"Dəmir Bank"ın həbsdə olan qadın filial müdirindən məhkəmədə şok ifadə - Milyonluq maxinasiyanın üstü açılır
Sosial
Oxunub: 561
11 yan 2018 | 21:11
"Dəmir Bank"ın həbsdə olan qadın filial müdirindən məhkəmədə şok ifadə - Milyonluq maxinasiyanın üstü açılır















Külli miqdarda mənimsəmədə ittiham edilən şəxslər növbəti dəfə hakim qarşısına çıxarılıb.

Bakı Ağır Cinayətlər Məhkəməsində mənimsəmədə təqsirləndirilən "Dəmir Bank" ASC-nin Bayıl filialının sabiq müdiri Fərəh Rəşadətli, xəzinadarı Tamamgül Xanlarova və bankın əməkdaşı Fariz Qarayevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən iclasda Əzizə Axundova zərərçəkmiş qismində ifadə verib. O, deyib ki, təqsirləndiriln Fərəh Rəşadətlinin bacısı onun gəlinidir.

2012-ci ildə banka əvvəlcə 400 min manat pul qoyduğunu və aylıq faiz aldığını deyən Əzizə Axundova son olaraq bankda ona məxsus pulun 1 milyon 115 min dollar olduğunu söyləyib: "Fərəh qohumumdur. Buna görə də pulu həmin banka qoydum. Oğlum Tural Axundovla getmişdik. Müqavilə bağladıq, pulu onlara təhvil verdim. 400 mindən sonra hissə-hissə 50, 100 min verdik. Əlimə pul düşdükcə banka qoyurdum. Aylıq faiz də alırdım. Sonra Fərəh dedi ki, bankda problem var. Faiz də ala bilmədim. Məcbur qalıb bankdan şikayət etdim. Mən Fərəhdən yox, bankdan şikayətçi olmuşam. Şirkət rəhbərliyi dedi ki, bizim pulları Fərəh ələ keçirib. Bu, inandırıcı deyildi. Necə ola bilər ki, bankın bundan xəbəri olmasın?"

Zərərçəkmiş pulunu bankdan tələb etdiyini deyib. Fərəh Rəşadətli isə deyib ki, zərərçəkmiş Əzizə Axundova 2012-ci ildə banka qoyduğu pullara görə 2014-cü ilə qədər faiz alıb. F.Rəşadətli zərərçəkmişdən əlbəəl pul almayıb, müqavilə isə zərərçəkmişin oğlu Tural Axundovla imzalanıb.

Məhkəmədə zərərçəkmiş qismində Tural Axundov da ifadə verib. O, söyləyib ki, Fərəh Rəşadətli ilə tələbə vaxtından tanış olublar. Daha sonra Fərəhin həyat yoldaşını da tanıyıb və yaxın münasibətləri olub: "Fərəh bankın filial müdiri olanda mənə zəng elədi. Dedi ki, yeni müştəri yığmaq, etimad qazanmaq lazımdır. Məndən xahiş elədi ki, ona müştəri tapım. Elə ilk müştəri mən oldum. Daha sonra da ailə üzvlərimin adına pul qoyduq. Fərəh həmin bankda olduğu üçün inamım var idi. Bir müddət faiz alandan sonra qalan faizlər almadıq. Həmin faizlər bankda olan əmanətin üzərinə hesablanır, yeni müqavilə imzalanırdı".

İttihama əsasən F.Rəşadətli "Dəmir Bank" ASC-nin Bayıl filialının sabiq müdiri vəzifəsində çalışarkən qulluq mövqeyindən istifadə etməklə Əzizə Axundovaya məxsus 1 milyon 225 min manatı ələ keçirib. Ə.Axundova həmin məbləği banka depozit kimi qoymaq istəyirmiş. İttihama görə, F.Rəşadətli həmin məbləği sənədləri saxtalaşdırma yolu ilə ələ keçirib. İttihama görə, F.Rəşadətli eyni üsulla Bəhruz Axundovu da aldadıb. Belə ki, onun 800 min manatını ələ keçirib. İttiham aktında yazılır ki, F.Rəşadətli eyni dələduzluq əməlləri ilə Əliyeva Pərvanənin 400 min, Gülnur Axundovanın 300 min, Sevda Xəlilovanın 300 min, Firəngiz Məmmədlinin 150 min dollarını, Ruslan Qasımovun 100 min dollarını ələ keçirib.

F.Rəşadətli ittiham üzrə özünü qismən təqsirli bildiyini söyləyib. Digər təqsirləndirilənlər - Fariz Qarayev və T.Xanlarova da özlərini qismən təqsirli bildiklərini söyləyiblər.

Qeyd edək ki, F.Rəşadətli Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda törədildikdə), 179.3.2-ci (mənimsəmə; külli miqdarda törədildikdə), 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı), F.Qarayev və T.Xanlarova isə 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddəsi ilə ittiham edilirlər.

Təqsirləndirilən şəxslərdən F.Rəşadətli məhkəmənin hazırlıq iclasında həbs edilib. Digər şəxslər barəsində isə polis nəzarətinə verilmə qətimkan tədbiri seçilib. Cinayət işində 8 nəfər zərərçəkmiş var. İttihama görə, həmin şəxslərin 3 milyon manata yaxın pulu ələ keçirilib.

musavat.com
Dünən, 16:00
Fars-molla rejiminin növbəti QARINAĞRISI... - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 15:30
Siyasi alətə çevrilən keşişin ifşası və əsl məqsəd - Ermənilər marionetə qarşı
Dünən, 14:22
Minsk qrupunun fəaliyyətini dayandırması öz yanlışlıqlarına görə baş tutdu - FAKT BUDUR!
Dünən, 14:01
Azərbaycan məktəblərində rus bölməsi üzrə sinif sayı artırıla bilər - RƏSMİ
Dünən, 14:00
Paşinyana daxili təzyiqləri dəstəkləyən Rusiyadır - NƏ BAŞ VERİR?
Dünən, 13:44
Natiq Mehdinin qətlinə görə saxlanılan direktor müavini ilə bağlı RƏSMİ AÇIQLAMA
Dünən, 12:48
Blinkenin Kiyevdəki istirahəti: gecə klubu, musiqi əyləncəsi... - VİDEO
Dünən, 12:41
Baxçalı gündəmi silkələdi: Türkiydə gecə yarısı toplantı - TƏCİLİ
Dünən, 11:42
Bakıya gəlmiş Qarabağ ermənisi də tutuldu - VİDEO
Dünən, 11:17
Bakıda qəbiristanlığa kameralar quraşdırılacaq - VİDEO
Dünən, 11:05
Çin avtomobillərindən 100% rüsum tutulacaq - ABŞ-dən yeni qərar
Dünən, 10:56
Bu gün İrəvanın Bakıya verdiyi sözün son günüdür - Nələr ola bilər?!...
Dünən, 10:15
Bu gün Əfv Komissiyasının növbəti iclası keçiriləcək
Dünən, 10:10
Biləsuvarda ağır qəza, ölən və yaralılar var
Dünən, 10:06
Müəmma: Ermənistan "görüntüləri yaymayın" çağırışı edir - VİDEO
Dünən, 09:47
Rusiya, Azərbaycan və İrana qarşı cəbhə alıblar - Mixail Qaluzin
Dünən, 09:20
Diqqət: bu yollarda tıxac var
Dünən, 09:12
Hitlerin səhvini Rusiya edir - Feldman
Dünən, 09:08
“Real Madrid” Modriçə deyil, Gülərə üstünlük verir
Dünən, 09:03
Rusiyalı deputat: “Ermənistan Aİ-yə qəbul edilməyəcək”
14-05-2024, 19:08
Bakcell-in yeni məhsulu – “F1 Star” artıq satışda
14-05-2024, 16:00
Bakı artıq Parisi də `əhilləşdirmək` üzərədir... - YENİ REALLIQ...
14-05-2024, 15:30
Qafqazı silkələyən savaşı: Kim ağır basır? - İNCƏLƏMƏ
14-05-2024, 14:22
Ruslar Zəngəzurdan çıxır
14-05-2024, 13:18
Azərbaycanda birmənalı qarşılanmadı, xaricdə rekord vurdu - VİDEO
14-05-2024, 13:06
Vəzifəli şəxslərə cinayət işi açıldı - Meşə torpaqlarını satıblar
14-05-2024, 12:20
Prezident Şen Yueyueni qəbul etdi