Deputat: Facebook Azərbaycanın milli mentalitetinə zidd şəbəkədir
Sosial
Oxunub: 1 630
9 dek 2014 | 12:21
Deputat: Facebook Azərbaycanın milli mentalitetinə zidd şəbəkədir


















Millət vəkilləri sosial şəbəkədən danışdılar.

Son illər həyatımızın ayrılmaz hissəsinə çevrilən Facebook sosial şəbəkəsindən deputatların da əksəriyyəti istifadə edir. Onların bəziləri hətta bizim də dostluq siyahımızda var. Bəzən millət vəkilləri ilə virtual əlaqə saxlamaq da mümkündür. Amma bu, bəzi deputatlara aid deyil, bir çoxlarını Facebook-da görə bilmirik.

Azerinfo.az xəbər verir ki, Modern.az Facebook-dan istifadə etməyən deputatlardan sosial şəbəkəyə gəlməmələrinin səbəbini soruşub.

Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadı Rəcəblinin sözlərinə görə, saytlardan informasiya alır, sosial şəbəkədən isə istifadə etmir:

“Sosial şəbəkələrdə eybəcərliklərlə, mənəviyyatsızlıqlarla məşğul olurlar. Bu səbəbdən sosial şəbəkələrdən istifadə etmirəm. Sosial şəbəkələrdə şəxsi maraqları üstün tutaraq insanları təhqir edirlər. Mən belə insanlara acıyıram və nifrət edirəm”.

Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı bildirir ki, internetdən sırf informasiya almaq üçün istifadə edir:

“Heç bir sosial şəbəkədə yoxam, bundan sonra da fikrimi dəyişmək niyyətində deyiləm”.

Sosial şəbəkələrdən istifadə etməyənlər sırasında Jalə Əliyeva da var:

“Vaxtım çox məhduddur. İnformasiyanı kimlərinsə vasitəsilə deyil, birinci qaynaqdan-informasiya agentliklərinin, xəbər portallarından almağa üstünlük verirəm. Yalnız informasiya almaqdan ötrü internetdən istifadə edirəm. Heç bir sosial şəbəkədə profilim yoxdur”.

Flora Qasımovanın sözlərinə görə, internetdən yalnız informasiya almaq məqsədilə istifadə edir.

O, sosial şəbəkələrdən istifadə etmir:

“Vaxtım yoxdur, həm də oralar məni maraqlandırmır. Məni yalnız xəbərlər maraqlandırır, onları da internet saytlarından alıram”.

Aqil Abbas deyir ki, yazı-pozu adamı olduğu üçün sosial şəbəkələr ona maraqsız gəlir:

“Fikirlərimi qəzetdə yazıram, televiziyalarda söyləyirəm. Kiminləsə əlaqə qurmaq istəyəndə telefonla danışıram, yaxud görüşürəm”.

Vahid Əhmədov saytları davamlı izləyir. Lakin Facebook və digər sosial şəbəkədən istifadə etmir:

“Boş vaxtım o qədər deyil ki, hər hansı sosial şəbəkəyə xərcləyim”.

Millət vəkili, “Azərbaycan” qəzetinin baş redaktoru Bəxtiyar Sadıqov da Facebook və digər sosial şəbəkələrdən istifadə etmir.

Onun fikrincə, Facebook Azərbaycanın milli mentalitetinə zidd şəbəkədir:

“Mənim o qədər artıq vaxtım yoxdur ki, onu Facebook-a sərf edim. Mən sözün məsuliyyətini, çəkisini, ölçüsünü bilən adamam. Facebook-da məsuliyyətsiz ifadələr işlədirlər. Daha çox təhqiramiz ifadələr səslənir”.

Bəxtiyar Sadıqov Facebook-dakı çirkabın onun da üstünə düşməməsi üçün bu sosial şəbəkəyə qoşulmur:

“O yerdə ki, insanlar mədəniyyəti gözləmirlər, onlar arasında pərdə yoxdursa, mənim nə işim var orada?! İnsanlar bir-birinin şərəf və ləyaqətini qorumurlar. Bizim mentalitetimiz var. Elə fikirlər var ki, onu ictimailəşdirmək olmaz. Ona görə özümü bu sosial şəbəkədə görmürəm”.
Bu gün, 13:12
İlham Əliyev Latviya Seyminin sədrini qəbul edib - FOTO
Bu gün, 12:39
Pakistanda matəm günü elan edildi
Bu gün, 11:53
İran prezidentinin ölümü nefti bahalaşdırdı
Bu gün, 11:49
Kirants kəndində sərhəd dirəkləri quraşdırıldı
Bu gün, 11:46
İlham Əliyev Kamerunun dövlət başçısını təbrik edib
Bu gün, 11:42
İranda milli matəm elan edilib
Bu gün, 11:05
Faciəvi şəkildə həlak olan İran rəsmilərinin DOSYESİ
Bu gün, 10:56
Aİ İrana başsağlığı verib
Bu gün, 10:48
Ceyhun Bayramov: Abdullahianın vəfatı xəbəri məni dərindən sarsıtdı
Bu gün, 10:38
Rəisisiz iclas... - Foto
Bu gün, 10:33
Bakıda Avropa çempionatı başlayır
Bu gün, 10:29
İranda cəsədlərin axtarışı başa çatdı - Yenilənib
Bu gün, 10:26
İlham Əliyev Xameneyiyə başsağlığı verdi
Bu gün, 09:44
Rəisi kim idi, yerinə kim gələcək? - BƏZİ DETALLAR
Bu gün, 09:40
Rəisinin helikopteri tamamilə yanıb - FOTO
Bu gün, 09:35
Rəisinin qəzaya düşdüyü helikopterlə bağlı DETALLAR (FOTO)
Bu gün, 09:30
İran hökuməti təcili toplanır
Bu gün, 09:25
Klopp dünyanın ən yaxşı məşqçisinin adını açıqladı
Bu gün, 09:20
Niger: ABŞ hərbçilərinin ölkədən çıxarılması proseduru razılaşdırılıb
Bu gün, 09:13
Helikopter qəzasında həlak olanların SİYAHISI - ADLAR
Bu gün, 09:08
İran Prezidenti və helikopterin bütün sərnişinləri həlak olub - FOTO/VİDEO
Bu gün, 09:00
"Fənərbağça" "Qalatasaray"ı məğlub edib: Çempion son turda bəlli olacaq
Dünən, 21:50
Rəisinin qəzaya düşən helikopterdən son görüntüləri - VİDEO
Dünən, 21:43
Rəisinin Ermənistan səfəri təxirə salındı
Dünən, 20:29
Bagiri əmr verdi: Bütün ordu axtarışlara cəlb olundu
Dünən, 19:54
İlham Əliyev: İran Prezidentinin olduğu helikopterin qəza enişi barədə xəbər bizi ciddi narahat etdi
Dünən, 16:56
Rəisinin helikopteri qəza etdi - Yenilənib