Fitosanitar Xidmət idxal edilən tonlarla kartofu yandırıb - səbəb...
Sosial
Oxunub: 590
13 yan 2018 | 10:47
Fitosanitar Xidmət idxal edilən tonlarla kartofu yandırıb - səbəb...
















“Zəruri sənədləşmə işlərinin yubadılması barədə deyilənlər əsassızdır”

Azərbaycanda sahibkarların ən sıx işlədiyi qurumlardan biri Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətidir. Ölkəyə mal gətirən, malı aparan, məhsul istehsal edən sahibkarların çox böyük əksəriyyəti Xidmət və onun yerli strukturları ilə işləməli olur. Bəlkə də elə buna görədir ki, Fitosanitar Nəzarəti Xidməti ilə bağlı müzakirələr, bəzənsə haqlı-haqsız şikayətlər, narazılıqlar yaranır.

Onu da qeyd edək ki, son illərdə sahibkarların birbaşa işlədiyi dövlət qurumlarının bizneslə münasibətlərində ciddi dəyişikliklər baş verib. Xüsusilə sahibkarlıq subyektlərinin yoxlamalarının ölkə rəhbərliyinin təşəbbüsü ilə dayandırılmasından sonra qarşılıqlı münasibətlərdə müsbət dönüş yaranıb. Buna görə də redkasiyamıza üz tutan bir neçə sahibkarın Dövlət Fitosanitar Nəzarəti Xidmətindən narazılıq etməsi, xidmətin yerli strukturlarının onlara zəruri sənədləri yubatmaqla verdiklərini demələri marağımıza səbəb oldu. Onların narazılıq etdikləri məqamlarla bağlı xidmətin özünə müraciət edərək, idxal-ixrac, istehsal prosesində mal və məhsullar üçün zəruri sənədləşmələrin verilmə müddəti, bu sahədə qanunvericiliyin tələbləri və real vəziyyətlə bağlı məlumatlar istədik.

Xidmətin mətbuat katibliyindən sorğumuza verilən cavabda qeyd olunur ki, “Fitosanitar nəzarəti haqqında” Qanunun 10.0.3-cü bəndinə əsasən bitki və bitkiçilik məhsullarının idxalı və ixracına, təkrar ixracına, Azərbaycan Respublikasının ərazisində daşınmasına və dövriyyəsinə idxal karantin icazəsi, təkrar ixracat fitosanitar sertifikatı və fitosanitar sertifikatları vermək Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətinin hüquqlarına aid edilib: “Bu Qaydalar əsasında bitki və bitkiçilik məhsullarının idxalına idxal karantin icazəsinin verilməsi ilə bağlı müraciətə qeydə alındığı gündən başlayaraq 15 gün, bitki və bitkiçilik məhsullarının ixracı üçün fitosanitar sertifikatın verilməsi ilə bağlı müraciətə isə 3 gün müddətində baxılmalıdır.

Qaydalara uyğun olaraq, hüquqi və fiziki şəxslər bitki və bitkiçilik məhsullarına idxal karantin icazəsinin alınması üçün Dövlət Xidmətinə rəsmi ərizə ilə müaciət etməlidirlər. Ərizə ilə birlikdə tələb olunan bütün sənədləri, eləcə də məhsulun yekun təyinatı və istifadə yeri, əkin və səpin üçün gətirilməsi nəzərdə tutulan toxumun sortluq və səpin keyfiyyətini təsdiq edən uyğunluq sertifikatı sənədlərini də təqdim etməlidir.

yandırılan kartof ile ilgili görsel sonucu

Qeyd edək ki, bitki və bitkiçilik məhsulları ixrac edən ərizəçi yük partiyasını yola salmamışdan ən azı 5 gün əvvəl Dövlət Xidmətinin yerli qurumlarına qanunvericiliklə nəzərdə tutulmuş sənədlərlə müraciət etməlidir. Tələb olunan sənədlər təqdim edildikdən sonra Dövlət Xidmətinin müfəttişləri tərəfindən ixrac olunacaq məhsullara ilk yüklənmə məntəqələrində fitosanitar karantin baxışı keçirilir və nümunələr götürülür. Zəruri hallarda bəzi məhsullar üzərində baxış yerindəcə fumiqasiya tədbirləri görülür. Götürülən nümunələr Dövlət Xidmətinin müvafiq laboratoriyalarına təqdim olunur və məhsul üzərində laborator analizlər aparılır. Analizlərin nəticəsi müsbət olduğu təqdirdə, sahibkara Dövlət Xidmətinin müvafiq qurumu tərəfindən xidmət haqqını və dövlət rüsumunu bank vasitəsi ilə ödəmək üçün hesab fakturası təqdim edilir. Vətəndaşlar bank vasitəsi ilə ödənişlərini həyata keçirdikdən sonra bank tərəfindən verilmiş “Ödəniş tapşırığı”nı Dövlət Xidmətinin müvafiq qurumuna təqdim edirlər. Bundan sonra ölkəyə daxil olacaq bitki və bitki məhsullarının idxalı üçün idxal-karantin icazəsi, ixracı üçün isə fitosanitar sertifikat verilir".

Xidmətən verilən məlumata görə, ixrac prosesini daha da sürətləndirmək üçün Dövlət Xidməti tərəfindən fitosanitar sertifikat 24 saat ərzində fiziki və hüquqi şəxslərə təqdim edilir: “Bəzi hallarda vətəndaşlar ixrac edilən bitki və bitkiçilik məhsullarına fitosanitar karantin baxışı keçirilmədən fitosanitar sertifikatının verilməsini tələb edirlər ki, bu da mövcud qanunvericiliyin tələblərinə ziddir”. Xidmət tərəfindən verilən sertifikat və ya digər sənədlərin qanunvericilikdə nəzərdə tutulan ilkin müddətdən gec verilməsi hansı hallarda baş verir? Cavabdan aydın olur ki, fitosanitar baxış zamanı yükün üzərində və ya daşındığı nəqliyyat vasitələrində karantin tətbiq edilən zərərli orqanizmlər aşkar olunduqda yük sahibinin iştirakı ilə yük qanunvericiliklə müəyyən olunmuş qaydada zərərsizləşdirilir: “Əgər yük sahibinin razılığı olmasa, dövlət fitosanitar müfəttişləri tərəfindən müəyyən olunmuş qaydada akt tərtib olunur, yük geri qaytarılır və Dövlət Xidmətinə, eyni zamanda ixracatçıya (daşıyıcıya və ya digər səlahiyyətli şəxsə) bu barədə dərhal məlumat verilir. Eyni zamanda qanunvericiliklə nəzərdə tutulan sənədlər təqdim edilmədikdə, ərizəçinin təqdim etdiyi düzgün olmayan və ya təhrif olunmuş məlumatlar olduqda, fitosanitar karantin baxışı zamanı karantin tətbiq edilən zərərli orqanizmlər aşkar edildikdə və digər hallarda icazə sənədlərinin verilməsindən imtina olunur. Çatışmazlıqlar aradan qaldırıldıqdan və və aşkar olunmuş karantin tətbiq edilən zərərli orqanizmlər zərərsizləşdirildikdən sonra həmin yükə müvafiq icazə sənədləri verilir”.

Xidmətdən bildirildiyinə görə, 2017-ci ildə ölkədə fitosanitar sabitliyə nəzarəti gücləndirmək məqsədi ilə kənd təsərrüfatı məhsullarının əkin sahələrində, satış yarmarkalarında, bazarlarda, topdansatış bazalarında bitki və bitkiçilik məhsullarının keyfıyyət göstəricilərinə ciddi nəzarət olunub. Karantin tətbiq edilən zərərli orqanizmlər və tərkibində insan həyatına və sağlamlığına təhlükə törədən zəhərli kimyəvi maddələr aşkar edilmiş 297 758 kq məhsul dövriyyədən çıxarılaraq məhv edilib.

Respublika Karantin Ekspertiza Mərkəzi tərəfindən 2017-ci ildə karantin tətbiq edilən zərərli orqanizm aşkar edilmiş kivi məhsulunun sirayətlənmiş 127 kq çıxar hissəsi, kartof məhsulunun (24,8 ton) sirayətlənmiş 3,9 ton çıxar hissəsi, 29,4 ton ərzaqlıq və 8 ton toxumluq kartof məhsulu yandırılma üsulu ilə məhv edilib. Həmçinin, 49 ton kartof məhsulu ixracatçı ölkəyə geri qaytarılıb, zərərli orqanizm aşkar edilmiş 401,82 ton kartofun toxum kimi istifadəsi qadağan olunub, bəzək (dekorativ) ağaclar (tut bitkiləri) kimyəvi preparatlarla işlənib və nəzarətə götürülüb.

2017-ci ildə həmçinin 18 ədəd pittosporium bitkisi yandırılaraq məhv edilib, 2364 ton ərzaqlıq qarğıdalı xüsusi aqreqatlar vasitəsi ilə təmizlənib və 9960 kq yovşanyarpaqlı ambroziya toxumları olan çıxar yandırılıb, 3673 ton ərzaqlıq buğda məhsulu xüsusi aqreqatlar vasitəsi ilə təmizlənib və çıxan 36630 kq buğda çıxarı yandırılıb. Bundan əlavə, Rusiya Federasiyasından idxal olunmuş 40 ton (30 və 10 ton olmaqla iki partiya) və 16 ton yonca toxumu tərkibində karantin tətbiq edilən alaq toxumu sarı sarmaşıq və yovşanyarpaqlı ambroziya toxumları aşkar edildiyi üçün məhsul xüsusi aqreqatlar vasitəsilə təmizlənib, çıxan çıxar (ümumilikdə 1060 kq) yandırılıb. Şabran rayonu ərazisində Aqro Az MMC-yə məxsus üzüm bağının karantin tətbiq edilən zərərverici filloksera aşkar edilmiş 3 ha hissəsində bitkilərin yoluxmuş hissələri kəsilərək sahədən kənarlaşdırılıb və məhv edilib.
Bu gün, 16:00
Fars-molla rejiminin növbəti QARINAĞRISI... - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 15:30
Siyasi alətə çevrilən keşişin ifşası və əsl məqsəd - Ermənilər marionetə qarşı
Bu gün, 14:22
Minsk qrupunun fəaliyyətini dayandırması öz yanlışlıqlarına görə baş tutdu - FAKT BUDUR!
Bu gün, 14:01
Azərbaycan məktəblərində rus bölməsi üzrə sinif sayı artırıla bilər - RƏSMİ
Bu gün, 14:00
Paşinyana daxili təzyiqləri dəstəkləyən Rusiyadır - NƏ BAŞ VERİR?
Bu gün, 13:44
Natiq Mehdinin qətlinə görə saxlanılan direktor müavini ilə bağlı RƏSMİ AÇIQLAMA
Bu gün, 12:48
Blinkenin Kiyevdəki istirahəti: gecə klubu, musiqi əyləncəsi... - VİDEO
Bu gün, 12:41
Baxçalı gündəmi silkələdi: Türkiydə gecə yarısı toplantı - TƏCİLİ
Bu gün, 11:42
Bakıya gəlmiş Qarabağ ermənisi də tutuldu - VİDEO
Bu gün, 11:17
Bakıda qəbiristanlığa kameralar quraşdırılacaq - VİDEO
Bu gün, 11:05
Çin avtomobillərindən 100% rüsum tutulacaq - ABŞ-dən yeni qərar
Bu gün, 10:56
Bu gün İrəvanın Bakıya verdiyi sözün son günüdür - Nələr ola bilər?!...
Bu gün, 10:15
Bu gün Əfv Komissiyasının növbəti iclası keçiriləcək
Bu gün, 10:10
Biləsuvarda ağır qəza, ölən və yaralılar var
Bu gün, 10:06
Müəmma: Ermənistan "görüntüləri yaymayın" çağırışı edir - VİDEO
Bu gün, 09:47
Rusiya, Azərbaycan və İrana qarşı cəbhə alıblar - Mixail Qaluzin
Bu gün, 09:20
Diqqət: bu yollarda tıxac var
Bu gün, 09:12
Hitlerin səhvini Rusiya edir - Feldman
Bu gün, 09:08
“Real Madrid” Modriçə deyil, Gülərə üstünlük verir
Bu gün, 09:03
Rusiyalı deputat: “Ermənistan Aİ-yə qəbul edilməyəcək”
Dünən, 16:00
Bakı artıq Parisi də `əhilləşdirmək` üzərədir... - YENİ REALLIQ...
Dünən, 15:30
Qafqazı silkələyən savaşı: Kim ağır basır? - İNCƏLƏMƏ
Dünən, 14:22
Ruslar Zəngəzurdan çıxır
Dünən, 13:18
Azərbaycanda birmənalı qarşılanmadı, xaricdə rekord vurdu - VİDEO
Dünən, 13:06
Vəzifəli şəxslərə cinayət işi açıldı - Meşə torpaqlarını satıblar
Dünən, 12:20
Prezident Şen Yueyueni qəbul etdi
Dünən, 12:17
Yalan deyirsiniz, Azərbaycanın istədiyi budur – Babayan jurnalistə qəzəbləndi