Qarabağ”ın dağıdılmasına dözməyib özünü güllələyən Mayor Əvəzovun qızı danışır: “Atam demişdi ki, …”
Sosial
Oxunub: 433
20 avq 2018 | 11:00
Qarabağ”ın dağıdılmasına dözməyib özünü güllələyən Mayor Əvəzovun qızı danışır: “Atam demişdi ki, …”














Qazaxıstanın paytaxtı Astana şəhərinin ətrafında, Karaqanda və Pavlodar vilayətlərini birləşdirən şosse yolunun kənarında yerləşən “Qarabağ” adlı kafesinin sökülməsinə dözməyən azərbaycanlı Mayor Əvəzovun özünü güllələyərək intihar etməsi bu ölkədə geniş rezonans doğurub.

Virtualaz.org xəbər verir ki, “Tengrinews.kz” portalının müxbiri hadisə yerində olub və intihar edən azərbaycanlı-60 yaşlı Əvəzov Mayor Rəşid oğlunun qızı, 23 yaşlı Tünzalə Rəşidli və sahibkarın yas məclisinə toplaşan azərbaycanlılarla söhbətləşib.Xatırladaq ki, bu faciə avqustun 16-da baş verib. Astana məhkəməsi kafenin yerləşdiyi torpaq sahəsinin dövlətə məxsus olduğunu əsas gətirərək obyektin sökülməsi haqda ötən il qərar çıxarıb. Əvəzov qərardan şikayət verib və uduzub. Nəhayət həmin gün məhkəmə icraçıları polisin müşaiyəti ilə kafeni sökməyə gəliblər. Bu vaxt Əvəzov kafenin yaxınlığındakı meşəyə çəkilərək özünü ov tüfəngindən vurub. Hadisə ilə bağlı intihara məcbur etmə maddəsi ilə cinayət işi qaldırılıb.Sayt yazır ki, o qədər də böyük olmayan kafeni Mayor Əvəzov 2010-cu ildə tikmişdi. Qızının bildirdiyinə görə atası kafenin yerləşdiyi torpaq sahəsini icarəyə götürüb.

“Bu torpaq sahəsi 2015-ci ilə qədər bir şirkətə məxsus olub. Biz onu 2020-ci ilə qədər icarəyə götürmüşdük. Bütün sənədlərimiz, müqaviləmiz var. Vergiləri verirdik, hər şey necə lazımsa. Lakin 2015-ci ildə şirkətdən həmin torpaq sahəsini müsadirə ediblər, bizə heç kim bu barədə xəbər verməyib. Həmin vaxt tikili artıq mövcud idi. O, kafeni özü tikmişdi. Burada biz maşınla yol keçən adamlara yemək verirdik. Və özümüz də burada yaşayırdıq-mən, anam, atam”-intihar edən Əvəzovun qızı danışır.Tünzalə bildirir ki, texnika kafeni sökməyə başlayandan bir az sonra atasının intihar etdiyini öyrənib. “Biz başa düşürdük ki, kafeni boşaltmaq lazımdır, amma xahiş etmişdik vaxt versinlər ki, əşyaları, avadanlığı daşıyaq. Baş prokurorluqda bizə sentyabrın 10-na qədər vaxt vermişdilər ki, əşyalarımızı çıxaraq. Amma buna baxmayaraq sökməyə başladılar”-o deyir.

Tünzalə danışır ki, atasının ov tüfənginin olduğunu bilmirdi. “Mən atəş səsi eşitmədim, sadəcə onu gördüm ki, adamlar oradan qaçır və “Öldü, öldü” deyə qışqırır”-o xatırlayır.

Faciənin baş verdiyi yerə Əvəzovun qohumları və tanışları toplaşıb. Yol kənarındakı kafedə yas məclisi qurulub, ehsan verilir. Əvəzovu doğulduğu Azərbaycanda dəfn edəcəklər.O, qaçqın idi. 90-cı illərdə Qazaxıstana gəlmişdi, onu rəsmən qaçqın kimi tanımışdılar, sonra vətəndaşlıq aldı…Əvvəllər onun Həştərxan şossesinin kənarında kafesi var idi, amma yandı. Sonra isə bu kafeni özü tikmişdi”-Əvəzovun qohumu Rabil Quliyev bildirir.

Sayt kafenin söküləməsi barədə videorolik də yayıb. Kadrlardan görünür ki, kafnn sahibi söküntü üçün gələnlərdən əşyaları çıxarmaq üçün vaxt istəyir, texnikanı dayandırmağı tələb edir. Əşyaları çıxarmaq üçün iki nəfərin içəri keçməsinə icazə verilir…
Dünən, 16:00
Bakının mümkün çağırışı: Zelenki razılaşacaq. Bəs Putin? - AKTUAL
Dünən, 15:30
"Fransadan və onunla eyni siyasi xətti bölüşənlərdən fərqli olaraq..." - ŞƏRH
Dünən, 14:22
Yeganə alternativ “Ermənistan layihəsinin” bağlanması ola bilər” - AKTUAL
Dünən, 14:17
Maliyyə məsələsi COP29-un əsas mövzusu olacaq
Dünən, 14:00
Almatı görüşündən sonra sülh müqaviləsi hazırlanacaq? - GƏLİŞMƏ
Dünən, 13:29
Ağdərədə sümük fraqmentləri aşkarlanıb
Dünən, 13:26
Azərbaycanda Məhərrəmlik ayı bu tarixdə BAŞLAYACAQ
Dünən, 13:23
Azərbaycanla Albaniya arasında saziş təsdiqləndi
Dünən, 13:20
ABŞ-nin Azərbaycandakı səfiri Şuşaya səfər edib
Dünən, 12:03
Rusiyaya PUA hücumu - Çoxsaylı ölü və yaralı var
Dünən, 11:58
Ermənistan-Azərbaycan arasında daha bir sərhəd kəndində delimitasiya başlayıb
Dünən, 11:54
Prezident Həştərxan vilayətinin qubernatorunu qəbul edib
Dünən, 11:30
Bəzi rayonlarda elektrik enerjisinin verilişi dayandırıldı - SƏBƏB
Dünən, 11:08
Azərbaycanda erməni öz minasına düşdü
Dünən, 10:56
Abituriyentlərin nəzərinə: Qeydiyyat üçün son gün
Dünən, 10:51
Son günlər azyaşlılar arasında yayılan yeni virus nədir? - VİDEO
Dünən, 10:44
İsrail ordusu Qəzzadan geri çəkilir
Dünən, 10:40
İşğal vaxtı Xankəndidə doğulan sonuncu azərbaycanlının acı taleyi... - VİDEO
Dünən, 10:35
İslam dininə artan tələbatdan narahatıq - Qərb mediası
Dünən, 10:31
Bakı ağlasığmazı bacardı, Kreml anladı və qərar verdi - ABŞ
Dünən, 10:00
Çin Azərbaycan üzrə lider olub - FOTO
Dünən, 09:46
ABŞ-də Fələstin etirazlarını kimlər maliyyələşdirir? - "Politico"dan SENSASİYA
Dünən, 09:43
Cini buraxdıq: atom qədər təhlükəli olan süni intellekt - Baffet
Dünən, 09:17
Avropada ilk nüvə zərbəsi endiriləcək ölkə məlum oldu: NATO Rusiya ilə savaş planı qurur, silah şirkətləri varlanır
Dünən, 09:00
Məsuliyyətsiz bəyanatlar, dominant olmaq istəyi: Avropada fransız-alman dueli
4-05-2024, 09:59
Erməni baş prokurordan Kamil Zeynallı açıqlaması
4-05-2024, 09:50
“Müharibənin yeni mərhələsi ilə üz-üzəyik”