Təhsildə misilsiz saxtakarlıq
Sosial
Oxunub: 1 758
18 fev 2015 | 11:58
Təhsildə misilsiz saxtakarlıq



Regionlarda 2000-dən çox saxta diplomlu müəllim işləyir

Təhsil Azərbaycanda bütün sahələrdə olduğu kimi, təhsil sahəsində də insanlar “ömrü uzun olmayan məqsədə” çatmaq, çirkin işlərini həyata keçirmək, pul, iş, karyera qazanmaq, ali məktəbə qəbul olmaq üçün saxta sənədlərdən, diplomlardan istifadə edirlər. Amma əksər hallarda buna nail olmaq asan olmur, bu cür əməllərin üstü açılır, nəticədə belə istifadəçilər cinayət əməli törədiyinə görə məsuliyyətə cəlb edilirlər.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası bir neçə gün əvvəl açıqladı ki, bu tədris ili üzrə magistraturaya və rezidenturaya qəbul olmaq üçün sənəd verənlərdən 27 nəfərin saxta diplom təqdim etdiyi məlum olub. Bununla da saxta diplom məsələsi yenidən gündəmə gəlib.

Təhsil Nazirliyi ölkədə saxta diplomların olması faktını inkar etmir və belə sənədlərin aşkarlanması istiqamətində mütəmadi tədbirlərin görüldüyünü açıqlayır.
Azerinfo.az ANS PRESS-ə istinadən bildirib ki, saxta diplomların aşkarlanması, buna qarşı tədbir görülməsi məsələsi nazirliyin qarşısında duran prioritet məsələlərdəndir. Yəni bu işə meyl göstərərək saxta doplomları olanların aşkarlanması və cəzalandırılması üçün ciddi mübarizə aparılır. İndi saxta diplomla işə, ali məktəbə qəbul olmaq mümkün deyil. Çünki təqdim olunan diplomlar nazirlikdə yaradılmış bazada yoxlanılır, onun dövlət qeydiyyat nömrəsi, forması, yazı məzmunu dövlət tərəfindən verilən diplomlarla tutuşdurulur.

Bu məsələdə adı ən çox hallanan ali təhsil müəssisələrinə qarşı sərt tədbirlər görülür. Misal kimi, saxta diplom məsələsində adı ən çox hallanan Müəllimlər İnstitutunun Gəncə filialını tamamilə ləğv olunduğunu, digər ali təhsil müəssisələrinin qəbul planının azaldıldığını və ya ümumiyyətlə, dayandırıldığını göstərmək olar.

Təbii ki, əsl sənədlərin saxta yollarla vətəndaşlara verilməsi, həmçinin saxta diplomların təqdim edilməsi cəmiyyətdə birmənalı qarşılanmır.

Ekspertlərin sözlərinə görə, işəgötürən təşkilat kimi Təhsil Nazirliyi bu məsələdə qəti mövqe sərgiləməlidir. Ölkədə saxta diplomların aşkarlanması üçün nazirlik hüquq-mühafizə orqanları ilə birgə mütəmadi olaraq tədbirlərini davam etdirməlidir. Heç kimə sirr deyil ki, qanunu pozmaqla təhsil sisteminə gələn və gəmək istəyən şəxslər var. Saxtakarlığa yol verən insanları işə götürülməməlidir. Saxta sənəd ümumilikdə təhsilin dəyərinin süni şəkildə aşağı düşməsinə, onun əsaslarını aşılanmasına gətirib çıxarır.

Onların fikrincə, təhsil nazirinin açıqladığı kimi, hazırda orta məktəblərdə 2 minə yaxın saxta yollarla diplom almış müəllim çalışır. Bunlar əsasən də Azərbaycanın rayonlarındakı orta məktəblərdə dərs deyirlər. Təbii ki, buna qarşı tədbirlər görülməlidir.

Təhsil naziri Mikayıl Cabbarov mətbuata verdiyi müsahibələrdə dəfələrlə bildirib ki, təhsil sistemində çalışanların sənədlərini yoxlayarkən qeyri-qanuni və yaxud saxta diplomun olduğunu aşkarlanır. Nazirlikdə diplomların məlumat bazası var, həmin diplomları vermiş təhsil müəssisələri də tabeliyimizdə fəaliyyət göstərir. Ona görə də biz bu faktı görərək buna biganə qala bilmərik.

Nazirlikdən bildirilib ki, saxta yollarla diplom almış müəllimlərin hamısı adbaad bilinir. Əldə etdiyimiz bütün məlumatlar, o cümlədən onlara saxta diplom verənlərin adları Baş Prokurorluğa verilib. Digər tərəfdən, onların hamısının birdən işdən çıxarılması, onların yerinin doldurulması o qədər də asan deyil.

Ümumiyyətlə, saxta sənədlərin, diplomların çoxu Azərbaycandan kənarda hazırlanıb gətirilir. Ən çox Rusiya, Ukrayna, Gürcüstan və Türkiyə universitetlərinə aid saxta diplomlar var. Sənədlərin yoxlanması prosesi zamanı aydın olur ki, belə diplomlar Təhsil Nazirliyi tərəfindən verilmir. Bəzən də Təhsil Nazirliyinin hər il hansı seriyalarla diplom verəcəyini bilən rektorlar saxta diplomlar çap etdirir və istədiyi kəsə satır.

Yada salmaq yerinə düşər ki, ötən il Müəllimlər İnstitutunun Gəncə filialında 207 belə fakt aşkarlanıb. Nazirlik 207 müəllimin saxta diplom daşıdığını ortaya çıxarıb. Ekspertlər isə bu diplomların sayının 1000-dən çox olduğunu düşünürlər. Gəncə filialının 2000-ci ildən ötən ilə qədər 2500 məzunu olub ki, onlardan da 1000-nin diplomu şübhə altına alınıb.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə də bir müddət əvvəl bu tədris ili üzrə magistraturaya və rezidenturaya qəbul olmaq üçün sənəd verənlərdən 27 nəfərin saxta diplom təqdim etdiyini, həmin diplomların Təhsil Nazirliyi tərəfindən verilmədiyini açıqlayıb.

Xatırladaq ki, Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi bu işlə bağlı bir neçə ildir araşdırma zamanı Azərbaycan Müəllimlər İnstitutunun və Gəncə Dövlət Universitetinin kütləvi şəkildə saxta diplomlar satdığı barədə faktlar üzə çıxıb. Hazırda proses davam edir.
Bu gün, 11:23
Trampın ad gününə hücumu planlaşdıran "Çoban" saxlanılıb
Bu gün, 11:18
ABŞ-İran danışıqları təxirə salındı
Bu gün, 11:13
Xankəndi şəhərinə daha 18 ailə yola salındı
Bu gün, 10:05
Tur paketləri adı altında dələduzluq: Şübhəli bilinən qadın ölkədən qaçdı
Bu gün, 09:54
"Memorandum İranın kapitulyasiyasıdır" - Tramp
Bu gün, 09:50
Azərbaycan və İtaliya arasında mədəni əməkdaşlığın yeni istiqamətləri müzakirə olunub
Bu gün, 09:40
Arvadını bacısı kimi təqdim edirmiş... – Bakıda film kimi dələduzluq
Bu gün, 09:31
Türkiyə kəşfiyyatı Almaniyanı lərzəyə saldı
Bu gün, 09:27
Hörmüz boğazı ilə bağlı xərclər İran tərəfindən ödəniləcək
Bu gün, 09:23
ABŞ rəsmisindən qalmaqallı açıqlama: İranda yüzlərlə insanın ölümündə İlon Maskın əli var
Bu gün, 09:17
Azərbaycanlı gənc faciəvi şəkildə öldü
Bu gün, 09:00
Qurban Qurbanovun qovduğu Elvin ən bahalı azərbaycanlı futbolçudur
Dünən, 16:00
Türkiyə Ermənistanla münasibətlərin tam normallaşması üçün ŞƏRTİNİ AÇIQLADI
Dünən, 15:30
ABŞ-ın İran əməliyyatına çəkdiyi xərc bu qədər oldu - Sayğac dayandı
Dünən, 14:30
İlham Əliyev İslam İnkişaf Bankı Qrupunun sədrinə "Dostluq" ordenini təqdim edib
Dünən, 13:17
Azərbaycan əhalisinin sayı artıb
Dünən, 12:13
Faciədən sonra atalara səsləndi: "Sizə pis ata desələr də, nəzarəti əldən verməyin"
Dünən, 12:04
İlham Əliyev: Ermənistan 90-cı illərdə urbisid yaratmışdı, lakin onlara qarşı heç bir sanksiya tətbiq olunmadı
Dünən, 12:00
ABŞ-İran sazişi, Versal mesajı: 100 il sonra Yaxın Şərq yenidən şəkilləndirilməsi
Dünən, 11:37
AYNA-dan taksi operatorları ilə bağlı QƏRAR
Dünən, 11:33
Azərbaycan və İslam İnkişaf Bankı Qrupu arasında sənədlər İMZALANDI
Dünən, 11:18
Tramp və Pezeşkian 14 maddəlik sazişi BELƏ İMZALADI
Dünən, 10:53
Ölkədə doğulanların sayı azalıb, ölənlər isə artıb - RƏSMİ RƏQƏMLƏR
Dünən, 10:48
Prezidentdən ŞAD XƏBƏR - Tezliklə....
Dünən, 10:20
Azərbaycanda ilk dəfə 3 universitet TOP 800-ə daxil olub
Dünən, 10:12
Dövlət başçısı: İşğaldan əziyyət çəkmiş Azərbaycan Ermənistana sülhü təklif edən tərəf olub
Dünən, 10:06
İlham Əliyev: Azərbaycanda iqtisadi inkişafla bağlı hər hansı bir çətinlik gözlənilmir