Vəhşicəsinə öldürülən, "namussuz" damğası vurulan qadınlar... - Rəylər
Sosial
Oxunub: 1 572
6 fev 2015 | 19:09
Vəhşicəsinə öldürülən, "namussuz" damğası vurulan qadınlar... - RəylərBu günlərdə paytaxt Bakıda baş verən dəhşətli hadisə hər kəsi şoka saldı. Ər 35 yaşlı arvadının bıçaqlayaraq qətlə yetirib. Ondan bir neçə gün sonra oğul dərzi işləyən anasını öldürərək xaricə qaçanda tutulub.
Ümumiyyətlə, son zamanlar qadınlara qarşı zorakılıq gündən-günə artmaqdadır. Bu cür hallar demək olar ki, gündəlik qarşılaşdığımız adi hadisəyə çevrilib. Vəhşicəsinə öldürülən, zorakılığa məruz qalan qadınlar barəsində mətbuatda, mediada demək olar ki, hər gün məlumatlar yayılır. Öldürülən qadınlar daha çox Bakıda yaşayanlardır. Onlar ərləri və yaxud keçmiş həyat yoldaşları, ataları, qardaşları tərfindən qətlə yetirilirlər. Sürətlə artan bu sosial problemin artıq qarşısı alınmaz olub.
Bəs görəsən qadınlara qarşı artan aqressiyanın səbəbi nədir?
Əslində isə məsələnin narahatedici bir tərəfi də var. Çox zaman qətl törədənlər, sonradan isıə cəmiyyət öldürülən qadınları "namussuz" adlandırır. Bununla da özünə haqq qazandıran cinayətkara cəmiyyət də bəraət verməyə çalışır.
İki il bundan öncə Şamaxıda 16 yaşlı qız evdən qaçmışdı. Hüquq mühafizə orqanları qızı tapıb ailəsinə qaytarmışdı. Lakin görünür, qızın nəyə görə və kimdən qaçması barəsində vaxtında kifayət qədər araşdrıma aparılmayıb. Bəlkə də qız olanlar barəsində polisə danışmaqdan çəkinib. Nəticədə qız evə qayıdan kimi 17 yaşlı qardaşı onu qətlə yetirib.
Dünya təcrübəsində qadınlara qarşı zorakılığın qarşısını almaq üçün qadın polislərinin sayı artırılır, həmçinin sosail işçilərin birgə əməkdaşlıq gücləndirilir. Avropa Şurasının zorakılığının qarşısının alınması haqqında konvensiyası var, lakin Azərbaycan hələ ki, bu konvensiyaya qoşulmayıb. Həmin konvensiyaya əsasən baş verən hadisə ilə bağlı əgər hansısa qadın şikayətçi kimi polisə müraciət edərsə, polis qeyd-şərtsiz həmin qadına yardım göstərməli və qarşı tərəfi məsuliyyətə cəlb etməlidir. Təəssüflə qeyd etmək lazımdır ki, ölkəmizdə bu barədə yalnız cərimələr nəzərdə tutlub. Zorakılığa məruz qalan qadın polsiə müraciət etdikdə polsi izahat alaraq qarşı tərəfi məsuliyyətə cəlb etmir.
Ümumilikdə ölkədə ölüm faktlarının çoxğluğunu nəzərə alaraq bir çox ziyalı, dövlət adamları, hüquqşünaslar, ictimaiyyət nümayəndələri ölüm cəzasının yenidən bərpa edilməsi barədə fikirlər bildirirlər. Onların fikrincə, islah olunmayan, ağır cinayətlər törədən insanların edam olunması zəruri və məntiqidir. Xatırladaq ki, 2011-ci ilin aprelində deputat İqbal Ağazadə Milli Məclisdə məsələ qaldırmış, amma MM bu təşəbbüsü dəstəkləməmişdi.
Dilarə Əliyeva adına Azərbaycan Qadın Hüquqlarının Müdafiə Cəmiyyətinin sədri Novella Cəfəroğlu da "Yeni Müsavat"ın əməkdaşna açıqlmasında ölüm hökmünün yenidən bərpasının tərəfdarı olduğunu dedi:
"Cəmiyyətdə ölən qadını birmənalı olaraq "namussuz" adlandırırlar. Bəs yaxşı, qadın namussuzdur, bəs uşaqlar hansı pis əməli törədib, onları öldümək nəyə lazımdır? Fikrimcə, cinayatkara ömürlük həbs cəzası verilsə, bunun qarşısını almaq mümkün olar. İnsanlar fikirləşirlər ki, qadını öldürəndən sonra 15 il həbsxanada yatıb çıxacaq. Lakin insan bilsə ki, kimisə öldürməklə onu ömürlük həbs cəzası gözləyir, bu cür addımdan çəkinər.
Bu cür olayaları görəndə istəyirəm ölüm hökmü yenidən bərpa edilsin. Lakin unutmayaq ki, ölkəmizdə qanunlar normal işləmir. İndi o qədər insanları qanunsuz olaraq həbs ediblər ki, indi onlara ölüm cəzası tətbiq olunsa nə qədər insan günahız olaraq məhv edilər".
Hüquq müdafiəçisi bu məsələdə mətbuat və media nümayəndələrini də qınayıb:
"Cəmiyyətimizin psixologiyası pozulub. Təkcə qadınların deyil, bu gün kişiləri, uşaqları, qadınları bu cür amansızlıqla qətlə yetimək adi hala çevrilib. Əgər bir evdə kişi həm qadını, həm də uşaqları öldürürsə, deməli, bu artıq ciddi məsələdir. Bu yaşımda bu qədər baş kəsilməsini görüb dəhşətə gəlirəm. Bu problem təkcə bizim deyil, bütün dünya bu problemədən əziyyət çəkir. İnsanlar televiziyalarda İŞİD-in törətdiyi cinayətləri görüb təqlid edirlər. Bu cür olayları televiziyada yayımlamaq olmaz".
"Azərbaycan Uşaqlar Birliyi"nin rəhbəri Kəmalə Ağazadə qadınlara qarşı aqressiyanın bu həddə çatmasında tətbiq edilən qanunların icra edilməməsində gördü:
"Nə qədər ki, "Məişət zorakılığına qarşı qanun2un icrası qənaətbəxş olmayacaq bu cür hallarıın sayı da artacaq. Bunun əsas səbəblərindən biri də öldürülən qadının qohum əqrəbası cinayətkarın doğru hərəkət etdiyini əldə bayraq etməsidir. Çox təəsüf ki, bu fikrə çox zaman qadınlar da qoşulur.
Bu məsəldə təkcə cəmiyyətin deyil, KİV-lərin də günahı var. Psixi problemi, gərginliyi olan insanlar hər gün efirdə mətbuatda zorakılıqla bağlı məlumatlar eşidir, görür, sonradan bu cür hadisələri özləri həyata keçirirlər".
Bəstəkar, müğənni Elza Seyidcahan bu məsələdə qadınların da günahı olduğunu dedi:
"Mən qadınlarda da günah görürəm. İndi gənc qadınlarımız elə düşünürlər ki, hər kiçik problemə görə üsyan etməlidirlər. Onların müasir həyatla ayaqlaşmaq, ulduz olmaq istəyirlər. Lakin unudurlar ki, ən böyük ulduz və karyera ailə deməkdir. Ailədə qadınlar kişiləri o həddə çatrdırırlar ki, kişilər bəzən bu cinayətləri törətməyə məcbur olurlar.
Lakin, qətllə, zorakılıqla heç nə əldə edilmir. Adət etmişik ki, öldürülən qadının mütləq əxlaqsız olduğu barədə düşünək. Lakin cinayət törədən kişi düşünürmü ki, qadın əgər bu yola düşübsə ilk növbədə onun da günahı var. Öldürdüyü qadının adına "namussuz" adı verməklə özünü də məhv edir. Bəlkə də cinayətkar elə zənn edir ki, belə yolla özünə bəraət qazanacaq, günahı yumaşalacaq. Qadınını əxlaqsız olduğunu bəhanə edib öldürən kişi bu adla yaşamaqdansa gərək sonra da özünü öldürsün".
"Yeni Müsavat" qəzetinin əməkdaşı, tanınmış jurnalist Aygün Muradxanlı qadınlara qarşı zorakılığın kökündə maarifsizlik dayandığını bildirdi:
"Çox təəssüf, hələ də Azərbaycan toplumu qızların təhsil almasına birinci dərəcəli məsələ kimi baxmır, onların gələcəkdə öz iqtisadi azadlıqlarını təmin etməsi haqqında düşünmür. Azərbaycanın bir çox ailələrində qızlar ərə vermək üçün böyüdülür. Xüsusən kənd yerlərində qızlar hüquqsuz durumdadır. Təhsili, savadı, dünya görüşü məhdud, bütün bu səbəblərdən özünü müstəqil şəkildə idarə etmək gücü olmayan qadınlar zorakılığın potensial qurbanlarıdır. Qızları erkən nigaha daxil olan ailələrə baxsaq örəcəyik ki, orada zorla ərə verilən qızla bərabər onların anaları da haqqı tapdanan tərəfdir. Belə ailələrdə qadınlar evdə faktiki qulluqçu yerinə işlədilir. Onların övladlarına verə biləcəyi çox az şey var. Bu cür ailələrin düşüncəsindəki "tərbiyəli, ağıllı uşaq" təhsil almağa, dünyaya açılmağa can atan yox, müti, buyruq qulu olan uşaqlardır. Bu durum cəmiyyəti geriyə aparan ən ciddi səbəblər sırasındadır. Savadlı, dünya görüşlü, haqqını bilən qadınların haqqını tapdamaq asan deyil. Ən azı ona görə ki, qadının haqqını tapdayan bunun üçün el qınağından, ailə danlağından başqa hüquqi məsuliyyət daşıyacağının da fərqindədir".
Publisist-şairə Aysel Əlizadə aqressiyanın təzahürünü cəmiyyətdə olan boşluqda gördü:
"Bu çox dolaşıq, dərin, incələnməyə ehtiyacı oplan bir problemdir. Nəzər yetirəndə görürük ki, bu cinayətləri törədənlər əksərən kasıb təbəqənin nümayəndələridir. Belə xəbərlə içərisində hələ eşitmədik ki, hansısa varlı bir kişi qadınının başını kəssin. Bütün bunlar bekarşılıqdan, boşluqdan, kasıbçılqdan yaranan aqressiyanın təzahürüdür. Mental mühafizəkarlıq da burda mühüm rol oyanyır. Nəticədə qadınlar kişilərin qurbanına çevrilir. Adətən imkanlı şəxslər öz işləri ilə məşğul olur, onların daha işıqlı və əyləncəli həyatları olur, qadını öldürmək, başını kəsmək kimi fikirlərlə yaşamırlar. Qısqanclıq kimi hisslər belə onlarda ikinci planda olur".
Aysel Əlizadə onu da qeyd etdi ki, Azərbaycanda qadın zorakılığına qarşı müdafiə mexanizmi yoxdur:
"Qadın zorakılığına qarşı 2010-cu ildə qanun tətbiq edilib. Lakin nədənsə bu qanuna o qədər əhəmiyyət verilmir. Çünki, burda mental səbəblər var. Qadınlar hüquqları pozulduqda polisə şikayət etmək istəmir, bu səbədən onları bu yöndə maarifləndirmək lazımdır.
Bizdə qatili həbs edib məsələni çözülmüş hesab edirlər. Lakin cinayətə qədər olan proses qədər də araşdırlrımır. Dünya ölkələrində bu məsələyə diqqətlə yanaşırlar. Məsələn Almaniyada bir ailədən əgər yüksək tonda səslər gəlirsə qonşular mütləq həmin an polisə zəng edirlər. Bu ölkədə qadın hüquqları kişi hüquqlarından öndədir. Qadına əl qaldrımaq dərhal həbslə nəticələnir".
A.Əlizadə öldürüldükdən sonra da mühakimə edilən qadınlardan danışıb:
"Bizdə öldürülən qadın həmilşə cəmiyyət tərəfində mühakimə edilir, qınalınır. Halbuki, fakt, olayın əsl məğzi göz qabağında olmasına baxmayaraq cəmiyyət yenə də qadında günah axtarmağa başlayır. Çünki, Azərbaycanda əksər hallarda qadını kimlik kimi hesab etmirlər".
Tanınmış telejurnalist İlhamiyyə Rza məsələyə bu cür münasibət bildirdi:
"Cəmiyyətdə aqressiya çoxalıb. Sosial problemlərin artması fonunda aqressiyanın çoxalması gözləniləndir".
"Təmas" Regional İctimai Birliyinin sədri Südabə Məmmədova bildirdi ki, dövlət vaxtında bu məsələyə ciddi yanaşmasa cəmiyyətdə fəlakət yarana bilər:
"Bəzən bu cinayətləri yalnız kasıb təbəqəyə aid olan insaların törətdiyi bildirilir. Lakin məsələni dərindən araşdıranda bunun heç də belə olmadığını görürük. Bu günlərdə zorakılığa məruz qalan bir xanım sığnacağımıza müraciət etmişdi. Deyim ki, o xanım çox tanımış bir məmurun həyat yoldaşı idi. Qadının bədənində ağır bədən xəsarətləri var idi, o, əri tərəfində işgəncələrə məruz qaılmışdı. Dəfəllərlə bu cür hadisələrə qarşılaşırıq. Qadın döyülür, söyülür, işgəncəyə məruz qalır, lakin dövlətə şikayət etməkdən çəkinir. Hətta əri ilə barışıb eyni evdə yaşayır. Buna səbə isə bölgələrdə qadınların işlə təminatında ciddi problemlər olmasıdır. Üstəlik regionlarda həyat yoldaşından ayrılan qadınlara münasibət birmənalı deyil".
Psixoloq Fərqanə Mehmanqızı aqressiyanın yaranmasında kişilərin öz güvəninin sarsılması, daxili tamlğın olmamasında gördü:
"Onların şəxsiyyətində öncələrdən yaranmış problem, mühüt gərginliyi ilə üzə çıxır. Bütün bu psixoloji qarşılığın sonunda "günahkar" axtarılır və təbii ki, özlərinin fiziki gücü çatan şəxsə yüklənirlər, bu da qadındır. Problemlərin əsəs nöqtəsini qadında görən kişi onu öldürməklə boşluğu, zəifliyini silə biləcəyini zənn edir. Cahilcə düşüncələr onu cinayətə sürükləyir".

Xalidə Gəray

http://musavat.com
Bu gün, 11:53
İran prezidentinin ölümü nefti bahalaşdırdı
Bu gün, 11:49
Kirants kəndində sərhəd dirəkləri quraşdırıldı
Bu gün, 11:46
İlham Əliyev Kamerunun dövlət başçısını təbrik edib
Bu gün, 11:42
İranda milli matəm elan edilib
Bu gün, 11:05
Faciəvi şəkildə həlak olan İran rəsmilərinin DOSYESİ
Bu gün, 10:56
Aİ İrana başsağlığı verib
Bu gün, 10:48
Ceyhun Bayramov: Abdullahianın vəfatı xəbəri məni dərindən sarsıtdı
Bu gün, 10:38
Rəisisiz iclas... - Foto
Bu gün, 10:33
Bakıda Avropa çempionatı başlayır
Bu gün, 10:29
İranda cəsədlərin axtarışı başa çatdı - Yenilənib
Bu gün, 10:26
İlham Əliyev Xameneyiyə başsağlığı verdi
Bu gün, 09:44
Rəisi kim idi, yerinə kim gələcək? - BƏZİ DETALLAR
Bu gün, 09:40
Rəisinin helikopteri tamamilə yanıb - FOTO
Bu gün, 09:35
Rəisinin qəzaya düşdüyü helikopterlə bağlı DETALLAR (FOTO)
Bu gün, 09:30
İran hökuməti təcili toplanır
Bu gün, 09:25
Klopp dünyanın ən yaxşı məşqçisinin adını açıqladı
Bu gün, 09:20
Niger: ABŞ hərbçilərinin ölkədən çıxarılması proseduru razılaşdırılıb
Bu gün, 09:13
Helikopter qəzasında həlak olanların SİYAHISI - ADLAR
Bu gün, 09:08
İran Prezidenti və helikopterin bütün sərnişinləri həlak olub - FOTO/VİDEO
Bu gün, 09:00
"Fənərbağça" "Qalatasaray"ı məğlub edib: Çempion son turda bəlli olacaq
Dünən, 21:50
Rəisinin qəzaya düşən helikopterdən son görüntüləri - VİDEO
Dünən, 21:43
Rəisinin Ermənistan səfəri təxirə salındı
Dünən, 20:29
Bagiri əmr verdi: Bütün ordu axtarışlara cəlb olundu
Dünən, 19:54
İlham Əliyev: İran Prezidentinin olduğu helikopterin qəza enişi barədə xəbər bizi ciddi narahat etdi
Dünən, 16:56
Rəisinin helikopteri qəza etdi - Yenilənib
Dünən, 12:32
Prezidentlərin iştirakı ilə açılış mərasimi keçirilir - FOTOLAR - YENİLƏNİB
18-05-2024, 10:44
Daha bir “Prius” qəzası - Ölən və yaralananlar var - Foto