Həyatımızı cəhənnəmə döndərən kreditlər
Zöhrab İsmayıl: "Banklar Milli Bankın mərkəzləşmiş resurslarından kredit alanda qeyri-rəsmi ödənişlər etməyə məcbur olursa, nəticədə bu kredit faizlərinə təsir edəcək".Mirmahmud Mirəlioğlu: "Dünyanın heç bir yerində Azərbaycanda olduğu qədər yüksək faizlər yoxdur".
Azərbaycanda banklarda kredit faizlərinin yüksək olması və bunun vətəndaşların həyatına mənfi təsir etməsi hər kəsin bildiyi bir faktdır. Ötən gün Milli Məclisdə büdcə müzakirələri zamanı bu məsləyə toxunan Zahid Oruc da yüksək faizli kreditlərin bəzən insanların həyatını məhv etməyə qədər mənfi nəticələrə səbəb olduğunu bildirib.
Bəs görəsən, hökumətin bankların kredit siyasətinə təsiri varmı? Kredit faizlərinin aşağı salınması üçün bank sektoruna hansı müdaxilələr oluna bilər? Yoxsa bu tendensiya hökumətin vətəndaşları banklarda, dolayısı ilə dövlətdən asılı hala salınmasına xidmət edir? Kredit borcunu ödəməyən insanların məhkəmə qarşısında aciz qalması, bir neçə gündə evindən çıxarılaraq küçələrə atılması günümüzün reallığıdır. Bəs bu vəziyyətdən çıxış yolu nədir?
"Yeni Müsavat"ın sualını cavablandıran "Azad İqtisadiyyata Yardım Mərkəzi"nin sədri Zöhrab İsmayıl bildirdi ki, kreditlərin faiz dərəcələrini hökumət müəyyən etməsə də problemi tənzimləmək istiqamətində addımlar atmalıdır: "Kredit faizlərini hökumət müəyyən etmir, banklar müəyyən edir. Bankların isə əksəriyyəti isə özəldir. Kredit faizlərinin yüksək olmasının səbəbləri isə müxtəlifdir. Bunlardan biri bankların maliyyə vəsaitlərinin məhdud olmasıdır. Azərbaycanda bank bazarı kiçikdir, sahibkarlıq və investisiyalar üçün mühit yaxşı olmadığından bank bazarı inkişaf edə bilmir. O biri tərəfdən hökumət və Milli Bank bank bazarına rəsmi və qeyri-rəsmi müdaxilə edir. Hökumət çalışır ki, mövcud banklar hər hansı formada nəzarətdə olsun. Həmçinin ölkədə xarici bank kapitalına məhdudiyyət var. İkinci amil kredit verilən zaman risklərin yüksək olmasıdır. Ölkədə qanunun aliliyi bərqərar olmadığından, məhkəmələr müstəqil və effektiv işləmədiyindən, həmçinin korrupsiyaya bulaşdığından kreditlərin qaytarılmasında ciddi problemlər var. Bu da riskləri artırır və faizləri bahalaşdırır".
Zöhrab İsmayıl bankların kreditlərin faiz dərəcələrini artırmağa sövq edən başqa obyektiv səbəblərin olduğunu da vurğuladı: Məsələ bundadır ki, kreditlərə tələbat yüksəkdir. Bu tələbatı ödəyəcək resurslar isə məhduddur. Bu bir göstəriş məsələsi deyil, bank bazarındakı çətinliklər kreditlərin baha olmasına gətirir. Ölkədə maliyyə azadlıqları məhduddur. Vətəndaşlar əgər banklara əmanət qoymağa çəkinirsə, banklar Milli Bankın mərkəzləşmiş resurslarından kredit alanda qeyri-rəsmi ödənişlər etməyə məcbur olursa, nəticədə bu kredit faizlərinə təsir edəcək.
İqtisadçı ekspert qeyd etdi ki, bank-maliyyə sektorunda islahatlar aparılmadan bu problemlərin köklü şəkildə həlli mümkün deyil: Əslində bir çox banklar da bugünkü hökumət müdaxilələrinin problemlərini yaşayır. Bu situasiya bank-maliyyə sektorunda geniş islahatlar tələb edir. Xarici bank kapitalına məhdudiyyət aradan götürülməli, sahibkarlıq və investisiya mühiti sağlamlaşdırılmalıdır. Həmçinin mülkiyyətə və başqa əmlaklara müdaxilələr dayanmalıdır. Ən əsası ölkədə qanunun aliliyi təmin edilməlidir. Məhkəmələr üçüncü hakimiyyət funksiyasını yerinə yetirilməlidir.
Kredit faizləri ilə bağlı xarici təcrübəyə toxunan ekspert onu da vurğuladı ki, müxtəlif ölkələrdə faiz dərəcələri fərqli olsa da, inkişaf etmiş ölkələrdə bu illik 4-5 faizdən yüksək deyil.
Bankın idarə heyətinin sədri Elman Rüstəmov Milli Məclisdə büdcə layihəsinin müzakirəsi zamanı bildirib ki, gələcəkdə biznes kreditlərində faiz dərəcələrinin bir rəqəmli səviyyəyə salmağı hədəfləyirlər və Maliyyə Nazirliyi ilə bu istiqamətdə işlər aparılır: "Bəziləri təklif edirlər ki, bank faizləri administrativ üsullarla aşağı salınsın. Amma bizim hədəflədiyimiz siyasətlə bunu həyata keçirmək mümkün deyil. Çünki bu zaman kölgə bankçılığı yaranır. O bildirib ki, bəzi ölkələrdə belə bankların payı 30-50 %-ə çatır. "Sələmçilik yaranmasını istəmirik və şəffaflığın olmasından yanayıq. Əhaliyə verilən kredit faizləri 2014-cü il üzrə 14,4% təşkil edib. Bu rəqəm biznes kreditləri üzrə 10, 8%, istehlak kreditləri üzrə 18% təşkil edir. İstehlak kreditləri həm təminatlı, həm də təminatsızdır. Təminatlı kreditləri dedikdə avtomobil kreditləri 14,8% , dövlət hesabına verilən ipoteka kreditləri isə 4,8 %, bank ipoteka kreditləri isə 9-10% təşkil edir. Təminatsız istehlak kreditləri üzrə faizlər hazırda 35 faizə gəlib çatır. Kredit kartları tam təminatsız sahəyə aiddir. Banklarda hesabınızın olması kredit kartı almağınıza kifayət edir. Ona görə də bu növ kreditlər çox risklidir. Telefonla belə bu kartları almaq mümkündür".
E. Rüstəmov qeyd edib ki, geri qaytarılmayan kreditlərin payı hazırda 15-18%-ə çatır: "Bizim əhalimiz vəsaitlərini çox yüksək faizlə banklara verirlər. Banklar daha çox əmanətlərə görə pul ödəyirlər, nəinki özləri faizlərdən qazanc əldə edirlər. Mərkəzi Bank son illər iqtisadiyyata vəsait qoyuluşunu 34 dəfə artırıb. Bununla belə kreditlərə olan tələbat çoxdur. Buna səbəb isə təklif bazarı olmamasıdır".
Dünya Bankının araşdırmalarına diqqət çəkən sədr bildirib ki, Azərbaycanda ipoteka kreditlərinə olan ilkin tələbat 6 milyard dollardır: "Biz gələn il üçün bu istiqamətdə ayrılan vəsaitlərin əsaslı şəkildə artırılmasını hədəfləyirik. Maliyyə Nazirliyi ilə bu məsələ ilə bağlı müzakirələr aparılır".
"Yeni Müsavat"
Dünən, 16:00
Bank bağlanırsa,kredit borcu da ləğv olunur? - AÇIQLAMA
Dünən, 15:30
Yaxın Şərqəki müharibə üzündən NATO çətin vəziyyətdə - Avropadan görün nələr köçürülür
Dünən, 14:22
Sərhədimizdə 8000-ci PLAN – “Revizor”lar hələ də nə axtarır...
Dünən, 13:05
Mayda 14 gün iş OLMAYACAQ
Dünən, 12:23
Bu, Azərbaycanı qlobal əhəmiyyətə malik platformaya çevriləcək - Baş nazir
Dünən, 12:11
"PUA hücumundan sonra hamı əmin oldu ki, Prezident İlham Əliyev xalqının arxasında duran güclü liderdir"
Dünən, 11:32
Ceyranbatanda qurumuş ağac MÜBAHİSƏSİ: Sakin təhlükəni aradan qaldırdığını deyir, ETSN isə ziyan hesablayıb
Dünən, 11:27
Səfir: "Biləsuvarda Çin dilini tədris edən institut açılıb" - FOTO
Dünən, 11:05
Milli Məclisin növbəti plenar iclası başlayıb
Dünən, 10:59
Azərbaycan-Çin əməkdaşlığı güclənir – Mikayıl Cabbarovdan mühüm mesajlar
Dünən, 10:51
44 nəfər işdən çıxarıldı: kütləvi ixtisar olub
Dünən, 10:37
Yeni dünya nizamı Bakıda müzakirə olunur – Çin mövzulu panel başladı - FOTOLAR
Dünən, 10:17
“47 il edilməyən indi edilir” – Trampdan İran əməliyyatı ilə bağlı açıqlama
Dünən, 10:09
Sumqayıtda partlayış - Yaralılar var
Dünən, 10:03
İrandan atılan üçüncü raket Türkiyənin hava məkanında vuruldu
Dünən, 10:00
Neftimizin qiyməti 105 dolları ötdü
Dünən, 09:25
İsrail İran diviziyasının komandirlərini də öldürdü
Dünən, 09:18
Tramp niyə “məni aradan götürmək istəyirlər” dedi: Çin və Rusiya ABŞ-ın “savaş bataqlığı”na tam düşməsini gözləyir
Dünən, 09:17
“İranda hakimiyyətinin çöküşünə dair heç bir əlamət yoxdur” - ABŞ kəşfiyyatı
Dünən, 09:13
Azərbaycan prezidenti dünyanın ən nüfuzlu liderlərinin siyahısına əlavə edildi
Dünən, 09:11
Nüfuzlu nəşrdən İrana hücumla bağlı - SENSASİON iddia
Dünən, 09:00
İranın “Mozaika” planı – Süleymaninin Xameneiyə təqdim etdiyi gizli strategiya üzə çıxdı
12-03-2026, 16:00
Trampdan ŞOK AÇIQLAMA
12-03-2026, 15:30
TƏHLÜKƏLİ arıqlama iynələri – Çəki problemi olanlar OXUSUN!
12-03-2026, 14:22
ABŞ İranla müharibənin ilk günlərində nə itirdi? – Rəqəmlər ortaya çıxdı
12-03-2026, 14:00
Tehran: 9000 hədəfimiz vurulub, qisas alınacaq, sülhün şərtləri isə…
12-03-2026, 13:44
Bayramlarla əlaqədar bütün sosial ödənişlər sabah ödəniləcək