60 saniyədə əmlak sahibi olmaq imkanı
Sosial
Oxunub: 597
16 yan 2018 | 12:15
60 saniyədə əmlak sahibi olmaq imkanı
















Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən yanvarın 16-da növbəti hərrac keçirilib.

Komitədən Azerinfo.az- a verilən məlumata görə, hərracda 2 kiçik dövlət müəssisə və obyekti, 7 qeyri-yaşayış sahəsi, 2 nəqliyyat vasitəsi özəlləşdirilib.

Özəlləşdirilən 7 istifadəsiz qeyri-yaşayış sahəsi, 2 nəqliyyat vasitəsi Bakıda, 2 kiçik dövlət müəssisəsi isə respublikanın digər şəhərlərində yerləşir.

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən tətbiq edilən yeniliyə görə alıcılar elektron qaydada sifariş verə, onlayn olaraq qoşula bilərlər. Beləliklə, alıcının heç bir yerə getməsinə ehtiyac qalmır. Bu isə məkan məfhumunu aradan qaldırır. Onlayn rejimdə iştirak edən şəxs 60 saniyə ərzində təklifini irəli sürməklə əmlak sahibi olur. Hərrac rəqabətli keçdikdə isə alıcılar əmlakın ilkin satış qiymətinin 1%-dən az olmayan yeni təklif edirlər.

Özəlləşdirmə hərraclarının onlayn rejimdə elektron formasiya şəkilində tətbiq edilməsi bu prosesdə optimallığı daha da artırır, yerli və xarici investisiyaların cəlb olunması imkanlarını genişləndirir, çevikliyi təmin edir, şəffaflıq prinsiplərini qoruyur.

Elektron hərracın tətbiqi prosesə olan marağı artırır. Bu isə öz növbəsində hərracı daha da rəqabətli edir. Budəfəki hərrac da rəqabətli şəkildə keçib. Belə ki, Bakının Xətai rayonunda yerləşən qeyri-yaşayış sahəsinin ilkin start qiyməti 12 min 500 manata olduğu halda ən son ­17 min 200 manat təklif edilib. Paytaxtın Nəsimi rayonunda yerləşən sahəsi 68,2 kv.m olan qeyri-yaşayış sahəsində də anoloji hal müşahidə edilib. Belə ki, adı çəkilən əmlakın ilkin start qiyməti 12 min 500 manat olsada 17 min manata sahibini tapıb.

Ən yüksək qiymətə özəlləşdirilən kiçik dövlət müəssisəsi Bakının Səbail rayonunda yerləşən sahəsi 170,7 kv.m olan qeyri-yaşayış sahəsi olub.

Prosesdə xidmət sahəsində əlverişli olan kiçik dövlət müəssisəsi də özəlləşdirilib. Gəncə şəhərində yerləşən 176 saylı mağaza bu kateqoriyaya aid olmaqla investorlar üçün yaxşı gəlir mənbəyidir. Həmin əmlakın ümumi faydalı sahəsi 450,6 kv.m təşkil edir.

Hərraca çıxarılan bir sıra əmlaklar torpaq sahəsi ilə birgə özəlləşdirilir. Torpaq sahəsi ilə birgə özəlləşən əmlaklar, hərracda cəlb ediciliyini yüksəltməklə daha çox investor marağını artırır.

Hərracda özəlləşdirilən qeyri-yaşayış sahələrinin hamısı paytaxtda yerləşir. Bakıda özəlləşdirilən qeyri-yaşayış obyektinin 2-i Nəsimidə, 2-i Binəqədidə qalanı isə müvafiq olaraq Səbail, Qaradağ və Xətai rayonlarında yerləşir. Özəlləşdirilən əmlakların sahəsi 17 kv.m ilə 170 kv.m arasında dəyişir.

Daha az investisiya tələb edən əmlaklar da hərracda özəlləşdirilib. Bunlardan biri sahəsi 17 kv.m olan Bakının Binəqədi rayonunda yerləşən qeyri-yaşayış sahəsidir.

Hərracda müxtəlif markalı nəqliyyat vasitələri də özəlləşdirilib. Özəlləşən avtomobillər Rusiya, İtaliya istehsalı maşınlar olub. Buraxılış tarixləri isə 2006-2007-ci illəri əhatə edib
60 saniyədə əmlak sahibi olmaq imkanı
Bu gün, 16:00
Fars-molla rejiminin növbəti QARINAĞRISI... - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 15:30
Siyasi alətə çevrilən keşişin ifşası və əsl məqsəd - Ermənilər marionetə qarşı
Bu gün, 14:22
Minsk qrupunun fəaliyyətini dayandırması öz yanlışlıqlarına görə baş tutdu - FAKT BUDUR!
Bu gün, 14:01
Azərbaycan məktəblərində rus bölməsi üzrə sinif sayı artırıla bilər - RƏSMİ
Bu gün, 14:00
Paşinyana daxili təzyiqləri dəstəkləyən Rusiyadır - NƏ BAŞ VERİR?
Bu gün, 13:44
Natiq Mehdinin qətlinə görə saxlanılan direktor müavini ilə bağlı RƏSMİ AÇIQLAMA
Bu gün, 12:48
Blinkenin Kiyevdəki istirahəti: gecə klubu, musiqi əyləncəsi... - VİDEO
Bu gün, 12:41
Baxçalı gündəmi silkələdi: Türkiydə gecə yarısı toplantı - TƏCİLİ
Bu gün, 11:42
Bakıya gəlmiş Qarabağ ermənisi də tutuldu - VİDEO
Bu gün, 11:17
Bakıda qəbiristanlığa kameralar quraşdırılacaq - VİDEO
Bu gün, 11:05
Çin avtomobillərindən 100% rüsum tutulacaq - ABŞ-dən yeni qərar
Bu gün, 10:56
Bu gün İrəvanın Bakıya verdiyi sözün son günüdür - Nələr ola bilər?!...
Bu gün, 10:15
Bu gün Əfv Komissiyasının növbəti iclası keçiriləcək
Bu gün, 10:10
Biləsuvarda ağır qəza, ölən və yaralılar var
Bu gün, 10:06
Müəmma: Ermənistan "görüntüləri yaymayın" çağırışı edir - VİDEO
Bu gün, 09:47
Rusiya, Azərbaycan və İrana qarşı cəbhə alıblar - Mixail Qaluzin
Bu gün, 09:20
Diqqət: bu yollarda tıxac var
Bu gün, 09:12
Hitlerin səhvini Rusiya edir - Feldman
Bu gün, 09:08
“Real Madrid” Modriçə deyil, Gülərə üstünlük verir
Bu gün, 09:03
Rusiyalı deputat: “Ermənistan Aİ-yə qəbul edilməyəcək”
Dünən, 16:00
Bakı artıq Parisi də `əhilləşdirmək` üzərədir... - YENİ REALLIQ...
Dünən, 15:30
Qafqazı silkələyən savaşı: Kim ağır basır? - İNCƏLƏMƏ
Dünən, 14:22
Ruslar Zəngəzurdan çıxır
Dünən, 13:18
Azərbaycanda birmənalı qarşılanmadı, xaricdə rekord vurdu - VİDEO
Dünən, 13:06
Vəzifəli şəxslərə cinayət işi açıldı - Meşə torpaqlarını satıblar
Dünən, 12:20
Prezident Şen Yueyueni qəbul etdi
Dünən, 12:17
Yalan deyirsiniz, Azərbaycanın istədiyi budur – Babayan jurnalistə qəzəbləndi