“Avrasiya”da iki rəhbəri keçmiş MTN polkovnikinə nə bağlayır? - İDDİA
Sosial
Oxunub: 562
9 yan 2018 | 12:29
“Avrasiya”da iki rəhbəri keçmiş MTN polkovnikinə nə bağlayır? - İDDİA















Paytaxtın Binəqədi rayonu, Azadlıq prospekti 189 ünvanında yerləşən “Avrasiya” klinikasında rəhbərlik bir neçə dəfə dəyişməsinə baxmayaraq, qiymətlər və idarəçilikdə status-kvo saxlanıb.

Babatovun babat kadrları

AzEuroNews.com-un məlumatına görə, əvvəllər Vüsal Bədəlovun rəhbərlik etməsi, sonra Qafur Cəfərovun onu əvəzləməsi, indisə Tədris Cərrahiyyə Klinikasının baş həkimi vəzifəsindən azad edilərək bu klinikaya rəhbər olan Asiman Həsənov “Avrasiya”da idarəçiliyi pasientlərin soğan qabığı kimi soyulması ilə müşayiət olunur.

“Avrasiya” klinikasındakı tibbi xidmətlər arasında ən bahalı olanı cərrahiyyə əməliyyatlarıdır. Məsələn, ürək əməliyyatlarının qiyməti orta hesabla 3 000 – 10 000 manat arasında dəyişir.

Ginekologiya şöbəsindəki qiymətlər normal doğuşda 600-1000 manatla, qeysəriyyə əməliyyatı isə, 1500-2000 manat civarındadır.

Qanın ümumi müayinələri orta hesabla 20- 50 manat, ultrasəs müayinəsi 30-60 manat, tomoqrafiya müayinəsi isə, 70-150 manatdır.

Mediada gedən xəbərlərə görə, Q.Cəfərovun rəhbərlik etdiyi dövrdə bu klinika vergi ödəmələrindən yayınmalarda ittiham olunurdu.

Maraqlıdır ki, Q.Cəfərovu son bir neçə ildə himayə edən qohumu, keçmiş Milli Təhlükəsizlik Nazirliyinin Kadrlar Baş İdarəsinin rəis müavini, polkovnik Tehran Babatov olub.

Sabiq nazir Eldar Mahmudovun dövründə, nazirliyin “kassir”i kimi tanınan Tehran Babatov tərəfindən bütün işəgötürmə məsələlərinə nəzarət olunur.

MTN polkovnikinin klinika şəbəkəsi

Qəribə məqam budur ki, Q.Cəfərovun yerinə “Avrasiya”ya rəhbər təyin olunan A.Həsənovun da adı MTN işində hallanıb.

Müxtəlif saytlarda A.Həsənovun MTN-in Kadrlar Baş İdarəsinin rəis müavini polkovnik Tehran Babatovla gizli əlaqələri və səhiyyə sistemində birgə fəaliyyətləri haqda çox yazılıb.

Tehran Babatovdan “babat” dəstək alan Asiman Həsənov bir sıra özəl tibb müəssisələrini inhisara almaqla, həm yerli, həm də əcnəbi həkimləri istismar edirmiş.

Sertifikatlaşdırmadan keçə bilməyən savadsız həkimləri müxtəlif klinikalara yerləşdirməklə, savadlı və dürüst həkimləri sıxışdıran Asiman Həsənov əcnəbi həkimləri də Tehran Babatovun vastəsi ilə Miqrasiya Xidmətinin caynağına keçirərək, tələyə salmağı və onları qul kimi işlədərək babat pul qazanmağın mexanizmini elə qurubmuş ki, çərçivədən çıxan istənilən şəxs MTN-in polkovniki tərəfindən cəzalanırılırmış.

Hazırda bir çox klinikalar, o cümlədən Grand Hospital, Medical Plaza, Azərtürk Med Hospital və Laçın Klinikası bir başa Asiman Həsənovun nəzarətindədir.

Həmin klinikalarda isə Asiman Həsənovun şəbəkələşmiş həkimləri fəaliyyət göstərməkdədir.

Ümumiyyətlə, A.Həsənovun iş prinsipi belədir ki, yetişdirdiyi komandasını hansı səhiyyə ocağına işləməyə gedirsə, özü ilə aparır.

Göründüyü kimi, “Avrasiya” klinikasına rəhbərlik edən baş həkimlər MTN polkovnikinə yaxınlığı ilə seçiliblər. Bu iddialarla bağlı klinikaya etdiyimiz zənglərə baxmayaraq, rəhbərliklə bizi əlaqələndirmədilər
.
Bu gün, 16:00
Fars-molla rejiminin növbəti QARINAĞRISI... - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 15:30
Siyasi alətə çevrilən keşişin ifşası və əsl məqsəd - Ermənilər marionetə qarşı
Bu gün, 14:22
Minsk qrupunun fəaliyyətini dayandırması öz yanlışlıqlarına görə baş tutdu - FAKT BUDUR!
Bu gün, 14:01
Azərbaycan məktəblərində rus bölməsi üzrə sinif sayı artırıla bilər - RƏSMİ
Bu gün, 14:00
Paşinyana daxili təzyiqləri dəstəkləyən Rusiyadır - NƏ BAŞ VERİR?
Bu gün, 13:44
Natiq Mehdinin qətlinə görə saxlanılan direktor müavini ilə bağlı RƏSMİ AÇIQLAMA
Bu gün, 12:48
Blinkenin Kiyevdəki istirahəti: gecə klubu, musiqi əyləncəsi... - VİDEO
Bu gün, 12:41
Baxçalı gündəmi silkələdi: Türkiydə gecə yarısı toplantı - TƏCİLİ
Bu gün, 11:42
Bakıya gəlmiş Qarabağ ermənisi də tutuldu - VİDEO
Bu gün, 11:17
Bakıda qəbiristanlığa kameralar quraşdırılacaq - VİDEO
Bu gün, 11:05
Çin avtomobillərindən 100% rüsum tutulacaq - ABŞ-dən yeni qərar
Bu gün, 10:56
Bu gün İrəvanın Bakıya verdiyi sözün son günüdür - Nələr ola bilər?!...
Bu gün, 10:15
Bu gün Əfv Komissiyasının növbəti iclası keçiriləcək
Bu gün, 10:10
Biləsuvarda ağır qəza, ölən və yaralılar var
Bu gün, 10:06
Müəmma: Ermənistan "görüntüləri yaymayın" çağırışı edir - VİDEO
Bu gün, 09:47
Rusiya, Azərbaycan və İrana qarşı cəbhə alıblar - Mixail Qaluzin
Bu gün, 09:20
Diqqət: bu yollarda tıxac var
Bu gün, 09:12
Hitlerin səhvini Rusiya edir - Feldman
Bu gün, 09:08
“Real Madrid” Modriçə deyil, Gülərə üstünlük verir
Bu gün, 09:03
Rusiyalı deputat: “Ermənistan Aİ-yə qəbul edilməyəcək”
Dünən, 16:00
Bakı artıq Parisi də `əhilləşdirmək` üzərədir... - YENİ REALLIQ...
Dünən, 15:30
Qafqazı silkələyən savaşı: Kim ağır basır? - İNCƏLƏMƏ
Dünən, 14:22
Ruslar Zəngəzurdan çıxır
Dünən, 13:18
Azərbaycanda birmənalı qarşılanmadı, xaricdə rekord vurdu - VİDEO
Dünən, 13:06
Vəzifəli şəxslərə cinayət işi açıldı - Meşə torpaqlarını satıblar
Dünən, 12:20
Prezident Şen Yueyueni qəbul etdi
Dünən, 12:17
Yalan deyirsiniz, Azərbaycanın istədiyi budur – Babayan jurnalistə qəzəbləndi