Nərimanov Rayon İcra Hakimiyyətində 20 Yanvar faciəsinin iyirmi yeddinci ildönümü qeyd edilib
Sosial
Oxunub: 956
20 yan 2017 | 14:56
Nərimanov Rayon İcra Hakimiyyətində 20 Yanvar faciəsinin iyirmi yeddinci ildönümü qeyd edilib












19 yanvar 2017-ci il tarixində Rayon İcra Hakimiyyətində 20 Yanvar faciəsinin iyirmi yeddinci ildönümü ilə əlaqədar anım tədbiri keçirilib.

Öncə Azərbaycanın müstəqilliyi və suverenliyi uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Rayon rəhbərliyinin və ictimaiyyətin, rayonda yaşayan 20 Yanvar şəhid ailələri və əlillərin qatıldığı tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev 1990-cı ilin yanvarında sovet imperiyasının qoşun birləşmələrinin Azərbaycanda müstəqillik və azadlıq uğrunda mübarizəyə qalxmış dinc əhaliyə, soydaşlarımıza qarşı törətdiyi cinayətlərdən danışaraq, 20 Yanvar faciəsinin xalqımızın milli azadlıq ruhuna qarşı təcavüz, eyni zamanda xalqımızın yaddaşına silinməz faciə kimi yazılmış bu qanlı hadisənin tariximizin qəhrəmanlıq səhifəsi olduğunu qeyd edib.

A.Fərzəliyev həmin gecə Azərbaycan xalqının özünün yenilməzliyini, qəhrəmanlığını, Vətənə, torpağa sədaqətini, müstəqillik və azadlıq uğrunda mübarizə əzmini bütün dünyaya bəyan etdiyini deyib.

Keçmiş SSRİ-nin sonuncu rəhbərliyinin Azərbaycan xalqına qarşı yürütdüyü ayrı-seçkilik və düşmənçilik siyasətindən bəhs edən icra başçısı, faciənin törədilməsində əsas məqsədin işğalçı Ermənistanın Azərbaycana qarşı əsassız ərazi iddialarının gerçəkləşməsinə münbit hərbi şərait yaratmaq olduğunu bildirərək, baş vermiş qanlı olaylardan dərhal sonra xalqımızın Ümummilli lideri Heydər Əliyevin Respublikanın Moskvadakı daimi nümayəndəliyinə gələrək keçirdiyi mətbuat konfransının mühüm əhəmiyyətini diqqətə çatdırıb.

Natiq, Ulu Öndərin 20 Yanvar hadisəsinə hüquqi-siyasi qiymət verilməsində əvəzsiz rolunu xüsusilə vurğulayaraq bildirib ki, Ümummilli liderimiz Heydər Əliyev 20 Yanvar faciəsi şəhidlərinin ailələrini, əlil olmuş vətəndaşlarımızı hər zaman diqqət mərkəzində saxlayıb. Heydər Əliyev hələ sovet imperiyasının mövcud olduğu bir dövrdə heç nədən çəkinmədən öz millətinin hüquqlarını müdafiə etməyi bacardı. Ulu öndərin siyasi kursunu bu gün layiqincə davam etdirən Möhtərəm Prezidentimiz cənab İlham Əliyev Azərbaycanın müstəqilliyi uğrunda həlak olmuş şəhidlərimizin ailələrinə və sağlamlığını itirmiş şəxslərə verilən təqaüd və müavinətləri daim artırır və bu, gələcəkdə də davam etdiriləcəkdir.

Şəhid ailələri və əlillər adından çıxış edən 1 saylı Kliniki Tibb Mərkəzin həkimi Rafiq Əliyev, istefada olan sərhədçi, Respublika 20 Yanvar Cəmiyyətinin sədr müavini Mustafa Əliyev, 20 Yanvar Cəmiyyətinin Nərimanov Rayon Şöbəsinin sədri Müxəstə Həsənova, 20 yanvar əlili Abbas Şahbazov və digərləri bu dəhşətli qətliamı törədən keçmiş imperiya rəhbərlərinin məkrli niyyətlərindən danışıb, hadisələrə ilk dəfə siyasi-hüquqi qiymətin Ümummilli liderimiz, müstəqil Azərbaycan dövlətinin qurucusu Heydər Əliyev tərəfindən verilməsini tədbir iştirakçılarının nəzərinə çatdırıb, şəhid ailələrinə və əlillərə göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına dərin minnətdarlıqlarını bildiriblər.

Onlar xalqımızın heç zaman bu hərbi cinayəti unutmayacağına, onu törədənləri bağışlamayacağına və Azərbaycanın ərazi bütövlüyü və müstəqilliyi uğrunda şəhid olmuş qəhrəman övladlarımızın əziz xatirəsini daim qəlbində uca tutulacağına əminlik ifadə ediblər.

Tədbirin sonunda 20 Yanvar faciəsi zamanı şəhid olanların ailələrinə və əlillərə Rayon İcra Hakimiyyəti tərəfindən maddi yardım göstərilib.


Nərimanov Rayon İcra Hakimiyyətində 20 Yanvar faciəsinin iyirmi yeddinci ildönümü qeyd edilib
Nərimanov Rayon İcra Hakimiyyətində 20 Yanvar faciəsinin iyirmi yeddinci ildönümü qeyd edilib
Bu gün, 16:00
Normal yaşamaq neçə manatdır? — Açıqlama
Bu gün, 15:30
Camaat KƏNDdən NİYƏ qaçır ?
Bu gün, 15:18
Arif Hacılının oğlu və gəlini HƏBS OLUNDU
Bu gün, 14:22
“Artsax” deyən kimi qiyamət qopdu
Bu gün, 14:00
Azərbaycanın yeraltı sərvətləri üçün yeni dövr: Prezidentdən böyük sənaye planı-minlərlə iş yer
Bu gün, 13:18
İlham Əliyev Çin və İtaliya şirkətlərinin rəhbərlərini qəbul etdi
Bu gün, 13:11
İrandan Azərbaycana 111 kq narkotik keçirilmək istədilər
Bu gün, 12:44
Leysan, şimşək, dolu - SABAHIN HAVASI
Bu gün, 11:53
22 motosikletçi saxlanıldı
Bu gün, 11:48
Çingiz Mustafayevin çəkdiyi kadrlardakı Ləfxanım Xocalıya qayıtdı
Bu gün, 11:16
Əli Nağıyev təhlükəsizlik mexanizmlərindən DANIŞDI
Bu gün, 10:25
Azərbaycanda hərbçilərin MAAŞI ARTIRILIR
Bu gün, 10:21
Azərbaycanda bu şəxslər pullarını dərhal ala biləcəklər - YENİ LAYİHƏ
Bu gün, 10:18
Bakı metrosunun iş vaxtı uzadılır
Bu gün, 09:50
"Kurtlar Vadisi"nin ssenaristi HƏBS EDİLDİ: 15 il əvvəlki şübhəli ölüm araşdırılır
Bu gün, 09:47
Azərbaycanla bu ölkə arasında viza tələbi aradan qaldırılır
Bu gün, 09:42
2027-ci ildə pensiyalar nə qədər arta bilər?
Bu gün, 09:37
Bu gün Azərbaycan Qran-Prisi start götürür
Bu gün, 09:30
Türk ordusu ərazidən çıxır, Bağdad PKK-nı Sincardan təmizləyir – Tarixi razılaşma
Bu gün, 09:17
İlham Əliyevdən XƏBƏRDARLIQ – Birgə hərəkət etməsək...
Bu gün, 09:00
Buğda bahalaşdı — Azərbaycanda un və çörək qiymətləri arta bilər?
Dünən, 22:28
“Nar” inklüziv mövzulu sənədli filmin nümayişinə dəstək göstərib
Dünən, 16:00
Paşinyanın qarşısında üç böyük məsələ: Bakı, Ankara və Moskva- İrəvan hansı yolu seçir?
Dünən, 15:30
Pulu inflyasiyadan qorumağın ən təsirli yolu hansıdır? — Ekspert açıqladı
Dünən, 14:22
Ukrayna Moskvaya çata bilən raket hazırlayır – İlk zərbə bu payız ola bilər
Dünən, 13:39
Yeni dövlət proqramı əhalinin rifahını yaxşılaşdıracaq - AÇIQLAMA
Dünən, 13:00
İlham Əliyev İsveçin yeni səfirini qəbul etdi