İcra başçısının qudası məhkəmə önündə - 60 minlik qalmaqal
Sosial
Oxunub: 760
6 yan 2017 | 14:49
İcra başçısının qudası məhkəmə önündə - 60 minlik qalmaqal














Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Elşən Kərimovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib

Hakim Cavid Hüseynovun sədrliyi ilə olan prosesdə şahidlərin dindirilməsi mərhələsi keçirilib.

Hakim bildirib ki, şahidlərdən birinə dəfələrlə bildiriş göndərilsə də, o məhkəməyə gəlməyib. Buna görə də həmin şəxs barəsində məcburi gətirilmə qərarı çıxarılıb. Polis əməkdaşları həmin şəxsi gün ərzində tapıb məhkəməyə gətirəcəklərinə söz veriblər.

Bu səbəbdən məhkəmə prosesində qeyri-müəyyən müddətə fasilə elan olunub.

Zərərçəkmiş, iş adamı Mübariz Əzimov bildirib ki, E.Kərimov ondan təxminən 60 min dollarlıq tikinti materialı alıb qaytarmayıb: “Mən 2001-ci ildən Dərnəgül şossesində Tikinti materiallarının şatışı ilə məşğul oluram. 2015-ci ildə qonşu dükanın sahibi İbrahim mənə dedi Elşən Kərimov ondan tez-tez nisyə mal götürür və 15 günə qaytarır. Razılaşsam, məndən də mal götürə bilər. İbrahim özü zamin durduğunu dedi, mən də razılaşdım. Elşən malları aldı, mən də hamısını qaiməyə yazıb özünə verirdim. Mənə 20 günə borcunu qaytaracağını dedi, o müddət rəzində cəmi 6 min manat ödədi. İyirmi gün tamam olanda Elşən yoxa çıxdı.

Maraqlananda bəlli oldu ki, bizdən malları tikintidə istifadə adı ilə alıb başqasına satırmış. Onun Noxcanıda malları satdığı Nuru adlı şəxsi tapdıq. Nuru dedi ki, bütün malların pulunu nağd ödəyib, qiymətləri soruşanda bildik ki, Elşən materialları bizdən aldığından 30-40 faiz ucuz satıb. Başa düşdüm ki, Elşən bizi aldadıb. Sonra onu Yevlaxda tapdıq, dedi ki, Nurudan aldığı pulu bizim bazarda borclu olduğu başqa şəxslərə verib”.

M.Əzizov mətbuata müraciətində bildirib ki, E.Kərimov Abşeron rayon icra başçısı İradə Gülməmmədovanın qudasıdır.(Qafqazinfo)
Dünən, 16:00
Ermənipərəst Solovyova Ermənistandan qadağa
Dünən, 15:30
Qiymət artımı ilə bağlı NİKBİN PROQNOZ
Dünən, 13:51
Azərbaycanda kredit faizləri artacaq - AÇIQLAMA
Dünən, 13:46
Gürcüstanda müxalifət lideri döyülüb - FOTO
Dünən, 13:36
İlham Əliyev dini rəhbərlərdən ibarət nümayəndə heyətini qəbul edib
Dünən, 13:20
Bakı maksimum yararlanacaq: Yeni dünya layihəsi və böyük oyun
Dünən, 13:14
Paşinyan Kremli qəzəbləndirib: "Rüsvayçılıqdır, iyrəncdir"
Dünən, 13:09
Bu kəndlər də qaytarılır: Ermənilər dəhlizdə işlərə başladı
Dünən, 13:05
İlham Əliyev Rusiyanın Şimali Qafqaz regionunun müftilərini qəbul edib
Dünən, 11:53
Ankara Azərbaycan-Ermənistan sərhədində olanlar diqqətlə izləyir - Çelik
Dünən, 11:36
Çində yol çökdü: onlarla ölü və yaralı
Dünən, 11:30
İrəvanla Bakı arasında sülhə inanırıq - Ağ Ev
Dünən, 11:10
İlham Əliyev: “Azərbaycan əsrlər boyu mədəniyyətlərin qovuşduğu məkan olub”
Dünən, 11:05
Hadisələr Paşinyanın xeyrinə dəyişir: müxalifət özünü ələ verdi - Cinayət işi başlandı
Dünən, 10:45
Bakı Fransanı çarəsiz duruma salıb: Qafqazda "fransız xoruzu" banlamaz
Dünən, 10:38
Prezident onları təltif etdi - FOTO
Dünən, 10:33
İlham Əliyev VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu iştirak edir
Dünən, 10:03
İran Rusiyaya silah tədarükünü azaldır, yeni toqquşma olacaq - KİV
Dünən, 09:59
Bu gündən Azərbaycanda bu qadağa qüvvəyə minir
Dünən, 09:00
Bakı Fransanı çarəsiz duruma salıb: Qafqazda "fransız xoruzu" banlamaz
30-04-2024, 16:00
“Azərbaycan 10 noyabr Bəyanatını ardıcıllıqla həyata keçirir” - Erməni general
30-04-2024, 15:46
Azərbaycanda media azadlığı təmin edilir
30-04-2024, 15:30
Ermənistan: Təlatüm uzun çəkəcək... - NƏ ETMƏLİ?
30-04-2024, 14:22
ABŞ Azərbaycanla bağlı son qərarını verdi – Noyabra qədər...
30-04-2024, 14:00
Çərçivə sülh sazişinin imzalanacağı tarix açıqlandı: Geri sayım başladı - "...ilk addım atılıb"
30-04-2024, 13:35
Erməni kilsəsi müharibə və qan istəyir... - Paşinyan indi nə edəcək?
30-04-2024, 12:13
Ermənistan parlamenti Azərbaycan əleyhinə sənəddən imtina etdi - DETALLAR