"Megafun"dakı icarədarlar qan ağlayır
Sosial
Oxunub: 1 723
7 yan 2015 | 18:30
"Megafun"dakı icarədarlar qan ağlayırBakı sakinləri arasında məşhur olan ticarət və əyləncə mərkəzlərindən biri də "Megafun"dur.

Son zamanlar şəhər sakinləri və paytaxtımızın qonaqları arasında məşhur olan bu mərkəzdə apardığımız qısa araşdırmada əslində buranın necə işlədildiyi aydın oldu.

Üst mərtəbələrdəki uşaq və böyüklər üçün nəzərdə tutulmuş əyləncə bölmələrinin demək olar ki, hər gün camaatla aşıb-daşmasına baxmayaraq, aşağı mərtəbələrdəki geyim və suvenir mağazalarına ümumiyyətlə girən yoxdur. Mağazaların satıcıları ilə apardığımız söhbət zamanı məlum oldu ki, icarədarlar çox vaxt yüksək icarə haqqını öz ciblərindən ödəməli olurlar. Ticarət mərkəzinin adamla dolu olmasına baxmayaraq buradakı mağazalara demək olar ki, girən yoxdur.

Apardığımız araşdırma nəticəsində məlum oldu ki, "Megafun"da satılan geyim əşyalarının 90%-i Çin istehsalı olan ucuz sintetik mallardır. "Binə" və "Sədərək" ticarət mərkəzlərində 3-4 dəfə ucuz olan bu malların qiymətinin "Megafun"da belə baha olmasının səbəbi isə mağaza icarəsinin qiymətlərinin çox baha olmasıdır. Bir tərəfdən icarə haqqının çox baha olması, digər tərəfdən malların keyfiyyətinin aşağı olması nəticədə "Megafun"da yer icarəyə götürmüş iş adamlaqrının ziyana düşməsinə səbəb olur. İcarədarların dediyinə görə, buradakı əksər mağaza işlədənlər yerlərini itirməmək üçün məcburiyyətdən yer pulunu ödəmək üçün banklardan kredit götürüblər. Onlar həmçinin bildilər ki, "Megafun" rəhbərliyi icarə haqqını bir gün gecikdirən kimi mağazalarını elə həmin gün bağlayırlar.

Ticarət mərkəzində yerləşən kafe və yeməkxanaların da vəziyyəti ürəkaçan deyil. Kafe işlədənlər də "Megafun"un insanlarla qaynaşmasına baxmayaraq müştəri çatışmazlığından şikayət edirlər. Onlar da analoji problemlərlə üz-üzə qalıblar.

Ölkə.az
Bu gün, 09:38
Bu gün - 20 Sentyabr Azərbaycanda Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür
Bu gün, 09:31
“Əsrin müqaviləsi”nin imzalanmasından 32 il keçir
Bu gün, 09:23
Prezidentin sosial şəbəkə hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı videoçarx paylaşılıb - Video
Bu gün, 09:00
Azərbaycanda Dövlət Suverenliyi Günüdür
Dünən, 12:00
Hansı temperaturda çay içmək xərçəng yaradır?
Dünən, 10:27
DİN-dən antiterror əməliyyatında iştirakı ilə bağlı VİDEO
Dünən, 10:18
“Bitcoin”in yenidən bahalaşdı
Dünən, 10:11
Pakistanda məscid yaxınlığında terror aktı: 31 nəfər öldü
Dünən, 09:50
Makronun həyat yoldaşının kişi olduğunu iddia edən jurnalist öldü
Dünən, 09:44
Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir
Dünən, 09:32
Dünya bazarında neft ucuzlaşdı
Dünən, 09:21
Süni intellektin səhvi az qala ABŞ-ni Çinlə müharibəyə sürükləyirmiş
Dünən, 09:16
“Turan Tovuz” “Zirə”yə, “Sabah” “İmişli”yə qarşı
Dünən, 09:00
Qarabağdakı antiterror əməliyyatından 3 il ötür
18-09-2026, 16:00
Paşinyan Kremlə “soyuq savaş” acdı, “gizli plan” ifşa oldu: Ermənistan Rusiya hərbi bazasını əsas hədəfə çevirir
18-09-2026, 15:30
Avropada rəzil hala düşən Ermənistan Azərbaycana şər atdı – Bakıdan cavab
18-09-2026, 14:22
Asiyanın ən varlı adamı artıq odur – 43 yaşlı TikTok sahibinin 50 TIR dolusu pulu var
18-09-2026, 14:00
Qış gəlməmiş evdə özünüz yoxlayın - Bu detal köhnəlibsə, istilik çölə gedəcək
18-09-2026, 13:32
İcra başçılarına növbəti XƏBƏRDARLIQ – Sıra kimdə?
18-09-2026, 13:13
Azərbaycan millisinin heyəti açıqlandı
18-09-2026, 12:24
Afra Saraçoğlu da saxlanıldı
18-09-2026, 12:11
Tahir Gözel bu bankın rəhbəri oldu
18-09-2026, 11:44
Nigar Fərhad haqda qərar verildi - Şikayətçilər artır
18-09-2026, 11:40
“Ramiz Mehdiyevin kürəkəni klinikamızı əlimizdən aldı, 8 il sonra borc içində qaytardı”
18-09-2026, 11:36
Metro və dəmiryolu layihələri üçün - Dövlət ehtiyacı ilə torpaqlar alınacaq
18-09-2026, 10:38
DTX 5 ölkədə antiterror tədbirləri həyata keçirdi - 10 nəfər saxlanıldı - Video
18-09-2026, 10:30
“Neftçi” “Qəbələ”yə, “Qarabağ” “Şəfa”ya qarşı