Azərbaycandan “Ağdam” şərabına görə Latviyaya etiraz (FOTOLAR)
Sosial / Dunya
Oxunub: 710
12 avq 2018 | 22:30
Azərbaycandan “Ağdam” şərabına görə Latviyaya etiraz (FOTOLAR)















Mediada Latviyada “Ağdam” və “Agdams” markalı şərabların istehsalı ilə bağlı yazılar dərc edildikdən sonra Patent və ticarət nişanları üzrə Mərkəz faktla bağlı yoxlama aparıb. “Qaynarinfo” xəbər verir ki, bunu Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən virtualaz.org-a bildiriblər.

Komitə müəyyən edib ki, Latviyanın Patent üzrə İdarəsi “Ağdam” portveyni üçün “UAB İTAİNA” şirkətinə, “Agdams” ticarət nişanı üçünsə “LATVİJAS BALZAMS” şirkətinə patent təqdim edib. Lakin qeydiyyat zamanı portveynlərin Azərbaycan mənşəli olduğu göstərilib.

Azərbaycanın Patent və ticarət nişanları üzrə Mərkəzi Latviyanın Patent üzrə İdarəsinə məktub göndərərək bildirib ki, Ağdam Azərbaycan şəhəridir və sovet dövründə eyniadlı şərabın istehsalına görə məşhurluq qazanıb.

Məktubda o da qeyd olunur ki, “Ağdam” ticarət nişanı üçün Latviya şirkətlərinə patent təqdim edərək, Latviyanın Patent üzrə İdarəsi istehlakçıları çaşdırır. Latviya patent idarəsinin diqqətinə çatdırılıb ki, “Ağdam” ticarət nişanı üçün Latviya şirkətlərinə patent təqdim edilməsi Paris konvensiyasının 10-cu maddəsini və Latviya Respublikasının “Ticarət nişanları və coğrafi göstərici mənşəyi haqqında” Qanununu kobud şəkildə pozur. Latviyanın Patent üzrə İdarəsinə təklif edilib ki, “Ağdam” ticarət nişanlarının qeydiyyatını ləğv etsin və gələcəkdə bu cür halların baş verməməsi üçün tədbirlər görsün.

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi bu məsələni nəzarəti altında saxlayacaq.

Xatırladaq ki, əfsanəvi Azərbaycan şərab markası Baltikyanı ölkələrin aparıcı alkohollu içkilər istehsalçısı hesab edilən “Latvijas balzams” tərəfindən istehsal olunur və “Agdams” adı altında dünyanın 30 ölkəsinə ixrac edilir.Azərbaycandan “Ağdam” şərabına görə Latviyaya etiraz (FOTOLAR)Azərbaycandan “Ağdam” şərabına görə Latviyaya etiraz (FOTOLAR)
Dünən, 10:44
Daha bir “Prius” qəzası - Ölən və yaralananlar var - Foto
Dünən, 10:39
Könülün qətlindən sonra nənəsi də öldü
Dünən, 10:24
Ana oğlunun şəhid olduğu yeri ilk dəfə gördü - VİDEO
Dünən, 10:19
DİN xaricdə təhsil almaq istəyənlərə XƏBƏRDARLIQ etdi - FOTO
Dünən, 10:13
Müdafiə Nazirliyinin rəhbər heyəti hərbi vəzifəlilərlə görüşüb
Dünən, 09:18
Blinkenin “gecə konserti” qorxunc sirri ifşa etdi: Ukrayna ABŞ-a daha lazım deyil
Dünən, 09:00
Paşinyan istefaya hazırlaşır? - Xandanyan açıqladı
17-05-2024, 16:00
Ermənilər Xocalı aeroportunu niyə bu formada tikiblər? – Sirr açıldı
17-05-2024, 15:30
Ermənilərin sərhəd TƏLAŞI... - Daha çox ərazi...
17-05-2024, 14:22
Sülhməramlıları xatırlayarkən: separatçılığa dəstək, terrora yardım... - "Həmişə Azərbaycana qarşı qərəzli mövqedə dayandılar"
17-05-2024, 14:04
Lukaşenkodan Şuşada traktor hədiyyəsi - FOTOLAR
17-05-2024, 13:58
İlham Əliyev və Aleksandr Lukaşenko Şuşa şəhərinə səfər ediblər
17-05-2024, 12:51
Azərbaycan XİN: Fransa tərəfi üzr istəməlidir
17-05-2024, 12:00
Prezidentlər Füzulinin Baş planı ilə tanış oldu
17-05-2024, 11:53
Əliyev Lukaşenkonu Füzulidə qarşıladı - FOTOLAR
17-05-2024, 11:46
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - AÇIQLAMA
17-05-2024, 11:41
Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri yenidən görüşüblər
17-05-2024, 11:05
Rövşən Nəcəf UEFA prezidenti ilə görüşüb
17-05-2024, 11:01
Misir İsrailin təklifini rədd edib - "Reuters"
17-05-2024, 10:56
Pedofillərlə bağlı qanunda dəyişiklik edildi - RƏSMİ
17-05-2024, 10:51
Türkiyə Xarici İşlər Nazirliyində ciddi dəyişiklik
17-05-2024, 10:33
Füsunkar təbiəti ilə seçilən Kəlbəcərdən yeni görüntülər - VİDEO
17-05-2024, 10:28
Azərbaycanın İrandakı səfirliyinin yeri dəyişdirilib
17-05-2024, 10:21
Azərbaycanla proses uğurlu keçdi - Qriqoryan
17-05-2024, 09:26
"Kurtlar vadisi"nin aktyoru Azərbaycan vətəndaşı olmaq istəyir
17-05-2024, 09:21
ABŞ ruslara qarşı sanksiyalar tətbiq etdi
17-05-2024, 09:17
Polşa “Bayraktar”lara qovuşdu