Tibb Universitetinin klinikasında korrupsiya: Rektora rəsmi ittiham
Sosial / Dunya
Oxunub: 818
7 avq 2018 | 13:17
Tibb Universitetinin klinikasında korrupsiya: Rektora rəsmi ittiham










Hesablama Palatası Azərbaycan Tibb Universitetinin fəaliyyətində nöqsanlar aşkarlayıb. Gəray Gəraybəylinin rektoru olduğu Azərbaycan Tibb Universiteti (ATU) üzrə 2016-2017-ci illərdə daxilolmaların və xərclərin proqnozlaşdırılması və icrası vəziyyəti ilə bağlı həyata keçirilmiş audit zamanı ortaya ciddi faktlar çıxıb. Məlum olub ki, “Büdcə sistemi haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əməl edilməyərək 2015-ci və 2016-cı ilin sonuna istifadə edilməyən vəsaitin, eləcə də müxtəlif səbəblərdən ATU-nun tələbələri sırasından xaric edilmiş dövlət sifarişi ilə təhsil alan tələbələrə görə ödənilmiş təhsil haqqının dövlət büdcəsinə qaytarılması, müxtəlif illərdə Universiteti və hazırlıq fakültəsini bitirərək təhsil haqqında sənədini almış əcnəbi dinləyici, aspirant və klinik ordinatorlardan təhsil haqqının, akademik borca görə təkrar dinlənmə təşkil edilmiş tələbələrdən kredit haqqının alınması təmin edilməyib, dövlət sifarişi əsasında təhsil alan tələbələrin 2016/2017-ci tədris ilinin payız və yaz semestrlərinin nəticələri üzrə müvafiq olaraq 4,1 faizinin və 4,3 faizinin akademik borcu yaranıb, akademik məzuniyyətə getmiş tələbələrə düzgün olmayaraq təhsil haqqı hesablanıb.

Rektorun və onun komandasının qanunsuzluqları bununla da yekunlaşmayıb. Belə ki, son ayların ən səs-küylü hadisələrindən sayılan “Rezidentura təhsilinin məzmunu və təşkili Qaydaları”nın tələblərinə uyğun olmayaraq, rezidenturada təhsil alanlara əmək haqqı, “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularına üstəlik verilən pul təminatı növlərinin təsdiq edilməsi haqqında”, “Hərbi qulluqçulara (hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinin ailəli kursantlarına) müvəqqəti mənzilin kirayəsi üçün pul kompensasiyası məbləğinin müəyyən edilməsi haqqında” Nazirlər Kabinetinin müvafiq qərarlarının tələblərinə uyğun olmayaraq Hərbi tibb fakültəsinin hərbçi müəllimlərinə əmək haqqına əlavələr, təqaüd dövlət büdcəsinin vəsaiti hesabına deyil, ATU-nun təsərrüfat hesablı gəlirləri hesabına ödənilib.

Universitetin funksional fəaliyyəti üçün zəruri olmayan ştatlar saxlanıb, bir sıra hallarda professor-müəllim heyəti üçün normadan aşağı dərs yükü və auditoriya saatları müəyyən edilib, orta aylıq əmək haqqının düzgün müəyyənləşdirilməməsi nəticəsində artıq məzuniyyət haqqı ödənilib.
Hesablama Palatasının kollegiyası Azərbaycan Tibb Universiteti tərəfindən yol verilmiş nöqsanların əksər hissəsinin audit dövründə aradan qaldırıldığını nəzərə almaqla qərar qəbul edib, auditlə müəyyən edilmiş digər nöqsanların aradan qaldırılması, nöqsanlara yol vermiş vəzifəli şəxslərin qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyətə cəlb edilməsi və görülmüş tədbirlər barədə Hesablama Palatasına məlumat verilməsi məqsədilə kollegiya qərarı Səhiyyə Nazirliyinə və Azərbaycan Tibb Universitetinə göndərilib. Auditin nəticələri ilə bağlı Milli Məclisə məlumat verilib.

Palatanın yaydığı rəsmi məlumatların hər bir detalının altında daha böyük maliyyəfırıldaqları var. Sadəcə, Palata bu barədə cəmiyyətə tam məlumat verməyib: “ATU və onun klinikalarında rəsmiyyətdən yayındırılan vəsaitlər, həmçinin qanunsuzluqlar bundan ən azı 50 dəfə çoxdur. Görün necə vəziyyət yaranıb ki, Palata rektordan tələb edir ki, qanunsuzluğa yol verənlər məsuliyyətə cəlb olunsun.Əgər onlar məsuliyyətə cəlb olunarsa, o zaman rektor da bundan öz nəsibini məntiqlə almalıdır”.
Mənbəmiz deyib ki, klinikalarda yoxlama aparılarsa, burada daha böyük maliyyə fırıldaqları üzə çıxar: “Bu kilinikalarda çox böyük oyunlar gedir. Elə oyunlar ki, bəlkə də bundan iqtidarın xəbəri yoxdur. Məsələn, Tibb Universitetinin Tədris-Cərrahiyyə Klinikası nəinki xəstələrin, hətta ölkənin səhiyyə sisteminin “qanına susayıb”. Bu klinikada əsas diqqət xəstənin sağalmasına deyil, ondan necə daha çox pul qoparılmasına hesablanıb. Dəhşətlisi dəbudur ki, həmin pulların rəsmi sənədlərdə dəqiqəks olunub-olunmamasını yalnız klinikanın direktoru ilə rektor bilir. İndi onlar deyə bilərlər ki, bütün xəsətələr xərclərini kassaya ödəyir. Amma o zaman soruşmaq lazımdır: Siz həmin xəstə sahiblərinə rəsmi qəbz verirsiniz? Sizin verdiyiniz rəsmi kassa mədail orderidirmi? Axı, sadə insan necə müəyyən edə bilər ki, həmin kassada kompüterdə çap olunan çeklər rəsmi mühasibatlıq sənədlərində öz əksini tapır?”.

Məlumatlı şəxsin sözlərinə görə, bu klinikada bir paket qanı xəstələrə 100 manata satırlar. Çox maraqlıdır ki, ölkənin mərkəzi qan bankı fəaliyyət göstərsə də, həkimlər və klinika rəhbərliyi qan bankına göndəriş vermirlər. Bununla da xəstə sahibinə bir paketi 100 manatdan borc kimi sənədləşdirirlər. Görəndə ki, xəstə sahibi artan borcları ödəyə bilməyəcək, o zaman özlərinə sərf edən varianta əl atırlar. Belə ki, bir paket qanın əvəzində iki adam gətirdib, iki paket qan aldırırlar. Yəni, bununla 100 manatın əvəzinə 200 manatlıq gəlir bazası formalaşdırırlar. Bununla da qane olmayan klinika rəhbərliyi və həkimləri hətta bəzi məqamlarda xəstəyə vurulan qanı borc sənədində bir-iki paket artırmağa da utanmırlar. Çünki əzizləri xəstəsinin hayında qaldığından vurulan qanın 5 və ya 7 olmasının fərqinə varmır. Yəni həkimlər psixoloji vəziyyətdən ustalıqla sui-istifadə edirlər.
Mənbəmizin sözlərinə görə, Tədris-Cərrahiyyə Klinikasında elə xəstə görüb ki, ona 2 min manat dəyərindən yuxarı qan yazılıb: “Hansı ki, əvvəllər həkim deyib ki, xəstəyə çox qan vurula bilməz, yoxsa komaya düşər. Bəs elə isə bu qədər qan necə vurulub? Unutmayaq ki, təkcə 2 min manatlıq qan 20 paket edir”.


Məlumatda bildirilir ki, klinikada həkimlərin “qiymət oynatmaları” daha dəhşətlidir: “Həkimdən əməliyyatdan əvvəl qiyməti soruşduqda, qeydiyyat şöbəsinin müdiri Aygünü nişan verir. Deyir, burada hər şeyi o, həll edir. Aygünə və ya onun köməkçisinə müraciət etdikdə isə az qala adamı güllələməyə hazır vəziyyətə gəlir. Bunlar da gah rektorun, gah da həkimin üstünə atır. Sonda deyirlər ki, get, həkimin özü ilə danış. Sonra da başlayırlar ki, əməliyyatxanada rektorun “işverənləri” var, ona görə biz əməliyyatı “menyü”ya uyğun apara bilmirik. Beləliklə, əməliyyatdan əvvəl xəstəyə heç bir halda konkret qiymət demirlər. Sadəcə, eşitdirirlər ki, məsələn, maksimum 4000 manat çıxacaq. Amma əməliyyatdan sonra baxırsan ki, “əlavə xərc” iki dəfədən çoxdur, haradasa 2-3 min dəəlavə borc yazıblar. Bəs, bu qədər borc hardan çıxdı,- sualını isə verməyə dəyməz. Çünki bir günlük xərci 150 manatla hesablayıb, o qədər “əsas” gətirilər ki… Məsələn, deyirlər ki, qəfil filan damar qaçdı, məcbur olub damar uzmanı çağırdıq. Onun da qiyməti filan qədərdir. Öyrənirsən ki, həmin uzman da əslində fırıldaqçının biridir. Əsasən də Türkiyədə oxuyub gələnlərlə əlbirdirlər. İndi bu qədər qeyri-leqal gəlirlərin fonunda aydın olur ki, ATU-da digər sahələrdə də rüsvayçı vəziyyət hokum sürür”.

Mənbəmiz deyib ki, ATU-nun klinikalarında həkim personalı xəstələrdən xidmətdən əlavə faiz alır, yəni onların maaşı bu səbəbdən normaldır: “Məhz buna görə də bəzi həkimlər əməliyyat edilməli olan xəstəni “müalicə” adı ilə palatada yatızdırır. Bununla xəstədənəlavə pul alınır. Çünki əməliyyat ediləsi xəstə, əslində, “5 günlük əməliyyat” paketi ilə qeydə alınmalıdır. Bu müddətdə xəstəyə əvvəldən qiymət deyilməlidir. Bu 5 gün ərzində əməliyyat və müalicə xərci bura daxildir. Lakin dediyim kimi, bəzi həkimlər bu məsələdə də öz çirkin niyyətlərini həyata keçirməyə çalışırlar. Onlar xəstəni müalicə adı ilə qeydiyyata saldırıb, vaxtı uzatmaqla əlavə pul da qazanırlar. Sonra isə əməliyyat xərcini ayrı hesablayırlar”.

Məlumatlı şəxs ATU-nun bu klinikasında mövcud iqtidara qarşı ciddi bir müxalifətin formalaşdığını da iddia edir:
“Siz Urologiya şöbəsi ilə maraqlanın. Görəcəksiz ki, həmin şöbədə kimlər işləyir və onlar sosial şəbəkədə bu iqtidara necə meydan oxuyurlar”.(reyting.az)
Bu gün, 10:22
Azərbaycan XİN İsraili təbrik etdi
Bu gün, 10:10
Oteldə zəhərlənən gənclərlə bağlı YENİ İDDİA: hadisə anında yanlarında kimlər olub? - VİDEO
Bu gün, 10:04
ABŞ iyunda neft hasilatını artıracaq: Qiymətlər ucuzlaşacaqmı?
Bu gün, 10:01
ABŞ dövlət katibi həmrəylik məqsədilə Kiyevə gedib
Bu gün, 09:47
Şuşa şəhərinə növbəti köç karvanı yola salındı
Bu gün, 09:40
ATƏT-dən Qərbi Azərbaycan mövzusuna erməniləri narahat edən CAVABLAR
Bu gün, 09:36
İki övladını da götürüb qeybə çəkilən ana: Sumqayıtda nə baş verir? - VİDEO
Bu gün, 09:17
İrəvandakı qaranlıq məqamlar: Paşinyanın susqunluğu, Putinlə görüşün GİZLİNLƏRİ
Bu gün, 09:15
Azərbaycanda dəhşətli qəzada həlak olan qazinin GÖRÜNTÜSÜ - YENİLƏNİB - FOTO
Bu gün, 09:09
Estoniya Ukraynaya ordu göndərməyə hazırlaşır
Bu gün, 09:00
“Kilsə qiyamı” Qərbi Bakıya “qaçırır”: ABŞ, Avropa Birliyi və Fransa indi yalnız Azərbaycana möhtacdır
Dünən, 16:00
Ermənilər nədən bu başıxarab keşişin arxasınca getmək istəmir... - HƏQİQƏTƏN DƏ...
Dünən, 15:30
İrəvanda aksiyalar 2-3 günə sönəcək - İNCƏLƏMƏ
Dünən, 14:22
Paşinyan istefa verərsə... - NƏ BAŞ VERƏCƏK?
Dünən, 13:53
Mənfur düşmən düzgün hesablamalar aparmamışdır
Dünən, 13:22
Əhmədlə bağlı yekun ekspertiza rəyi açıqlandı
Dünən, 13:18
Əliyev Rusiya ilə elə bir sənəd imzalayıb ki, Azərbaycan həmişə… - Erməni politoloq
Dünən, 13:15
Prezidentdən mikro, kiçik və orta sahibkarlıq subyektləri ilə bağlı FƏRMAN
Dünən, 11:45
Müdafiə nazirinə yeni müavin təyin olundu
Dünən, 11:10
Ermənistandakı aksiyalar böyüyür - ölkəni hansı təhlükələr gözləyir…
Dünən, 10:57
Xocalıya köç başlayır: Evlərin təhvilvermə vaxtı AÇIQLANDI - VİDEO
Dünən, 10:52
Prezident Millətlər Birliyinin baş katibini qəbul edib
Dünən, 10:44
İrəvanda səhər saatlarında 88 nəfər saxlanılıb - VİDEO
Dünən, 10:33
Kadırovun 16 yaşlı oğlu afrikalılara təlim keçəcək - VİDEO
Dünən, 10:11
Sədərək Ticarət Mərkəzində yanğın başlayıb - VİDEO
Dünən, 10:06
Rusiya İranın təsirindən qurtulmağa çalışır? - Qətərdən ŞOK
Dünən, 10:01
“Qarabağ”ın daha 4 potensial rəqibi bəlli oldu