Suraxanıdakı “Maral” restoranıdır, yoxsa “Maral” əxlaqsızlıq ünvanıdır?-ŞOK İTTİHAM
Sosial
Oxunub: 2 097
8 yan 2018 | 18:54
Suraxanıdakı “Maral” restoranıdır, yoxsa “Maral” əxlaqsızlıq ünvanıdır?-ŞOK İTTİHAM













[i]Görəsən, “Maral” restoranının yuxarı üst hissəsinə yazılmış “Maral” restoranı sözü əvəzinə, “Maral” əxlaqsızlıq ünvanı adının yazılması daha məqsədəuyğun hal olmazmı ki, hər kəsdə restoran adıyla bağlı bütün tərəddüdlər, şübhələr və s. aradan qaldırılsın



Yəqin ki, 2005-ci ildən Suraxanı rayonunun Zığ şosesinə yaxın ərazidə fəaliyyətə başlayan və dünyanın bir çox ölkələrində Dağlar Səfərov adlı xalçaçı şəxsə məxsus olduğu iddia olunan “Maral” restoranı haqda məlumatlı olan hər kəs bilir ki, bu gün də adı çəkilən obyekt restoran kimi deyil, açıq-aşkar şəkildə əxlaqsızlıq ünvanı olaraq fəaliyyət göstərməkdədir. Buna əsas səbəb olan amil ondan ibarətdir ki, obyektin inşaası həyata keçirilən zaman, obyekt sahibi “Maral”ı elə bir “proyekt” əsasında inşa etdirib ki, bu gün də “Maral”a məxsus otaqlarda qadınların cinsi istismarını həyata keçirmək mümkün olur. Məsələn, ikimərtəbəli və təqribən 20-yə yaxın otaqdan ibarət olan “Maral”da, cütlüklər üçün lazım olan hər cür şərait var. Yəni, hər bir otaqda televizor, hamam, yataq dəsti və digər avadanlıqlar olduğundan, cütlüklər hər şeydən geninə-boluna istifadə edə bilirlər.

Onu da vurğulayaq ki, qeyd olunan ünvana cütlüklərin daha çox üz tutmasının özəl səbəbi var ki, o da “Maral” restoranı adı ilə məşhur olan bu əxlaqsızlıq ünvanının xəlvəti bir ərazidə fəaliyyət göstərməsidir. Belə bir halın varlığı hər kəsin müəyyən söz-söhbətlərdən, qınaq obyektinə tuş gəlməsindən və s. kənarda qalmasına da səbəb olur. Tutaq ki, bir kimsə “istirahət etmək” üçün ünvan axtarır, o halda həmin şəxs “Maral”ı seçməyə qərar verir. Buna da səbəb, yuxarıda qeyd etdiyimiz bu ünvanın xəlvəti bir ərazidə fəaliyyət göstərməsidir. Olduqca təəssüf doğuran hal odur ki, bu əxlaqsızlıq ünvanı “Maral” restoranı adını daşıyır. Axı, bu gün hər kəsin düşüncə tərzində restoran adını daşıyan ünvanlar yalnız xeyir işləri həyata keçirmək, digər xoşməramlı tədbirləri düzənləmək məqsədilə nəzərdə tutulan ünvanlar hesab olunur. Əslində “Maral”a restoran adının verilməsi və bu ünvanın Bakı şəhərinin Suraxanı rayonu ərazisində ən “xod” gedən əxlaqsızlıq ünvanlarından birinə çevrilməsi, sözsüz ki, hər kəsdə restoran adıyla bağlı müəyyən tərəddüdlərin, bəzi şübhələrin və s. əmələ gəlməsinə də səbəb olur. Görəsən “Maral” restoranının yuxarı üst hissəsinə restoran sözü deyil, birbaşa “Maral” əxlaqsızlıq ünvanı adının yazılması daha yaxşı hal olmazmı ki, Müşfiq adlı şəxsin idarə etdiyi belə bir ünvanla bağlı bütün şübhələr, tərəddüdlər aradan qaldırılsın.

Bir faktı da qeyd edək ki, çörəyini daş-torpaq daşımaqla, digər ağır fiziki işləri görüb alın təri axıtmaqla deyil, məhz yaş həddindən asılı olmayaraq qadınları cinsi istismara məruz etdirməklə qazanan Müşfiq adlı şəxsin idarə etdiyi obyekt, təkcə “Maral” əxlaqsızlıq ünvanı ilə yekunlaşmır. Düzdür, bu şəxs “Maral”da idarəçiliyi Xəzər adlı birisinə həvalə etsə də, o, obyekt üzərində nəzarəti heç bir halda kiməsə tam şəkildə etibar etmir. Müşfiqin idarə etdiyi ünvanlarından biri də, Xətai rayonunun “Babək” prospektindəki “Dağlar” əxlaqsızlıq ünvanıdır. O, bu obyektdə idarəçiliyi isə Sadiq adlı şəxsə həvalə edib. Sadiqin də ona nə qədər sadiq olduğunu bilməsək də, bildiyimiz həqiqət ondan ibarətdir ki, bu ünvan da ən böyük və ən “xod gedən” əxlaqsızlıq ünvanlarından biri hesab olunur. Hər üç şəxsə kənardan “krışalıq” edən isə, əvvəllər polis əməkdaşı olmuş Kənan adlı şəxsin olduğu bildirilir ki, bu şəxsin də adı ətrafında müəyyən şübhələr dolaşmaqdadır. Elə ki, əxlaqsızlıq ünvanları işlətdiyinə görə adı dillər əzbəri olan və daha çox ictimai qınağa tuş gələn Müşfiq adlı şəxsə: “Niyə belə bir işlərlə məşğul olursan?” deyə sual etdikdə, dərhal o, “mən belə bir işlərlə məşğul olmağı çoxdan özüm üçün bir peşə hesab etmişəm və hər ay Suraxanı və Xətai polisinin, həmçinin İnsan Alverinə Qarşı Mübarizə İdarəsi əməkdaşlarının “haqq-hesab”larını çatdırdığımdan, bir kimsə mənə nəsə demir” deyə ünvanlanan suallara bu cür cavablar verir. Bəli, adı çəkilən şəxsin verdiyi belə bir cavab olduqca düşündürücü cavab olduğundan, hələlik belə bir cavabla bağlı götür-qoy etməkdəyik.

Başqa bir halı da vurğulayaq ki, əksər ünvanlardan fərqli olaraq Müşfiq adlı şəxsin idarə etdiyi ünvanlarda müştərilərə gün ərzində lazımi səviyyədə xidmət göstərilir. Yəni, əldə etdiyimiz məlumatlara görə istər yemək-içmək süfrələrinin hazırlanmasında, istər yataq dəstlərinin dəyişdirilməsində, istərsə də digər xidmətlərin göstərilməsində və s. “restoranın” hər bir əməkdaşına rəhbərlik tərəfindən lazımi tapşırıqlar verilir. Adicə kənar bir şəxs “Maral”ın həyətinə daxil olarkən, dərhal əməkdaşlar müştəri hüzurunda “sərasər” dayanaraq ilk suallarını ünvanlayırlar: “Sizə hansı qiymətə otaq lazımdır?” Həmin an bəlli olur ki, təqribən 20-yə yaxın olan hər bir otağın öz qiyməti var.

Diqqəti başqa bir hal da cəlb edir ki, gün ərzində dövriyyəsi bir neçə min manatlarla hesablanan “Maral”da bir ədəd olsun belə kassa aparatı olmadığından, müştərilərə ödəniş qəbzi verilmir. Yəni, obyekt sahibi vergi məsələsini qarşı tərəflə razılığa gəldikləri formada həll edirlər. Belə bir halın varlığı da, obyekt sahibinin əldə etdiyi gəlirlərin vergidən gizlədilməsinə imkanlar açır. Əsas məqamlardan biri də, cütlüklər qiyməti razılaşdırılmış otaqlara daxil olarkən, onların nigahda olub-olmadıqları araşdırılmır, həmin ünvanda çalışan əməkdaşlarla əmək müqaviləsi bağlanmır, bağlansa da formal xarakter daşıyır.

Bir faktı da qeyd edək ki, “Maral”da və “Dağlar” əxlaqsızlıq ünvanlarında qol qoyulan əməllərlə bağlı bu günədək əksər KİV-də silsilə tənqidi məqalələr işıq üzü görüb, yaşanan problemlər hər zaman qabardılıb və daim vurğulanıb ki, həmin ünvanlarda yaş həddindən asılı olmayaraq qadınlar cinsi istismara məruz qalmaqla bərabər, çoxsaylı qanunsuzluqlara da imza atılır. Onların belə bir aqibətlə üz-üzə qalmalarına səbəb də, birbaşa ünvan sahibinin yaratmış olduğu şəraitin varlığıdır.

Bəli, bu gün Müşfiqin, Xəzərin, Sadiqin və iddialara görə onlara kənardan “krışalıq” edən Kənan adlı şəxsin, bütövlükdə hər birinin qol qoyduğu çirkin əməllərin varlığını eşitdikcə təəssüf hissi keçiririk. Həmçinin Suraxanı və Xətai polisinin, bir çox icra qurumlarının, hətta bu cür iyrənc əməllərin baş verməsinə cavabdehlik daşıyan vəzifə sahiblərinin fəaliyyətlərini tənqid etməkdən də çəkinmirik. Çünki, ölkə rəhbərinin 06 fevral 2009-cu il tarixli 133 saylı sərəncamına əsasən, “İnsan Alverinə Qarşı Mübarizə üzrə Milli Fəaliyyət Planı” (2009-2013-cü illər üçün) ilə əlaqədar, hələ bir neçə il bundan əvvəl Prezident Administrasiyasına aparılan mübarizənin nəticəsi ilə bağlı geniş hesabat təqdim olunmuşdur. Bundan əlavə, 2014-2018-ci illəri əhatə edən, yəni qadınların cinsi istismarı və cinsi istismarına şəraitin yaradılmasının qarşısının alınması istiqamətində yeni “Milli Fəaliyyət Planı” da imzalanmışdır. Qəbul olunmuş “Milli Fəaliyyət Planı”nda insan alverinin səbəbləri, ona şəraitin yaradılması, hallarının müəyyən edilməsi və aradan qaldırılması, insan alveri qurbanlarının hüquqlarının bərpası və sosial reablitasiyasının həyata keçirilməsi nəzərdə tutulsa da, nədənsə Müşfiq, Xəzər, Sadiq və Kənan adlı şəxslərin, həmçinin yerli hüquq-mühafizə orqanı əməkdaşlarının əməllərində irəli sürülən tələblərə əməl olunmadığı açıq-aydın görünür. Bu belə olduğu halda sual oluna bilər ki, ortada müvafiq sərəncamın varlığına baxmayaraq, adı çəkilən şəxslər və problemlərin varlığına cavabdehlik daşıyanlar imzalanmış sərəncamı saymamaqla nəyə nail olmaq istəyirlər? Axı hər kəs qəbul olunmuş qanuna, onun aliliyinə hörmət etməli, necə deyərlər şərəfli vətəndaş borcunu yerinə yetirməlidir. Görəsən sahiblik etdikləri ünvanlarda qadınların cinsi istismarına şərait yaratmaqla, əksər hallarda vergidən yayınmaqla, gigiyenik qaydalara əməl etməməklə, işçilərlə əmək müqaviləsi bağlamamaqla, daha çox isə dədə-babadan qalmış milli-mənəvi dəyərlərimizi tapdaqlar altına atmaqla Müşfiq adlı şəxsin və digərlərinin yerinə yetirdikləri “şərəfli vətəndaş” borcu budurmu? Bax, bu haqda düşünmək, belə bir olaylar haqda götür-qoy etmək lazımdır ki, əksər mətləblərdən xəbər tutmaq mümkün olsun.

Araşdırmamız davam edəcək. Bizi izləməyi unutmayın.
Bu gün, 15:30
Siyasi alətə çevrilən keşişin ifşası və əsl məqsəd - Ermənilər marionetə qarşı
Bu gün, 14:22
Minsk qrupunun fəaliyyətini dayandırması öz yanlışlıqlarına görə baş tutdu - FAKT BUDUR!
Bu gün, 14:01
Azərbaycan məktəblərində rus bölməsi üzrə sinif sayı artırıla bilər - RƏSMİ
Bu gün, 14:00
Paşinyana daxili təzyiqləri dəstəkləyən Rusiyadır - NƏ BAŞ VERİR?
Bu gün, 13:44
Natiq Mehdinin qətlinə görə saxlanılan direktor müavini ilə bağlı RƏSMİ AÇIQLAMA
Bu gün, 12:48
Blinkenin Kiyevdəki istirahəti: gecə klubu, musiqi əyləncəsi... - VİDEO
Bu gün, 12:41
Baxçalı gündəmi silkələdi: Türkiydə gecə yarısı toplantı - TƏCİLİ
Bu gün, 11:42
Bakıya gəlmiş Qarabağ ermənisi də tutuldu - VİDEO
Bu gün, 11:17
Bakıda qəbiristanlığa kameralar quraşdırılacaq - VİDEO
Bu gün, 11:05
Çin avtomobillərindən 100% rüsum tutulacaq - ABŞ-dən yeni qərar
Bu gün, 10:56
Bu gün İrəvanın Bakıya verdiyi sözün son günüdür - Nələr ola bilər?!...
Bu gün, 10:15
Bu gün Əfv Komissiyasının növbəti iclası keçiriləcək
Bu gün, 10:10
Biləsuvarda ağır qəza, ölən və yaralılar var
Bu gün, 10:06
Müəmma: Ermənistan "görüntüləri yaymayın" çağırışı edir - VİDEO
Bu gün, 09:47
Rusiya, Azərbaycan və İrana qarşı cəbhə alıblar - Mixail Qaluzin
Bu gün, 09:20
Diqqət: bu yollarda tıxac var
Bu gün, 09:12
Hitlerin səhvini Rusiya edir - Feldman
Bu gün, 09:08
“Real Madrid” Modriçə deyil, Gülərə üstünlük verir
Bu gün, 09:03
Rusiyalı deputat: “Ermənistan Aİ-yə qəbul edilməyəcək”
Dünən, 16:00
Bakı artıq Parisi də `əhilləşdirmək` üzərədir... - YENİ REALLIQ...
Dünən, 15:30
Qafqazı silkələyən savaşı: Kim ağır basır? - İNCƏLƏMƏ
Dünən, 14:22
Ruslar Zəngəzurdan çıxır
Dünən, 13:18
Azərbaycanda birmənalı qarşılanmadı, xaricdə rekord vurdu - VİDEO
Dünən, 13:06
Vəzifəli şəxslərə cinayət işi açıldı - Meşə torpaqlarını satıblar
Dünən, 12:20
Prezident Şen Yueyueni qəbul etdi
Dünən, 12:17
Yalan deyirsiniz, Azərbaycanın istədiyi budur – Babayan jurnalistə qəzəbləndi
Dünən, 10:49
Əlilliyin qiymətləndirilməsi ilə bağlı DƏYİŞİKLİK