Səlim Müslümov: “Yeni yaradılan iş yerlərinin 80 faizi regionları əhatə edir“
Sosial
Oxunub: 1 354
2 fev 2015 | 17:24
Səlim Müslümov: “Yeni yaradılan iş yerlərinin 80 faizi regionları əhatə edir“


“Yeni yaradılan iş yerlərinin 80 faizi regionları əhatə edir“.

Azerinfo.az Publika.az-a istinadən xəbər verir ki, bu barədə Səlim Müslümov Azərbaycan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) təşəbbüsü ilə fevralın 2-də Bakıda “Makroiqtisadi siyasət və onun məşğulluq siyasətinə təsiri” mövzusunda keçirilən beynəlxalq seminarda bildirib.

Onun sözlərinə görə, son 10 ildə respublikada ümumi daxili məhsul 3,4 dəfə, əhalinin gəlirləri 6,5 dəfə artıb, ötən il isə bu artımlar müvafiq olaraq 2,7 faiz və 4,8 faiz təşkil edib. Ümumi daxili məhsulun adambaşına düşən həcmi son on ildə 8,4 dəfə artaraq 6300 manata (8000 ABŞ dollarına) yüksəlib və “Azərbaycan 2020: Gələcəyə baxış” İnkişaf Konsepsiyasına əsasən 2020-ci ilədək bu göstəricinin iki dəfə artacağı gözlənilir. Dünya Bankının adambaşına düşən Ümumi Milli Gəlir təsnifatına görə, Azərbaycan artıq “yuxarı orta gəlirli” ölkələr kateqoriyasına yüksəlib”.

Nazir bildirib ki, ölkəmizin valyuta ehtiyatları 2004-cü ildəki 1,8 milyard dollardan hazırda 53 milyard dollara yüksəlib. Dünya İqtisadi Forumunun son hesabatına əsasən, Azərbaycan 144 ölkə arasında ən yüksək rəqabətqabiliyyətli iqtisadiyyata malik 40 ölkə sırasındadır. Azərbaycanda şəffaf biznes mühitinin mövcudluğu 2004-cü ildən bəri ölkə iqtisadiyyatına 180 milyard dollar investisiya yatırılmasına imkan verib və növbəti 4 ildə daha 100 milyard dollardan çox investisiyanın yatırılacağı gözlənilir. İqtisadi inkişafın sosial sahəyə müsbət təsiri kimi qeyd olunan dövrdə minimum əmək haqqı 11,6 dəfə, bir nəfərə düşən orta aylıq əmək haqqı 5,5 dəfə artıb, orta aylıq əmək pensiyası 9,4 dəfə artmaqla yoxsulluq həddini 1,7 dəfə üstələyir.

Əhalinin gəlirlərinin təkcə ötən il 1,4 faizlik inflyasiya səviyyəsindən üç dəfədən də yüksək olduğunu qeyd edən S.Müslümov inkişaf proseslərinin uğurlu nəticəsi kimi ölkədə yoxsulluq səviyyəsinin 5 faizə endiyini diqqətə çatdırıb: “Dövlət başçısının iqtisadi siyasətində ən mühüm prioritet kimi, ölkədə qeyri-neft sektorununun dinamik inkişafı iqtisadiyyatda şaxələndirməni, eyni zamanda, sosial rifahda ən təsirli vasitə olan məşğulluq səviyyəsinin artımını uğurla təmin edir. Son on ildə 2,6 dəfə, həmçinin ötən il 7 faiz artımın qeydə alındığı qeyri-neft sektorunun milli iqtisadiyyatda payı hazırda 60 faizə yaxındır. Ölkədə muzdla işləyən 1508 min nəfərin 93,3 faizini əhatə edən qeyri-neft sektorunun genişlənməsi 2004-cü ildən bəri bir milyonu daimi olan 1 milyon 360 min yeni iş yerinin açılmasına, məşğulluq problemlərinin aradan qalxmasına səbəb olub”.

S.Müslümov bildirib ki, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının məlumatına əsasən 2014-cü ilin sonlarında (oktyabr ayında) işsizlik səviyyəsi Avropa məkanında 11,5 faiz, Avropa İttifaqında 10 faiz, İspaniyada 24 faiz, Portuqaliyada 13,4 faiz, İtaliyada 13,2 faiz, Slovakiyada 12,9 faiz, İrlandiyada 10,9 faiz, Fransada 10,5 faiz, Sloveniyada 8,8 faiz olub: “Hətta inkişaf etmiş ölkələrdə artmaqda olan işsizlik səviyyəsi Azərbaycanda son on ildə sürətlə azalaraq 4,9 faizə enib. Eyni zamanda, yeni yaradılan iş yerlərinin 80 faizinin regionları əhatə etməsi ölkənin bölgələri üzrə əmək bazarları arasında qeyri-bərabər vəziyyətin aradan qalxmasına imkan verib. BƏT-in məlumatına əsasən, hələ 2010-cu ildə ölkəmizdə şəhər və kənd yerləri üzrə işsizlik səviyyələri müvafiq olaraq 5,8 faiz və 5,4 faiz olub. Müqayisə olunan digər ölkələrdə, məsələn, Rusiyada bu, 17,6 faiz və 3,7 faiz, Türkiyədə 14,2 faiz və 7,3 faiz, Fransada 9,8 faiz və 7,2 faiz, Bolqarıstanda 8,6 faiz və 12,3 faiz, Latviyada 20,3 faiz və 17 faiz təşkil edib”.
Bu gün, 16:00
Dünyanın sonu gələndə yalnız bu 5 ölkə salamat qalacaq
Bu gün, 15:30
Rəisinin ölümü, Fitsoya sui-qəsd, Vuçiçə təhdidlər, Türkiyədə çevriliş cəhdi nədən xəbər verir...
Bu gün, 15:06
Xankəndiyə prokuror təyin edilib
Bu gün, 14:22
Rəisi və digərləri qəzadan sonra nə qədər sağ qalıb? - AÇIQLAMA
Bu gün, 13:12
İlham Əliyev Latviya Seyminin sədrini qəbul edib - FOTO
Bu gün, 12:39
Pakistanda matəm günü elan edildi
Bu gün, 11:53
İran prezidentinin ölümü nefti bahalaşdırdı
Bu gün, 11:49
Kirants kəndində sərhəd dirəkləri quraşdırıldı
Bu gün, 11:46
İlham Əliyev Kamerunun dövlət başçısını təbrik edib
Bu gün, 11:42
İranda milli matəm elan edilib
Bu gün, 11:05
Faciəvi şəkildə həlak olan İran rəsmilərinin DOSYESİ
Bu gün, 10:56
Aİ İrana başsağlığı verib
Bu gün, 10:48
Ceyhun Bayramov: Abdullahianın vəfatı xəbəri məni dərindən sarsıtdı
Bu gün, 10:38
Rəisisiz iclas... - Foto
Bu gün, 10:33
Bakıda Avropa çempionatı başlayır
Bu gün, 10:29
İranda cəsədlərin axtarışı başa çatdı - Yenilənib
Bu gün, 10:26
İlham Əliyev Xameneyiyə başsağlığı verdi
Bu gün, 09:44
Rəisi kim idi, yerinə kim gələcək? - BƏZİ DETALLAR
Bu gün, 09:40
Rəisinin helikopteri tamamilə yanıb - FOTO
Bu gün, 09:35
Rəisinin qəzaya düşdüyü helikopterlə bağlı DETALLAR (FOTO)
Bu gün, 09:30
İran hökuməti təcili toplanır
Bu gün, 09:25
Klopp dünyanın ən yaxşı məşqçisinin adını açıqladı
Bu gün, 09:20
Niger: ABŞ hərbçilərinin ölkədən çıxarılması proseduru razılaşdırılıb
Bu gün, 09:13
Helikopter qəzasında həlak olanların SİYAHISI - ADLAR
Bu gün, 09:08
İran Prezidenti və helikopterin bütün sərnişinləri həlak olub - FOTO/VİDEO
Bu gün, 09:00
"Fənərbağça" "Qalatasaray"ı məğlub edib: Çempion son turda bəlli olacaq
Dünən, 21:50
Rəisinin qəzaya düşən helikopterdən son görüntüləri - VİDEO