“Facebook”da təhqir edən şəxsə necə cəza verilməlidir? - Deputatdan açıqlama
Sosial
Oxunub: 653
20 yan 2018 | 20:39
“Facebook”da təhqir edən şəxsə necə cəza verilməlidir? - Deputatdan açıqlama














"Təhqir və böhtanlarla bağlı qanunvericilikdə bir dəyişiklik etmişik. Lakin bu, ancaq rəsmi saytlara, informasiya mənbələrinə, agentliklərə aiddir”.
Bunu Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Tahir Kərimli Modern.az-a açıqlamasında deyib.

O bildirib ki, bəzən bu məsələ səhv başa düşülür:

"Bu qanun sosial mühitin bütün parametrlərinə aid deyil. Tutaq ki, "Facebook” yazışmalarını əhatə etmir. Yəni əgər rəsmi saytda böhtan və təhqirə yol verilibsə, prokurorluq hər hansı məlumat əsasında cinayət işi başlada bilər. Kiminsə xüsusi ittiham qaydasında məhkəməyə müraciəti də mümkündür. Ancaq sosial şəbəkələrdə belə hallar yoxdur. Yalnız ümumi qaydada təhqir olunan, böhtan atılan, zərər çəkmiş şəxs rəsmi müraciət etməli və onun müraciəti araşdırılmalıdır. Bu qanun rəsmi informasiya mənbələrinə, elektron vasitələrinə aiddir. İnsanın şərəf və ləyaqəti təhqir olunur, alçaldılır, yaxud etmədiyi, etdiyi hərəkət barədə böhtan məlumat yayılırsa, ailəsi haqqında, işi haqqında şəxsiyyəti təhqir olunursa, təbii ki, o vətəndaşın müraciəti araşdırılmalıdır”.

Deputat qeyd edib ki, bu gün sosial şəbəkələrlə bağlı məsələ ciddi əhəmiyyət daşıyır:

"Demək olar ki, bütün dünyada sosial şəbəkələrdəki yazışmaları oxumaq olmaz, bu, dövlətin də borcu deyil. Əlbəttə sosial şəbəkələrdə hər hansı təhqir və böhtanın qabağını almaq üçün hətta qərb ölkələrində belə müəyyən qanunlar qəbul olunur. İnternetin məhdudlaşdırılması, ona nəzarətin tətbiqi, böhtan və təhqirlərin qarşısının alınması ilə bağlı demokratik dövlətlərdə belə aktuallaşıb. Bu, çox ciddi məsələdir. Lakin dediyim kimi, rəsmi informasiya mənbəyi olduğu halda dövlət orqanları mütləq reaksiya verməlidir. Fərqi yoxdur, müraciət etdilər, ya etmədilər”.
Bu gün, 16:00
Fars-molla rejiminin növbəti QARINAĞRISI... - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 15:30
Siyasi alətə çevrilən keşişin ifşası və əsl məqsəd - Ermənilər marionetə qarşı
Bu gün, 14:22
Minsk qrupunun fəaliyyətini dayandırması öz yanlışlıqlarına görə baş tutdu - FAKT BUDUR!
Bu gün, 14:01
Azərbaycan məktəblərində rus bölməsi üzrə sinif sayı artırıla bilər - RƏSMİ
Bu gün, 14:00
Paşinyana daxili təzyiqləri dəstəkləyən Rusiyadır - NƏ BAŞ VERİR?
Bu gün, 13:44
Natiq Mehdinin qətlinə görə saxlanılan direktor müavini ilə bağlı RƏSMİ AÇIQLAMA
Bu gün, 12:48
Blinkenin Kiyevdəki istirahəti: gecə klubu, musiqi əyləncəsi... - VİDEO
Bu gün, 12:41
Baxçalı gündəmi silkələdi: Türkiydə gecə yarısı toplantı - TƏCİLİ
Bu gün, 11:42
Bakıya gəlmiş Qarabağ ermənisi də tutuldu - VİDEO
Bu gün, 11:17
Bakıda qəbiristanlığa kameralar quraşdırılacaq - VİDEO
Bu gün, 11:05
Çin avtomobillərindən 100% rüsum tutulacaq - ABŞ-dən yeni qərar
Bu gün, 10:56
Bu gün İrəvanın Bakıya verdiyi sözün son günüdür - Nələr ola bilər?!...
Bu gün, 10:15
Bu gün Əfv Komissiyasının növbəti iclası keçiriləcək
Bu gün, 10:10
Biləsuvarda ağır qəza, ölən və yaralılar var
Bu gün, 10:06
Müəmma: Ermənistan "görüntüləri yaymayın" çağırışı edir - VİDEO
Bu gün, 09:47
Rusiya, Azərbaycan və İrana qarşı cəbhə alıblar - Mixail Qaluzin
Bu gün, 09:20
Diqqət: bu yollarda tıxac var
Bu gün, 09:12
Hitlerin səhvini Rusiya edir - Feldman
Bu gün, 09:08
“Real Madrid” Modriçə deyil, Gülərə üstünlük verir
Bu gün, 09:03
Rusiyalı deputat: “Ermənistan Aİ-yə qəbul edilməyəcək”
Dünən, 16:00
Bakı artıq Parisi də `əhilləşdirmək` üzərədir... - YENİ REALLIQ...
Dünən, 15:30
Qafqazı silkələyən savaşı: Kim ağır basır? - İNCƏLƏMƏ
Dünən, 14:22
Ruslar Zəngəzurdan çıxır
Dünən, 13:18
Azərbaycanda birmənalı qarşılanmadı, xaricdə rekord vurdu - VİDEO
Dünən, 13:06
Vəzifəli şəxslərə cinayət işi açıldı - Meşə torpaqlarını satıblar
Dünən, 12:20
Prezident Şen Yueyueni qəbul etdi
Dünən, 12:17
Yalan deyirsiniz, Azərbaycanın istədiyi budur – Babayan jurnalistə qəzəbləndi