“Green life” sağlamlıq mərkəzi işsizləri necə tələyə salır? – Şok fırıldaq/Foto
Sosial / Dunya
Oxunub: 1 248
7 avq 2018 | 13:12
“Green life” sağlamlıq mərkəzi işsizləri necə tələyə salır? – Şok fırıldaq/Foto











Bakının “Nəsimi” bazarı yaxınlığında yerləşən “Green life” sağlamlıq mərkəzi vətəndaşları tələyə salıb. AzEuroNews.com xəbər verir ki, tibb mərkəzi işsiz insanları işə qəbul adı ilə aldadır. Sağlamlıq mərkəzi müxtəlif elan saytlarında işçi axtardığını bəyan edir. İşsizlikdən əziyyət çəkən onlarla vətəndaş “Green life” sağlamlıq mərkəzinə nicat kimi baxaraq pənah aparır. Çünki mərkəzin elan saytlarında təklifi çox cəlbedicidir: səhər saat 10:00-dan 14:00-dək, 14:00-dan isə 18:00-dək iki növbəli iş rejimi var. Bu 4 saat ərzində işləməyə görə 250-500 manat arasında əmək haqqı vəd edilir. Hətta İsveçrə, Avstriya, Danimarka kimi ölkələr də bu inkişafa çatmayıblar. Amma nədənsə “Green life” sağlamlıq mərkəzi sivil Avropanı da qabaqlayaraq işsizlərə belə təkliflər irəli sürür. Siz burada operator, kadrlar üzrə mütəxəssis, satış meneceri, əczaçı, pr vakansiyalarında işləyə bilərsiniz. Amma…
Amması budur ki, belə hallarla qarşılaşanlardan bir neçəsi başına gələnləri əməkdaşımıza danışıb. Onun sözlərinə görə, operator vəzifəsi üçün müraciət edib. Mərkəzdən ona bildirilib ki, iş təcrübəsi mənimsədikdən sonra evdən də çalışa bilər. Bunun üçün ilk növbədə pulsuz-parasız, işsiz vətəndaş 15 manat ödəniş etməlidir.

“Green life” sağlamlıq mərkəzi işsizləri necə tələyə salır? – Şok fırıldaq/Foto





Bu pulu nə üçün istədiklərini özləri də izah edə bilmirlər. Guya müqavilə bağlanır və həmin işsiz binəva hər gün mərkəzdə kurslarda iştirak edir. Bu kursların isə təklif olunan sahələrlə heç bir əlaqəsi yoxdur. Belə ki, klinikanın moderatoru mühazirədə uzun-uzadı biznesin təşkili, idarəçiliyi və s. barədə cansıxıcı nəzəri mövzulardan danışır.
İş üçün müraciət edənlərə bir neçə gün gəlib mühazirədə iştirak etmələri tələb olunur. Çarəsiz qalan işsiz vətəndaşlar da məcburən mühazirəyə qatılırlar. Amma bu mühazirələrin onların vəzifəsinə, maaşına və s. hansı aidiyyatı olduğu məlum deyil. Nəticədə bu monoton, boz gedib-gəlmələrdən bezmiş vətəndaş bir də ora ayaq basmır. Əvəzində 15 manat da gedir, gündəlik nəqliyyata verilən pul da…
İşsiz vətəndaşı işə qəbul etmək, ona avans vermək yerinə 15 manat alırlar, kələ gəlirlər və yola salırlar. Sonra məlum olur ki, operatorun vəzifəsi gündə 200 mənzilə zəng etmək, Green life” sağlamlıq mərkəzi haqda məlumat vermək, müştəri cəlb eləmək, hər müştəriyə görə 10 manat faiz almaq imiş. Yəni, heç bir maaşdan söhbət getmir, operator gətirdiyi müştəridən dolanmalıdır. Əgər ayda 15 müştəri olsa, bu, cəmi 150 manat edir. Bu da işsiz vətəndaşın yol pulusu və gündəlik xərclərinə güclə yetir.

“Green life” sağlamlıq mərkəzi işsizləri necə tələyə salır? – Şok fırıldaq/Foto







Əməkdaşımız öyrənib ki, bu firmanın fəaliyyəti təxminən “Tiens” adlı məşhur Çin şirkətinin bir qanadıdır. Bir müddət əvvəl Bakıda “Tiens” çox yayılmışdı. Minlərlə işsiz vətəndaş, əsasən də tələbələr onların toruna düşürdülər. Sonra zamanla bu fırıldaqların üstü açıldı.

“Green life” sağlamlıq mərkəzi işsizləri necə tələyə salır? – Şok fırıldaq/Foto





İndisə buna bənzər işi sözügedən mərkəz edir. Hər bir vətəndaşdan 15 manat qoparmaqla ayda nə qədər yağmalandığını təsəvvür etmək mümkündür…
Sağlamlıq mərkəzinə zəng etsək də, telefonu açan olmadı. Görünür, qeyri-iş günüdür. Qarşı tərəfi dinləməyə hazırıq./www.cumhuriyyet.net/
Dünən, 16:00
Ermənilər nədən bu başıxarab keşişin arxasınca getmək istəmir... - HƏQİQƏTƏN DƏ...
Dünən, 15:30
İrəvanda aksiyalar 2-3 günə sönəcək - İNCƏLƏMƏ
Dünən, 14:22
Paşinyan istefa verərsə... - NƏ BAŞ VERƏCƏK?
Dünən, 13:53
Mənfur düşmən düzgün hesablamalar aparmamışdır
Dünən, 13:22
Əhmədlə bağlı yekun ekspertiza rəyi açıqlandı
Dünən, 13:18
Əliyev Rusiya ilə elə bir sənəd imzalayıb ki, Azərbaycan həmişə… - Erməni politoloq
Dünən, 13:15
Prezidentdən mikro, kiçik və orta sahibkarlıq subyektləri ilə bağlı FƏRMAN
Dünən, 11:45
Müdafiə nazirinə yeni müavin təyin olundu
Dünən, 11:10
Ermənistandakı aksiyalar böyüyür - ölkəni hansı təhlükələr gözləyir…
Dünən, 10:57
Xocalıya köç başlayır: Evlərin təhvilvermə vaxtı AÇIQLANDI - VİDEO
Dünən, 10:52
Prezident Millətlər Birliyinin baş katibini qəbul edib
Dünən, 10:44
İrəvanda səhər saatlarında 88 nəfər saxlanılıb - VİDEO
Dünən, 10:33
Kadırovun 16 yaşlı oğlu afrikalılara təlim keçəcək - VİDEO
Dünən, 10:11
Sədərək Ticarət Mərkəzində yanğın başlayıb - VİDEO
Dünən, 10:06
Rusiya İranın təsirindən qurtulmağa çalışır? - Qətərdən ŞOK
Dünən, 10:01
“Qarabağ”ın daha 4 potensial rəqibi bəlli oldu
Dünən, 10:00
Cavanlar azalır, qocalar çoxalır: Dünyada proses necə gedir? - ARAŞDIRMA
Dünən, 09:39
AFFA-da vacib qərarlar günü
Dünən, 09:39
Daxili İşlər Nazirliyi kiberdələduzluqla bağlı vətəndaşlara müraciət edib
Dünən, 09:34
ABŞ-dan İsrailə gözlənilməz təklif: "Rəfaha hücumu saxla, biz də BUNU edərik" - Washington Post
Dünən, 09:17
Qərb İrəvana "fəlakətin yol xəritəsi"ni verib: Ermənistan indi nə irəli, nə də geri hərəkət etmir, mərkəzdə əzilir
Dünən, 09:10
İsrail ordusu Cəbaliyədə...
Dünən, 09:06
Rusların bu hücumundan xəbərdar idik - Kəşfiyyat
Dünən, 09:03
Sabahdan Kosovada bu pula qadağa qoyulur
Dünən, 09:00
Rusiya Avropaya nə vaxt hücum edə bilər? - Analitiklərin PROQNOZLARI
11-05-2024, 16:19
Müğənni Ziba Osmanlı ağır qəza törətdi: 2 azyaşlı uşağı ağır vəziyyətdə qoyub hadisə yerindən qaçıb - FAKT
11-05-2024, 12:53
Şuşada “Xarıbülbül” festivalı başlayıb, Prezident və birinci xanım açılışda iştirak edirlər