Fars-molla rejimi efir məkanımıza necə nüfuz edir... - ARAŞDIRMA
Sosial / Dunya
Oxunub: 613
18 iy 2018 | 14:17
Fars-molla rejimi efir məkanımıza necə nüfuz edir... - ARAŞDIRMA















Bu il aprelin 27-də Azərbaycan Prezidenti İlham Əliyev “İnformasiya Təhlükəsizliyi üzrə Koordinasiya Komissiyasının yaradılması haqqında” sərəncam imzaladı. Komissiya Azərbaycanın informasiya təhlükəsizliyinə təhdidlərin qiymətləndirilməsini, o cümlədən belə təhdidlərin əsas mənbələri, istiqamətləri, formaları, vura biləcəyi zərər və təsirləri ilə bağlı mütəmadi təhlillərin aparılmasını və təkliflərin hazırlanmasını, mümkün təhdidlərin qarşısının alınması və qabaqlanması sahəsində müvafiq dövlət orqanlarının fəaliyyətinin əlaqələndirilməsini, birgə tədbirlərin planlaşdırılması və həyata keçirilməsini təmin etməkdən ötrü idi.
Bu, rabitə sahəsində təhlükəsizliyin təmin edilməsi üçün ilk dövlət səviyyəli qərar deyildi. Buna qədər 2012-ci ildə prezident Xüsusi Dövlət Mühafizə Xidmətinin Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyi yaradılması barədə Fərman imzalamışdı.

2013-cü il isə Azərbaycanda İKT ili elan olunmuşdu.

Bütün bu əhəmiyyətli addımlara baxmayaraq, hələ də Rabitə sahəsində çatışmazlıqların olduğu danılmazdır. Aşağıda təqdim etdiyimiz video Femida.az-ın əməkdaşları tərəfindən Bakı-Ələt yolunda çəkilib. Maşınla gedərkən, radionu açdıq. Azərbaycan kanalları əvəzinə İran kanallarının rahat şəkildə yayımlanması bizi narahat etməyə bilməzdi. İlk dəfə fars dilində sözlər eşidəndə , hər hansı texniki qüsur ola biləcəyini düşünərək dalğanı dəyişsək də, yenə də iranlı diktorun danışığını eşitdik. Üçüncü cəhdimiz də eyni formada alındı. Bu artıq məsələnin ciddiyyətinin fərqinə varmağa kifayət edirdi.

Nəyə görə, 2018-ci ildə Azərbaycan radio məkanında İran kanalları “at oynadır?” Özü də bu görüntülər cənub bölgəsində hər hansı bir ərazi yox, paytaxt Bakıdan 70-80 km aralıda qeydə alınıb.

Məsələ ilə bağlı ilk olaraq Azərbaycan Milli Elmlər Akademiyasının İnformasiya Texnologiyaları İnstitutuna müraciət etsək də, qurumun İctimaiyyətlə Əlaqələr Şöbəsindən bildirdilər ki, bu mövzu ilə bağlı qurumun verə biləcəyi hər hansı açıqlama yoxdur.

Daha sonra Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə məsələ ilə bağlı sorğu ünvanladıq. Nazirliyin İctimaiyyətlə Əlaqələr Şöbəsindən Femida.az-a verilən məlumata görə, FM yayımlar Beynəlxalq Telekommunikasiya İttifaqında qeydiyyata düşmüş texniki parametrlər əsasında hər bir ölkə ərazisində müvafiq radioyayım vericiləri vasitəsilə təmin edilir. FM diapazonundakı proqramların relyefdən asılı olaraq qonşu ölkələrin müəyyən ərazilərində yayımı normal qəbul olunur. Digər ölkələrin FM radio proqramları ölkəmizdə qəbul olunduğu kimi, müvafiq olaraq, Azərbaycan ərazisindən yayımlanan radio proqramlar da qonşu ölkələrin ərazisində qəbul edilir. Buna görə də sərhəd bölgələrində və mərkəzdən uzaq ərazilərdə FM diapazonunda yayımlanan xarici radioları rahatlıqla dinləmək mümkündür.

“Bu kimi hallar Beynəlxalq Telekommunikasiya İttifaqının tövsiyəsinə əsasən tənzimlənir. Müvafiq sərhədyanı ölkələr arasında koordinasiya protokolları imzalanır ki, sərhədyanı ərazidə yerləşən yayımlar bir-birinə interferensiya təsiri göstərməsin.
Digər diapazonlar kimi, FM radio və TV yayım diapazonu da Dövlət Radiotezliklər İdarəsinin efirə radionəzarət məntəqələri tərəfindən daim nəzarətdə saxlanılır. Bu barədə məlumatlar mütəmadi olaraq Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə və “Teleradio” İB-yə təqdim edilir. Ölkəmizə qarşı əks-təbliğat xarakterli radio proqramları aşkar edildikdə onlara qarşı Nəqliyyat Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin göstərişinə uyğun olaraq “Teleradio” İB tərəfindən müəyyən texniki tədbirlər görülür” – deyə qurumdan bildirilib.

İKT mütəxəssisi Vahid Qasımov Femida.az-a açıqlamasında məsələ ilə bağlı ciddi problem görmədiyini bildirib:

“Burda ciddi problem görmürəm. 30-40 il qabaq aktual ola bilərdi. Bu gün internetin olduğu yerdə başqa ölkənin radio kanalının yayımlanmasının qarşını almaq əbəsdir. Məsələ burasındadır ki, İran radio kanallarının vericiləri bizim radio kanalların vericilərindən çoxdur. Dalğa bizim dalğamızdır, amma dalğa boş olduğuna İran radiokanalları bu boşluğa rahat şəkildə girir. Buna İran rabitə qurumlarının gördüyü iş kimi yox, Azərbaycan rabitə qurumlarının görmədiyi iş kimi baxmaq olar. Rayon yerlərində vericilər ya yoxdur, ya da çox zəifdir”.

Milli Teleradio Şurası Texniki Şöbə Müdiri, professor İsa Məmmədov isə Azərbaycanın İrana nisbətdə kiçik ölkə olduğu üçün belə problemlə üzləşdiyini deyib:

“Əslində radio dalğalarının qonşu ölkələrdə 200 km-ə qədər yayımlanması məqbul sayılır. Bu beynəlxalq razılaşmadır. Adətən böyük ölkələrdə bu problem olmur, yalnız sərhəd bölgələrində yaşanır. Amma Azərbaycan ərazicə İrandan kiçikdir. Elektromaqnit dalğaları isə sərhəd tanımır. Düzdür, bəzi ölkələr bilərəkdən dalğanı daha güclü buraxır ki, bu zaman qonşu ölkədə radio dalğası rahatlıqla efirə girir. Bizim televiziya kanalları da İranın şimal bölgəsində efirə girə bilir. Elektromaqnit dalğaları həm də hava şəraitindən asılıdır. İranla vəziyyət isə bir qədər başqadır. Onların teleradio vericiləri çox güclüdür. Həm güclü vericilər, həm də stansiyaların yüksək ərazilərdə yerləşdirilməsi imkan verir ki, İran radiokanalları Azərbaycan efir məkanın sərbəst şəkildə daxil olsun. İranla bu barədə danışıqlar əvvəllər də aparılıb. Onlar bir müddət riayət edirlər, sonradan yenə razılaşma pozulur. Biz onlara irad bildirəndə cavab verirlər ki, sizin televiziya kanalları niyə bizim ölkədə yayımlanır?

Düşünə bilərsiz ki, onların göndərdiyi elektromaqnit dalğalarının qarşısını kəsə bilərik. Düzdür, etmək olar, amma bu həm də öz efir məkanımızın dalğalarını qarışdıracaq. Odur ki, dalğalar verici tərəfdən idarə olunmalıdır. Bir sözlə sözügedən məsələ qonşular arasında mehriban münasibətlərdən asılıdır.

Onu da qeyd edim ki, Azərbaycan efir məkanına daxil olan kanallar Beynəlxalq Kommunikasiya İttifaqına üzv olan kanallardır. Həmin İttifaqa üzv olmayan kanallar efir məkanımıza daxil olsa, dərhal beynəlxalq müstəvidə şikayət edirik”.
Dünən, 16:00
Ermənilər nədən bu başıxarab keşişin arxasınca getmək istəmir... - HƏQİQƏTƏN DƏ...
Dünən, 15:30
İrəvanda aksiyalar 2-3 günə sönəcək - İNCƏLƏMƏ
Dünən, 14:22
Paşinyan istefa verərsə... - NƏ BAŞ VERƏCƏK?
Dünən, 13:53
Mənfur düşmən düzgün hesablamalar aparmamışdır
Dünən, 13:22
Əhmədlə bağlı yekun ekspertiza rəyi açıqlandı
Dünən, 13:18
Əliyev Rusiya ilə elə bir sənəd imzalayıb ki, Azərbaycan həmişə… - Erməni politoloq
Dünən, 13:15
Prezidentdən mikro, kiçik və orta sahibkarlıq subyektləri ilə bağlı FƏRMAN
Dünən, 11:45
Müdafiə nazirinə yeni müavin təyin olundu
Dünən, 11:10
Ermənistandakı aksiyalar böyüyür - ölkəni hansı təhlükələr gözləyir…
Dünən, 10:57
Xocalıya köç başlayır: Evlərin təhvilvermə vaxtı AÇIQLANDI - VİDEO
Dünən, 10:52
Prezident Millətlər Birliyinin baş katibini qəbul edib
Dünən, 10:44
İrəvanda səhər saatlarında 88 nəfər saxlanılıb - VİDEO
Dünən, 10:33
Kadırovun 16 yaşlı oğlu afrikalılara təlim keçəcək - VİDEO
Dünən, 10:11
Sədərək Ticarət Mərkəzində yanğın başlayıb - VİDEO
Dünən, 10:06
Rusiya İranın təsirindən qurtulmağa çalışır? - Qətərdən ŞOK
Dünən, 10:01
“Qarabağ”ın daha 4 potensial rəqibi bəlli oldu
Dünən, 10:00
Cavanlar azalır, qocalar çoxalır: Dünyada proses necə gedir? - ARAŞDIRMA
Dünən, 09:39
AFFA-da vacib qərarlar günü
Dünən, 09:39
Daxili İşlər Nazirliyi kiberdələduzluqla bağlı vətəndaşlara müraciət edib
Dünən, 09:34
ABŞ-dan İsrailə gözlənilməz təklif: "Rəfaha hücumu saxla, biz də BUNU edərik" - Washington Post
Dünən, 09:17
Qərb İrəvana "fəlakətin yol xəritəsi"ni verib: Ermənistan indi nə irəli, nə də geri hərəkət etmir, mərkəzdə əzilir
Dünən, 09:10
İsrail ordusu Cəbaliyədə...
Dünən, 09:06
Rusların bu hücumundan xəbərdar idik - Kəşfiyyat
Dünən, 09:03
Sabahdan Kosovada bu pula qadağa qoyulur
Dünən, 09:00
Rusiya Avropaya nə vaxt hücum edə bilər? - Analitiklərin PROQNOZLARI
11-05-2024, 16:19
Müğənni Ziba Osmanlı ağır qəza törətdi: 2 azyaşlı uşağı ağır vəziyyətdə qoyub hadisə yerindən qaçıb - FAKT
11-05-2024, 12:53
Şuşada “Xarıbülbül” festivalı başlayıb, Prezident və birinci xanım açılışda iştirak edirlər