Binəqədidəki “Dağlar” əxlaqsızlıq ünvanı, hansı polis rəisinə məxsusdur?
Sosial
Oxunub: 1 740
14 dek 2016 | 15:13
Binəqədidəki “Dağlar” əxlaqsızlıq ünvanı, hansı polis rəisinə məxsusdur?










Paytaxt Bakımızın mərkəzi ərazilərindən birində, bir qədər də dəqiq desək Binəqədi rayonunda “Baksol” yolu adı ilə tanınan ərazidə yerləşən “Dağlar” əxlaqsızlıq ünvanının fəaliyyəti haqda, yəqin ki, hər kəs məlumatlıdır. Həmin obyektin fəaliyyəti ilə bağlı məlumatları Azerinfo.az saytına çatdıran mənbə bildirir ki, adı çəkilən obyektin təhlükəsiz fəaliyyət göstərməsinin əsas səbəbi, obyektin əsl sahibinin rayonların birində polis şöbəsinin rəisi olmasıdır. Baxmayaraq ki, “Dağlar” əxlaqsızlıq ünvanını İlqar adlı şəxs işlədir, amma onu da dərk etmək lazımdır ki, obyektin arxasında “möhkəm əl” dayanır və onu hər cür təhlükələrdən də qoruyur.

Onu da vurğulayaq ki, bu gün Binəqədi rayonu ərazisində çoxlu sayda əxlaqsızlıq ünvanları var və həmin ünvanlar da fəaliyyət imkanlarına görə, digər ərazilərdə olan obyektlərdən fərqlənirlər. O da hər kəsə bəllidir ki, “Dağlar” adı ilə tanınan əxlaqsızlıq ünvanı gün ərzində xeyli sayda müştəri qəbul edir və belə bir yolla da, gündəlik xalqımıza məxsus əxlaqımız, milli-mənəvi dəyərlərimiz tapdaqlar altına atılır. Faciə odur ki, obyektin əsl sahibi olan və rayonlardan birində polis şöbəsinin rəisi vəzifəsini daşıyan həmin şəxsi nə əxlaq, nə mənəviyyat, nə də ki, digər amillər düşündürmür. Onu düşündürən hal, yalnız və yalnız daha çox var-dövlət qazanmaq hərisliyi olur. Bir anlığa olub-keçənlərə diqqət yetirdikdə o da aydın olur ki, bu cür düşüncə, bu cür yanaşma sahibi olanların amalları, tamamilə fərqli mühitə köklənir. Təki pul olsun, təki var-dövlət olsun.

Bəli, bu gün cəmiyyətimizi deqradasiyaya uğradan, çoxsaylı gənclərimizi minbir xəstəliyin daşıyıcısına çevirən, əxlaqımızı, mənəviyyatımızı korlayan, azyaşlıların tərbiyəsini pozan, məhz belə bir ünvanların varlığıdır. Həmin ünvanlardan biri də, “Dağlar” adi ilə tanınan əxlaqsızlıq ünvanıdır. Baxmayaraq ki, belə bir amillərin varlığına qarşı 2014-2018 illəri əhatə edən, yəni qadınların cinsi istismarı və cinsi istismarına şəraitin yaradılmasının qarşısının alınmasıməqsədilə, yeni “Milli Fəaliyyət Planı” da imzalamışdır. Qəbul olunmuş “Milli Fəaliyyət Planı”nda insan alverinin səbəbləri, ona şəraitin yaradılması, hallarının müəyyən edilməsi və aradan qaldırılması, insan alveri qurbanlarının hüquqlarının bərpası və sosial reablitasiyasının həyata keçirilməsi nəzərdə tutulur. Bütün bunlar qəbul olunmuş sənəddə öz əksini tapsa da, nədənsə İlqar adlı şəxsin sahiblik etdiyi obyektdə və əraziyə cavabdehlik daşıyan hüquq-mühafizə orqanı əməkdaşlarının əməllərində, irəli sürülən tələblərə əməl olunmadığı açıq-aşkar görünür. Bu belə olduğu halda səbəb nədir ki, ortada müvafiq sərəncam və onun prinsipləri olsa da, İlqar adlı şəxs nə sərəncamı sayır, nə də ki, onun prinsiplərini qəbul edir. Axı, hər kəs qanuna, onun aliliyinə hörmət etməli, necə deyərlər şərəfli vətəndaş borcunu yerinə yetirməlidir. Görəsən sahiblik etdiyi obyektdə qadınların cinsi istismarına şərait yaratmaqla, vergidən yayınmaqla, gigiyenik qaydalara əməl etməməklə, hətta işçilərlə əmək müqaviləsi bağlamamaqla, daha çox isə milli-mənəvi əxlaqımızı tapdaq altına atmaqla, İlqar adlı şəxsin və onun arxasında dayanan “möhkəm əl”in yerinə yetirdiyi “şərəfli vətəndaş” borcu budurmu? Bax, bu haqda düşünmək, belə bir olaylar haqda götür-qoy etmək lazımdır ki, İlqar adlı şəxsin və ona himayədarlıq edən hər kəsin qol qoyduğu əməllərdən xəbər tutmaq mümkün olsun.

Hörmətli oxucular! Diqqətinizə onu da çatdırmaq istəyirik ki, “Dağlar” adı ilə tanınan obyektin, respublikamızın şimal zonasında yerləşən rayonlardan birində polis rəisi işləyən şəxsə məxsus olduğu bildirilir. Bu haqda müəyyən araşdırmalarımızı aparmaqla daxil olan məlumatın həqiqiliyini ortaya çıxarıb, sizləri bu yöndə məlumatlandırmağa çalışacağıq. Odur ki, bizi izləyin.
Bu gün, 16:00
Bakının mümkün çağırışı: Zelenki razılaşacaq. Bəs Putin? - AKTUAL
Bu gün, 15:30
"Fransadan və onunla eyni siyasi xətti bölüşənlərdən fərqli olaraq..." - ŞƏRH
Bu gün, 14:22
Yeganə alternativ “Ermənistan layihəsinin” bağlanması ola bilər” - AKTUAL
Bu gün, 14:17
Maliyyə məsələsi COP29-un əsas mövzusu olacaq
Bu gün, 14:00
Almatı görüşündən sonra sülh müqaviləsi hazırlanacaq? - GƏLİŞMƏ
Bu gün, 13:29
Ağdərədə sümük fraqmentləri aşkarlanıb
Bu gün, 13:26
Azərbaycanda Məhərrəmlik ayı bu tarixdə BAŞLAYACAQ
Bu gün, 13:23
Azərbaycanla Albaniya arasında saziş təsdiqləndi
Bu gün, 13:20
ABŞ-nin Azərbaycandakı səfiri Şuşaya səfər edib
Bu gün, 12:03
Rusiyaya PUA hücumu - Çoxsaylı ölü və yaralı var
Bu gün, 11:58
Ermənistan-Azərbaycan arasında daha bir sərhəd kəndində delimitasiya başlayıb
Bu gün, 11:54
Prezident Həştərxan vilayətinin qubernatorunu qəbul edib
Bu gün, 11:30
Bəzi rayonlarda elektrik enerjisinin verilişi dayandırıldı - SƏBƏB
Bu gün, 11:08
Azərbaycanda erməni öz minasına düşdü
Bu gün, 10:56
Abituriyentlərin nəzərinə: Qeydiyyat üçün son gün
Bu gün, 10:51
Son günlər azyaşlılar arasında yayılan yeni virus nədir? - VİDEO
Bu gün, 10:44
İsrail ordusu Qəzzadan geri çəkilir
Bu gün, 10:40
İşğal vaxtı Xankəndidə doğulan sonuncu azərbaycanlının acı taleyi... - VİDEO
Bu gün, 10:35
İslam dininə artan tələbatdan narahatıq - Qərb mediası
Bu gün, 10:31
Bakı ağlasığmazı bacardı, Kreml anladı və qərar verdi - ABŞ
Bu gün, 10:00
Çin Azərbaycan üzrə lider olub - FOTO
Bu gün, 09:46
ABŞ-də Fələstin etirazlarını kimlər maliyyələşdirir? - "Politico"dan SENSASİYA
Bu gün, 09:43
Cini buraxdıq: atom qədər təhlükəli olan süni intellekt - Baffet
Bu gün, 09:17
Avropada ilk nüvə zərbəsi endiriləcək ölkə məlum oldu: NATO Rusiya ilə savaş planı qurur, silah şirkətləri varlanır
Bu gün, 09:00
Məsuliyyətsiz bəyanatlar, dominant olmaq istəyi: Avropada fransız-alman dueli
4-05-2024, 09:59
Erməni baş prokurordan Kamil Zeynallı açıqlaması
4-05-2024, 09:50
“Müharibənin yeni mərhələsi ilə üz-üzəyik”