Azərbaycanda cinsi və psixoloji problemlər artıb - Xəstəxanalara müraciətlərin sayında əsl "PARTLAYIŞ" baş verir
Sosial
Oxunub: 1 420
12 okt 2014 | 13:41
Azərbaycanda cinsi və psixoloji problemlər artıb - Xəstəxanalara müraciətlərin sayında əsl "PARTLAYIŞ" baş verir10 Oktyabr Ümumdünya Psixi Sağlamlıq günü qeyd olundu. Gözünüz aydın deməyim ayıb olar, ancaq gizlətməyəcəm, Azərbaycanda sağlamlıq müəssisələrinə psixoloji problemləri üzündən müraciət edənlərin sayında sözün əsl mənasında "partlayış" baş verməkdədir. Ölkəmiz ruhi-əsəb pozuntuları və psixoloji problemlər sarıdan tam bir partlayış yaşıyır. Həm tibbi araşdırmaçı jurnalist, həm də praktiki psixoloq kimi 2013-2014-cü ilin göstəricilərini əldə etmək üçün 4 ay çalışdım. Sözün düzü məqalə yazmaq üçün yox, psixologiya üzrə elmi araşdırma aparmaq məqsədilə. Sonradan faktları analiz edəndə journalist kimi bunları yazmaq əqrarına gəldim.

Məlumatları tutuşduranda ortaya bərbad bir statistik göstəricilər çıxdı. Səhiyyə Nazirliyinin strukturları, dispanserlər, psixoloji mərkəzlərdən aldığım statistikaya görə, son 1 ildə Azərbaycanda psixi problemlər üzündən həkim və psixoloqlara üz tutanların sayı 1 milyon 230 min nəfəri keçib.
Statistik rəqəmlərə görə, son 5 ildə bu cür insanların sayı 3 dəfədən çox artıb. Bu mövzuda rekord göstəriciyə bütün sahələrdə olduğu kimi, paytaxt Bakı liderlik edir. Psixoloji rahatsızlıq şikayətilə psixoloq və psixoterapevtlərə, nevropatoloqlara müraciət edənlərin sayı Bakı şəhərində son 5 ildə 6 dəfə artıb. Təəssüf ki, səhiyyə nazirimiz dünyanın digər ölkələrindən fərqli olaraq mətbuat qarşısında çıxıb millətin ruhi sağlamlığı barədə xəritə ortaya qoymurdu. Yəqin belə bir ənənəyə bu ildən start verilmiş olacaq. Çünki artıq ümumiləşdirilmiş faktlar barədə məlumatları toplamağa başlayırlar.

Antidepressant preparatların qəbulunda artım

Səhiyyə Nazirliyi bu barədə statistik bir açıqlama verməyib. Dərman vasitələrinin Analitik Ekspertiza İdarəsi bu barədə nə fikirləşir, bilmirəm. Ancaq ölkəyə gətirilən dərmanların molekulları, farmakoloji xüsusiyyətləri barədə bütün informasiyaların bu idarədə toplandığıni bilirəm. Yəqin bu idarənin rəsmiləri təsdiq edərlər ki, 2013-cü ildən bu ilin sentyabr ayına qədər dövlət qeydiyyatından keçən və istər xarici faramasevtik şirkətlər, istərsə də yerli dərman şirkətləri tərəfindən yeni adlarla ölkəmizə gətirilən antidepressantların sayında 3 qat artım var. Bəli, yeni adlarla antidepressantlar və psixiatrik preparatlar bazarı Azərbaycanda canlanmaqdadır. Aralarında sorğu apardığım 25 ən tanınmış marketinq dərman şirkətindən bildirildi ki, psixiatrik dərmanlar, antidepressantlara maraq xeyli artıb.

Yerli bazarın marketinqini apararan bu firmalar yeni adda, müxtəlif tərkibdə antidepressantlara təlabat olmasını indi daha çox aşkar ediblər. Hətta bəzi nüfuzlu əczaçılıq şirkətlərindən öyrəndim ki, digər qrup dərman preparatlarından imtina edilərək məhs antidepressantlara üstünlük verirlər. Ölkənin əsas dərman distrübyüter şirkəti olan Avromed şirkətinin idxal-ixrac departamentinin adının çəkilməsini istəməyən nümayəndəsi də təsdiq etdi ki, son 6 ayın göstəricilərinə görə, apteklərdən antidepressantlar və psixotrop dərmanlarla bağlı sifarişlər əvvəlki illərlə müqayisədə 2 dəfə artıb.

Bu arada onu da əlavə etməliyəm ki, araşdırma apardığım əczaçılıq şirkətləri ilə sorğularım nəticəsində aşkar olundu ki, ölkəmizə gətirilən dərmanlar arasında əsas yerlərdən birini də cinsi problemlərin müalicəsinə yönəlmiş dərman preparatları tutur. Bazara yeni adlarla daxil olan androloji preparatların sayı əvvəlki illəri 4 dəfə üstələyir. Maraqlıdır. Nə baş verir? Antidepressan dərmanlara və kişilərdə seksual problemləri müalicə edən dərmanlara təlabat artıb. Çox dərinə getməyəcəm. Özünüz şərh edin. Mənim işim faktları göstərməkdir. Yeri gəlmişkən, hələ ölkənin androloqları və androgenləri barədə də araşdırmam olacaq.

Dəli yığıncağı

Montin qəsəbəsində yeləşən və əvvəllər Psixonevroloji dispenser adlandırılan, indi isə Psixi Sağlamlıq Mərkəzi bütün günü gərgin iş qrafikiylə işləyir. Təmirdən sonra buranın adı dəyişsə də, xəstələr elə həminkilərdir desəm, yalan olmaz. Bir çoxlarının sevimli istirahət mərkəzi olan Maştağadakı 1 saylı Respublika Psixiatriya Xəstəxanası da həmişəki funksiyasının davam etdirir. Hər iki müəssisənin baş həkimləri Fuad İsmayılov və Ağahəsən Həsənovla apardığım kiçik sorğu nəticəsində xəstələrin çeşidində bir sıra dəyişikliklərin olduğunu üzə çıxardım.

Reabilitasiya. Bax indi bu söz çox aktuallaşıb. Müxtəlif travmalar və xəstəliklər nəticəsində yaranan psixi pozuntular, həmçinin ailə münaqişələri və boşanmalar nəticəsində artan psixoloji pozuntular. Bəli, psixoloji problemlər yox, məhs psixoloji pozuntular. Pasiyentlərin keyfiyyət dəyişiklikləri son 2 ildə dərman bazarında antidepressantların canlanmasına stimul verməklə yanaşı, sedativ dərmanların da satışına müsbət təsir edib. Farmaseptlər deyir ki, əvvəllər sedativ, yəni sakitləşdirici preparatlar bazarda ən çox geridə qalan dərmanlar idi. İndi isə firmaların çoxu yeni adlarla sakitləçdiricilərin, stress əleyhinə preparatların sifarişlərini artırırlar.

Ölkəmizin baş psixiatrı Gəray Gəraybəylinin də fikirləri eyni yuxarıdakı faktları təsdiq etdi: "Son vaxtlarda artan xəstəliklər ilk növbədə depressiyalardır, həyəcan, təşviş xarakterli nevrozlardır. Stressdən, xüsusən travmalardan, adaptasiya pozuntular, ailədaxili münaqişələr, bədbəxt hadisələrdən, həyatın digər zərbələrindən sonra yaranan psixi pozuntulalardır. Post travmatik stress pozuntuların müxtəlifliyi çox böyükdür. O ki qaldı şizofreniya, epilepsiya və s. klassik psixi xəstəliklərə onların faizi o qədər də artmayıb. Bunlar adətən 1-3 faiz təşkil edir".

Öz praktikama və psixoloq dostlarımın təcrübələrinə əsaslanaraq 3 cür pasiyent qrupu barədə də mən yazacam. Birinci mövzu sevgi travmaları. Şəxsən mənə bir psixoloq kimi müraciət edənlərin aylıq statistikasında 3 cür şikayətin başlıca yer aldığını görürəm. Hərdən yolunu səhv salıb kənardan səslər eşitdiyini, gözünə görünmələr olduğunu bildirən, ancaq bununla belə, özünün şəxsiyyət kimi əlahiddə bir insan olduğunu iddia edənlər də olur.
"İnsanlar məni başa düçmür. Mən seçilmiş insanam", "Mənə vergi verilib. Müqəddəslərlə ünsiyyətdəyəm". Belə deyənləri, bu qəbildən olanları biz şizofreniyalı adlandırırıq. Belələri yuxarıda vurğuladığım kimi azdır. Son illərdə artan və qeyd etdiyim 3 cür pasiyent qrupuna sevgi travmalarından əziyyət çəkənlər liderlik edir. "Vuruldum, sevdim, aldandım, atıldım, çox pisəm, dünyanın mənası yoxdur, heç kimə inanmıram" kimi sözlərlə müşayiət olunan depressiyalar.
Detallara varmadan keçirəm ikinci qrupa. Panik atak deyilən bir psixoloji pozuntu var. Onu həyacan və təşviş pozuntusu kimi də tərcümə edirlər. Ay ərzində 3-4 dəfə tutmalarla müşayiət olunur. Tutma 1 saatadək davam edə bilər. O anda xəstənin sinəsində sıxılma, nəfəs darlığı, ürək ritminin artması baş verir. Dəhşətli infarkt olma və ölüm qorxusu hiss edir. Belələri həmişə istəyir ki, yanında kimsə olsun, tək qalmasın ki, birdən başına bir iş gəlsə, kömə edilsin. Azərbaycanda minlərlə belə psixoloji pozuntusu olan insan var. Panik atak kliniki əlamətlərinə görə ürək-damar xəstəliyini xatırlatsa da, qətiyyən kardioloji problem deyil, psixolojidir və müalicəsi də psixolojidir. Belə insanlar tutma baş verəndə qorxu içərisində ürək həkiminə gedirlər. Lakin kardioloq müayinə edib deyir "sənin ürəyində problem yoxdur, sağlamsan". Beləliklə də öz dərdindən xəbərsiz olan minlərlə insan gedərək artır.

Nəhayət cinsi problemlərdən dolayı psixi sağlamlıq müəssisələrinə müraciət edənlər. Bunlar özündə təpər tapıb psixiatr və psixoloqlara gələnlərdir. Bizi isə daha çox stress faktorlar və bundan əziyyət çəkərək, müxtəlif xroniki xəstəliklər, o cümlədən, qan təzyiqi, şəkərli diabet, stenokardiya, mədə-bağırsaq, xərçəng, erektil disfunksiya kimi xəstəliklər tapan insanlar narahat edir. Psixoloji səbəbdən xəstəlik tapıb, daha sonra xəstəliyin yaratdığı psixi pozuntulardan əziyyət çəkənlər. Bu qrup insanlar öz xəstəliyindən müalicə alır. Psixoloq tanımırlar. Əvəzində psixoterapiya əvəzinə nevroloji dərmanlar qəbul edirlər.

Ramil Nəcəfli,
psixoloq, ailə konsultantı

http://modern.az
Dünən, 16:00
Ermənilər nədən bu başıxarab keşişin arxasınca getmək istəmir... - HƏQİQƏTƏN DƏ...
Dünən, 15:30
İrəvanda aksiyalar 2-3 günə sönəcək - İNCƏLƏMƏ
Dünən, 14:22
Paşinyan istefa verərsə... - NƏ BAŞ VERƏCƏK?
Dünən, 13:53
Mənfur düşmən düzgün hesablamalar aparmamışdır
Dünən, 13:22
Əhmədlə bağlı yekun ekspertiza rəyi açıqlandı
Dünən, 13:18
Əliyev Rusiya ilə elə bir sənəd imzalayıb ki, Azərbaycan həmişə… - Erməni politoloq
Dünən, 13:15
Prezidentdən mikro, kiçik və orta sahibkarlıq subyektləri ilə bağlı FƏRMAN
Dünən, 11:45
Müdafiə nazirinə yeni müavin təyin olundu
Dünən, 11:10
Ermənistandakı aksiyalar böyüyür - ölkəni hansı təhlükələr gözləyir…
Dünən, 10:57
Xocalıya köç başlayır: Evlərin təhvilvermə vaxtı AÇIQLANDI - VİDEO
Dünən, 10:52
Prezident Millətlər Birliyinin baş katibini qəbul edib
Dünən, 10:44
İrəvanda səhər saatlarında 88 nəfər saxlanılıb - VİDEO
Dünən, 10:33
Kadırovun 16 yaşlı oğlu afrikalılara təlim keçəcək - VİDEO
Dünən, 10:11
Sədərək Ticarət Mərkəzində yanğın başlayıb - VİDEO
Dünən, 10:06
Rusiya İranın təsirindən qurtulmağa çalışır? - Qətərdən ŞOK
Dünən, 10:01
“Qarabağ”ın daha 4 potensial rəqibi bəlli oldu
Dünən, 10:00
Cavanlar azalır, qocalar çoxalır: Dünyada proses necə gedir? - ARAŞDIRMA
Dünən, 09:39
AFFA-da vacib qərarlar günü
Dünən, 09:39
Daxili İşlər Nazirliyi kiberdələduzluqla bağlı vətəndaşlara müraciət edib
Dünən, 09:34
ABŞ-dan İsrailə gözlənilməz təklif: "Rəfaha hücumu saxla, biz də BUNU edərik" - Washington Post
Dünən, 09:17
Qərb İrəvana "fəlakətin yol xəritəsi"ni verib: Ermənistan indi nə irəli, nə də geri hərəkət etmir, mərkəzdə əzilir
Dünən, 09:10
İsrail ordusu Cəbaliyədə...
Dünən, 09:06
Rusların bu hücumundan xəbərdar idik - Kəşfiyyat
Dünən, 09:03
Sabahdan Kosovada bu pula qadağa qoyulur
Dünən, 09:00
Rusiya Avropaya nə vaxt hücum edə bilər? - Analitiklərin PROQNOZLARI
11-05-2024, 16:19
Müğənni Ziba Osmanlı ağır qəza törətdi: 2 azyaşlı uşağı ağır vəziyyətdə qoyub hadisə yerindən qaçıb - FAKT
11-05-2024, 12:53
Şuşada “Xarıbülbül” festivalı başlayıb, Prezident və birinci xanım açılışda iştirak edirlər