“Dedi ki, monopliyanı Ziya Məmmədovdan alıb ona verirlər” - sabiq MTN-çi işə qayıtmaq üçün rüşvət verib
Sosial
Oxunub: 555
11 avq 2018 | 20:46
“Dedi ki, monopliyanı Ziya Məmmədovdan alıb ona verirlər” - sabiq MTN-çi işə qayıtmaq üçün rüşvət verib















Bakıda sabiq MTN işçisinə qarşı külli miqdarda dələduzluq etməkdə ittiham edilən şəxs hakim qarşısına çıxarılıb. Məhkəmə prosesində məlum olub ki, dələduzluqda ittiham edilən şəxs Azərbaycanda müxtəlif yüksək vəzifəli məmurlarla əlaqələrinin, qohumluğunun olduğunu deyərək müxtəlif şəxslərə qarşı da dələduzluq edib.

Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda dələduzluqda ittiham edilən Azad Əliyevin cinayət işi üzrə məhkəmə iclası keçirilib.

Hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən məhkəmə iclasında dövlət ittihamçısı ittiham aktını elan edib. İttihamda yazılır ki, Azad Əliyev Faiq Muxtarovun etibarından sui-istifadə edərək biznes qurmaq, işə düzəltmək və müxtəlif vədlərlə külli miqdarda pul alıb. Ittihama görə, Azad Əliyev universitetə adam qəbul etdirmək, işə düzəltmək, biznes qurmaq adı ilə daha 5 nəfərə qarşı dələduzluq edib.

Elan edilmiş ittihamla Azad Əliyev özünü qismən təqsirli bilib. O deyib ki, digər şəxslərlə iş görmək adı ilə razılaşsa da sonradan iş alınmayıb. Aldığı borcları da qaytara bilməyib. Amma sonradan onlarla razılığa gəlib. Azad Əliyev yalnız Faiq Muxtarovla bağlı ittihamı qəbul etməyib. O bildirib ki, nə olursa, olsun, bunu qəbul etməyəcək.

A.Əliyev deyib ki, o da Faiq Muxtarovu məhkəməyə verib: “Faiqlə şərikli biznes işi görəcəkdik. Onun özü MTN işçisi olub. Mən guya onu MTN-ə işə düzəltmək adı ilə pul almışam. Sonra da bir neçə dəfə iş görmək adı ilə pul verib. Əgər bir dəfə veribsə, işini görməmişəmsə, ikinci, üçüncü dəfə niyə verirdi?

Faiq məndən 230 min pul alıb. Həmin pulu ona görə verdim ki, Faiqin gətirdiyi malların rüsumunu ödəmək lazım idi. Əgər deyildiyi kimi, mən Faiqdən 400 min alsaydım, burada olmazdım.

Faiq deyir ki, guya mən ondan vəzifəli şəxslərə vermək üçün rüşvət almışam. Mənim öz şirkətimə 20 milyonluq mal gəlirdi. Mən bu qədər işin içində gedib Faiqdən 10 mini niyə almalı idim? Guya aldığım pulu MTN-ə rüşvət kimi verəcəkdim. Axı bu necə ola bilər? Camaat iş görəndə MTN-dən qaçırdı ki, gözə görsənməsin. Mən dəli idim ki, iş görüm, sonra da aparım pulu MTN-ə verib gözə girim? Mən mülki qaydada Faiq Muxtarovu məhkəməyə vermişəm. Bu ayın 17-də məhkəmənin hökmü çıxacaq”.

Məhkəmədə Faiq Muxtarov da ifadə verib. O, Azad Əliyevin dediklərinin yalan olduğunu söyləyib, bildirib ki, Azad Əliyevi birlikdə iştirak etdikləri məclislərdən birində tanıyıb və daha sonra onunla bir neçə dəfə görüşüb.

“Vəzifəli şəxslərin adını çəkirdi. Bəziləri ilə qohum olduğunu, bəziləri ilə sinif yoldaşı olduğunu, bəzisi ilə əsgər yoldaşı olduğunu və ya başqa variantlarla tanış olduğunu deyirdi. Bir neçə dəfə görüşüb çörək yedik. Mən Bakıya tikinti materialları gətirirdim. O dedi ki, gömrükdə adamları var. Özünün də tikinti şirkətinin olduğunu söylədi. Mənim mallarımı daha ucuz qiymətə gömrükdən keçirəcəyini dedi. Bu da mənə sərf edirdi.

Bir neçə dəfə mal gətirmək üçün pul verdim. Sonra armatur gətirəndə hər tonunda 15 min güzəşt edəcəyini dedi. Bunun üçün 100 min verdim. Amma mallar gecikdi. Keşlədə qatarların dayandığı yük yerindən öyrəndim ki, rüsum ödənmədiyindən malı buraxmırlar. Müxtəlif bəhanələr gətirdi, dedi ki, Hesablama Palatası yoxlama aparır. Əlavə olaraq o malı çıxarmaq üçün 5 min MTN işçisinə, 10 min gömrüyə, 5 min də Hesablama Palatasına vermək adı ilə istədi. Sonra da gəmi ilə mal gətirdik. Həmin malı da gətirəndə problem yarandı. İki dəfə cərimələndik. Azad dedi ki, xərci öz hesabından çıxacaq.

Bir dəfə də dedi ki, qum-çınqıl monopliyasını Ziya Məmmədovdan alıb onun şirkətinə verirlər. Buna görə də 250 min pul lazım olduğunu dedi. Bundan başqa, tender işlərində də adamının olduğunu söyləyirdi. Müdafiə Nazirliyində tender olacaqdı. Mən də öz adamımı Müdafiə Nazirliyinə göndərdim. Orada ona dedilər ki, tender yoxdur. Həmin adamım mənə dedi ki, daha sonra ona polkovnik Sabir Əliyev adlı şəxs zəng edib, deyib ki, siz tenderi udmusunuz. Guya bizim yerlimizdir deyə sevincinin də həddi-hüdudu yox imiş. Tenderə göndərdiyim adamdan nömrəni istədim ki, həmin Əli adlı polkovniklə özüm danışım. Zəng edəndə səsindən bildim ki, həmin adam polkovnik Əli yox, elə Azadın özü imiş. Səsimi eşidən kimi telefonu söndürdü. Sonra Azadla görüşdüm. And-aman elədi ki, polkovnikin adından danışan o deyildi”.

Faiq Muxtarov işə düzəlmək üçün Azad Əliyevə pul verməsi epizodu üzrə də danışıb. O deyib ki, bir neçə il əvvəl MTN-dən ixtisara düşüb: “Məni MTN-ə işə bərpa etdirəcəkdi. MTN-də kadrlar idarəsinin rəisi ilə qohum olduğunu dedi. Düzdür, mənim də bu işdə təqsirim var. Rüşvət verməyə görə mənə veriləcək cəzaya da razıyam”.

Faiq Muxtarov ifadəsinin sonunda ona dəymiş zərərin 300 min manat və 103 min dollar olduğunu deyib.
Dünən, 10:44
Daha bir “Prius” qəzası - Ölən və yaralananlar var - Foto
Dünən, 10:39
Könülün qətlindən sonra nənəsi də öldü
Dünən, 10:24
Ana oğlunun şəhid olduğu yeri ilk dəfə gördü - VİDEO
Dünən, 10:19
DİN xaricdə təhsil almaq istəyənlərə XƏBƏRDARLIQ etdi - FOTO
Dünən, 10:13
Müdafiə Nazirliyinin rəhbər heyəti hərbi vəzifəlilərlə görüşüb
Dünən, 09:18
Blinkenin “gecə konserti” qorxunc sirri ifşa etdi: Ukrayna ABŞ-a daha lazım deyil
Dünən, 09:00
Paşinyan istefaya hazırlaşır? - Xandanyan açıqladı
17-05-2024, 16:00
Ermənilər Xocalı aeroportunu niyə bu formada tikiblər? – Sirr açıldı
17-05-2024, 15:30
Ermənilərin sərhəd TƏLAŞI... - Daha çox ərazi...
17-05-2024, 14:22
Sülhməramlıları xatırlayarkən: separatçılığa dəstək, terrora yardım... - "Həmişə Azərbaycana qarşı qərəzli mövqedə dayandılar"
17-05-2024, 14:04
Lukaşenkodan Şuşada traktor hədiyyəsi - FOTOLAR
17-05-2024, 13:58
İlham Əliyev və Aleksandr Lukaşenko Şuşa şəhərinə səfər ediblər
17-05-2024, 12:51
Azərbaycan XİN: Fransa tərəfi üzr istəməlidir
17-05-2024, 12:00
Prezidentlər Füzulinin Baş planı ilə tanış oldu
17-05-2024, 11:53
Əliyev Lukaşenkonu Füzulidə qarşıladı - FOTOLAR
17-05-2024, 11:46
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - AÇIQLAMA
17-05-2024, 11:41
Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri yenidən görüşüblər
17-05-2024, 11:05
Rövşən Nəcəf UEFA prezidenti ilə görüşüb
17-05-2024, 11:01
Misir İsrailin təklifini rədd edib - "Reuters"
17-05-2024, 10:56
Pedofillərlə bağlı qanunda dəyişiklik edildi - RƏSMİ
17-05-2024, 10:51
Türkiyə Xarici İşlər Nazirliyində ciddi dəyişiklik
17-05-2024, 10:33
Füsunkar təbiəti ilə seçilən Kəlbəcərdən yeni görüntülər - VİDEO
17-05-2024, 10:28
Azərbaycanın İrandakı səfirliyinin yeri dəyişdirilib
17-05-2024, 10:21
Azərbaycanla proses uğurlu keçdi - Qriqoryan
17-05-2024, 09:26
"Kurtlar vadisi"nin aktyoru Azərbaycan vətəndaşı olmaq istəyir
17-05-2024, 09:21
ABŞ ruslara qarşı sanksiyalar tətbiq etdi
17-05-2024, 09:17
Polşa “Bayraktar”lara qovuşdu