Həştərxan şəhərində yerləşən Heydər Əliyev adına məktəbdə son zəng tədbiri keçirilib
Sosial
Oxunub: 860
25 may 2016 | 01:46
Həştərxan şəhərində yerləşən Heydər Əliyev adına məktəbdə son zəng tədbiri keçirilib













2016-cı ilin 25 may tarixində Həştərxan şəhərində yerləşən Heydər Əliyev adına məktəbdə dərs ilinin bitməsi ilə əlaqədar son zəng tədbiri keçirilib.

Təntənəli mərasimdə Həştərxan vilayətinin Beynəlxalq və xarici iqtisadi əlaqələr naziri Denis Afanasyev, Ümumrusiya Azərbaycan Konqresinin Həştərxan bölməsinin sədri Ədalət Hüseynov, ictimaiyyətin nümayəndələri, valideynlər, vaxtilə həmin məktəbdə çalışmış muəllimlər və şagirdlər iştirak ediblər.

D.Afanasyev Heydər Əliyev adına məktəbin yenidən qurulması, əlavə yeni tədris korpuslarının inşası və bütün lazımi avadanlıqlarla təchiz edilməsinin Həştərxan vilayəti və Azərbaycan arasında həyata keçirilən səmərəli əməkdaşlığın nəticəsi olduğunu qeyd edərək, məzunlara vahid dövlət imtahanını müvəffəqiyyətlə verməyi və ölkənin ali təhsil müəssisələrinə daxil olmağı arzulayıb.

Ümumrusiya Azərbaycan Konqresinin Həştərxan bölməsinin sədri Ədalət Hüseynov müəllimləri, şagirdləri və onların valideynlərini tədris ilinin başa çatması münasibəti ilə təbrik edərək, müəllimlərə sağlamlıq, yaradıcılıq işlərində müvəffəqiyyətlər, bu təhsil ocağını bitirən gənclərə isə Heydər Əliyev adına məktəbin məzunu adını gələcək həyat yollarında şərəflə daşımağı arzulayıb.

Məktəbin direktoru Tatyana Tixomirova öz çıxışında bu ilin məzunlarının Heydər Əliyev adına məktəbin 5-ci yubiley buraxılışı olduğunu deyərək, məktəbin yenidən qurulması və ona yeni həyat bəxş etdiyi üçün Heydər Əliyev Fonduna öz dərin minnətdarlığını ifadə edib.

Qeyd edək ki, bu il sözügedən məktəbi 11-ci siniflər üzrə 21 məzun, 9-cu siniflər üzrə isə 58 məzun bitirib.

Həştərxan şəhərində yerləşən Heydər Əliyev adına məktəbdə son zəng tədbiri keçirilib
Dünən, 10:44
Daha bir “Prius” qəzası - Ölən və yaralananlar var - Foto
Dünən, 10:39
Könülün qətlindən sonra nənəsi də öldü
Dünən, 10:24
Ana oğlunun şəhid olduğu yeri ilk dəfə gördü - VİDEO
Dünən, 10:19
DİN xaricdə təhsil almaq istəyənlərə XƏBƏRDARLIQ etdi - FOTO
Dünən, 10:13
Müdafiə Nazirliyinin rəhbər heyəti hərbi vəzifəlilərlə görüşüb
Dünən, 09:18
Blinkenin “gecə konserti” qorxunc sirri ifşa etdi: Ukrayna ABŞ-a daha lazım deyil
Dünən, 09:00
Paşinyan istefaya hazırlaşır? - Xandanyan açıqladı
17-05-2024, 16:00
Ermənilər Xocalı aeroportunu niyə bu formada tikiblər? – Sirr açıldı
17-05-2024, 15:30
Ermənilərin sərhəd TƏLAŞI... - Daha çox ərazi...
17-05-2024, 14:22
Sülhməramlıları xatırlayarkən: separatçılığa dəstək, terrora yardım... - "Həmişə Azərbaycana qarşı qərəzli mövqedə dayandılar"
17-05-2024, 14:04
Lukaşenkodan Şuşada traktor hədiyyəsi - FOTOLAR
17-05-2024, 13:58
İlham Əliyev və Aleksandr Lukaşenko Şuşa şəhərinə səfər ediblər
17-05-2024, 12:51
Azərbaycan XİN: Fransa tərəfi üzr istəməlidir
17-05-2024, 12:00
Prezidentlər Füzulinin Baş planı ilə tanış oldu
17-05-2024, 11:53
Əliyev Lukaşenkonu Füzulidə qarşıladı - FOTOLAR
17-05-2024, 11:46
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - AÇIQLAMA
17-05-2024, 11:41
Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri yenidən görüşüblər
17-05-2024, 11:05
Rövşən Nəcəf UEFA prezidenti ilə görüşüb
17-05-2024, 11:01
Misir İsrailin təklifini rədd edib - "Reuters"
17-05-2024, 10:56
Pedofillərlə bağlı qanunda dəyişiklik edildi - RƏSMİ
17-05-2024, 10:51
Türkiyə Xarici İşlər Nazirliyində ciddi dəyişiklik
17-05-2024, 10:33
Füsunkar təbiəti ilə seçilən Kəlbəcərdən yeni görüntülər - VİDEO
17-05-2024, 10:28
Azərbaycanın İrandakı səfirliyinin yeri dəyişdirilib
17-05-2024, 10:21
Azərbaycanla proses uğurlu keçdi - Qriqoryan
17-05-2024, 09:26
"Kurtlar vadisi"nin aktyoru Azərbaycan vətəndaşı olmaq istəyir
17-05-2024, 09:21
ABŞ ruslara qarşı sanksiyalar tətbiq etdi
17-05-2024, 09:17
Polşa “Bayraktar”lara qovuşdu