“Paytaxt McDonald’slarında mənşəyi məlum olmayan məhsullardan istifadə olunur” – iddia
Sosial
Oxunub: 434
17 avq 2018 | 12:27
“Paytaxt McDonald’slarında mənşəyi məlum olmayan məhsullardan istifadə olunur” – iddia














Eyyub Hüseynov: “Orada mənşəyi məlum olmayan məhsullardan istifadə edilir”

2016-cı ildə Donna C adlı xanım “McDonald’s”a belə bir sual verib: “McDonald’s GMO-dan istifadə edirmi?”

Kanada “McDonald’s”dan xanımın sualına cavab olaraq bildirilir ki, onların menyusunda bütün Kanada daxilində mağaza və restoranlarda olan maddələrə oxşar GMO ehtiva edə bilər: “GMO məhsullarını istifadə etmək istəməyən müstəqil fermerlərin (təchizatçılarımızı təmin edən) qərarı var və Kanadada GMO etiketləməsi tələb olunmadığı üçün xüsusi bir siyahı təqdim edə bilmərik”.

Fastfoodun insan orqanizmi üçün zərərləri barədə illərdir mütəxəssislər bar-bar bağırır. Hətta bəzi mənbələr irəli gedərək fastfoodu genetik silah da adlandırırlar. Dünyanın bir çox ölkələrində öz məşhurlaşan “McDonald’s”da satılan məhsullarda GMO olması ilə bağlı iddialar da çoxdur.

“Paytaxt McDonald’slarında mənşəyi məlum olmayan məhsullardan istifadə olunur” – iddia


Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, hər 3 ildən bir müxtəlif ölkələrdə keçirilən dünya konqreslərində McDonald’s haqqında mənfi fikirlər söylənir: “AİB istehsalçı hüquqlarını qoruyan beynəlxalq təşkilatın üzvüdür. 120 ölkədən olan həmkarlarımız McDonald’sdan istifadə etməməyə çağırır. Bunun birinci səbəbi budur ki, orada istehsal olunan mallar mənşəyi məlum olmayan məhsullardan istifadə edilir. İstisna edilmir ki, ora Genetik Modifikasiya Olunmuş mallar da gətirilir. Beynəlxalq təşkilatların hesabatında orada istifadə edilən ketçuplar, kartof qızartmaları, çipslər və s. böyük əksəriyyəti GMO kimi şərh olunur. Azərbaycanda bunların ekspertizasını aparmaq mümkündür. Azad İstehlakçılar Birliyi olaraq biz müşahidə apara bilərik, nümunə götürüb ekspertiza etdirmək də olar. Amma o ekspertizanın hüquqi əsası olmayacaq. Bunu araşdırmaq üçün Qida Təhlükəsizliyi Agentliyi ekspertiza aparmalıdır ki, hüquqi əsası olsun”.

“Paytaxt McDonald’slarında mənşəyi məlum olmayan məhsullardan istifadə olunur” – iddia


Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin mətbuat xidmətinin rəhbəri Mansur Piriyev qəzetimizə açıqlamasında qeyd etdi ki, ölkəyə daxil olan qida məhsullarına agentlik tərəfindən nəzarət olunur: “Hazırda qida sahəsində fəaliyyət göstərən müəssisələrin, sahibkarlıq subyektlərinin qeydiyyatı prosesi həyata keçirilir və qeydiyyatla bağlı olaraq gələcəkdə digər müəssisələr kimi təbii ki, McDonald’sa da baxış keçiriləcək”.

Bakıdakı McDonald’s restoranlar şəbəkəsindən isə “Yeni Müsavat”a bildirildi ki, McDonald’s Azərbaycan restoranlarında istifadə olunan məhsullarda və inqridiyentlərinin tərkibində heç bir GMO istifadə olunmur:“McDonald’s Azərbaycan şirkəti hər zaman müştərilərinə yüksək keyfiyyətli məhsul təqdim edir, eyni zamanda bütün yerli və beynəlxalq qida təhlükəsizliyi standartlarını qoruyur. McDonald’s Azərbaycan şirkəti idxal etdiyi və istifadə etdiyi bütün məhsullar müvafiq dövlət və müstəqil laboratoriyalar tərəfindən yoxlanır. Bütün analizlər, məhsulun tərkibi və mənşəyi haqqında müvafiq sertifikatlar təqdim edildikdən sonra məhsullar ölkə daxilinə buraxılır. Bildiyiniz kimi, McDonald’s Azərbaycan üçün qida təhlükəsizliyi və məhsulların keyfiyyəti ən önəmli və prioritet məsələdir. McDonald’s Azərbaycan restoranlarında istifadə olunan məhsullar yüksək keyfiyyət və qida təhlükəsizliyinə malik olan və McDonald’s-in standartlarına cavab verən istehsal müəssisələrindən alır. Dəfələrlə McDonald’s Azərbaycan şirkətinin dəvəti ilə KİV nümayəndələri bu istehsal müəssisələrinə və restoranlarımıza dəvət olunublar. Dəvət zamanı bütün istehsal prosesi ilə yaxından tanış olub, hazırlanan və istifadə olunan xammalın keyfiyyətini və təhlükəsizliyini öz gözləri ilə görüblər”.
Bu gün, 12:32
Prezidentlərin iştirakı ilə açılış mərasimi keçirilir - FOTOLAR - YENİLƏNİB
Dünən, 10:44
Daha bir “Prius” qəzası - Ölən və yaralananlar var - Foto
Dünən, 10:39
Könülün qətlindən sonra nənəsi də öldü
Dünən, 10:24
Ana oğlunun şəhid olduğu yeri ilk dəfə gördü - VİDEO
Dünən, 10:19
DİN xaricdə təhsil almaq istəyənlərə XƏBƏRDARLIQ etdi - FOTO
Dünən, 10:13
Müdafiə Nazirliyinin rəhbər heyəti hərbi vəzifəlilərlə görüşüb
Dünən, 09:18
Blinkenin “gecə konserti” qorxunc sirri ifşa etdi: Ukrayna ABŞ-a daha lazım deyil
Dünən, 09:00
Paşinyan istefaya hazırlaşır? - Xandanyan açıqladı
17-05-2024, 16:00
Ermənilər Xocalı aeroportunu niyə bu formada tikiblər? – Sirr açıldı
17-05-2024, 15:30
Ermənilərin sərhəd TƏLAŞI... - Daha çox ərazi...
17-05-2024, 14:22
Sülhməramlıları xatırlayarkən: separatçılığa dəstək, terrora yardım... - "Həmişə Azərbaycana qarşı qərəzli mövqedə dayandılar"
17-05-2024, 14:04
Lukaşenkodan Şuşada traktor hədiyyəsi - FOTOLAR
17-05-2024, 13:58
İlham Əliyev və Aleksandr Lukaşenko Şuşa şəhərinə səfər ediblər
17-05-2024, 12:51
Azərbaycan XİN: Fransa tərəfi üzr istəməlidir
17-05-2024, 12:00
Prezidentlər Füzulinin Baş planı ilə tanış oldu
17-05-2024, 11:53
Əliyev Lukaşenkonu Füzulidə qarşıladı - FOTOLAR
17-05-2024, 11:46
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - AÇIQLAMA
17-05-2024, 11:41
Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri yenidən görüşüblər
17-05-2024, 11:05
Rövşən Nəcəf UEFA prezidenti ilə görüşüb
17-05-2024, 11:01
Misir İsrailin təklifini rədd edib - "Reuters"
17-05-2024, 10:56
Pedofillərlə bağlı qanunda dəyişiklik edildi - RƏSMİ
17-05-2024, 10:51
Türkiyə Xarici İşlər Nazirliyində ciddi dəyişiklik
17-05-2024, 10:33
Füsunkar təbiəti ilə seçilən Kəlbəcərdən yeni görüntülər - VİDEO
17-05-2024, 10:28
Azərbaycanın İrandakı səfirliyinin yeri dəyişdirilib
17-05-2024, 10:21
Azərbaycanla proses uğurlu keçdi - Qriqoryan
17-05-2024, 09:26
"Kurtlar vadisi"nin aktyoru Azərbaycan vətəndaşı olmaq istəyir
17-05-2024, 09:21
ABŞ ruslara qarşı sanksiyalar tətbiq etdi