Qarabağ əlili “Azəriqaz”dan nazirə şikayət etdi
Sosial
Oxunub: 1 345
27 yan 2015 | 15:10
Qarabağ əlili “Azəriqaz”dan nazirə şikayət etdi

Qarabağ Əlilləri və Veteranları Cəmiyyətinin Nəsimi rayon təşkilatının sədri, II qrup Qarabağ əlili Əhməd Rəhmanov "Azəriqaz” İstehsalat Birliyinin "Əlillərin sosial müdafiəsi haqqında” qanunun tələblərinə uyğun cərimələnməsi üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət ünvanlayıb.
Azerinfo.az bildirir ki, bu barədə virtualaz.org-a Əhməd Rəhmanov məlumat verib.
Ə.Rəhmanovun sözlərinə görə, "Azəriqaz” həmin qanunun 25-ci maddəsinin tələblərini yerinə yetirməkdən imtina edib: "1996-cı ildən Nəsimi rayon qaz idarəsində fəhlə işləyirdim. Ötən ilin iyununda isə ixtisara salınmışam. Xətai Rayon Məhkəməsi işə bərpa olunmağım və dəymiş zərərin ödənilməsi tələbi ilə bağlı iddiamı təmin etdi. Apelyasiya Məhkəməsi də rayon məhkəməsinin qərarını qüvvədə saxladı. Lakin "Azəriqaz” məhkəmənin qərarını yerinə yetirməkdən imtina edir”.
Ə.Rəhmanov deyir ki, "Azəriqaz”ın cərimə olunması tələbi ilə bağlı nazirliyə ünvanladığı ərizə Abşeron Məşgulluq Mərkəzinə göndərilib: "Abşeron Məşğulluq Mərkəzindən tələbə baxıldığını dedilər. İdarədən bildirdilər ki, cərimə tələbi haqlıdır. Lakin onların "Azəriqaz”ı cərimələmək səlahiyyəti yoxdur. Buna görə təkrar müraciət edilməlidir. Mən nə məhkəmənin qərarı ilə bərpa olunduğum işimə qaytarılmıram, nə də əlillərin işlə təminatına dair kvotanı yerinə yetirməyən istehsalat birliyi cərimələnmir”.
Qarabağ əlili "Azəriqaz”ın cərimələnməsi tələbi ilə məhkəməyə müraciət edəcək.
Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyindən isə virtualaz.org saytına bildirildi ki, Nazirlər Kabinetinin 2005-ci il, 22 noyabr tarixli, 213 nömrəli qərarı ilə "Sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən vətəndaşlar üçün kvota tətbiq edilməsi qaydası” təsdiq edilib. Həmin qərara əsasən, müəssisələrdə işçilərin sayı 25-dən 50-dək olduqda işçilərin orta illik siyahı sayının 3 faizi, 50-dən 100-dək olduqda 4 faizi, 100-dən çox olduqda isə 5 faizi miqdarında kvota üzrə iş yeri ayrılmalıdır.
Ötən il 1036 nəfər kvota üzrə iş yerləri ilə təmin olunub. Kvota üzrə məşğulluğu təmin edilənlərin 249 nəfərini əlilliyi olan şəxslər, 215 nəfərini qaçqın və məcburi köçkünlər, 224 nəfərini yetkinlik yaşına çatmamış uşaqları tərbiyə edən tək və çoxuşaqlı valideynlər, 42 nəfərini müharibə veteranları, 36 nəfərini şəhid ailəsi üzvləri təşkil edib. Habelə 25 nəfər penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxsin, 34 nəfər sağlamlıq imkanları məhdud uşaqları tərbiyə edən valideynin, 159 nəfər 20 yaşadək gəncin, 52 nəfər pensiya yaşına 2 ildən az qalmış vətəndaşın kvota əsasında məşğulluğu təmin olunub.
Bu gün, 15:30
Ermənilərin sərhəd TƏLAŞI... - Daha çox ərazi...
Bu gün, 14:22
Sülhməramlıları xatırlayarkən: separatçılığa dəstək, terrora yardım... - "Həmişə Azərbaycana qarşı qərəzli mövqedə dayandılar"
Bu gün, 14:04
Lukaşenkodan Şuşada traktor hədiyyəsi - FOTOLAR
Bu gün, 13:58
İlham Əliyev və Aleksandr Lukaşenko Şuşa şəhərinə səfər ediblər
Bu gün, 12:51
Azərbaycan XİN: Fransa tərəfi üzr istəməlidir
Bu gün, 12:00
Prezidentlər Füzulinin Baş planı ilə tanış oldu
Bu gün, 11:53
Əliyev Lukaşenkonu Füzulidə qarşıladı - FOTOLAR
Bu gün, 11:46
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - AÇIQLAMA
Bu gün, 11:41
Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri yenidən görüşüblər
Bu gün, 11:05
Rövşən Nəcəf UEFA prezidenti ilə görüşüb
Bu gün, 11:01
Misir İsrailin təklifini rədd edib - "Reuters"
Bu gün, 10:56
Pedofillərlə bağlı qanunda dəyişiklik edildi - RƏSMİ
Bu gün, 10:51
Türkiyə Xarici İşlər Nazirliyində ciddi dəyişiklik
Bu gün, 10:33
Füsunkar təbiəti ilə seçilən Kəlbəcərdən yeni görüntülər - VİDEO
Bu gün, 10:28
Azərbaycanın İrandakı səfirliyinin yeri dəyişdirilib
Bu gün, 10:21
Azərbaycanla proses uğurlu keçdi - Qriqoryan
Bu gün, 09:26
"Kurtlar vadisi"nin aktyoru Azərbaycan vətəndaşı olmaq istəyir
Bu gün, 09:21
ABŞ ruslara qarşı sanksiyalar tətbiq etdi
Bu gün, 09:17
Polşa “Bayraktar”lara qovuşdu
Bu gün, 09:17
Sülhməramlılarsız Qarabağ: Müstəqil Azərbaycanın yeni reallıqları - VİDEO
Bu gün, 09:13
Avropada BAŞ NAZİR "OVU" - Daha bir hökumət başçısı ÖLÜMLƏ HƏDƏLƏNİR
Bu gün, 09:00
“Ona birbaşa dedim ki, siz cənnətdə yaşayırsınız”
Dünən, 16:00
Kalininqrad modeli yaxşı ideyadır - AKTUAL
Dünən, 15:30
"Paşinyanın yerinə kim gəlsə, onun üzərinə ən ağır yük düşəcək" - "Fakt"
Dünən, 15:26
Azərbaycan və Belarusun üç şəhəri qardaşlaşıb
Dünən, 14:22
Rusların belə gedişi... BÖYÜK UĞURDUR! - HƏQİQƏTƏN DƏ...
Dünən, 13:39
Tezliklə çərçivə sazişi imzalana bilər - GƏLİŞMƏ