Jurnalistin 7 aydır komada olan atasına yardım üçün bank hesabı açıldı - VİDEO
Sosial / Video
Oxunub: 991
1 sen 2016 | 07:15
Jurnalistin 7 aydır komada olan atasına yardım üçün bank hesabı açıldı - VİDEO








Yeddi aya yaxındır komada olan yazıçı-publisist Əli Əliyevin müalicəsinə maddi yardım göstərilməsi məqsədilə bank hesabları açılıb.

Əli Əliyev 1946-cı ildə Laçının Oğuldərə kəndində doğulub. Maksim Qorki adına Moskva Ədəbiyyat İnstitutunda, Azərbaycan Dövlət Universitetində (indiki Bakı Dövlət Universiteti) təhsil alıb. 1992-ci ilə, Laçın rayonu işğal olunana qədər Oğuldərə kənd məktəbində ədəbiyyat müəllimi işləyib. Hazırda təqaüdçüdür. Ailəlidir. Altı övladı var. Oğlu İmdad Əlizadə ölkənin tanınmış jurnalistlərindəndir. Əli Əliyev mərhum şair Ağa Laçınlının qardaşıdır.

Əli Əliyev 1993-cü il martın 30-dan mayın 23-nə kimi Laçın və Kəlbəcər rayonları ərazisində erməni mühasirəsində qalıb. Üstündən 20 ilə yaxın vaxt ötəndən sonra, 2012-ci ildə o, mühasirə xatirələrini “54 gün erməni mühasirəsində” adlı kitabında çap etdirib. Əli müəllimin və onunla birgə mühasirədə qalmış 18 nəfərin əzablı günlərindən bəhs edən “54 gün mühasirədə” adlı sənədli film də çəkilib. Ssenari müəllifi telejurnalist Vəsilə Vahidqızı, rejissoru Mirsadıq Ağazadədir.

2016-cı ilin fevral ayının 14-də Əli Əliyev Bakıda məskunlaşdığı uşaq bağçasından çıxıb İsmayıllı rayonunda məskunlaşmış kəndlisinin hüzr mərasiminə gedərkən ağır qəza keçirib. Bakının “Koroğlu” metro stansiyası yaxınlığında yolu keçərkən onu avtomobil vurub. Ağır kəllə-beyin travması alan Əli Əliyev həmin gündən komadadır. Hazırda o, Mərkəzi Kilinik Xəstəxanada müalicə olunur.

Müalicənin xəstəxana şəraitində davam etdirilməsi üçün maddi dəstəyə ciddi ehtiyac yaranıb. Əks halda koma vəziyyətində olan 70 yaşlı Əli Əliyev xəstəxanadan çıxarılmalıdır. Buna görə də ailəsi Əli müəllimin müalicəsinə maddi yardım göstərilməsi üçün bank hesabları açmaq məcburiyyətində qalıb. Bank hesabları Əli Əliyevin oğlu İmdad Əlizadənin adına açılıb. Yardımı aşağıdakı hesablar vasitəsilə (həm manatla, həm də xarici valyutalarla) həyata keçirmək mümkündür:

Bank Respublika ASC Yasamal filialı

Kod: 511102

VÖEN: 9900001901

M/h: AZ80NABZ01350100000000014944

SWIFT: BRESAZ22

IBAN: AZ94BRES00380194404052957401

Xarici valyutalarla:

AZ88BRES00381184004052957402 (USD)

AZ55BRES00381197804052957403 (EUR)

AZ10BRES00381181004052957404 (RUB)

Əlaqə telefonu: 050 506 86 90 (İmdad Əlizadə)

Qeyd: Yardım kampaniyasında ölkədəki ödəniş terminalları vasitəsilə də iştirak etmək mümkündür. Belə ki, öncə terminalda “Bank xidmətləri”ni, daha sonra “Bank Respublika”nı seçmək və 380194404052957401 hesabına ödəniş etmək olar. Bu zaman tələb edilən şəxsiyyət vəsiqəsi nömrəsi qrafasında 15670795 rəqəmləri yazılmalıdır.


Dünən, 16:19
Müğənni Ziba Osmanlı ağır qəza törətdi: 2 azyaşlı uşağı ağır vəziyyətdə qoyub hadisə yerindən qaçıb - FAKT
Dünən, 12:53
Şuşada “Xarıbülbül” festivalı başlayıb, Prezident və birinci xanım açılışda iştirak edirlər
Dünən, 12:07
Xankəndi və Ağdərədə xeyli silah-sursat aşkarlandı
Dünən, 11:59
İlham Əliyev Şuşada ICESCO-nun Baş direktorunu qəbul edib
Dünən, 10:38
Bu gün Şuşada “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalı başlayır - VİDEO
Dünən, 10:34
Güllələnən icra başçısının qızına da Şuşada ev verildi - FOTO
Dünən, 09:41
Yaponiyada 9 milyondan çox tərk edilmiş ev var
Dünən, 09:32
Xurşidbanu Natəvanın heykəli Parisdə yenidən ucaldılıb
Dünən, 09:26
Saatlıda narkotikin təsiri altında olan taksi sürücüsü saxlanılıb
Dünən, 09:20
Zelenski: Ukrayna Xarkov istiqamətində ordu qüvvələrini gücləndirir
Dünən, 09:15
Qazaxda təbii fəlakət fəsadlar törədib
Dünən, 09:11
Ölkəmizdə quş ətinin qiyməti arta bilər? - VİDEO
10-05-2024, 22:32
Prezident İlham Əliyev Qarabağda möhtəşəm tunelin açılışını etdi: qürurverici GÖRÜNTÜLƏR
10-05-2024, 22:23
Prezidentdən Şuşada TARİXİ ÇIXIŞ: dövlət başçısı mühüm MESAJLAR VERDİ
10-05-2024, 16:00
Bakıda 24, rayonlarda 25 dərəcə isti olacaq
10-05-2024, 15:45
Prezident və xanımı Şuşada Üzeyir Hacıbəylinin ev-muzeyində aparılan bərpa işləri ilə tanış olublar
10-05-2024, 15:33
Azərbaycan və Ermənistanın XİN başçıları arasında görüş iki gün davam edəcək - YENİLƏNİB
10-05-2024, 15:30
"Azərbaycan daha uzunömürlülər diyarı deyil" - Ekspert
10-05-2024, 15:29
Prezident İlham Əliyev Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunda görülən işlərlə tanış olub
10-05-2024, 14:24
Putin 102-ci bazanı çıxarmaq təklif edib, Nikol isə… - "Ola bilsin ki, Putin özü..."
10-05-2024, 13:55
Kərki və Başkəndlə bağlı qərar belə olacaq... - Torpaq dəyişdirilməsi...
10-05-2024, 13:49
Putinin andiçmə mərasiminə getməyən Paşinyan Rusiyadan şikayətlənir - “Nezavisimaya qazeta”
10-05-2024, 13:36
Ceyhun Bayramov qazaxıstanlı həmkarı ilə görüşüb
10-05-2024, 13:29
İlham Əliyev Füzulidə
10-05-2024, 13:02
Putin komandasını yenidən formalaşdırır
10-05-2024, 12:58
Şuşada "ASAN xidmət" mərkəzi açılacaq
10-05-2024, 12:53
ABŞ-dən Türkiyəyə qarşı gözlənilməz jest