Nazir müəllimlərin iş saatı ilə bağlı geniş açıqlama yaydı
Sosial
Oxunub: 129
21 noy 2025 | 13:41
Nazir müəllimlərin iş saatı ilə bağlı geniş açıqlama yaydı


Bir daha qeyd etmək istəyirəm ki, müzakirə mədəniyyəti hər bir işin təkmilləşməsində mühüm rol oynayır. İstənilən iş müzakirə edilərsə, daha təkmil olar. Çünki atalarımızın dediyi kimi, ağıl ağıldan üstündür. Xüsusilə ictimai maraq və əhəmiyyət kəsb edən məsələlərin ictimai müzakirəsi Elm və Təhsil Nazirliyi olaraq hər zaman dəstəklədiyimiz bir yanaşmadır. Amma təəssüf ki, hələ də bu sahədəki xoş niyyətimiz arzuedilən nəticələr vermir.

Elm və təhsil naziri Emin Əmrullayev müzakirələrə səbəb olan islahat təklifləri ilə bağlı öz teleqram kanalında açıqlama yayıb.

Onun sözlərinə görə, son günlər geniş müzakirələrə səbəb olan təklif edilmiş islahatın əsas mahiyyəti ondan ibarətdir ki, 2027-ci ildən başlayaraq 2030-cu ilədək mərhələli şəkildə müəllimlərin maaşı saathesabı əsasda hesablanmaqla yanaşı, yüksək nəticə göstərmiş müəllimlərə könüllü əsasda ölkə üzrə orta əməkhaqqından 2 dəfə çox əməkhaqqı təklif edilməklə həftədə 30-36 saatlıq tamştat əsasında da əməkhaqqı hesablansın.

Nazir müzakirələr zamanı əsas problem kimi 3 məqamı xüsusi vurğulayıb:

"Əvvəla, ən təəccüb doğuran və məntiqsiz görünən məqam odur ki, təklif olunan fikirlər bir kənarda qalır, cəmiyyət isə məsələyə heç bir aidiyyəti olmayan (və ya mövzudan xəbərsiz) şəxslərin uydurduğu və ya təhrif etdiyi fikirləri müzakirə etməyə başlayır. Məsələn, “müəllimlərin əməkhaqqı sistemi saathesabı sistemdən tamştatlı sistemə keçməlidir” fikri “müəllimlər axşam saat 6-ya qədər işdə qalacaqlar” fikri kimi təhrif olunur və bütün müzakirələr bu təhrif edilmiş (və bayağı) fikir əsasında aparılır. Buna görə də xahiş edirik ki, təklif nədirsə, onu müzakirə edək, təhrif edilmiş fikirlər Elm və Təhsil Nazirliyinə aid olmadığı üçün müzakirə etməyək".

E.Əmrullayev qeyd edib ki, ikinci məsələ isə müzakirələr zamanı əsas fikri detallardan ayıra bilməməkdir: "Əsas fikir yuxarıda qeyd edilib. Əgər bu yaxşı fikirdirsə və məqbul hesab edilirsə, detalları sonra da müzakirə etmək olar. Məsələn, “bu islahatı etmək üçün infrastruktur yoxdur” və ya “uzaq məsafədən müəllim necə işə gəlib gedəcək” kimi məqamlar əsas fikir yox, detaldır. Əgər əsas fikir bəyənilirsə, bu halda detalları da müzakirə etmək olar. Yox, əgər əsas fikir səhvdirsə, onda detalları müzakirə etmək mənasızdır".

Qurum rəhbəri vurğulayıb ki, digər məqam isə hörmətli media nümayəndələrimizin təqdim edilən məlumatların içərisindən detalları ayırıb neqativ xəbər kimi verməsi həvəsidir: "Dünən İctimai Televiziyada bu islahat haqqında ətraflı məlumat verdik. 1 saata yaxın təqdimat yerli media orqanlarının birində “210 manat maaş alan müəllimlərin sayı AÇIQLANDI” başlığı ilə təqdim edildi. Halbuki bu verilişdə həm də 1589 manat alan müəllimlərin sayı açıqlanmışdı və bu say 210 manat maaş alan müəllimlərin sayından ən azı 4 dəfə çoxdur. Hörmətli media mənsublarımız hər hansı səbəbdən bu fərqi ya görmədilər, ya da görsələr də paylaşmaq istəmədilər. Bu, sadəcə bir misaldır, bu cür neqativə köklənmiş davranışın arxasında hansı sosial-psixoloji səbəblərin dayandığını isə yəqin ki, sahə mütəxəssisləri araşdırmalıdırlar.

Bu məqamlara toxunmağı vacib bildim, təbii ki, ictimai müzakirə aparmaq özü bir bacarıq tələb edir. Zamanla inanıram ki, bu istiqamətdə də müsbət irəliləyiş olacaq. Əsas odur ki, nikbin olmaq lazımdır – bu gün təhsil sistemində mənfidən daha çox müsbət proseslər baş verir.

Hər birinizə uğurlar arzulayıram!"
Bu gün, 11:05
Tehran: ABŞ Üçüncü Dünya Müharibəsi üçün saxladığı silahları İrana qarşı istifadə edib
Bu gün, 11:00
Pezeşkianın və Əraqçinin riyakarlığı: Azərbaycana hücum etməmişik
Bu gün, 10:52
XİN: Azərbaycanın Tehrandakı səfirliyinin əməkdaşlarının böyük hissəsi təxliyə edilib
Bu gün, 10:48
Rusiya müharibəni qızışdırır: Moskva kəşfiyyat məlumatlarını Tehrana ötürür
Bu gün, 10:45
Azərbaycan neftinin qiyməti 95 dollara yaxınlaşıb
Bu gün, 10:37
İlham Əliyev Slovakiya Prezidentinə mövqeyinə görə təşəkkür etdi
Bu gün, 10:34
Azərbaycan Prezidenti Tokayevə İranın Naxçıvana hücumlarını qınamasına görə təşəkkür edib
Bu gün, 09:00
İlham Əliyev Beynəlxalq Qadınlar Günü münasibətilə Azərbaycan qadınlarını təbrik edib
Dünən, 23:51
SEPAH Bakıda bu strateji obyektləri partlatmaq istəyirmiş - DTX ifşa etdi
Dünən, 16:00
BƏƏ İranın “şah damarı”nı kəsməyə hazırlaşır, bu dəhşətli zərbə...
Dünən, 14:22
Xurmanı bir də belə yeyin — Dəmir ehtiyacınızı tam qarşılayır
Dünən, 14:22
İranın yaxınlığına dron atdığı məktəbdə vəziyyət necədir? - AÇIQLAMA
Dünən, 14:00
İran rejiminin “halvası” BİŞİR – Çənbər daralır, BELƏ getsə...
Dünən, 13:45
Azərbaycan İrandan diplomatik heyətini çıxarır
Dünən, 13:11
Azərbaycan və Moldova XİN başçıları arasında görüş başlayıb
Dünən, 13:02
İlham Əliyev Qana Prezidentini milli bayramları münasibətilə təbrik edib
Dünən, 12:29
Türkiyədən qardaşlıq jesti: Bakı–Naxçıvan uçuşları Iğdır üzərindən həyata keçirilir
Dünən, 12:23
Prezident yeni FƏRMAN İMZALADI:Güzəştli maliyyələşdirmə barədə
Dünən, 11:33
Prezident Moldova XİN rəhbərini qəbul etdi - Fotolar
Dünən, 11:25
Dövlətə xəyanət etməkdə təqsirləndirilən 4 nəfərə hökm oxundu
Dünən, 11:22
Tramp Ağ Evdə Messi ilə görüşdü: Oğlum sizə fanatlıq edir - FOTOLAR
Dünən, 10:57
Azərbaycan neftinin qiyməti 88 dollara yaxınlaşıb
Dünən, 10:23
Tramp: İranın özünə gəlməsi üçün 10 il lazım olacaq
Dünən, 10:16
Bir nömrəli səfərbərlik nədir? - MN açıqladı
Dünən, 09:44
Son Dəqiqə: ABŞ ayətullahların toplantısını vurdu
Dünən, 09:37
Xameneinin varisinin təyinatını təxirə salındı
Dünən, 09:32
Dünya birliyini İranı terror dövləti kimi tanımağa çağırdı