterli müxtəlif problemləri ola bilər və bunları Azərbaycan dövlətinin qanunları çərçivəsində gündəmə gətirmək olduqca zəruridir. Bunların həlli üçün də birlikdə çalışmamız daha çox işin xeyrinə olardı. Ancaq istər türk milliyətçisi mövqeyindən, istərsə talış milliyətçisi mövqeyindən çıxış edərək cəmiyyətə qarşı tərbiyəsizlik nümayiş etdirmək, birbaşa bu şəxslərin özlərini gülünc vəziyyətə qoyur. Diqqət edirəm, Əli İmranov Tolışı adlı həm Azərbaycan dövlətinin, həm də birbaşa talış xalqının düşməni olan şəxs sosial şəbəkədəki paylaşımlarında Məhəmməd Əmin Rəsulzadəni və Əbülfəz Elçibəyi fahişələrə məxsus üslubda təhqir edir, ünvanlarına söyüş yağdırır və hiss olunur ki, birbaşa milli ədavəti körükləmək tapşırığını yerinə yetirir. Məqsəd aydındır, bu şəxsin hansı konspektdən istifadə etdiyi bəllidir. Bu cür yaramazların cavabını yalnız bu dövlətin təəssübünü çəkən vətəndaşlar verməməlidir, həm də öz xalqını və bu dövləti sevən ləyaqətli talış ziyalıları verməlidirlər. Ən azı deməlidirlər ki, ay Tolışı ləqəbindən istifadə edən ləyaqətsiz, talışların sosial, mədəni problemlərini qaldırmaq niyyəti ilə Azərbaycan dövlətinin qurucuları barədə təhqiramiz fikirlər qətiyyən bir araya sığmır, bu qızışdırıcılığın ən böyük ziyanı da məhz talış xalqına dəyir. Mənim onlarla talış dostum var, hamısı etiraf edir ki, 1993-cü ildə Əlikram Hümbətovun o zamankı Rusiya və İran kəşfiyyatının maraqlarını qabardan təxribatçı hərəkətləri qədər talış xalqına tarixdə ikinci belə zərbə vurulmayıb. Bu səbəbdən də Azərbaycan dövlətini sevən, onun gələcəyini düşünən hər kəs bu məmləkətdə türklərlə başqa xalqların, özəlliklə də talışların dostluğunun möhkəmləndirilməsi üçün öz töfhəsini verməlidir. Separatçı düşüncəyə qarşı isə birlikdə və qətiyyətlə çıxış etməliyik.

Fazil Mustafa, Millət vəkili \\modertor.az\\
Dünən, 16:00
Bakının mümkün çağırışı: Zelenki razılaşacaq. Bəs Putin? - AKTUAL
Dünən, 15:30
"Fransadan və onunla eyni siyasi xətti bölüşənlərdən fərqli olaraq..." - ŞƏRH
Dünən, 14:22
Yeganə alternativ “Ermənistan layihəsinin” bağlanması ola bilər” - AKTUAL
Dünən, 14:17
Maliyyə məsələsi COP29-un əsas mövzusu olacaq
Dünən, 14:00
Almatı görüşündən sonra sülh müqaviləsi hazırlanacaq? - GƏLİŞMƏ
Dünən, 13:29
Ağdərədə sümük fraqmentləri aşkarlanıb
Dünən, 13:26
Azərbaycanda Məhərrəmlik ayı bu tarixdə BAŞLAYACAQ
Dünən, 13:23
Azərbaycanla Albaniya arasında saziş təsdiqləndi
Dünən, 13:20
ABŞ-nin Azərbaycandakı səfiri Şuşaya səfər edib
Dünən, 12:03
Rusiyaya PUA hücumu - Çoxsaylı ölü və yaralı var
Dünən, 11:58
Ermənistan-Azərbaycan arasında daha bir sərhəd kəndində delimitasiya başlayıb
Dünən, 11:54
Prezident Həştərxan vilayətinin qubernatorunu qəbul edib
Dünən, 11:30
Bəzi rayonlarda elektrik enerjisinin verilişi dayandırıldı - SƏBƏB
Dünən, 11:08
Azərbaycanda erməni öz minasına düşdü
Dünən, 10:56
Abituriyentlərin nəzərinə: Qeydiyyat üçün son gün
Dünən, 10:51
Son günlər azyaşlılar arasında yayılan yeni virus nədir? - VİDEO
Dünən, 10:44
İsrail ordusu Qəzzadan geri çəkilir
Dünən, 10:40
İşğal vaxtı Xankəndidə doğulan sonuncu azərbaycanlının acı taleyi... - VİDEO
Dünən, 10:35
İslam dininə artan tələbatdan narahatıq - Qərb mediası
Dünən, 10:31
Bakı ağlasığmazı bacardı, Kreml anladı və qərar verdi - ABŞ
Dünən, 10:00
Çin Azərbaycan üzrə lider olub - FOTO
Dünən, 09:46
ABŞ-də Fələstin etirazlarını kimlər maliyyələşdirir? - "Politico"dan SENSASİYA
Dünən, 09:43
Cini buraxdıq: atom qədər təhlükəli olan süni intellekt - Baffet
Dünən, 09:17
Avropada ilk nüvə zərbəsi endiriləcək ölkə məlum oldu: NATO Rusiya ilə savaş planı qurur, silah şirkətləri varlanır
Dünən, 09:00
Məsuliyyətsiz bəyanatlar, dominant olmaq istəyi: Avropada fransız-alman dueli
4-05-2024, 09:59
Erməni baş prokurordan Kamil Zeynallı açıqlaması
4-05-2024, 09:50
“Müharibənin yeni mərhələsi ilə üz-üzəyik”