“Əlillik təyinatları araşdırılır” - Nazir
Sosial
Oxunub: 465
6 avq 2018 | 19:55
“Əlillik təyinatları araşdırılır” - Nazir
















Əlilliyin qiymətləndirilməsi və reabilitasiya sisteminin təkmilləşdirilməsi məqsədilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində yaradılmış İşçi Qrupunun növbəti iclası olub.

Nazirlikdən bildirilib ki, iclasda əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev vurğulayıb ki, Prezident İlham Əliyevin nazirlik qarşısında müəyyən etdiyi vəzifələrə uyğun olaraq həyata keçirilən islahatların mühüm bir istiqaməti əlilliyin qiymətləndirilməsi və reabilitasiya sisteminin tam şəffaflaşdırılmasına yönəlib. Bu məqsədlə nazirlikdə yaradılan İşçi Qrupu tərəfindən Səhiyyə Nazirliyindəki müvafiq İşçi Qrupu ilə birgə müvafiq işlər aparılır. Həmin işlərdən biri kimi, artıq cari ilin ikinci rübü üzrə də risk qrupu xəstəlikləri ilə əlaqədar əlillik təyinatları araşdırılır. Eləcə də əlilliyin qiymətləndirilməsi üçün elektron sistemə daxil edilmiş göndərişlərin araşdırılması davam etdirilir. Bu dövr üzrə araşdırmalarda da yanlış əlillik təyinatları, həmçinin əsassız tərtib olunmuş göndərişlər aşkar edilərək ləğv olunub.

S.Babayev əlilliyin qiymətləndirilməsi zamanı bəzən müşahidə olunan süründürməçilik hallarının aradan qaldırılması üçün sistemli işlərin davam etdirildiyini deyib. O bildirib ki, bir çox hallarda göndərişin düzgün tərtib olunmaması səbəbindən əlilliyin qiymətləndirilməsi mümkün olmadığı üçün əlilliyin təyin olunmasından imtina qərarı verilir və belə hallarda göndərişin düzgün tərtib olunmaması barədə aidiyyəti səhiyyə müəssisəsinə də məlumat verilməlidir.

Nazir hazırda əlilliyin qiymətləndirilməsi üçün müraciət sisteminin daha təkmil əsasda qurulması, mövcud normativ-hüquqi aktlarda süründürməçiliyə imkan yaradan boşluqların aradan qaldırılması, əlilliyin qiymətləndirilməsi üçün göndərişlərin strukturunun təkmilləşdirilməsi üçün müvafiq işlərin aparıldığını qeyd edib. O bildirib ki, tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi prosedurları ilə bağlı Qaydalara əlavə və dəyişiklər edilməsi üçün təkliflər hazırlanır. Tibbi-sosial ekspert komissiyaları, əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarları ilə bağlı Əsasnamələrə əlavə və dəyişiklər edilməsi də nəzərdə tutulur. Eyni zamanda, əlilliyin qiymətləndirilməsində qabaqcıl dünya, o cümlədən Avropa İttifaqı ölkələrinin təcrübəsinə uyğun yeni meyarların tətbiqi ilə bağlı təkliflər də hazırlanmaqdadır. Bu sahədə beynəlxalq təcrübənin öyrənilməsinə xüsusi diqqət yetirilir.

İclasda İşçi Qrupu tərəfindən aparılmış araşdırmaların nəticələri, qısamüddətli və ortamüddətli dövr üçün müəyyən olunmuş inzibati və sistem xarakterli tədbirlərin reallaşdırılması yönündə görülən işlər, əlilliyi olan şəxslərin reabilitasiyası sisteminin müsbət nəticələrə yönəlik səmərəli təşkili, bərpa mərkəzlərinin maddi-texniki təchizatının gücləndirilməsi və s. məsələlər müzakirə olunub, müvafiq tapşırıqlar verilib.
Dünən, 10:44
Daha bir “Prius” qəzası - Ölən və yaralananlar var - Foto
Dünən, 10:39
Könülün qətlindən sonra nənəsi də öldü
Dünən, 10:24
Ana oğlunun şəhid olduğu yeri ilk dəfə gördü - VİDEO
Dünən, 10:19
DİN xaricdə təhsil almaq istəyənlərə XƏBƏRDARLIQ etdi - FOTO
Dünən, 10:13
Müdafiə Nazirliyinin rəhbər heyəti hərbi vəzifəlilərlə görüşüb
Dünən, 09:18
Blinkenin “gecə konserti” qorxunc sirri ifşa etdi: Ukrayna ABŞ-a daha lazım deyil
Dünən, 09:00
Paşinyan istefaya hazırlaşır? - Xandanyan açıqladı
17-05-2024, 16:00
Ermənilər Xocalı aeroportunu niyə bu formada tikiblər? – Sirr açıldı
17-05-2024, 15:30
Ermənilərin sərhəd TƏLAŞI... - Daha çox ərazi...
17-05-2024, 14:22
Sülhməramlıları xatırlayarkən: separatçılığa dəstək, terrora yardım... - "Həmişə Azərbaycana qarşı qərəzli mövqedə dayandılar"
17-05-2024, 14:04
Lukaşenkodan Şuşada traktor hədiyyəsi - FOTOLAR
17-05-2024, 13:58
İlham Əliyev və Aleksandr Lukaşenko Şuşa şəhərinə səfər ediblər
17-05-2024, 12:51
Azərbaycan XİN: Fransa tərəfi üzr istəməlidir
17-05-2024, 12:00
Prezidentlər Füzulinin Baş planı ilə tanış oldu
17-05-2024, 11:53
Əliyev Lukaşenkonu Füzulidə qarşıladı - FOTOLAR
17-05-2024, 11:46
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - AÇIQLAMA
17-05-2024, 11:41
Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri yenidən görüşüblər
17-05-2024, 11:05
Rövşən Nəcəf UEFA prezidenti ilə görüşüb
17-05-2024, 11:01
Misir İsrailin təklifini rədd edib - "Reuters"
17-05-2024, 10:56
Pedofillərlə bağlı qanunda dəyişiklik edildi - RƏSMİ
17-05-2024, 10:51
Türkiyə Xarici İşlər Nazirliyində ciddi dəyişiklik
17-05-2024, 10:33
Füsunkar təbiəti ilə seçilən Kəlbəcərdən yeni görüntülər - VİDEO
17-05-2024, 10:28
Azərbaycanın İrandakı səfirliyinin yeri dəyişdirilib
17-05-2024, 10:21
Azərbaycanla proses uğurlu keçdi - Qriqoryan
17-05-2024, 09:26
"Kurtlar vadisi"nin aktyoru Azərbaycan vətəndaşı olmaq istəyir
17-05-2024, 09:21
ABŞ ruslara qarşı sanksiyalar tətbiq etdi
17-05-2024, 09:17
Polşa “Bayraktar”lara qovuşdu