Azərbaycan səhiyyəsi Almaniya səhiyyəsindən daha çox inkişaf edib - Baş həkim

“Biz təriflədiyimiz alman səhiyyəsi ilə Azərbaycan səhiyyəsini müqayisə etsək, mən deyərəm ki, Azərbaycan səhiyyəsi qat-qat inkişaf edib”
Bu sözləri Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkimi Rauf Nağıyev Sputnik Azərbaycan-a verdiyi müsahibə zamanı deyib. Müsahibədə bir neçə məqama aydınlıq gətirən baş həkim Təcili tibbi yardım maşınlarının gecikməsinin səbəblərindən danışıb:
“Nəzərinizə çatdırım ki, Bakıda 2 milyondan bir qədər artıq əhali var. Bakının qonaqları, şəhərlərdən, rayonlardan gəlib burada işləyənlər, yaşayanlar var. Bununla yanaşı, Qarabağ müharibəsi zamanı xeyli sayda köçkün Bakı şəhərində məskunlaşıb. Təqribi rəqəmlərə görə, bu gün Bakıda qeyri-rəsmi olaraq 5 milyona yaxın adam yaşayır. Əhali bilməlidir ki, “təcili yardım”ın funksiyası nədir və hansı hallarda çağırılmalıdır. Həm də çağırışların pik saatları var. Pik saatı axşam saat 17.00-dan gecə saat 02.00-a və səhər saat 08.00-dan gündüz saat 12.00-a kimi olan vaxtdır. Bu saatlarda intensivlik çox olur. Əgər 1 saat ərzində çağırışın sayı 200-dən artıq olarsa, biz çeşidləmə aparmaq məcburiyyətində qalırıq. Əvvəlcə təcili yardımları, sonra təxirəsalınmazları həyata keçiririk. İnsanlar bizi başa düşmür. Dəfələrlə olub ki, bizim həkim və tibb bacılarımız təzyiqlə qarşılaşıb.”
Rauf Nağıyev onu da qeyd edib ki, təcili yardım xidməti əhali üçün pulsuz olsa da, dövlət üçün bu heç də ucuz başa gəlmir: “Devalvasiyadan öncə bir çağırışın qiyməti orta hesabla 100 manatdan artıq idi. Bura ayrılmış dərman vəsaitlərinin qiyməti, həkimin maaşı, onun geyimi, nəqliyyat vasitəsinin saxlanması, onun yanacağı, təmiri, bizim fəaliyət göstərdimiz binalar, onların təmiri, sertifikatlaşma, avadanlıqların təmiri aiddir. Hamısı dövlət hesabından ayrılmış vəsaitdir”.
Övladının Almaniyada həkim işlədiyini bildirən R.Nağıyev alman səhiyyəsi ilə Azərbaycan səhiyyəsini müqayisə etdikdə Azərbaycan səhiyyəsinin qat-qat inkişaf etdiyini söyləyib:
“Onun oradakı hərəkətlərinə, danışdıqlarına fikir verəndə görürəm ki, haqlıyam. O, Türkiyədə təcrübə keçib, hazırda Almaniyada işləyir. Mən qonşu ölkələrin səhiyyəsinə pisləyə bilmərəm. Bu həkim etikası qaydalarına sığmayan bir iş olar. Hər halda həmkarıq. Bircə onu deyə bilərəm ki, ora gedib qayıdan xəstələr yenidən bizə müraciət edir. Ölkələr var ki, hormonal preparatlar vurulur, müvəqqəti olaraq hormonların hesabına insanın əhval-ruhiyyəsini yüksəldirlər. Bədəndə olan ehtiyatı vaxtından öncə sərf edərək, xəstənin həyatını qısaldırlar. Bizim səhiyyəmizi bəyənmirlər, külli miqdarda xərc çəkib başqa ölkədə müalicə alır və sonda bizim dediklərimiz təsdiqini tapır. Onlar da biz yazdığımız preparatlarla müalicə edirlər”.
Dünən, 16:00
Azərbaycanda yağ kəskin BAHALAŞDI
Dünən, 14:10
Aztəminatlı ailələrə şad xəbər
Dünən, 13:20
Şuşa, Xankəndi və Laçında kanat yoluna nə qədər vəsait xərclənib?
Dünən, 13:16
Dövlət büdcəsindən ən çox vəsait bu sahələrə xərclənib
Dünən, 13:01
Dövlət mülkiyyətində olan əmlak və torpaq sahəsi ilə bağlı ciddi dəyişiklik
Dünən, 12:29
Həmin sürücü saxlanıldı, maşını cərimə meydançasına salındı - Foto
Dünən, 12:25
Silahı gizlətməyin, polisə təhvil verin! - Çağırış
Dünən, 12:20
Gəmidəkilərin nəşləri tapıldı
Dünən, 12:16
Bakıda hoteldə ölüm hadisəsi
Dünən, 11:23
Hacı Əliyev millinin böyük məşqçisi oldu
Dünən, 11:00
Ata-oğulun öldüyü hadisənin - Təfərrüatı
Dünən, 10:49
Etibarnamə alıb-verənlərin nəzərinə! - Yeni qayda qüvvəyə minir
Dünən, 10:45
Millimiz San Marinoya qarşı
Dünən, 10:40
Ceyhun Bayramov Yaponiyaya rəsmi səfərə yola düşüb
Dünən, 10:26
Ankaradan açıq mesaj: sərhədin taleyi Azərbaycan...
Dünən, 10:15
Bu əraziyə şortiklə getmək qadağan edildi
Dünən, 09:58
Trampdan İranla bağlı MÜHÜM AÇIQLAMA
Dünən, 09:36
Kirayə ev axtaranları bahalı payız gözləyir — AÇIQLAMA
Dünən, 09:30
Şadlıq evinin qarşısında səs-küy salanlar sərxoş olub: Polis insidentin qarşısını alıb
Dünən, 09:23
Türkiyənin YENİ möhtəşəm silahı – Azərbaycanın da olacaq
Dünən, 09:00
"Hər toydan-şabaşdan pul ayırıb Rəşad Dağlıya göndəririk"
8-06-2026, 16:00
Fransa Cənubi Kiprdə qoşun yerləşdirəcək - Saziş bu gün imzalanır
8-06-2026, 15:30
"Gözləməyin, dərhal qaçın" - Dağıdıcı zəlzələ ilə bağlı ŞOK XƏBƏRDARLIQ
8-06-2026, 13:39
Paşinyan seçkini qazandı: Əsas döyüş isə indi başlayır
8-06-2026, 12:53
Yeni cərimə: Bu qaydaları pozanlar 50 min manatadək cərimələnəcəklər
8-06-2026, 12:48
Azərbaycanın Portuqaliyada səfirliyi təsis ediləcək
8-06-2026, 12:39
Sosial mediaya qoşulmada yaş senzi - DETALLAR