"Əgər bizi mənzillərimizdən çıxarsalar, bütün məsuliyyət Adilağa Hüseynovun üzərinə düşəcək" - GİLEY
Sosial
Oxunub: 592
18 avq 2018 | 17:15
"Əgər bizi mənzillərimizdən çıxarsalar, bütün məsuliyyət Adilağa Hüseynovun üzərinə düşəcək" - GİLEY














"Dünən Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin bir qrup əməkdaşı Bakı şəhəri, Xətai rayonu, F.Bayramov küçəsi, 1156-cı məhəlləyə gələrək, həmin ünvanda yerləşən 1, 2, 3 və 4 saylı binalarda yaşayan 10 ailəni küçəyə ataraq mənzillərinin qapılarını dəyişdiriblər".

Bunu Tezadlar.az-a bu gün səhər saatlarında redaksiyamızda olan "Sahil-D" MTK-nın icraçı direktoru Adilağa Hüseynov deyib. Sakinlərin yaşadıqları mənzillərdən qanunsuz çıxarıldığını deyən icraçı direktor əməkdaşımızı hadisə yerinə dəvət edib: "Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşlarının dünənki qanunsuz hərəkətləri sakinlərin hiddətinə səbəb olub. Xahiş edirəm, əməkdaşlarınızı hadisə yerinə göndərin, görsünlər ki, güç strukturları qanunsuz olaraq sakinlərin başına hansı oyunları gətirirlər".

Sözügedən ünvanda olan əməkdaşlarımız sakinlərlə görüşüb, nə baş verdiyini öyrənməyə çalışıblar. Sakinlər bildiriblər ki, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin bir qrup əməkdaşının onları yaşadıqları mənzillərdən çıxartmağa cəhd etsələr də, buna nail olmayıblar, lakin mənzillərin qapılarını dəyişdiriblər: "Biz halal pulumuzu "Sahil-D" MTK-nın icraçı direktoru Adilağa Hüseynova verib mənzil almışıq. İndi isə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları gəlib bizi öz mənzillərimizdən çıxarırlar ki, guya bura Mehmed Şimşek adlı bir türkə məxsusdur. Xahiş edirik, bizim səsimizi daxili işlər naziri cənab Ramil Usubovun diqqətinə çatdırın ki, asayiş keşikçiləri, təhlükəsizliyimizi qorumalı olan polislər heç bir əsas, əllərində məhkəmə qərarı olmadan bizi zorla mənzillərimizdən bayıra atmağa çalışırlar. Düzdür, binamızı inşa edən "Sahil-D" MTK-nın təsisçisi İlham Qasımov hal-hazırda həbsdədir, Allah qapısını açsın, amma onun icraçı direktoru Adilağa Hüseynovun sayəsində bizim qapılarımız bağlanır. Niyə o, bizim harayımıza gəlmir? Qaçıb gizlənib. Əgər bizi mənzillərimizdən çıxarsalar, bütün məsuliyyət Adilağa Hüseynovun üzərinə düşəcək. Bu gün o, qaçıb gizlənsə də, yəqin ki, qanunlarımızdan qaçıb canını qurtara bilməyəcək. Biz artıq ondan şübhələnməyə başlamışıq. Deyəsən, bu işlərin arxasındakı, bizim başımıza bu oyunu gətirən elə Adilağa Hüseynovun özüdür. Yoxsa, çıxar ortaya bizi müdafiə edər. Onun sizi buraya dəvət etməsi əslində gözə kül üfürməkdir. Guya ki, bizi müdafiə edir. Bəs hanı, haradadır? Gəlsin yanımzda dayansın, haqqımızı müdafiə eləsin. Qaçıb gizlənmək çıxış yolu deyil".

Əməkdaşımız sakinlərin bu narazılığı ilə bağlı bəzi məqamlara aydınlıq gətirmək üçün Adilağa Hüseynovla telefon əlaqəsi saxlamağa çalışıb, lakin zəngləri cavabsız qalıb.
Sakinlərin video çıxışları sayta yüklənməyə hazırlanır... Bizi izləyin..."Əgər bizi mənzillərimizdən çıxarsalar, bütün məsuliyyət Adilağa Hüseynovun üzərinə düşəcək" - GİLEY"Əgər bizi mənzillərimizdən çıxarsalar, bütün məsuliyyət Adilağa Hüseynovun üzərinə düşəcək" - GİLEY"Əgər bizi mənzillərimizdən çıxarsalar, bütün məsuliyyət Adilağa Hüseynovun üzərinə düşəcək" - GİLEY"Əgər bizi mənzillərimizdən çıxarsalar, bütün məsuliyyət Adilağa Hüseynovun üzərinə düşəcək" - GİLEY
Bu gün, 15:30
"Fransadan və onunla eyni siyasi xətti bölüşənlərdən fərqli olaraq..." - ŞƏRH
Bu gün, 14:22
Yeganə alternativ “Ermənistan layihəsinin” bağlanması ola bilər” - AKTUAL
Bu gün, 14:17
Maliyyə məsələsi COP29-un əsas mövzusu olacaq
Bu gün, 14:00
Almatı görüşündən sonra sülh müqaviləsi hazırlanacaq? - GƏLİŞMƏ
Bu gün, 13:29
Ağdərədə sümük fraqmentləri aşkarlanıb
Bu gün, 13:26
Azərbaycanda Məhərrəmlik ayı bu tarixdə BAŞLAYACAQ
Bu gün, 13:23
Azərbaycanla Albaniya arasında saziş təsdiqləndi
Bu gün, 13:20
ABŞ-nin Azərbaycandakı səfiri Şuşaya səfər edib
Bu gün, 12:03
Rusiyaya PUA hücumu - Çoxsaylı ölü və yaralı var
Bu gün, 11:58
Ermənistan-Azərbaycan arasında daha bir sərhəd kəndində delimitasiya başlayıb
Bu gün, 11:54
Prezident Həştərxan vilayətinin qubernatorunu qəbul edib
Bu gün, 11:30
Bəzi rayonlarda elektrik enerjisinin verilişi dayandırıldı - SƏBƏB
Bu gün, 11:08
Azərbaycanda erməni öz minasına düşdü
Bu gün, 10:56
Abituriyentlərin nəzərinə: Qeydiyyat üçün son gün
Bu gün, 10:51
Son günlər azyaşlılar arasında yayılan yeni virus nədir? - VİDEO
Bu gün, 10:44
İsrail ordusu Qəzzadan geri çəkilir
Bu gün, 10:40
İşğal vaxtı Xankəndidə doğulan sonuncu azərbaycanlının acı taleyi... - VİDEO
Bu gün, 10:35
İslam dininə artan tələbatdan narahatıq - Qərb mediası
Bu gün, 10:31
Bakı ağlasığmazı bacardı, Kreml anladı və qərar verdi - ABŞ
Bu gün, 10:00
Çin Azərbaycan üzrə lider olub - FOTO
Bu gün, 09:46
ABŞ-də Fələstin etirazlarını kimlər maliyyələşdirir? - "Politico"dan SENSASİYA
Bu gün, 09:43
Cini buraxdıq: atom qədər təhlükəli olan süni intellekt - Baffet
Bu gün, 09:17
Avropada ilk nüvə zərbəsi endiriləcək ölkə məlum oldu: NATO Rusiya ilə savaş planı qurur, silah şirkətləri varlanır
Bu gün, 09:00
Məsuliyyətsiz bəyanatlar, dominant olmaq istəyi: Avropada fransız-alman dueli
4-05-2024, 09:59
Erməni baş prokurordan Kamil Zeynallı açıqlaması
4-05-2024, 09:50
“Müharibənin yeni mərhələsi ilə üz-üzəyik”
4-05-2024, 09:44
Prezidentin məktubları BMT-dəki daimi nümayəndələrə çatdırılıb