Kirayə ev axtaranları bahalı payız gözləyir — AÇIQLAMA

Yay mövsümünün yaxınlaşması ilə kirayə mənzil bazarında canlanma müşahidə olunur. Hər il olduğu kimi bu il də istirahət məqsədilə bölgələrə üz tutanların, eləcə də yay aylarının sonuna doğru paytaxta qayıdan tələbələrin sayının artacağı gözlənilir. Həm mövsümi tələbatın yüksəlməsi, həm də şəhərdə aparılan yenidənqurma və köçürülmə layihələri kirayə bazarında qiymətlərin formalaşmasına birbaşa təsir göstərən əsas amillər sırasındadır.
Son illərdə paytaxtın müxtəlif ərazilərində həyata keçirilən söküntü və yenidənqurma işləri nəticəsində kirayə bazarında istifadə olunan mənzil fondunun müəyyən hissəsi dövriyyədən çıxıb. Bu isə təklifin azalmasına, tələbin isə sabit və ya artan səviyyədə qalmasına səbəb olaraq qiymətlər üzərində əlavə təzyiq yaradır. Xüsusilə tələbin yüksək olduğu mərkəzi ərazilərdə bu tendensiya daha qabarıq hiss
olunur.
Daşınmaz əmlak və inşaat üzrə ekspert Elnur Azadov mövzu ilə bağlı Demokrat.az-a açıqlamasında bildirib ki, şəhərin müxtəlif hissələrində yeni pilot layihələrin icrası nəzərdə tutulur və bəzi istiqamətlərdə artıq proses başlayıb:
“Eyni zamanda şəhər mərkəzi, Nərimanov prospekti və Sovetski adlanan əraziyə yaxın küçələrdə də söküntü işləri aparılır. Bu ərazilərdə dövlət hesabına inşa olunmuş və kirayə bazarında geniş istifadə edilən nisbətən ucuz mənzillərin dövriyyədən çıxması ümumi bazar vəziyyətinə təsirsiz ötüşmür. Nəzərə alsaq ki, pilot layihələr çərçivəsində bəzi üçmərtəbəli və beşmərtəbəli çoxmənzilli binaların da sökülməsi davam edir. Eləcə də köçürülmə prosesləri həyata keçirilir, bu amillər birbaşa kirayə bazarına təsir göstərir. Proqnozlara görə, avqust ayından etibarən icarə bazarında qiymət artımı qaçılmaz ola bilər. Xüsusilə tələbələrin şəhərə qayıtması ilə bağlı olaraq avqust-sentyabr aylarında qiymət sıçrayışları daha çox müşahidə olunur. Sonrakı dövrdə isə qiymətlərin tam sabitləşməsi gözlənilmir və nisbətən yüksək səviyyədə qalması ehtimal edilir”.
Ekspertin sözlərinə görə, hazırda bazarda ciddi qiymət artımı müşahidə olunmasa da, yay aylarının sonuna doğru vəziyyət dəyişə bilər. Ənənəvi olaraq avqust və sentyabr aylarında universitetlərin fəaliyyətə başlaması ilə tələbələrin kirayə mənzil axtarışına çıxması bazarda əlavə tələbat yaradır. Bu isə xüsusilə metro stansiyalarının yaxınlığında yerləşən və münasib qiymət kateqoriyasına aid mənzillərin bahalaşmasına səbəb olur.
Beləliklə, yay mövsümünün sonuna doğru kirayə bazarında qiymət artımı ehtimalı yüksək qiymətləndirilir. Xüsusilə tələbin ən yüksək olduğu dövrdə kirayə mənzil axtaran vətəndaşların daha məhdud seçimlə üzləşəcəyi, bunun isə qiymətlərə əlavə təsir göstərəcəyi gözlənilir.
Dünən, 16:00
Tramp: Hücumlar Tehran Ağ Evin şərtlərini qəbul edənədək davam edəcək
Dünən, 15:30
Yaxın Şərqin yenidən alovlanmasının PƏRDƏARXASI DETALLARI
Dünən, 14:12
İran itkilərinin sayını açıqladı
Dünən, 14:08
Dövlətə xəyanətdə ittiham olunan şəxs barəsində qərar verildi
Dünən, 14:02
Sabah Azərbaycanda 38 dərəcə isti olacaq
Dünən, 13:59
Ukrayna Qara dənizdə rusların 20 gəmisini vurdu
Dünən, 12:52
Qarabağ Universitetində YENİLİK
Dünən, 12:45
Əli Əsədov Qətərin Bakıdakı səfirliyinə getdi, başsağlığı verdi
Dünən, 11:26
Bu gündən yeni 100 manatlıq dövriyyəyə buraxılır
Dünən, 11:21
İlham Əliyev Ərdoğana başsağlığı verdi
Dünən, 10:40
Su polisi vətəndaşın şikayətini araşdırır
Dünən, 10:03
Yamal Mbappeni kölgədə qoydu
Dünən, 09:58
ABŞ 23 il sonra bu ölkədən hərbçilərini tam çıxarır
Dünən, 09:55
Maraqla gözlənilən oyun - İspaniyanın rəqibi bəlli olur
Dünən, 09:31
ABŞ-dən İsrailə təzyiq: Tramp qoşunların geri çəkilməsini istəyib
Dünən, 09:28
Türkiyə XİN o hücumu pislədi
Dünən, 09:24
Azərbaycan XİN Türkiyəyə təbrik ünvanladı
Dünən, 09:00
DÇ-2026: Fransanı məğlub edən İspaniya ilk finalçı oldu
14-07-2026, 16:00
Ermənistanda pasportlarının Türkiyədə çapı iddiaları - QALMAQAL
14-07-2026, 15:30
Müharibənin sonunu gətirəcək "QIZIL AÇAR" - Putinin "Müqəddəs Simvolu" ÇÖKÜR
14-07-2026, 15:09
Prezidentin maşınında selfi çəkdi - Foto
14-07-2026, 15:05
Prezidentlər bir-birinə bunları hədiyyə etdi - Video
14-07-2026, 14:22
“Adını daşıyan nəvənlə yanındayam, çox darıxırıq” - Milli Qəhrəmanın oğlu
14-07-2026, 13:29
IV Şuşa Qlobal Media Forumu başa çatıb
14-07-2026, 13:25
Hikmət Hacıyev Şuşada D-8-in nümayəndə heyəti ilə görüşdü
14-07-2026, 13:21
Prezidentlər Şuşada güllələnmiş büstlərə baxıblar - FOTO
14-07-2026, 13:15
Milli Məclisin iclası başa çatdı - Deputatlar tətilə çıxdı