Nərimanov RİH-nin başçısı hara baxır?

Paytaxtın ən strateji rayonlarından olan Nərimanovda müəyyən sosial problemlər hələ də hökm sürməkdədir
Əksər küçə yolları təmirsiz vəziyyətdədir, insanların istiliklə təminatında olan problemlər həll edilməmiş qalmaqdadır.
İmkanlı şəsxlərin, məmurların və biznesmenlərin bu rayon ərazisində yaşaması icra başçısı Abdin Fərzəliyevin işini bir qədər də çətinləşdirir. Daha doğrusu, rayon ərazisində məlum olan problemlərin gizlədilməsi, arxa plana salınması artıq qeyri-mümkündür.
Həmçinin son aylar rayon ərazisində yaşayan və fəaliyyət göstərən sahibkarların öz biznesini kənara çıxarması ciddi məqamlardan hesab olunur. BU məsələ çox ciddi müzakirələrə yol açır. Nədənsə heç bir biznesmen Nərimanov rayonu ərazisində ciddi biznes qurmaq istəmir. Aldığımız məlumata görə, bunun əsas səbəbi rayon ərazisində fəaliyyət göstərən kiçik sahibkarlara belə müəyyən süni əngəllər yaradılmasıdır.
Prezident İlham Əliyevin bütün xəbərdarlıqlarına baxmayaraq, öz vəzifə məsuliyyətlərini dərk etməyən, onlara göstərilən etimaddan sui-istifadə edərək şəxsi mənafeləri üçün çalışan bəzi məmurlar var. Hansı ki, belə məmurlar prezidentin onlara olan etibarından çirkin məqsədləri üçün istifadə etməkdən çəkinmirlər.
Xəbər portallarının verdiyi məlumata görə, belə məmurların bir neçəsinin birgə fəaliyyətinin, korrupsioner və dələduzluq əməllərinin qurbanı olmuş 100-dən çox ailənin pənah apardığı, üz tutduğu heç bir qurum, heç bir vəzifəli şəxs bu günə qədər onların səsinə səs verməmişdir.
Belə ki, bu ailələr Nərimanov Rayon İcra Hakimiyyətinin və şəxsən icra başçısı Abdin Fərzəliyevin əlbir olduğu “işbazlar”ın əməllərindən külli miqdarda maddi ziyan çəkmiş və mənəvi sarsıntılara məruz qalmışlar.
Bir müddət əvvəl A.Fərzəliyevin adı Nərimanov rayonu, F.Yusifov küç. 40 ünvanında gözdən əlillər üçün tikilmiş binada 100-dən çox ailənin ümumilikdə 8 milyon manata yaxın vəsaitinin mənimsənilməsi faktında hallanırdı.
Bununla yanaşı, keçən ilin iyun aylarında "Sovetski"də evləri sökülmüş sakinlər Nərimanov rayonu K.Rəhimov ünvanında yerləşən binaya köçürülmüşdü.
Ancaq həmin binanın üzlüklərinin yanmağa meyilli olduğu artıq 1 ilə yaxındır ki, Abdin Fərzəliyev tərəfindən gizlədilir.
Xatırlamaq yerinə düşər ki, 19 may 2015-ci ildə də Binəqədi rayonunda yerləşən 16 martəbəli bina məhz yanmağa meyilli üzlüklər ucbatından od tutub yanmışdı.
Nəticədə 15 nəfər dünyasını dəyişmiş, 64 nəfər isə yaralanmışdı.
Artıq isti yay aylarının gəlişi sözügedən binanın üzlüklərini hər an alışdıra bilər və bu, binada yaşayan sakinlərin həyatını ciddi təhlükə altında qoyur.
Görünən odur ki, Nərimanov rayonunda yaşayan sakinlərin həyatı Abdin Fərzəliyev üçün o qədər də mahiyyət daşımır.
Əgər belə olmasaydı, yəqin ki, icra başçısı təhlükənin nə vaxt gələciyini bilmək olmadığını düşünərək binanın üzlüklərinin dəyişdirilməsi ilə bağlı müvafiq tapşırıqlar verərdi. (regionxeberleri.com)
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
Dünən, 16:00
Azərbaycanda yağ kəskin BAHALAŞDI
Dünən, 14:10
Aztəminatlı ailələrə şad xəbər
Dünən, 13:20
Şuşa, Xankəndi və Laçında kanat yoluna nə qədər vəsait xərclənib?
Dünən, 13:16
Dövlət büdcəsindən ən çox vəsait bu sahələrə xərclənib
Dünən, 13:01
Dövlət mülkiyyətində olan əmlak və torpaq sahəsi ilə bağlı ciddi dəyişiklik
Dünən, 12:29
Həmin sürücü saxlanıldı, maşını cərimə meydançasına salındı - Foto
Dünən, 12:25
Silahı gizlətməyin, polisə təhvil verin! - Çağırış
Dünən, 12:20
Gəmidəkilərin nəşləri tapıldı
Dünən, 12:16
Bakıda hoteldə ölüm hadisəsi
Dünən, 11:23
Hacı Əliyev millinin böyük məşqçisi oldu
Dünən, 11:00
Ata-oğulun öldüyü hadisənin - Təfərrüatı
Dünən, 10:49
Etibarnamə alıb-verənlərin nəzərinə! - Yeni qayda qüvvəyə minir
Dünən, 10:45
Millimiz San Marinoya qarşı
Dünən, 10:40
Ceyhun Bayramov Yaponiyaya rəsmi səfərə yola düşüb
Dünən, 10:26
Ankaradan açıq mesaj: sərhədin taleyi Azərbaycan...
Dünən, 10:15
Bu əraziyə şortiklə getmək qadağan edildi
Dünən, 09:58
Trampdan İranla bağlı MÜHÜM AÇIQLAMA
Dünən, 09:36
Kirayə ev axtaranları bahalı payız gözləyir — AÇIQLAMA
Dünən, 09:30
Şadlıq evinin qarşısında səs-küy salanlar sərxoş olub: Polis insidentin qarşısını alıb
Dünən, 09:23
Türkiyənin YENİ möhtəşəm silahı – Azərbaycanın da olacaq
Dünən, 09:00
"Hər toydan-şabaşdan pul ayırıb Rəşad Dağlıya göndəririk"
8-06-2026, 16:00
Fransa Cənubi Kiprdə qoşun yerləşdirəcək - Saziş bu gün imzalanır
8-06-2026, 15:30
"Gözləməyin, dərhal qaçın" - Dağıdıcı zəlzələ ilə bağlı ŞOK XƏBƏRDARLIQ
8-06-2026, 13:39
Paşinyan seçkini qazandı: Əsas döyüş isə indi başlayır
8-06-2026, 12:53
Yeni cərimə: Bu qaydaları pozanlar 50 min manatadək cərimələnəcəklər
8-06-2026, 12:48
Azərbaycanın Portuqaliyada səfirliyi təsis ediləcək
8-06-2026, 12:39
Sosial mediaya qoşulmada yaş senzi - DETALLAR