Xaləddin İsgəndərovdan qalma problem... - Yeni başçı ya həll edə bilmir, ya da həll etmək istəmir...
Sosial
Oxunub: 573
17 avq 2018 | 20:47
Xaləddin İsgəndərovdan qalma problem... - Yeni başçı ya həll edə bilmir, ya da həll etmək istəmir...
















Məşhur Ayna Sultanova parkı 5 ilə yaxındır mühasirədədir. Park təmir adı ilə bağlanıb. Amma Binəqədi rayon İcra Hakimiyyəti ərazidə təmir işləri aparmır.

Belədirsə, parkın 5 ildir hasarlanmasının mənası nədir deyə sakinlər AzEuroNews.com-un əməkdaşına sual edirlər. Onların sözlərinə görə, ətrafda yaşayanlar parka istirahətə çıxırdılar.

► Park məhv olmaqdadır

Di gəl ki, Atatürk prospektində yerləşən bu kiçik parkın illərlə uzanan “təmiri” onların istirahətini pozub. Susuzluqdan zəhmətlə əkilib böyüdülən ağaclar da quruyub məhv olurlar.

Parkda çəkiliş apararkən gördük ki, ot qalaqları, zibil dağları bir kənara toplanıb, A.Sultanovanın büstünə toxunulmayıb, köhnə skamyalar da öz yerindədir.

Yəni, parkda heç bir təmir işi getməyib və 5 ildir ərazi Binəqədi RİH tərəfindən “işğaldadır”. Sakinlər şübhələnirlər ki, park satışa çıxarılıb.

“Demişdilər ki, Avropa Oyunlarına qədər təmir edəcəyik. Biz də sevindik ki, nə yaxşı, rahat dincələ biləcəyik. Amma bizi aldatdılar, 5 ildir təmir getmir. Onda açın da…” ,- deyə Binəqədi sakini Fazil Cümşüdov şikayətlənir.

O deyir ki, Ayna Sultanova parkı 1980-cı ildə yaranıb, ərazisi 1,6 hektar sahəni əhatə edir.

► “Elta Construction” qeybə çəkilib

Parkda Ayna Sultanovanın heykəli, həmçinin bir ədəd fəvvarə mövcuddur, Atatürk prospekti ilə Ziya Bünyadov küçəsinin kəsişməsində yerləşir.

Hələ 2014-cü ildə Binəqədi RİH-dən modern.az-a bildirilib ki, yeni layihəyə əsasən, parkın ərazisi ən müasir səviyyədə qurulacaq.

Yenidənqurma işləri “Elta Construction” şirkəti tərəfindən aparılır. İstifadəyə verildiyi müddətdən indiyə kimi heç-bir bərpa işləri aparılmayan park ən müasir standartlara uyğun olaraq yenidən qurulacaq.

Parkda sakinlərin istirahəti üçün oturacaqların, uşaqlar üçün əyləncə qurğularının, yaşıllıq zolaqlarının salınması və gül kollarının əkilməsi, həmçinin müasir işıqlandırma sisteminin qurulması nəzərdə tutulub.

Layihəyə əsasən, Ayna Sultanovanın heykəlinin ətrafı yüksək zövqlə yeni tərtibatda yenilənəcək. Bu heykəl 1986-cı ildə ucaldılıb.

► RİH-nin qırmızı yalanı…

Göründüyü kimi, həmin açıqlamadan 4 il keçib, nə adıçəkilən şirkət tərəfindən iş görülüb, nə Binəqədi RİH bu layihənin icrası üçün tələb irəli sürüb.

Bir müddət öncə hasarın üzərində layihəni “Elta Construction” şirkətinin gerçəkləşdirəcəyi ilə bağlı lövhə də vardı. Ancaq hazırda bu lövhə görünmür.

Sakinlərsə şəkk-şübhədədirlər. Onlar parkda işlər aparılmadıqca ərazinin satıldığı qənaətinə gəliblər. Ona görə də eyvanlarından parkın ərazisini gözaltında saxlayıblar.

Xatırladaq ki, vaxtilə Azərbaycanda rəhbər vəzifələrdə çalışmış Ayna Sultanova Kommunist Partiyasının ideyalarını həyata keçirən siyasi və ictimai xadimlərindən biri olub.

O, Azərbaycanın sovet dövrü tarixinin tanınmış simalarından olan Həmid Sultanovun həyat yoldaşı, inqilabçı Qəzənfər Musabəyovun bacısı olub.

Ayna Sultanova 1938-ci ildə qardaşı Qəzənfər Musabəyov və həyat yoldaşı Həmid Sultanovla birlikdə repressiyaya məruz qalıb və xalq düşməni kimi güllələnib.Xaləddin İsgəndərovdan qalma problem... - Yeni başçı ya həll edə bilmir, ya da həll etmək istəmir...Xaləddin İsgəndərovdan qalma problem... - Yeni başçı ya həll edə bilmir, ya da həll etmək istəmir...Xaləddin İsgəndərovdan qalma problem... - Yeni başçı ya həll edə bilmir, ya da həll etmək istəmir...Xaləddin İsgəndərovdan qalma problem... - Yeni başçı ya həll edə bilmir, ya da həll etmək istəmir...Xaləddin İsgəndərovdan qalma problem... - Yeni başçı ya həll edə bilmir, ya da həll etmək istəmir...
Bu gün, 16:00
Bakının mümkün çağırışı: Zelenki razılaşacaq. Bəs Putin? - AKTUAL
Bu gün, 15:30
"Fransadan və onunla eyni siyasi xətti bölüşənlərdən fərqli olaraq..." - ŞƏRH
Bu gün, 14:22
Yeganə alternativ “Ermənistan layihəsinin” bağlanması ola bilər” - AKTUAL
Bu gün, 14:17
Maliyyə məsələsi COP29-un əsas mövzusu olacaq
Bu gün, 14:00
Almatı görüşündən sonra sülh müqaviləsi hazırlanacaq? - GƏLİŞMƏ
Bu gün, 13:29
Ağdərədə sümük fraqmentləri aşkarlanıb
Bu gün, 13:26
Azərbaycanda Məhərrəmlik ayı bu tarixdə BAŞLAYACAQ
Bu gün, 13:23
Azərbaycanla Albaniya arasında saziş təsdiqləndi
Bu gün, 13:20
ABŞ-nin Azərbaycandakı səfiri Şuşaya səfər edib
Bu gün, 12:03
Rusiyaya PUA hücumu - Çoxsaylı ölü və yaralı var
Bu gün, 11:58
Ermənistan-Azərbaycan arasında daha bir sərhəd kəndində delimitasiya başlayıb
Bu gün, 11:54
Prezident Həştərxan vilayətinin qubernatorunu qəbul edib
Bu gün, 11:30
Bəzi rayonlarda elektrik enerjisinin verilişi dayandırıldı - SƏBƏB
Bu gün, 11:08
Azərbaycanda erməni öz minasına düşdü
Bu gün, 10:56
Abituriyentlərin nəzərinə: Qeydiyyat üçün son gün
Bu gün, 10:51
Son günlər azyaşlılar arasında yayılan yeni virus nədir? - VİDEO
Bu gün, 10:44
İsrail ordusu Qəzzadan geri çəkilir
Bu gün, 10:40
İşğal vaxtı Xankəndidə doğulan sonuncu azərbaycanlının acı taleyi... - VİDEO
Bu gün, 10:35
İslam dininə artan tələbatdan narahatıq - Qərb mediası
Bu gün, 10:31
Bakı ağlasığmazı bacardı, Kreml anladı və qərar verdi - ABŞ
Bu gün, 10:00
Çin Azərbaycan üzrə lider olub - FOTO
Bu gün, 09:46
ABŞ-də Fələstin etirazlarını kimlər maliyyələşdirir? - "Politico"dan SENSASİYA
Bu gün, 09:43
Cini buraxdıq: atom qədər təhlükəli olan süni intellekt - Baffet
Bu gün, 09:17
Avropada ilk nüvə zərbəsi endiriləcək ölkə məlum oldu: NATO Rusiya ilə savaş planı qurur, silah şirkətləri varlanır
Bu gün, 09:00
Məsuliyyətsiz bəyanatlar, dominant olmaq istəyi: Avropada fransız-alman dueli
4-05-2024, 09:59
Erməni baş prokurordan Kamil Zeynallı açıqlaması
4-05-2024, 09:50
“Müharibənin yeni mərhələsi ilə üz-üzəyik”