"Siyəzən broyler” müştəriləri necə aldadır - İTTİHAM
Sosial
Oxunub: 634
12 dek 2017 | 14:48
"Siyəzən broyler” müştəriləri necə aldadır - İTTİHAM















"Siyəzən broyler” və "Avrora” şirkətləri "AzeSERT HALAL” MMC-yə məxsus "HALAL” nişanından istifadə edir. "AzeSERT HALAL” MMC bu addımı qanunsuz hesab edir.

"Azad İstehlakçılar” Birliyinin sədri Eyyub Hüseynovun sözlərinə görə, "Siyəzən broyler” və "Avrora” firması dindarları aldadır, dövlətin qanunlarını pozur. E.Hüseynov "AzeSERT HALAL” MMC-dən "Azad İstehlakçılar” İctimai Birliyinə (AİİB) daxil olan məlumatlar haqda informasiya verib.

Bildirib ki, müəssisələrdə istehsal olunan məhsulların "Halal” qaydalara uyğun sertifikatlaşdırılması zamanı aşkar olunmuş nöqsanlarla bağlı həmin müəssisələrdə istehsal olunan məhsullara "Halal” uyğunluq sertifikatı verilməyib:

"AzeSERT HALAL” tərəfindən ticarət dövriyyəsində "Siyəzən Broyler” ASC tərəfindən istehsal olunan broyler cücə əti və "Avrora” firmasının istehsalı olan "Rosko” əmtəə nişanlı kolbasa məmulatlarının markalanması və reklamında qeyri-qanuni olaraq AZS 731-1-2015 (OİC/SMİİC 1:2011) "Halal Qida” Dövlət Standartı. Ümumi tələblər”, AZS 386-2012 "Halal” termininin istifadəsi üzrə ümumi qaydalar”ına uyğun sertifikatlaşdırılmadan "AzeSERT HALAL” MMC-yə məxsus "HALAL” nişanından istifadə olunduğu aşkar edilib. "AzeSERT HALAL” MMC”dən bildirilib ki, dəfələrlə şifahi və yazılı müraciət edilməsinə baxmayaraq,"Siyəzən Broyler” ASC-ti və "Avrora” firması istehsal olunan məhsulların qeyd edilən standartın tələblərinə təkrar uyğunluğunun qiymətləndirilməsinin aparılmasından yayınaraq "HALAL” nişanından qeyri-qanuni istifadəsini davam etdirib”.

Bildirilib ki, "İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsinin 3-cü bəndinə əsasən istehsalçı istehlakçıya keyfiyyəti normativ sənədlərə və məhsul (iş, xidmət) haqqında istehsalçının təqdim etdiyi məlumata uyğun mal verməlidir:

"AzeSERT HALAL” MMC-dən bildirilib ki, akkreditə edilmiş sertifikaltlaşdırma orqanının nişanının qeyri-qanuni və icazəsiz məhsulun üzərində və digər reklam xarakterli məlumatlarda istifadəsi, istehlakçıların və müvafiq qurumların yanlış məlumatlandırılmasına səbəb olur və eyni zamanda müəssisəmizin nüfuzuna mənfi təsir göstərir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə əsasən istehlakçıları aldatma, yəni mal satan və ya əhaliyə xidmət göstərən təşkilatlarda, həmçinin ticarət (xidmət) sahəsində fərdi sahibkar qismində qeydə alınmış fiziki şəxslər tərəfindən malın (xidmətin) ölçüsünə, çəkisinə, hesabına, habelə istehlak xüsusiyyəti və ya keyfiyyətinə dair istehlakçıları xeyli miqdarda aldatmaya görə məsuliyyət nəzərdə tutulub. Həmçinin, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə əsasən əmtəə nişanlarından qanunsuz istifadə edilməsinə görə inzibati məsiliyyət nəzərdə tutulub”.Cebhe.info
Bu gün, 16:00
Fars-molla rejiminin növbəti QARINAĞRISI... - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 15:30
Siyasi alətə çevrilən keşişin ifşası və əsl məqsəd - Ermənilər marionetə qarşı
Bu gün, 14:22
Minsk qrupunun fəaliyyətini dayandırması öz yanlışlıqlarına görə baş tutdu - FAKT BUDUR!
Bu gün, 14:01
Azərbaycan məktəblərində rus bölməsi üzrə sinif sayı artırıla bilər - RƏSMİ
Bu gün, 14:00
Paşinyana daxili təzyiqləri dəstəkləyən Rusiyadır - NƏ BAŞ VERİR?
Bu gün, 13:44
Natiq Mehdinin qətlinə görə saxlanılan direktor müavini ilə bağlı RƏSMİ AÇIQLAMA
Bu gün, 12:48
Blinkenin Kiyevdəki istirahəti: gecə klubu, musiqi əyləncəsi... - VİDEO
Bu gün, 12:41
Baxçalı gündəmi silkələdi: Türkiydə gecə yarısı toplantı - TƏCİLİ
Bu gün, 11:42
Bakıya gəlmiş Qarabağ ermənisi də tutuldu - VİDEO
Bu gün, 11:17
Bakıda qəbiristanlığa kameralar quraşdırılacaq - VİDEO
Bu gün, 11:05
Çin avtomobillərindən 100% rüsum tutulacaq - ABŞ-dən yeni qərar
Bu gün, 10:56
Bu gün İrəvanın Bakıya verdiyi sözün son günüdür - Nələr ola bilər?!...
Bu gün, 10:15
Bu gün Əfv Komissiyasının növbəti iclası keçiriləcək
Bu gün, 10:10
Biləsuvarda ağır qəza, ölən və yaralılar var
Bu gün, 10:06
Müəmma: Ermənistan "görüntüləri yaymayın" çağırışı edir - VİDEO
Bu gün, 09:47
Rusiya, Azərbaycan və İrana qarşı cəbhə alıblar - Mixail Qaluzin
Bu gün, 09:20
Diqqət: bu yollarda tıxac var
Bu gün, 09:12
Hitlerin səhvini Rusiya edir - Feldman
Bu gün, 09:08
“Real Madrid” Modriçə deyil, Gülərə üstünlük verir
Bu gün, 09:03
Rusiyalı deputat: “Ermənistan Aİ-yə qəbul edilməyəcək”
Dünən, 16:00
Bakı artıq Parisi də `əhilləşdirmək` üzərədir... - YENİ REALLIQ...
Dünən, 15:30
Qafqazı silkələyən savaşı: Kim ağır basır? - İNCƏLƏMƏ
Dünən, 14:22
Ruslar Zəngəzurdan çıxır
Dünən, 13:18
Azərbaycanda birmənalı qarşılanmadı, xaricdə rekord vurdu - VİDEO
Dünən, 13:06
Vəzifəli şəxslərə cinayət işi açıldı - Meşə torpaqlarını satıblar
Dünən, 12:20
Prezident Şen Yueyueni qəbul etdi
Dünən, 12:17
Yalan deyirsiniz, Azərbaycanın istədiyi budur – Babayan jurnalistə qəzəbləndi