İradə Gülməmmədova sayt rəhbərini həbs etdirmək istəyir? - Xüsusi ittiham qaydasında
Sosial
Oxunub: 919
6 dek 2017 | 15:49
İradə Gülməmmədova sayt rəhbərini həbs etdirmək istəyir? - Xüsusi ittiham qaydasında













Tanınmış ictimai fəal, «Azərbaycan-Slavyan Gəncləri Assosiasiyası»nın sədri, eyni zamanda «7news» xəbər portalının baş redaktoru Səbuhi Abbasov xüsusi ittiham qaydasında məhkəməyə verilib.


Bu barədə o, özü verdiyi məlumatda qeyd ediB.

AZXEBER.COM xəbər verir ki, jurnalistin iddiasına görə, Abşeron icra başçısı İradə Gülməmmədova bu vasitə ilə ona təzyiq göstərir: «Bu gün Binəqədi rayon məhkəməsində Abşeron icra başçısı İradə Gülməmmədovanın şikayəti ilə xüsusi ittiham qaydasında şəxsimə və rəhbəri olduğum xəbər portalına qarşı iddia ilə bağlı növbəti məhkəmə keçirildi. Öncəliklə qeyd edim ki, ilin əvvəlində gedən yazı başqa saytın məhsuludur. Olduğu kimi istinadla vermişik. Yazı dərc olunmamışdan öncə dəfələrlə mövqe öyrənilməsinə, icra hakimiyyətinin rəsmi saytında göstərilən nömrələrlə əlaqə saxlamağa çalışmışıq. Başı tikinti-söküntüyə qarışan xanım başçını tapmaq ümumiyyətlə möcüzə kimi qəbul edilir. Əl-qərəz hakimə deyirəm yazı istinadla verilib, mənbə də zalda. Yazını tək biz yox, onlarla sayt verib».

S.Abbasov icra başçısı barədə müəyyən iddialar da səsləndirərək əlavə edib: «Bundan başqa Abşerondakı mövcüd vəziyyət hər kəsə bəllidir. Hətta təklif etdim ki, gəlin hər birimiz indi cəhd edək, xanım icra başçısı ilə bir jurnalist kimi əlaqə yaratmağa çalışaq. Mümkün olacaqmı? Hakimə bu sualı verdikdə «bu mənə maraqlı deyil» fikrini deməklə əslində mövcud vəziyyəti təsvir etmiş oldu. Qərar elan olundu ki, mən təqsirləndirilən şəxs qismində 13 dekabrda olacaq növbəti məhkəməyə qatılmalıyam. Bilirsiniz, ümumiyyətlə belə təfəkkürlü insanlar idarəçilikdən uzaqlaşdırılmalıdırlar. Bir nəfər mənə desin ki, İradə Gülməmmədova bu dövlət üçün strateji olaraq hansı xidmətə imza atıb. O hansı üz ilə medianı xüsusi ittiham qaydasında məhkəməyə verilir? Yaxud məhkəmə sistemi niyə haqlı tərəf olan vətəndaş cəmiyyətinin deyil, fəaliyyəti hər kəsə bəlli olan xanım məmurun yanında olur? Görünən odur ki, hələ də bəzi məmurlar Cənab Prezidentin çağırışlarını ya başa düşmür, ya da özünü elə göstərirlər ki, guya başa düşmürlər. İstənilən halda beyni korrupsiyalaşmış, harınlamış, dövlətin, dövlət başçısının müsbət imici «xərcləyən» məmurlar çox qısa zaman kəsiyində layiq olduqları yeri görəcəklər».
Bu gün, 15:30
Siyasi alətə çevrilən keşişin ifşası və əsl məqsəd - Ermənilər marionetə qarşı
Bu gün, 14:22
Minsk qrupunun fəaliyyətini dayandırması öz yanlışlıqlarına görə baş tutdu - FAKT BUDUR!
Bu gün, 14:01
Azərbaycan məktəblərində rus bölməsi üzrə sinif sayı artırıla bilər - RƏSMİ
Bu gün, 14:00
Paşinyana daxili təzyiqləri dəstəkləyən Rusiyadır - NƏ BAŞ VERİR?
Bu gün, 13:44
Natiq Mehdinin qətlinə görə saxlanılan direktor müavini ilə bağlı RƏSMİ AÇIQLAMA
Bu gün, 12:48
Blinkenin Kiyevdəki istirahəti: gecə klubu, musiqi əyləncəsi... - VİDEO
Bu gün, 12:41
Baxçalı gündəmi silkələdi: Türkiydə gecə yarısı toplantı - TƏCİLİ
Bu gün, 11:42
Bakıya gəlmiş Qarabağ ermənisi də tutuldu - VİDEO
Bu gün, 11:17
Bakıda qəbiristanlığa kameralar quraşdırılacaq - VİDEO
Bu gün, 11:05
Çin avtomobillərindən 100% rüsum tutulacaq - ABŞ-dən yeni qərar
Bu gün, 10:56
Bu gün İrəvanın Bakıya verdiyi sözün son günüdür - Nələr ola bilər?!...
Bu gün, 10:15
Bu gün Əfv Komissiyasının növbəti iclası keçiriləcək
Bu gün, 10:10
Biləsuvarda ağır qəza, ölən və yaralılar var
Bu gün, 10:06
Müəmma: Ermənistan "görüntüləri yaymayın" çağırışı edir - VİDEO
Bu gün, 09:47
Rusiya, Azərbaycan və İrana qarşı cəbhə alıblar - Mixail Qaluzin
Bu gün, 09:20
Diqqət: bu yollarda tıxac var
Bu gün, 09:12
Hitlerin səhvini Rusiya edir - Feldman
Bu gün, 09:08
“Real Madrid” Modriçə deyil, Gülərə üstünlük verir
Bu gün, 09:03
Rusiyalı deputat: “Ermənistan Aİ-yə qəbul edilməyəcək”
Dünən, 16:00
Bakı artıq Parisi də `əhilləşdirmək` üzərədir... - YENİ REALLIQ...
Dünən, 15:30
Qafqazı silkələyən savaşı: Kim ağır basır? - İNCƏLƏMƏ
Dünən, 14:22
Ruslar Zəngəzurdan çıxır
Dünən, 13:18
Azərbaycanda birmənalı qarşılanmadı, xaricdə rekord vurdu - VİDEO
Dünən, 13:06
Vəzifəli şəxslərə cinayət işi açıldı - Meşə torpaqlarını satıblar
Dünən, 12:20
Prezident Şen Yueyueni qəbul etdi
Dünən, 12:17
Yalan deyirsiniz, Azərbaycanın istədiyi budur – Babayan jurnalistə qəzəbləndi
Dünən, 10:49
Əlilliyin qiymətləndirilməsi ilə bağlı DƏYİŞİKLİK