SAMİR BƏYİN BİNƏQƏDİDƏ FAHİŞƏXANASI - "İSTANBUL" - VİDEO
Sosial / Video
Oxunub: 1 199
17 sen 2016 | 19:10
SAMİR BƏYİN BİNƏQƏDİDƏ FAHİŞƏXANASI - "İSTANBUL" - VİDEO










Bir müddət əvvəl daxili işlər naziri cənab Ramil Usubovun imzaladığı sərəncamla İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsinin rəisi Cavad Şıxəliyev vəzifəsindən çıxarılaraq bu vəzifəyə Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində rəis müavini olmuş polkovnik Şərif Əsədullayev təyin edilib. Qeyd etmək lazımdır ki, bu təyinatla bağlı Bakının Binəqədi rayon sakinlərinin böyük ümidləri var. Şikayət edən rayon sakinləri onları uzun müddətdən bəri narahat edən bir problemə İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsinin yeni rəhbərliyinin də diqqətini cəlb etməyə çalışırlar. Problem “İstanbul” otelidir. Əslində bu sadəcə “İstanbul” kafesi kimi qeydiyyata alınıb. Lakin mahiyyət etibarı ilə bunun əslində heç bir önəmi yoxdur. Çünki “İstanbul” otelinin fəaliyyət növünü ən dürüst əks etdirən yeganə bir ad var ki, bu da “əxlaqsızlıq yuvası”dır. Təəssüflər olsun ki, bu günə qədər Bakının Binəqədi rayonunda yerləşən “İstanbul” otelinin əxlaqsızlıq yuvası kimi fəaliyyət göstərməsinə hüquq-mühafizə orqanlarının diqqətini cəlb etmək mümkün deyil.

Əldə olunan tək nəticə Vergilər Nazirliyi tərəfindən “İstanbul”da müvafiq yoxlamanın keçirilməsi olmuşdur. Həmin obyektdə keçirilmiş operativ vergi nəzarəti tədbiri zamanı əhali ilə pul hesablaşmalarının aparılması qaydalarının pozulması faktı aşkar olunmuş və vergi ödəyicisi barəsində Vergi Məcəlləsinə müvafiq qaydada 02.12.2013-cü il tarixli akt tərtib edilmişdir. Lakin, aşkar olunan qayda pozuntuları “İstanbul” otelinin fəaliyyətində müşahidə oluna biləcək qanunsuzluqların bəlkə də ən bəsitidir. Müxtəlif mənbələrdən aldığımız məlumatlarda “İstanbul” otelində müştərilərə təklif olunan intim xidmətlərin qiymət preyskurantından tutmuş, bu xidmətlər üçün cəlb olunan insan resurslarının obyektə gətirilmə sxeminə qədər bütün incəliklər öz əksini tapır. Həmin məlumatlar isə dəfələrlə Binəqədi Rayon Polis İdarəsinə, Binəqədi Rayon Prokurorluğuna və İnsan Alverinə Qarşı Mübarizə İdarəsinə təqdim edilib. Lakin bütün bunların heç bir nəticəsi olmayıb. Dünyanın üç böyük cinayətindən biri olan insan alveri bəzən şəhərin mərkəzində, sakinlərin gözü önündə baş verir. Bundan yəqin ki, bəzi qurumların xəbəri var, lakin, heç bir iş görülmür. Qeyd olunduğu kimi polis “İstanbul” otelində baş verənləri hər gün görür. Buna baxmayaraq, nədənsə bu əxlaqsızlıq yuvasının fəaliyyəti ilə bağlı yaranmış vəziyyətə müdaxilə edilmir.

Deyilənə görə, qiymət baxımından müştəri ilə razılığa gəlindikdən sonra məhz otelin xüsusi ayrılmış əməkdaşı sonrakı prosesləri təmin edir. Məxsusi olaraq bu işlər üçün ayrılmış Niyazi adlı bir şəxs əvvəlcə müəyyən yüngül əxlaqlı qadınlarla telefon vasitəsilə əlaqəyə girir. Sonra isə “KİA” markalı avtomobillə gedərək həmin qadınları “İstanbul”a gətirir. Bu zaman müştəridən bilavasitə otaq üçün alınan pullar birbaşa otelin rəhbərliyinə çatır. Yəni bu pul üzərində bölgü yoxdur. Amma intim xidməti göstərən qadınlara verilən pullardan isə, artıq həm rəhbərlik, həm də vasitəçi Niyazi öz faizlərini alırlar. OBYEKTİ Samir adlı şəxs icarəyə götürüb.

Həmçinin məlumatlarda qeyd olunur ki, bir çox digər analoji pritonlar kimi bu restoran da müştərilərinə təklif etdiyi şübhəli “xidmətlərin” yüksək keyfiyyəti ilə seçilmir. Xidmətlərin mahiyyəti barədə yaranan şübhələr isə ciddi əsaslara malikdir. “İstanbul” otelinin sahiblərinin sözlərinə görə isə obyektə yoxlamaya gələn şəxslərə “vaxtında və yerində olunan hörmət» buranın bağlanmasına imkan vermir. Amma Binəqədi rayon sakinləri «İstanbul» otelinin sahiblərinə qarşı lazımi ölçülərin götürüləcəyinə inanırlar. Öz növbəmizdə biz də İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsinin rəisi cənab Şərif Əsədullayevin bu məsələdə xüsusi qətiyyət nümayiş etdirəcəyinə inanırıq. Yazı ilə bağlı qarşı tərəfin də cavab haqqını tanıyırıq.

P.S: Biz bu qanunsuzluqla baglı Binəqədi rayon polis şöbəsinin rəisi Namiq müəllimlə telefon əlaqəsi saxlasaq da rəis problemin" operartiv halda" aradan qaldırılacagına söz versə də onun sözü quruca söz olaraq qaldı.NİYƏ? Bu barədə növbəti sayımızda genis məlumat verəcəyik. BİZİ İZLƏYİN!

AZERİNFO.AZ


Dünən, 16:19
Müğənni Ziba Osmanlı ağır qəza törətdi: 2 azyaşlı uşağı ağır vəziyyətdə qoyub hadisə yerindən qaçıb - FAKT
Dünən, 12:53
Şuşada “Xarıbülbül” festivalı başlayıb, Prezident və birinci xanım açılışda iştirak edirlər
Dünən, 12:07
Xankəndi və Ağdərədə xeyli silah-sursat aşkarlandı
Dünən, 11:59
İlham Əliyev Şuşada ICESCO-nun Baş direktorunu qəbul edib
Dünən, 10:38
Bu gün Şuşada “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalı başlayır - VİDEO
Dünən, 10:34
Güllələnən icra başçısının qızına da Şuşada ev verildi - FOTO
Dünən, 09:41
Yaponiyada 9 milyondan çox tərk edilmiş ev var
Dünən, 09:32
Xurşidbanu Natəvanın heykəli Parisdə yenidən ucaldılıb
Dünən, 09:26
Saatlıda narkotikin təsiri altında olan taksi sürücüsü saxlanılıb
Dünən, 09:20
Zelenski: Ukrayna Xarkov istiqamətində ordu qüvvələrini gücləndirir
Dünən, 09:15
Qazaxda təbii fəlakət fəsadlar törədib
Dünən, 09:11
Ölkəmizdə quş ətinin qiyməti arta bilər? - VİDEO
10-05-2024, 22:32
Prezident İlham Əliyev Qarabağda möhtəşəm tunelin açılışını etdi: qürurverici GÖRÜNTÜLƏR
10-05-2024, 22:23
Prezidentdən Şuşada TARİXİ ÇIXIŞ: dövlət başçısı mühüm MESAJLAR VERDİ
10-05-2024, 16:00
Bakıda 24, rayonlarda 25 dərəcə isti olacaq
10-05-2024, 15:45
Prezident və xanımı Şuşada Üzeyir Hacıbəylinin ev-muzeyində aparılan bərpa işləri ilə tanış olublar
10-05-2024, 15:33
Azərbaycan və Ermənistanın XİN başçıları arasında görüş iki gün davam edəcək - YENİLƏNİB
10-05-2024, 15:30
"Azərbaycan daha uzunömürlülər diyarı deyil" - Ekspert
10-05-2024, 15:29
Prezident İlham Əliyev Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunda görülən işlərlə tanış olub
10-05-2024, 14:24
Putin 102-ci bazanı çıxarmaq təklif edib, Nikol isə… - "Ola bilsin ki, Putin özü..."
10-05-2024, 13:55
Kərki və Başkəndlə bağlı qərar belə olacaq... - Torpaq dəyişdirilməsi...
10-05-2024, 13:49
Putinin andiçmə mərasiminə getməyən Paşinyan Rusiyadan şikayətlənir - “Nezavisimaya qazeta”
10-05-2024, 13:36
Ceyhun Bayramov qazaxıstanlı həmkarı ilə görüşüb
10-05-2024, 13:29
İlham Əliyev Füzulidə
10-05-2024, 13:02
Putin komandasını yenidən formalaşdırır
10-05-2024, 12:58
Şuşada "ASAN xidmət" mərkəzi açılacaq
10-05-2024, 12:53
ABŞ-dən Türkiyəyə qarşı gözlənilməz jest