Təbriz Ammayev: Xaricdə oxumaq şərt deyil - MÜSAHİBƏ + FOTOSESSİYA
Sosial
Oxunub: 1 829
29 dek 2014 | 20:42
Təbriz Ammayev: Xaricdə oxumaq şərt deyil - MÜSAHİBƏ + FOTOSESSİYA


















“Hədəflər məqsədə aparan yoldur”

Oxu.Az-ın “Uğurun tarixi” layihəsinin növbəti qonağı azərbaycanlı gənclərin Azərbaycan Böyük Britaniya Məzunları İctimai Birliyinin (AUKAA) üzvü Təbriz Ammayevdir.

T.Ammayevlə söhbətimizə İngiltərədə iş imkanlarının müzakirəsi ilə başladıq. Müsahibim ilk olaraq Azərbaycanda işləmək və ölkəmizin iqtisadiyyatını öyrənməyə üstünlük verdiyini bildirdi.

- Hansı universitetdə oxumusunuz?

- Bristol Universitetində maliyyə, mühasibatlıq və menecmentliyi oxumuşam. Öz ixtisasımdan fərqli ixtisas seçmişdim. Mən bakalavr təhsilimi Azərbaycan Dövlət Neft Akademiyasında almışam. İxtisasım Beynəlxalq iqtisadi münasibətlər, neft-qaz iqtisadiyyatı və idarə edilməsi idi. Bu ixtisası yüksək bal topladığım üçün seçdim.

- Bəs Bristol Universitetindəki ixtisasınızı necə seçmisiniz?

- Bristol Universiteti dünyanın ən yaxşı universitetləri sırasında ilk 30-luqdadır. Amma mənim bu universiteti seçməyimdə başlıca səbəb ixtisas olub. Həm də Bristolda oxumaq Londonda oxumaqdan daha rahatdır. Burada həyat sakit axır, ancaq dərslərə adaptasiya olursan. Oxuduğum bu müddətdə Londonda bir neçə dəfə oldum. Mənim üçün əsas dərslərim və nəticələrimin yüksək olması idi. Amma demək istərdim ki, xaricdə oxumaq şərt deyil. Əsas oxumağı istəməkdir. Yəni oxumaq istəyən adam həmin dərslikləri sifariş də edə bilər. Burda da oxuya bilər. Orada müəllimlər xüsusi heç nə etmirdi, ancaq dərsə maraq yaradırdı. Yəni xaricdə təhsil almağa hər kəs 60% oxumaq, 40% özünü formalaşdırmaq və inkişaf etdirmək üçün getməlidir. Xaricdə təhsil almağın məsuliyyəti də çox olur. Əsas səni gözləyənləri düşünürsən. Bu da oxumağa və yüksək nəticələrlə qayıtmağa motivasiya verir.

- Yüksək nəticələr deyəndə nəyi nəzərdə tutursunuz? Yalnız qiymətləri…

- Yüksək nəticə biliklə qayıtmaq və nələri qazandığını sübut etməkdir.

- Qayıtdıqdan sonra harada işləməyə başladınız?

- Azərbaycan Dövlət Neft Şirkətində (SOCAR). İndi yerli biznes strukturlarının inkişafı yollarını araşdırırıq. Neft-qaz sahəsində yeni biznes strukturlarının inkişafının araşdırılması maraqlıdır. İşiniz sizdən kreativlik tələb edəndə öyrəndiklərinizi tətbiq etməyə imkanlar yaranır. Yeni imkanlar isə yeni hədəflər yaradır.

- Bir qədər də hədəfləriniz haqqında danışın…

- Hədəflər məqsədə aparan yoldur. Məqsədlər isə şəraitdən asılı olaraq dəyişir. Yəni rəqabət mühitindən asılı olaraq məqsədlər müəyyənləşir. Rəqabət olmayan mühitdə məqsəd özü sənə çatır. Əsas iş böyük rəqabət şəraitində düzgün hədəflər müəyyən edib məqsədə çatmaqdır. Gərək qarşına qeyri-mümkün məqsədlər qoymayasan. Hər zaman reallığı da nəzərə almaq lazımdır. Axı sizə edilən etimadı doğrultmalısınız.

- Kimin etimadını?

- Valideynlərimizin, bizə işi həvalə edən şəxslərin və s. Bu günə kimi qarşıma qoyduğum məqsədlərə çatmışam. İxtisasımı, işimi istəyimə uyğun olaraq seçmişəm. Düzdür, indi daha maraqlı ixtisasları öyrənmək istəyirəm. Məsələn, layihə menecerliyini öyrənmək üçün Xəzər Universitetində təlimlərə gedirəm.

- Təsadüfən siz də haradasa dərs demirsiniz?

- Bəli, mən də universitetlərimizin birində dərs deyirəm. Ümumiyyətlə, mən öyrəndikcə öyrətməyi sevən adamam. İstəmişəm ki, öyrəndiklərimi burada da tələbələrimə öyrədim. Bu gün əminliklə deyə bilərəm ki, tələbələrim mənim dediyim fənn üzrə Bristol Universitetinin tələbələrindən daha çox şey öyrənir. Çünki eyni mədəniyyətdən gəlirik, hər şeyi onların anlayacağı və qəbul edəcəyi şəkildə anladıram.

- Təbriz, bəs sizcə uğura çatmaq üçün hansı xüsusiyyətlərə sahib olmaq lazımdır?

- Belə başlayaq ki, uğur başladığın işin sonunda sevinməkdir. Yəni uğur görəcəyin işin nəticəsini öncədən görmək və ona çatmaqdır. Və hətta gördüyünüz işdə gözlədiyiniz nəticəni əldə edə bilmədiyiniz halda səhvlərinizdən dərs çıxarmaqdır. Uğur lazım gəldikdə hədəflərinizi azaltmağı və artırmağı bacarmaqdır.
Bu gün, 09:38
Bu gün - 20 Sentyabr Azərbaycanda Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür
Bu gün, 09:31
“Əsrin müqaviləsi”nin imzalanmasından 32 il keçir
Bu gün, 09:23
Prezidentin sosial şəbəkə hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı videoçarx paylaşılıb - Video
Bu gün, 09:00
Azərbaycanda Dövlət Suverenliyi Günüdür
Dünən, 12:00
Hansı temperaturda çay içmək xərçəng yaradır?
Dünən, 10:27
DİN-dən antiterror əməliyyatında iştirakı ilə bağlı VİDEO
Dünən, 10:18
“Bitcoin”in yenidən bahalaşdı
Dünən, 10:11
Pakistanda məscid yaxınlığında terror aktı: 31 nəfər öldü
Dünən, 09:50
Makronun həyat yoldaşının kişi olduğunu iddia edən jurnalist öldü
Dünən, 09:44
Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir
Dünən, 09:32
Dünya bazarında neft ucuzlaşdı
Dünən, 09:21
Süni intellektin səhvi az qala ABŞ-ni Çinlə müharibəyə sürükləyirmiş
Dünən, 09:16
“Turan Tovuz” “Zirə”yə, “Sabah” “İmişli”yə qarşı
Dünən, 09:00
Qarabağdakı antiterror əməliyyatından 3 il ötür
18-09-2026, 16:00
Paşinyan Kremlə “soyuq savaş” acdı, “gizli plan” ifşa oldu: Ermənistan Rusiya hərbi bazasını əsas hədəfə çevirir
18-09-2026, 15:30
Avropada rəzil hala düşən Ermənistan Azərbaycana şər atdı – Bakıdan cavab
18-09-2026, 14:22
Asiyanın ən varlı adamı artıq odur – 43 yaşlı TikTok sahibinin 50 TIR dolusu pulu var
18-09-2026, 14:00
Qış gəlməmiş evdə özünüz yoxlayın - Bu detal köhnəlibsə, istilik çölə gedəcək
18-09-2026, 13:32
İcra başçılarına növbəti XƏBƏRDARLIQ – Sıra kimdə?
18-09-2026, 13:13
Azərbaycan millisinin heyəti açıqlandı
18-09-2026, 12:24
Afra Saraçoğlu da saxlanıldı
18-09-2026, 12:11
Tahir Gözel bu bankın rəhbəri oldu
18-09-2026, 11:44
Nigar Fərhad haqda qərar verildi - Şikayətçilər artır
18-09-2026, 11:40
“Ramiz Mehdiyevin kürəkəni klinikamızı əlimizdən aldı, 8 il sonra borc içində qaytardı”
18-09-2026, 11:36
Metro və dəmiryolu layihələri üçün - Dövlət ehtiyacı ilə torpaqlar alınacaq
18-09-2026, 10:38
DTX 5 ölkədə antiterror tədbirləri həyata keçirdi - 10 nəfər saxlanıldı - Video
18-09-2026, 10:30
“Neftçi” “Qəbələ”yə, “Qarabağ” “Şəfa”ya qarşı