Xaləddin İsgəndərovun müəmmalı məzuniyyəti – sensasion gəlişmə
Sosial
Oxunub: 493
9 yan 2018 | 12:25
Xaləddin İsgəndərovun müəmmalı məzuniyyəti – sensasion gəlişmə
















Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov məzuniyyətə göndərilib. Belə iddialar var ki, başçı məzuniyyətdən geri qayıtmayacaq. Bu haqda redaksiyamıza daxil olan məlumatda qeyd olunur ki, Xaləddin İsgəndərov vəzifəsindən məzuniyyət qaydasında uzaqlaşdırılandan sonra Binəqədi Rayon İcra Hakimiyyətində gizli yoxlamalar başlanıb. İlkin olaraq Xaləddin İsgəndərovun fəaliyyəti, xüsusilə maliyyə maxinasiyaları, torpaqların qanunsuz satılması, büdcə vəsaitlərinin mənimsənilməsi haqda mətbuatda yayılan yazılarda göstərilən məlumatlar yoxlama mövzusudur. Üzə çıxanlar isə çox ilginc faktlardır.

Araşdırmalar zamanı məlum olub ki, təkcə Binəqədi Rayon İcra Hakimiyyətinin qarşısındakı parkın salınması adı ilə büdcə vəsaitinin 28 milyon manatı mənimsənilib. Faktiki isə həmin məbləğin hətta üçdə biri xərclənsəydi, ərazidə daha rahat və gözoxşayan park salmaq mümkün idi.

Üstəlik, parkdakı kafe-restoranın kimə məxsus olması da aydınlaşdıırlıb. Belə məlum olub ki, park salınarkən inşa olunan kafe-restoran başçının oğluna yaxın şəxsin adına rəsmiləşdirilib. Yəni dövlətin puluna tikilib, amma özəl mülkiyyət kimi Xaləddin İsgəndərovun oğlu Elnur İsgəndərovun çoxsaylı obyektləri sırasına qatılıb, amma digər şəxsin adına isə sənədləşdirilib. O da bilinir ki, park salınarkən orada görülən işlərə Elnur İsgəndərov nəzarət edib.

Düzdür, Elnur İsgəndərov hazırda Binəqədi İcra Hakimiyyətində işləmir, adı mətbuatda neqativ planda hallanandan sonra dayısı, ötən ilin dekabrına qədər vergilər naziri olan Fazil Məmmədov öz yanına işə aparıb. O gündən Elnur İsgəndərovun bahalı “Range Rover” markalı, Az 99 AA 812 nömrə nişanlı maşınını Binəqədi İcra Hakimiyyəti önündə ara-sıra görən olub. Bakı Vergilər Departamentində dayısının verdiyi iş isə bir şöbənin müavini vəzifəsi olub.

Oradakı iş yerinə də Elnur İsgəndərov o qədər də həvəs göstərməyib. Onun Binəqədi Rayon İcra Hakimiyətindəki vəzifəsi haqda da elə də geniş məlumat yoxdur. Bilinən odur ki, icra hakimiyyətinin binasındakı bir otaqda oturub. Həmin otaqda rayonda ev tikmək, obyekti genişləndirmək, torpaq məsələləri həll olunub. Atasının “yerdə qalan məsələlər” üzrə “müavin”i kimi işə gedib-gəlib.

Bundan başqa, məzuniyyətə göndərilən Xaləddin İsgəndərovu müvəqqəti əvəzləyən 1-ci müavini İlqar Süleymanovun, rayon təsərrüfat şöbəsinin müdiri Qüdsi Bayramovun, başçının qardaşı övladları Valeh və Nicatın da fəaliyyətləri araşdırma mövzusudur. Bu şəxslərin adları mətbuatda Binəqədi rayonu ərazisində torpaq zəbti, tikinti-söküntü işlərinə rəhbərlik edən vəzifə daşıyıcıları kimi keçib. Valehin Bakıda bir neçə yerdə əmlakları da müəyyən edilib. Onun bir xanım aparıcıya villadan savayı İnqilab küçəsində mənzil, İstanbulda da əmlak aldığı xəbərləri də araşdırma mövzusudur.

Bundan başqa, üzə çıxıb ki, Azadlıq prospektində, qoşa yanacaqdoldurma stansiyasından Binəqədi qəsəbəsi istiqamətinə 200 metr hərəkət etdikdə, yolun kənarındakı ağaclar gecə ilə kötüyündən çıxarılıb. Yaxınlıqda yaşayan sakinlər “yaşıl soyqırım”a ciddi etiraz ediblər. Məsələ böyüyüb və müvafiq dövlət qurumları işə qarışıb. Bundan sonra Xaləddin İsgəndərov sakinləri sakitləşdirmək üçün ərazidə kitabxana tikildiyini bildirib, tikinti aparılan obyektin qarşısına kitabxana tikintisinin aparılması haqda lövhə gətirilib. Bir müddət əvvəl tikinti başa çatıb və lövhəni əraziyə çağırılan yük maşınına tullayıblar. Növbəti gün isə sakinlər görüblər ki, gecə ilə obyektin üzərinə “Kafe Lanç” sözləri yazılmış lövhə vurulub. Bu obyektin də Xaləddin İsgəndərovun oğlu Elnur İsgədərovun olduğu, lakin ailəyə yaxın digər şəxsin adına rəsmiləşdirildiyi üzə çıxıb.

Gələn məlumatlara görə, Xaləddin İsgəndərov məzuniyyətə göndəriləndən sonra səhhətində problemlər şiddətlənib. Mətbuatda ötənlərdə yazılanlara görə, Xaləddin İsgəndərov baş ağrılarından əziyyət çəkir və buna görə də mütəmadi müalicə olunur. O da bir çox məmurlar kimi müalicə üçün Almaniyaya gedib-gəlir. Adətən mart ayında müalicəyə gedən Xaləddin İsgəndərovun ilin əvvəlində Almaniyaya getməsini onun əsəbiləşməsi və baş ağrılarının şiddətlənməsi ilə əlaqələndirirlər.

Bu arada, gununsesi.info etibarlı mənbəyə istinadən Xaləddin İsgəndərovun həbsi üçün artıq hüquq-mühafizə orqanları tərəfindən ilkin addımların atılmağa başlaması haqda məlumat yayıb. Sayt yazır ki, Xaləddin İsgəndərov Binəqədi rayonu “Zeytunluq” adlanan ərazidəki yarımçıq tikilidə yaşayan insanların yeni mənzillərə köçürülməsi prosesi ilə bağlı külli miqdarda maliyyə yeyintilərinə yol verib. Məlumatda həmçinin o da qeyd olunur ki, yeni mənzillərə köçən insanlara təqdim olunan evlərin sahəsinin genişliyinə görə onlardan əlavə pul alınıb. Mənzillərin bölgüsü şəffaf aparılmayıb. Bildirilir ki, artıq prokurorluq və polis tərəfindən birgə istintaq qrupu yaradılıb. Yanvarın 7-si istirahət günü olmasına baxmayaraq, həmin insanlar ifadə vermək üçün avtobuslarla Binəqədi Rayon Polis İdarəsinə aparılıblar. Bu faktlar onu göstərir ki, Xaləddin İsgəndərovun həbs olunması ilə bağlı versiyalar yaxın zamanlarda öz təsdiqini tapacaq. \\musavat.com\\
Dünən, 16:00
Fars-molla rejiminin növbəti QARINAĞRISI... - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 15:30
Siyasi alətə çevrilən keşişin ifşası və əsl məqsəd - Ermənilər marionetə qarşı
Dünən, 14:22
Minsk qrupunun fəaliyyətini dayandırması öz yanlışlıqlarına görə baş tutdu - FAKT BUDUR!
Dünən, 14:01
Azərbaycan məktəblərində rus bölməsi üzrə sinif sayı artırıla bilər - RƏSMİ
Dünən, 14:00
Paşinyana daxili təzyiqləri dəstəkləyən Rusiyadır - NƏ BAŞ VERİR?
Dünən, 13:44
Natiq Mehdinin qətlinə görə saxlanılan direktor müavini ilə bağlı RƏSMİ AÇIQLAMA
Dünən, 12:48
Blinkenin Kiyevdəki istirahəti: gecə klubu, musiqi əyləncəsi... - VİDEO
Dünən, 12:41
Baxçalı gündəmi silkələdi: Türkiydə gecə yarısı toplantı - TƏCİLİ
Dünən, 11:42
Bakıya gəlmiş Qarabağ ermənisi də tutuldu - VİDEO
Dünən, 11:17
Bakıda qəbiristanlığa kameralar quraşdırılacaq - VİDEO
Dünən, 11:05
Çin avtomobillərindən 100% rüsum tutulacaq - ABŞ-dən yeni qərar
Dünən, 10:56
Bu gün İrəvanın Bakıya verdiyi sözün son günüdür - Nələr ola bilər?!...
Dünən, 10:15
Bu gün Əfv Komissiyasının növbəti iclası keçiriləcək
Dünən, 10:10
Biləsuvarda ağır qəza, ölən və yaralılar var
Dünən, 10:06
Müəmma: Ermənistan "görüntüləri yaymayın" çağırışı edir - VİDEO
Dünən, 09:47
Rusiya, Azərbaycan və İrana qarşı cəbhə alıblar - Mixail Qaluzin
Dünən, 09:20
Diqqət: bu yollarda tıxac var
Dünən, 09:12
Hitlerin səhvini Rusiya edir - Feldman
Dünən, 09:08
“Real Madrid” Modriçə deyil, Gülərə üstünlük verir
Dünən, 09:03
Rusiyalı deputat: “Ermənistan Aİ-yə qəbul edilməyəcək”
14-05-2024, 19:08
Bakcell-in yeni məhsulu – “F1 Star” artıq satışda
14-05-2024, 16:00
Bakı artıq Parisi də `əhilləşdirmək` üzərədir... - YENİ REALLIQ...
14-05-2024, 15:30
Qafqazı silkələyən savaşı: Kim ağır basır? - İNCƏLƏMƏ
14-05-2024, 14:22
Ruslar Zəngəzurdan çıxır
14-05-2024, 13:18
Azərbaycanda birmənalı qarşılanmadı, xaricdə rekord vurdu - VİDEO
14-05-2024, 13:06
Vəzifəli şəxslərə cinayət işi açıldı - Meşə torpaqlarını satıblar
14-05-2024, 12:20
Prezident Şen Yueyueni qəbul etdi