SOS! Qanımıza heyvan geni yeridirlər
Sosial
Oxunub: 1 396
28 yan 2015 | 11:27
SOS! Qanımıza heyvan geni yeridirlər



Pomidora balıq, kartofa, taxıla əqrəb, düyüyə, donuza isə insan geni vurulur:"Pulumuzu alıb, bizi zəhərləyirlər!"


Bu gün bazarlarımızda satılan meyvə-tərəvəzin əksər hissəsi geni modifikasiya olunmuş (GMO) məhsullardır. Ölkəyə geni dəyişdirilmiş məhsulların gətirilməsi mövzusuna zaman-zaman toxunulsa da, GMO-nun insan orqanizmi üçün nə qədər zərərli olduğu söylənilsə də, bu məhsulların Azərbaycana idxalı və ölkədə istehsal edilməsinin qarşısı hələ də alınmayıb. Əslində isə geni dəyişdirilən məhsulların dövlət reyestrinə daxil olması qadağandır. Amma buna baxmayaraq, bu məhsullar bazarlarda açıq-aşkar satılır. Alıcılar da bu məhsulların gözəl görünüşünə aldanıb, məmnuniyyətlə alırlar. Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov deyir ki, GMO məhsulların bir neçə əlaməti var ki, onu laboratoriyasız da müəyyən etmək olar: "Əhali bunu bilməlidir. O bitkilər ki, növbəti ilə toxum götürəndə toxum çıxış vermir və ya çox az çıxış verir, o artıq GMO-nun birinci əlamətidir.”
E. Hüseynovun sözlərinə görə Azərbaycanda GMO məhsullar nəinki bazarlarda satılır, hətta əkilib becərilir: "Ölkədə əkilən pomidorların 90, qarpızların 60, bibərlərin 50 faizi, kartofların bir hissəsi bu vəziyyətdədir. Azərbaycanda satılan qızıl düyü və yaxud qırmızı düyü birmənalı şəkildə GMO-dur. Dünyada soyanın 98 faizi GMO-ya uğrayıb. Ölkəmizdə olan soya və ya soya tərkibli nə varsa bu tərkibdədir. Azərbaycanda olan 6-ya qədər yerli pomidor növünün heç biri hazırda ölkədə yox dərəcəsindədir. Demək olar ki, məhv olub. 5-ə qədər qarpız növünün heç biri yoxdur. Məsələn, qarpızdan söhbət gedirsə, aborigen qarpız növlərinin tumu böyük olur. Əvvəlki qarpız növü ilə hazırda bazarda olan qarpız növünü müqayisə etsək, görərik ki, indiki növ heç bir bar vermir. Ölkədə həmçinin GMO məhsulları əkilib becərilir. Baxmayaraq ki, ölkə prezidentinin bununla bağlı ciddi qərarları var. Kürdəmirin Ləngəbird kəndində "Qarabağ” MMC deyilən bir müəssisə var. O müəssisə fəxr edir ki, mən ən ağıllı adamam, 5 dəfə artıq qarğıdalı ilə bağlı məhsuldarlıq əldə etmişəm. Hansı ki onu quş yeminə çevirirlər. Birmənalı şəkildə fikrimiz belədir ki, o, geni dəyişdirilən məhsuldur. Və yaxud beynəlxalq təşkilat Azərbaycanda layihə həyata keçirir və Bərdə rayonunda çiyələk sortları yetişdirir. Yüksək məhsuldarlıq əldə ediblər. Guya ki, bu vaxta kimi bunu etməyə heç kimin ağlı çatmırdı. Yəni GMO-nu gətirib, Azərbaycanda belə yayırlar. Dəfələrlə GMO-nun lobbiçiliyini aparan, xüsusilə Ümumdünya Ticarət Təşkilatının nümayəndələri bizim ofisdə olublar. Mənimlə görüşlər keçiriblər və GMO-nun üstünlüyü, vacibliyi barədə mənimlə iş aparmaq istəyiblər. Lakin mənim razılığımı ala bilməyiblər.”
Qurum sədri onu da vurğuladı ki, Azərbaycanda satılan bananların da geni dəyişdirilib: "Bir məsələni də qeyd edim ki, bananlara da GMO tətbiq edirlər. Afrika ölkələrində olduğum zaman bananların kiçik və qısa olduğunu gördüm. Lakin Azərbaycana gətirilən bananların əksəriyyəti GMO-dur.”
Bundan başqa, ekspert, bəzi ticarət mərkəzlərinin məhz GMO tərkibli meyvə-tərəvəzin satışı ilə məşğul olduğunu bildirdi: "Azərbaycanda fəaliyyət göstərən "Meyvəli” şirkətinin xaricdən gətirdiyi məhsulların tərkibində GMO var. Təəssüf edirəm ki, hətta İrandan da GMO məhsullar gətirilir. İran geni dəyişdirilən məhsulların əkini ilə məşğuldur və bunu inkişaf etdirir. Türkiyədən də Azərbaycana belə məhsullar idxal olunur. Guya türklər buna qarşı mübarizə aparırlar. Müəyyən sənədlərdə göstərilir ki, bu tərkiblər yoxdur, amma hər şey əksinədir. Broyler fabriklərində də toyuqlara GMO tərkibli yem verilir ki, onlar tez kökəlsin. Bunlardan başqa, hansı uşaq qidasının tərkibində soya südü və ya soya unu varsa, o da birmənalı şəkildə demək olar ki, GMO məhsuldur.”
Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin Mətbuat xidmətinin rəhbəri Fazil Talıbov isə Azərbaycanda GMO məhsulların satılmadığını deyir: "Bizdə laboratoriya var. Laboratoriyanın mövcud şəraiti müasir Avropa standartlara cavab verir. Mükəmməl bir laboratoriya qurulub. Bu yaxınlarda istifadəyə verilib. Yoxlamalar aparmışıq, Azərbaycanda belə bir problem yoxdur. Əsasən belə problemlər xarici ölkələrdə olur. Azərbaycana idxal olunan məhsullarda GMO orqanizmləri aşkar edilməyib. Bununla bağlı müvafiq dövlət orqanlarının iştirakı ilə işçi qrup yaradılıb, araşdırmalar aparılır. Xaricdən gətirilən məhsullarda da GMO tərkibi müəyyən etməmişik.”
Eyyub Hüseynov isə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sözçüsünün Azərbaycanda GMO məhsulların satılmaması ilə bağlı söylədiyi fikirlərlə qətiyyən razı deyil:"Əgər belə bir təhlükə olmasaydı, niyə ölkədə GMO məhsullar qadağan edilirdi? Prezidentin bununla bağlı fərmanı da var. Azərbaycan GMO-nun yayılmasının qarşısının alınması ilə bağlı Kartagen protokoluna qoşulub. Gedib araşdırsınlar mağazalarda qızıl düyü, sarı düyü satılır, bunların hamısında soya var, onlar da GMO tərkiblidir.”
Milli Məclisin aqrar məsələlər komitəsinin sədri Eldar İbrahimov da bildirib ki, Azərbaycanda belə bir problem var: "Bu məhsulların ölkəyə gətirilməsi narkotik vasitə gətirilməsi kimidir. Yəni sərhəddə tutulan tutulur, qanunsuz keçirilənlər isə ölkə ərazisinə yayılır. Bura həm meyvələr, həm də toxumlar aiddir. Adını eşitmədiyimiz və bu günə qədər üzləşmədiyimiz bütün xəstəliklərin hamısı GMO məhsullarının yaratdığı fəsadın nəticəsidir. Bir meyvə ki, günlərlə havada, çöldə qaldığı halda, xarab olmursa, bu nə deməkdir? Bütün əhaliyə bu məhsulların insan orqanizminə nə qədər ziyanlı olmasını çatdırmalıyıq. Xüsusilə Azərbaycanın GMO məhsullarına heç bir ehtiyacı yoxdur. Çünki ölkədə kifayət qədər məhsuldarlıq və istənilən növ meyvə yetişdirilə bilir.”
GMO müasir biotexnologiya üsulu ilə heyvan geninin bitkiyə və əksinə, bitki geninin bitkiyə, heyvan geninin heyvana köçürülməsi deməkdir. Alimlərin araşdırmasına görə, siçovullara bir müddət GMO məhsul yedizdirməsi nəticəsində bu heyvanların qanında leykositlərin miqdarı aşağı düşüb, mədə və qaraciyərin ölçüləri kiçilərək funksiyaları zəifləyib, ümumi çəkisi və beynin çəkisi azalıb, balalarının ölüm faizi artıb, həm analarda, həm də balalarda aqressivlik yüksəlib, hətta onlar bir-birini yeməyə başlayıb. Siçovullar öz morfologiya və biokimyalarına görə insana çox oxşar olduğundan, laboratoriya sınaqları zamanı məhz bu heyvanlardan istifadə olunur. GMO məhsullarla alimlərin gəldiyi nəticə belədir ki, transgen mənşəli qida məhsullarının insana mənfi təsir göstərməyəcəyinə və qarşısıalınmaz mutasiyalara gətirməyəcəyinə tam əminlik yoxdur. O da vurğulanır ki, geni dəyişdirilən məhsullar əsasən insanın immun sistemini zəiflədir. Bu da müxtəlif xəstəliklərin yaranmasına gətirib çıxarır. O da faktdır ki, gen mühəndisliyinin geniş inkişaf etdiyi Amerikada əhalinin 70 faizi allergiyadan zərər çəkir. GMO-nun qadağan edildiyi İsveçdə isə belə şəxslərin sayı əhalnin cəmi 7 faizini təşkil edir.
Artıq bu problemlə bağlı Ümumdünya Səhiyyə Təşkilatı, BMT-nin Ərzaq Təşkilatı və beynəlxalq ekoloji təşkilatlar tərəfindən həyəcan təbili çalınır. Yaponiya, Avstraliya, Yeni Zelandiya, İsveçrə, Çin və bir çox dövlətlər insan orqanizmində qarşısıalınmaz dəyişiklərə gətirməsi səbəbindən GMO idxalını qadağan edib.
Mütəxəssislər bildirir ki, ölkəmizə hazırda əhalinin ən çox istifadə etdiyi transgen məhsullar ət məhsulları, kolbasa və sosiska, dondurma, makaron məmulatları, meyvə-tərəvəz, bəzi uşaq qidalarıdır. Bu məhsullar Azərbaycana daha çox İran, Rusiya və Gürcüstandan gəlir. ABŞ, Kanada və Argentinadan idxal olunan qida və yemlərin də çoxu transgendir. Kartofa soyuğa və xəstəliyə davamlı olması üçün əqrəb və ya qargülü geni vururlar. Artıq bütün dünyada kartofa onlarla yad genin köçürülməsi təcrübəsi var. Bütün bunlar o deməkdir ki, məsələn, əqrəb geni vurulan məhsulu yeyən insanın gen koduna bu hevanın geni oturur ki, bu da müəyyən vaxtdan sonra insanların sağlamlığında, davranışlarında və xarakterində müəyyən fəsadların yaranmasına səbəb olur.
Yaxud, bəzi növ pomidor və çiyələklərə isə şaxtaya davamlı olması üçün kambala balığının geni vurulur. Düyünü daha qidalı etmək üçün ona ana südünün daşıyıcısı olan insan geni vururlar. Donuza insan geninin vurulması hazırda bəzi Qərb ölkələrində hətta din xadimlərinin etirazına səbəb olub.
Bəs İslam dini belə məhsulların qəbuluna necə yanaşır? "Dinimizə görə əşyada əsl olan halallıqdır. Əgər hansısa bir nəsnədə onun haram olması ilə bağlı şəriət mənbələrində heç bir kəlam yoxdursa, o halal sayılır. Bu cür məhsullar gigiyenik şəraitdə, tibbi cəhətdən yoxlandıqdan sonra heç bir xəstəlik, zərər tərkibi müşahidə olunmursa, istifadəsi dinimizə görə halal sayılır.” İlahiyyat üzrə fəlsəfə doktoru Əkrəm Həsənov deyir ki, dinimizə görə haram olan məhsullar orqanizmə zərər olan məhsullardır: "Əgər insanlar qabaqcadan bunun zərərli olmasını bilirlərsə, çəkinmələri daha yaxşıdır. Yox, əgər tam zəmanət verilirsə və gələcəkdə orqanizmə bu və ya digər cəhətdən zərəri olmayacaqsa, onda istifadəsi halal sayılır. Məsələn, meyvə və tərəvəzlərə ölçüsünün və çəkisinin daha böyük, məhsulların cəlbedici görünməsi, yaxud dözümlü olması üçün əqrəb, balıq və digər heyvanların genləri əlavə olunur ki, bu, həmin məhsulun haram olmasına gətirib çıxarır və dinimizə görə bu qidalardan çəkinmək vacibdir. Dinimizə görə tərkibi haram məhsullarla qarışıq olan məhsulların istifadəsi haram, halal məhsullarla qarışıq olanlarınkı isə halal hesab edilir.”
Bir sözlə, sağlamlığınızı qorumaq üçün, eyni zamanda heyvan genlərini və xüsusiyyətini orqanizminizdə daşımaq istəmirsinizsə, GMO məhsullardan uzaq durun. Necə deyərlər, pulunuzu verib, özünüzə çoxsaylı problemləri satın almayın.http: /cumhuriyyet.az/
Dünən, 16:00
Kalininqrad modeli yaxşı ideyadır - AKTUAL
Dünən, 15:30
"Paşinyanın yerinə kim gəlsə, onun üzərinə ən ağır yük düşəcək" - "Fakt"
Dünən, 15:26
Azərbaycan və Belarusun üç şəhəri qardaşlaşıb
Dünən, 14:22
Rusların belə gedişi... BÖYÜK UĞURDUR! - HƏQİQƏTƏN DƏ...
Dünən, 13:39
Tezliklə çərçivə sazişi imzalana bilər - GƏLİŞMƏ
Dünən, 13:00
Prezidentdən tələb: Masada artıq bu sənəd var, ATƏT isə... - NƏ BAŞ VERİR?
Dünən, 12:28
Sülhməramlıları yolasalma mərasimindən görüntülər - VİDEO
Dünən, 12:24
Bu fransızlarla NƏ EDƏK?.. - İNCƏLƏMƏ
Dünən, 12:22
İlham Əliyevlə Lukaşenko arasında təkbətək görüş başlayıb
Dünən, 10:49
May ayında Azərbaycana qar yağdı - VİDEO
Dünən, 10:43
“Ağ çiçəyim”in ətrafındakı obyektlərə dəyən zərəri kim ödəməlidir? - AÇIQLAMA
Dünən, 10:37
Dörd dost ağır qəzaya düşdü - Biri öldü
Dünən, 10:33
Könülün nəşini səhəri gün dostu ilə birgə basdırdığı məlum olub - Rəsmi
Dünən, 10:26
Sərhədçilərimiz alınan kəndlərimizə yerləşdirilir - prosesinin DETALLARI
Dünən, 10:12
Azərbaycan və Ermənistan parlamentlərinin sədrlərinin Cenevrədə görüşü gözlənilir
Dünən, 10:00
"TikTok"da "fal bazarı": Polis necə izləyir?
Dünən, 09:57
Hərbçimiz vəfat etdi
Dünən, 09:52
ABŞ-də “bomj”lara pulsuz araq paylanılır
Dünən, 09:47
Vaşinqtondan Qəzza ilə bağlı ərəb ölkələrinə ÇAĞIRIŞ
Dünən, 09:44
İcra başçısı "Ağ çiçəyim”in yanmasının səbəbini açıqladı - VİDEO
Dünən, 09:39
Paşinyan yenə qalib oldu: aksiyalar işə yaramadı - SORĞU
Dünən, 09:21
Baydenlə Trampın debatının yeri və vaxtı açıqlandı
Dünən, 09:17
Yanğına görə bağlanan yollar açılıb - YENİLƏNİB
Dünən, 09:17
Ermənistanda “ya dövlət, ya kilsə” savaşı: Paşinyan əsas erməni terror mərkəzini dağıdır
Dünən, 09:00
İlham Əliyevdən güllələnən baş nazirlə bağlı PAYLAŞIM - FOTO
15-05-2024, 16:00
Fars-molla rejiminin növbəti QARINAĞRISI... - ZİBİLƏ DÜŞMÜŞÜK...
15-05-2024, 15:30
Siyasi alətə çevrilən keşişin ifşası və əsl məqsəd - Ermənilər marionetə qarşı