Oqtay Şirəliyevin “Pirr qələbəsi” - Rüşvət Azərbaycan səhiyyəsinin devizinə çevrilib
Sosial / Dunya
Oxunub: 672
17 iy 2018 | 11:40
Oqtay Şirəliyevin “Pirr qələbəsi” - Rüşvət Azərbaycan səhiyyəsinin devizinə çevrilib
















Son illərdə Azərbaycanda sağalmayan xəstəliyə çevrilən səhiyyə sisteminin problemləri haqqında çox danışılmasına, müzakirələr aparılmasına baxmayaraq relsdən çıxmış qatarı heç cürə xəttə qaytarmaq mümkün olmur. Sirr deyil ki, rüşvətxorluq və total korrupsiya bu sistemi çökdürüb. Dövlətin yetərincə diqqət və qayğısına rəğmən Azərbaycan səhiyyəsi qonşu dövlətlərin səhiyyəsinə nisbətdə gülünc durumdadır. Xəstəyə potensial qazanc mənbəyi kimi yanaşılan, insan talelərinin heçə sayıldığı bu sistemdə hər şey əlahəzrət pulun iradəsinə tabe edilib. Pulsuz xəstənin baxımsızlıqdan ölməsi Azərbaycanda sıradan bir hadisədir.
Ümumiyyətlə səhiyyədə formalaşan korrupsioner şəbəkə nəinki bu günümüzü, eləcə də xalqın gələcək genefondunu təhlükə altında qoyur. Keyfiyyətsiz dərmanlar, bu keyfiyyətsiz dərmanların lazım oldu-olmadı xəstələrə “sırınması” insan sağlamlığı üçün təhlükədir. Lakin, daha çox qazanmaq üçün gündən-günə azğınlaşan bu “dərman çetesi” həyatımızı riskə atmaqda davam edir.
Uzun illərdir ki, Səhiyyə nazirliyinə rəhbərlik edən Oqtay Şirəliyevin fəaliyyəti bu sistemi tamamilə çökdürüb. Əgər ölkənin səhiyyəsini bilavasitə çökdürmək üçün kimisə vəzifəyə təyin etsəydilər belə, yenə də O. Şirəliyev qədər bu işin öhdəsindən gələ bilməzdi. O.Şirəliyev hər şeydən öncə Azərbaycan vətəndaşının səhiyyəsinə inamını məhv etməyi bacardı- xəstələrimiz acınacaqlı durumda İranın, Gürcüstanın, Rusiyanın xəstəxanalarında dolaşırlar. Şirəliyev həkimlərin tamamilə ələbaxan, cibəgirən vəziyyətinə düşməsi prosesini rəsmən yekunlaşdırdı, rüşvət Azərbaycan səhiyyəsinin devizinə çevrildi. Yeni tikilən, tam təmir olunan xəstəxanaların göz dağına çevrilməsi prosesi baş verdi-el diliylə desək “neyniyirəm qızıl teşti, içinə qan qusum” məsəli reallaşdı. Dərman mafiyası qol qanad açdı, keyfiyyətsiz məhsullar, mənşəyi məlum olmayan kimyəvi preparatlar ömrümüzə balta çaldı.
Siyahını kifayət qədər uzatmaq olar. Çünki O. Şirəliyevin “xidmətlərini” öz həyatında dadmayan Azərbaycan insanı tapmaq mümkün deyil. İmkanı olan müalicəsi üçün bu ölkədən başını götürüb qaçır. Bundan böyük dövlətə, vətənə, xalqa xəyanət düşünürsünüzmü, cənablar və xanımlar?
Azərbaycan səhiyyəsinin ən yaralı yerlərindən biri də savadsız kadrların xəstəxanalarda at oynatmasıdır. Ürəyin yerinə böyrəyi, gözün əvəzinə qulağı müalicə edən, sol ayağın yerinə sağ ayağı kəsən həkimlərimizin “möcüzələri” bütün dünyaya əyandır. Bunun da kökündə yenə də təbii olaraq total rüşvət dayanır. Ağına-bozuna baxmayaraq pulunu alıb xəstəxanalara doldurulan savadsız, təcrübəsiz həkimlər insan taleləri üzərində təcrübə keçirlər. Bu da Şirəliyev səhiyyəsinin növbəti “uğurudur”-insanları təcrübə “dovşanlarına” çevirmək! Ümumiyyətlə nazirliyin Kadrlar şöbəsinin hansı işlə məşğul olduğu məlum deyil. Şöbə müdiri Kəmalə Mehdiyevanın ya proseslərə müdaxilə etmək imkanı yoxdur, ya da özü proseslərin axarına qoşularaq xəstələrin taleyin ümidinə buraxılması ilə barışıb. Çünki, xəstəxanalara vakansiyaların verilməsi, bu zaman hansı oyunların baş verdiyini hamı bilir.
Rubrika.Az xəbər verir ki, paytaxtın mərkəzində yerləşən tanınmış, gəlirli xəstəxanalara vakant yerlərə həkim qəbulu prosesi daha çox “göndəriş” üsulu ilə həyata keçirilir. Yəni nazirlik prosedur qaydalarını qanuni şəkildə həyata keçirsə də son mərhələdə məhz “damara baxıb qan almaqla” işə qəbul həyata keçirdir. İmtahan verən şəxs lap təbib-loğman olsa belə mərkəzi xəstəxanalara qəbul üçün tələb olunan “kriteryalara” cavab verməlidir. Bu kriteryaların isə neçəyə olduğu barədə aidiyyatlı orqanlar araşdırma aparsalar daha məqsədəuyğun olardı. Səhiyyə sistemində “saç ağartmış”, təqaüd yaşını keçsə də “xalqa xidmətdən” yorulmayan Kəmalə xanım məgər bunları bilmirmi?, Bu barədə nazirliyin Kadrlar şöbəsində nələr baş verir? Hazırda jurnalist araşdırmalarımız davam edir, yaxınlarda Kəmalə Mehdiyevanın qanunsuz əməlləri ilə bağlı faktlara əsasən yazılar dərc edəcəyik.

İyulun əvvəlində baş verən enerji böhranından sonra prezident yanındakı müşavirədə ən sərt ittihamlar Səhiyyə nazirinin ünvanına səsləndirildi. Adicə generator tapılmayan xəstəxanalarla səhiyyənin analoqsuz inkişafından danışan O.Şirəliyevin “Pirr qələbəsi” ifşa olundu. Düşünmək olardı ki, bu boyda biabırçılıqdan sonra O. Şirəliyev dərhal istefa verəcək, xalqdan və dövlət başçısından üzr istəyəcək. Ancaq deyəsən “vəzifə xəstəliyinə” yoluxan və Azərbaycanda müalicəsi tapılmayan O. Şirəliyev hələ də öz “islahatlarını” davam etdirmək istəyir. Hansı haqla, hansı əsasla? Dövlət başçısının etimadından, humanizmindən bu qədər sui-istifadə etmək olarmı? Axı, vəzifədən çıxarılması haqqında əmrin hazırlanmasına baxmayaraq xahiş-minnətlə öz postunu qoruyan O.Şirəliyev nəyə nail olmaq istəyir? Ölkənin səhiyyə sistemini gülüş obyektinə çevirməsi bəs deyilmi? Bu tragikomediya hələ nə qədər davam etməlidir ?
Müalicəsi mümkün olmayan orqanı xəstənin həyatını xilas etmək üçün kəsib atırlar. Zamanı deyilmi?
Rubrika.Az
Bu gün, 10:01
Bir həftədə Rusiyanın 6620 hərbçisi məhv edilib - Pavlyuk
Bu gün, 10:00
Ermənistanda hərbi qiyam və çevriliş ssenarisi önə çıxır: Qarabağ klanı ordunu İrəvanın "işğal"ına çağırır
Bu gün, 09:46
Çin niyə Türkiyənin hərəkətlərindən narahatdır? - Artan təsir
Bu gün, 09:41
Azərbaycan Ukraynada daha 4 obyekti bərpa edəcək
Bu gün, 09:36
Füzuli şəhərinə növbəti köç karvanı yola salınıb - FOTOLAR
Bu gün, 09:28
Sədərəkdə partlayışda həlak olan şəxslərlə bağlı YENİ DETALLAR - VİDEO
Bu gün, 09:25
Ramzan Kadırovun 16 yaşlı oğluna növbəti vəzifə verildi
Bu gün, 09:21
Prezident: "Azərbaycan-Ermənistan sərhədində demarkasiyanın başlanması müsbət addımdır"
Bu gün, 09:18
Əliyev - Putin görüşməsinə dair yeni və heyrətamiz görüntülər - Rusiya mediası İNDİ YAYDI - VİDEO
Bu gün, 09:00
Entoni Blinken Prezident İlham Əliyevə zəng edib
Dünən, 09:58
Bu gün görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın doğum günüdür
27-04-2024, 18:03
"Nar"dan sərfəli smartfon təklifi
27-04-2024, 12:38
Azərbaycan hərbçiləri İtaliyada - FOTO
27-04-2024, 12:33
Bazar günü 31 dərəcə isti olacaq
27-04-2024, 10:28
Azərbaycan Ordusunda komanda-qərargah təlimləri başa çatıb
27-04-2024, 09:47
Azərbaycanlılarla taciklər arasında KÜTLƏVİ DAVA: 1 həmyerlimiz öldü
27-04-2024, 09:43
Bakı “soyuq müharibə”dən çəkinmir: Azərbaycanı hədəf alan dövlətlərə sərt xəbərdarlıq edilib
27-04-2024, 09:38
F-16-ları məhv edəcəyik - Juravlyov
27-04-2024, 09:32
Arda Gülər "Real"da növbəti qolunu vurdu - VİDEO
27-04-2024, 09:24
Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb - FOTO
26-04-2024, 16:00
Sabah 32 dərəcə isti olacaq
26-04-2024, 15:30
Taksi avtomobillərinin kütləvi satışı bazarda ucuzlaşmaya səbəb oldu
26-04-2024, 14:47
İlham Əliyev və Olaf Şolts mətbuat konfransı keçirirlər
26-04-2024, 14:43
Azərbaycan və Almaniya liderlərinin təkbətək görüşü başa çatıb - YENİLƏNİB
26-04-2024, 14:22
Əvvəl Qarabağ, sonra Qazaxın kəndləri... - Növbəti hədəf haradır?
26-04-2024, 14:00
İrəvan kulisləri çalxalanır: Qərbi Azərbaycana qayıdış başlayır - Ermənistan KİV
26-04-2024, 13:23
Növbəti köç karvanı Füzuliyə çatdı