Qərb bölgəsində saxta araq TƏHLÜKƏSİ - Özbaşınalıq
Sosial
Oxunub: 573
11 dek 2017 | 15:03
Qərb bölgəsində saxta araq TƏHLÜKƏSİ - Özbaşınalıq
















Faktinfo.az –ın elektron poçtuna yazan və ictimailəşdirilməsini xahiş edən oxucu saxta spirtli içkilərlə bağlı həyəcan təbili çalır. Onu da bəri başdan qeyd edək ki,mövzu diqqətimizi çəlb etdiyindən və ictimai təhlükəsizlik dərəcəsi böyük olduğundan bu məsələni gündəmə gətirməyi qərara aldıq.

Məlumatda qeyd edilir ki,saxta araqlara əksər bölgələrdə rast gəlinsə də,daha çox Qazax, Ağstafa, Tovuz rayonlarında satılır. Mənşəyi məlum olmayan bu araqların texniki spirtdən hazırlandığı, tərkibinə demedrol dərmanı qatıldığı və bununla da zəhərlənmələrə yol açdığı bildirilir. Hətta bəzən bu araqlar qəbul edildikdən sonra ölüm hallarına gətirib çıxarır ki, kifayət qədər belə faktlar var.

Faktinfo.az saytına verilən xəbərə görə, tərkibi təhlükəli spirtdən və yuxugətirici maddələrdən ibarət olan belə araqlar daha çox kənd mağazalarında satılır, şadlıq evlərində istifadə edilir. 0,5 litrlik şüşə qablara qablaşdırılan bu cür araqların qiyməti 2.50 AZN-dən baha deyil. Təəccüblüsü də odur ki, Tovuz rayonunda Kənd Təsərrüfatı Nazirliyinin lisenziyası əsasında fəaliyyət göstərən müəssisələrlə gizli sexlərdə istehsal olunan araqların arasında nə keyfiyyətdə, nə də ki,qiymətdə elə bir fərq yoxdur.

Kənd Təsərrüfatı Nazirliyi isə hələ neçə illər bundan qabaq açıq şəkildə dəfələrlə xəbərdarlıq edib ki, normal standartlara cavab verən araqların qiyməti 5.40 AZN-dən aşağı olmamalıdır. Böyrək xəstəlikləri yaradan, sinir sistemini zədələyən,orqanizmi iflic edən,digər onlarla təhlükəli fəsadlara yol açan saxta araq biznesini “inkişaf” etdirənlərə qarşı təəssüf ki,rayonlarda mübarizə aparılmır.

Onu da qeyd edək ki,yaranmış vəziyyət rəqabət haqqında qanunun tələblərinə də ziddir,normal araq istehsalçısı olan sahibkarların hüquqlarının pozulmasıdır, eyni zamanda vergidən yayınmadır. Bir sözlə, iqtisadi cinayətdir ki, hazırkı şəraitdə İqtisadiyyat Nazirliyi də yaranmış acınacaqlı vəziyyətin normallaşdırılmasında maraqlı tərəf kimi çıxış etməlidir.

Onu da xatırladaq ki, Tovuz və ətraf rayonlarda araqdan kütləvi şəkildə zəhərlənmələrə dair mətbuatda məlumatlar dəfələrlə yer alıb. Zəhərlənmələrin baş verməsinə səbəb kimi Tovuz rayonunda istehsal olunan araq və rəngli içkilərin keyfiyyətsizliyi göstərilib.
Dünən, 16:00
Fars-molla rejiminin növbəti QARINAĞRISI... - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 15:30
Siyasi alətə çevrilən keşişin ifşası və əsl məqsəd - Ermənilər marionetə qarşı
Dünən, 14:22
Minsk qrupunun fəaliyyətini dayandırması öz yanlışlıqlarına görə baş tutdu - FAKT BUDUR!
Dünən, 14:01
Azərbaycan məktəblərində rus bölməsi üzrə sinif sayı artırıla bilər - RƏSMİ
Dünən, 14:00
Paşinyana daxili təzyiqləri dəstəkləyən Rusiyadır - NƏ BAŞ VERİR?
Dünən, 13:44
Natiq Mehdinin qətlinə görə saxlanılan direktor müavini ilə bağlı RƏSMİ AÇIQLAMA
Dünən, 12:48
Blinkenin Kiyevdəki istirahəti: gecə klubu, musiqi əyləncəsi... - VİDEO
Dünən, 12:41
Baxçalı gündəmi silkələdi: Türkiydə gecə yarısı toplantı - TƏCİLİ
Dünən, 11:42
Bakıya gəlmiş Qarabağ ermənisi də tutuldu - VİDEO
Dünən, 11:17
Bakıda qəbiristanlığa kameralar quraşdırılacaq - VİDEO
Dünən, 11:05
Çin avtomobillərindən 100% rüsum tutulacaq - ABŞ-dən yeni qərar
Dünən, 10:56
Bu gün İrəvanın Bakıya verdiyi sözün son günüdür - Nələr ola bilər?!...
Dünən, 10:15
Bu gün Əfv Komissiyasının növbəti iclası keçiriləcək
Dünən, 10:10
Biləsuvarda ağır qəza, ölən və yaralılar var
Dünən, 10:06
Müəmma: Ermənistan "görüntüləri yaymayın" çağırışı edir - VİDEO
Dünən, 09:47
Rusiya, Azərbaycan və İrana qarşı cəbhə alıblar - Mixail Qaluzin
Dünən, 09:20
Diqqət: bu yollarda tıxac var
Dünən, 09:12
Hitlerin səhvini Rusiya edir - Feldman
Dünən, 09:08
“Real Madrid” Modriçə deyil, Gülərə üstünlük verir
Dünən, 09:03
Rusiyalı deputat: “Ermənistan Aİ-yə qəbul edilməyəcək”
14-05-2024, 19:08
Bakcell-in yeni məhsulu – “F1 Star” artıq satışda
14-05-2024, 16:00
Bakı artıq Parisi də `əhilləşdirmək` üzərədir... - YENİ REALLIQ...
14-05-2024, 15:30
Qafqazı silkələyən savaşı: Kim ağır basır? - İNCƏLƏMƏ
14-05-2024, 14:22
Ruslar Zəngəzurdan çıxır
14-05-2024, 13:18
Azərbaycanda birmənalı qarşılanmadı, xaricdə rekord vurdu - VİDEO
14-05-2024, 13:06
Vəzifəli şəxslərə cinayət işi açıldı - Meşə torpaqlarını satıblar
14-05-2024, 12:20
Prezident Şen Yueyueni qəbul etdi