Rus araqları Bakıda necə "milliləşir"? - TƏHLÜKƏ
Azərbaycanın tanınmış iş adamlarından biri 10 ildən artıqdır ki, Rusiyadan ölkəmizə spirtli içkilərin, daha dəqiq desək araq idxalı ilə məşğul olur. Əlbəttə, hər bir vətəndaşın biznes fəaliyyəti ilə məşğul olması, yeni iş yerlərinin açılması, dövlət büdcəsinə vergi ödəməsi və s. təqdirə layiqdir. Ancaq bütün idxal prosesi şəffaf olmalıdır. Həm də nəzərə almalıyıq ki, söhbət spirtli içkilərin idxalından gedir. Ona görə də bu tip məsələlərdə mətbuat özü də diqqətli olmalı və ən əsası istehlakçıların hüquqlarının qorunmasına çalışmalıdır. Düzdür, ölkəmizdə istehlakçıların hüquqlarını qorumalı olan İqtisadiyyat nazirliyi yanında Antiinhisar və İstehlakçıların Hüquqları Dövlət Xidməti, eyni zamanda xeyli sayda QHT-lər fəaliyyət göstərir. Amma istənilən halda ölkə başçısının “mənim köməkçilərim” adlandırdığı media mənsubları da istehlakçıların pozulan hüquqlarının bərpa olunması və problemlərin aradan qaldırılmasına öz töhfəsini verməlidir. Sözün qısası, yuxarıda qeyd etdiyimiz kimi tanınmış iş adamlarından biri 10 ildən artıqdır ki, Rusiyadan ölkəmizə araq idxal edir. Bizə daxil olan məlumata görə, bu şəxsin ölkənin iş adamlarına külli miqdarda borcu yaranıb. Hətta Moskvada araq biznesi ilə məşğul olan azərbaycanlılara da bu şəxsin külli miqdarda borcu var. Məsələn, Rusiyada araq biznesini quran iş adamlarına bu şəxsin 300 min ABŞ dollarından çox borcu yaranıb. Əlbəttə, iş adamlarının borc altına düşməsi birinci dəfə deyil. Hətta ABŞ-ın indiki prezidenti cənab Tramp bir zamanlar öz biznes fəaliyyətində tam bankrot-müflis olmuşdu. Ancaq ağılla və bacarıqla bu vəziyyətdən çıxa bildi, hətta dünyanın ən varlı biznesmeninə çevrildi. Və sonda ABŞ-ın prezidenti oldu. Yəni biznes adamının müflis olması, borclu olması görünməmiş hal deyil. Ancaq bu vəziyyətdən necə çıxmaq maraqlıdır. Haqqında danşdığımız şəxs isə borcdan qurtarmaq üçün tam fərqli bir yola əl atıb. Belə ki, bu şəxs Rusiyadan idxal etdiyi “Xlebnaya” və “Russkiy Kalibr” araqlarının Azərbaycandakı gizli sexdə istehsalına başlayır. Və yerli gizli sexdə istehsal etdiyi malı xaricdən idxal etdiyi mallarla qarışdıraraq Bakıda şadlıq saraylarına Rusiya istehsalı adı ilə paylaşdırır. Araşdırma zamanı bu şəxsin istehsal etdiyi saxta araqlara bir neçə şərab dükanlarında rast gəldik. Şərab dükanlarında bizə bildirdilər ki, bu araqları Rusiya istehsalı adı ilə dükanlara həmin şəxs paylatdırır. O şəxsin adı bizə məlum olsa da hələ ki, araşdırmalarımız yekunlaşmadığı üçün onun adını oxuculara təqdim etmirik. Biz bir neçə mağaza sahibləri isə söhbət edərkən onlar bizə etiraf etdilər ki, onlarda bu mallara şübhə yaranıb, onlar da düşünür ki, bu araqlar bizim ölkədə gizli sexlərin birində istehsal olunur. Apardığımız araşdırmalar nəticəsində bəlli oldu ki, bu saxta araqlar Kürdəmir rayonunda gizli bir sexdə kustar üsulla hazrlanır. İri marketlər həmin şəxsdən bu araqların müvafiq sertifikat sənədini tələb etdiyinə görə o bu malları marketlərə verə bilmir. Ona görə də saxta araqları şadlıq saraylarına Rusiya istehsalı adı ilə paylaşdırır. Haqqında bəhs etdiyimiz şəxs barəsində bir maraqlı məlumata da rast gəldik: Deməli, bu şəxs bir neçə il əvvəl tanınmış hüquq müdafiəçilərindən birini həbs etdirib. Araşdırmamız davam edir, bizi izləyin
QAFQAZXEBER.AZ
Bu gün, 12:19
"AÇIQLANDI: Azərbaycan quru sərhədlərini bu səbəbdən bağlı saxlayır"
Bu gün, 11:23
Trampın ad gününə hücumu planlaşdıran "Çoban" saxlanılıb
Bu gün, 11:18
ABŞ-İran danışıqları təxirə salındı
Bu gün, 11:13
Xankəndi şəhərinə daha 18 ailə yola salındı
Bu gün, 10:05
Tur paketləri adı altında dələduzluq: Şübhəli bilinən qadın ölkədən qaçdı
Bu gün, 09:54
"Memorandum İranın kapitulyasiyasıdır" - Tramp
Bu gün, 09:50
Azərbaycan və İtaliya arasında mədəni əməkdaşlığın yeni istiqamətləri müzakirə olunub
Bu gün, 09:40
Arvadını bacısı kimi təqdim edirmiş... – Bakıda film kimi dələduzluq
Bu gün, 09:31
Türkiyə kəşfiyyatı Almaniyanı lərzəyə saldı
Bu gün, 09:27
Hörmüz boğazı ilə bağlı xərclər İran tərəfindən ödəniləcək
Bu gün, 09:23
ABŞ rəsmisindən qalmaqallı açıqlama: İranda yüzlərlə insanın ölümündə İlon Maskın əli var
Bu gün, 09:17
Azərbaycanlı gənc faciəvi şəkildə öldü
Bu gün, 09:00
Qurban Qurbanovun qovduğu Elvin ən bahalı azərbaycanlı futbolçudur
Dünən, 16:00
Türkiyə Ermənistanla münasibətlərin tam normallaşması üçün ŞƏRTİNİ AÇIQLADI
Dünən, 15:30
ABŞ-ın İran əməliyyatına çəkdiyi xərc bu qədər oldu - Sayğac dayandı
Dünən, 14:30
İlham Əliyev İslam İnkişaf Bankı Qrupunun sədrinə "Dostluq" ordenini təqdim edib
Dünən, 13:17
Azərbaycan əhalisinin sayı artıb
Dünən, 12:13
Faciədən sonra atalara səsləndi: "Sizə pis ata desələr də, nəzarəti əldən verməyin"
Dünən, 12:04
İlham Əliyev: Ermənistan 90-cı illərdə urbisid yaratmışdı, lakin onlara qarşı heç bir sanksiya tətbiq olunmadı
Dünən, 12:00
ABŞ-İran sazişi, Versal mesajı: 100 il sonra Yaxın Şərq yenidən şəkilləndirilməsi
Dünən, 11:37
AYNA-dan taksi operatorları ilə bağlı QƏRAR
Dünən, 11:33
Azərbaycan və İslam İnkişaf Bankı Qrupu arasında sənədlər İMZALANDI
Dünən, 11:18
Tramp və Pezeşkian 14 maddəlik sazişi BELƏ İMZALADI
Dünən, 10:53
Ölkədə doğulanların sayı azalıb, ölənlər isə artıb - RƏSMİ RƏQƏMLƏR
Dünən, 10:48
Prezidentdən ŞAD XƏBƏR - Tezliklə....
Dünən, 10:20
Azərbaycanda ilk dəfə 3 universitet TOP 800-ə daxil olub
Dünən, 10:12
Dövlət başçısı: İşğaldan əziyyət çəkmiş Azərbaycan Ermənistana sülhü təklif edən tərəf olub