Sahil Babayev DOST layihəsindən danışdı
Sosial
Oxunub: 479
13 avq 2018 | 12:00
Sahil Babayev DOST layihəsindən danışdı















Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Azərbaycan Prezidenti İlham Əliyevin 9 avqust tarixli “Əhalinin məşğulluğu, əmək, sosial müdafiə və təminat sahələrində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” fərmanından irəli gələn vəzifələrə, nazirliyin tabeliyində DOST (Dayanıqlı və Operativ Sosial Təminat) Agentliyinin və mərkəzlərinin yaradılması istiqamətində görüləcək işlərə həsr olunmuş iclas keçirilib.
Bu barədə nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

İclasda əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev dövlət başçısının qeyd olunan fərmanının ölkədə məşğulluq, əmək, sosial müdafiə və təminat sahələrində idarəçilik və əhaliyə xidmətlər sisteminin innovativ əsaslar üzərində inkişafına və tam yeni keyfiyyət mərhələsinə daxil olmasına şərait yaratdığını vurğulayıb. Nazir Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın əhalinin sosial müdafiəsinin gücləndirilməsində, xüsusi qayğıya ehtiyac duyan insanların qayğı ilə əhatə olunmasında mühüm xidmətlərini diqqətə çatdırıb. O bildirib ki, Fərmana əsasən DOST Agentliyi və mərkəzlərinin yaradılması yönündə ƏƏSMN-nin təklifləri əsasında aidiyyəti layihələrin və təkliflərin hazırlanmasının təmin edilməsi və Azərbaycan Respublikasının Prezidentinə təqdim olunması Azərbaycan Respublikasının Birinci vitse-prezidentinə həvalə olunub. Bu da sosial sahədə aparılan islahatlara, əhaliyə göstərilən dövlət sosial xidmətlərinin keyfiyyətinin artırılmasına yüksək səviyyədə diqqəti və qayğını bir daha təsdiq edir.

S.Babayev yaradılacaq DOST mərkəzlərinin əmək, məşğulluq, sosial təminat, ünvanlı dövlət sosial yardımı, əlillik, pensiya, sosial sığorta və digər aidiyyəti sahələrdə xidmətlərinin “bir pəncərə” prinsipi üzrə təkmil və sistemli, sadələşdirilmiş, eyni zamanda bir-biri ilə əlaqələndirilmiş şəkildə, tam şəffaf, operativ və vətəndaşlarla açıq iş şəraitində əhaliyə təqdim etməyə imkan verəcəyini deyib.
O diqqətə çatdırıb ki, DOST mərkəzinə müraciət edən vətəndaşın hansı sosial təminat növü (pensiya, ünvanlı sosial yardım, sosial müavinət, işsizlikdən sığorta və s.) ilə təmin olunmaq hüququnun olub-olmadığı elektron məlumat bazalarında onunla bağlı məlumatların operativ araşdırılması nəticəsində dərhal müəyyən olunacaq. Belə bir hüquq yarandığı halda vətəndaş elə mərkəzdəcə aidiyyəti sənədləri təqdim etməklə təyinat aparılaraq, müvəkkil banka onun üçün ödəniş kartı sifariş ediləcək. Yaxud işsiz və işaxtaran şəxs mərkəzdə onun üçün bütün mümkün məşğulluq xidmətləri (əmək bacarığına və seçiminə uyğun vakant iş yerinə göndəriş əldə etmək, özünüməşğulluq proqramına və ya peşə hazırlığına, ödənişli ictimai işə cəlb edilmək və s.) təqdim ediləcək və seçiminə uyğun təminat həyata keçiriləcək. Həmçinin reabilitasiya, sosial sığorta münasibətləri, sosial xidmətə cəlb olunma və digər sahələr üzrə belə xidmətlər göstəriləcək. DOST mərkəzlərində müvafiq sahələr üzrə sənədlər (arayış, vəsiqə və s.) çevik şəkildə hazırlanaraq fiziki və hüquqi şəxslərə təqdim olunacaq.

Nazir həmçinin qeyd edib ki, mərkəzlərdə vətəndaşlar müvafiq sahələr üzrə xidmətlər barədə məlumatlara asan şəkildə çıxış imkanları da əldə edəcək, xidmətlərdən istifadə prosedurları sadəliyi, çevikliyi və müraciət edən vətəndaş üçün rahatlığı ilə seçiləcək. Ümumilikdə DOST mərkəzlərinin əsas iş prinsipi müraciət edən şəxslərin göstərilən xidmətlərdən məmnun qalmasını nəzərdə tutur.

S.Babayev bildirib ki, Prezidentin tapşırığına uyğun olaraq DOST Agentliyi və mərkəzlərinin yaradılması istiqamətində görüləcək işlərin ilkin yol xəritəsi artıq hazırdır və ilk DOST mərkəzinin yaradılması üçün gələn ay pilot rayon müəyyən olunacaq.

İclasda Prezident İlham Əliyevin 9 avqust 2018-ci il tarixli fərmanından irəli gələn vəzifələr, DOST Agentliyi və mərkəzlərinin yaradılması sahəsində görüləcək işlər geniş müzakirə olunub.
Dünən, 10:44
Daha bir “Prius” qəzası - Ölən və yaralananlar var - Foto
Dünən, 10:39
Könülün qətlindən sonra nənəsi də öldü
Dünən, 10:24
Ana oğlunun şəhid olduğu yeri ilk dəfə gördü - VİDEO
Dünən, 10:19
DİN xaricdə təhsil almaq istəyənlərə XƏBƏRDARLIQ etdi - FOTO
Dünən, 10:13
Müdafiə Nazirliyinin rəhbər heyəti hərbi vəzifəlilərlə görüşüb
Dünən, 09:18
Blinkenin “gecə konserti” qorxunc sirri ifşa etdi: Ukrayna ABŞ-a daha lazım deyil
Dünən, 09:00
Paşinyan istefaya hazırlaşır? - Xandanyan açıqladı
17-05-2024, 16:00
Ermənilər Xocalı aeroportunu niyə bu formada tikiblər? – Sirr açıldı
17-05-2024, 15:30
Ermənilərin sərhəd TƏLAŞI... - Daha çox ərazi...
17-05-2024, 14:22
Sülhməramlıları xatırlayarkən: separatçılığa dəstək, terrora yardım... - "Həmişə Azərbaycana qarşı qərəzli mövqedə dayandılar"
17-05-2024, 14:04
Lukaşenkodan Şuşada traktor hədiyyəsi - FOTOLAR
17-05-2024, 13:58
İlham Əliyev və Aleksandr Lukaşenko Şuşa şəhərinə səfər ediblər
17-05-2024, 12:51
Azərbaycan XİN: Fransa tərəfi üzr istəməlidir
17-05-2024, 12:00
Prezidentlər Füzulinin Baş planı ilə tanış oldu
17-05-2024, 11:53
Əliyev Lukaşenkonu Füzulidə qarşıladı - FOTOLAR
17-05-2024, 11:46
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - AÇIQLAMA
17-05-2024, 11:41
Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri yenidən görüşüblər
17-05-2024, 11:05
Rövşən Nəcəf UEFA prezidenti ilə görüşüb
17-05-2024, 11:01
Misir İsrailin təklifini rədd edib - "Reuters"
17-05-2024, 10:56
Pedofillərlə bağlı qanunda dəyişiklik edildi - RƏSMİ
17-05-2024, 10:51
Türkiyə Xarici İşlər Nazirliyində ciddi dəyişiklik
17-05-2024, 10:33
Füsunkar təbiəti ilə seçilən Kəlbəcərdən yeni görüntülər - VİDEO
17-05-2024, 10:28
Azərbaycanın İrandakı səfirliyinin yeri dəyişdirilib
17-05-2024, 10:21
Azərbaycanla proses uğurlu keçdi - Qriqoryan
17-05-2024, 09:26
"Kurtlar vadisi"nin aktyoru Azərbaycan vətəndaşı olmaq istəyir
17-05-2024, 09:21
ABŞ ruslara qarşı sanksiyalar tətbiq etdi
17-05-2024, 09:17
Polşa “Bayraktar”lara qovuşdu