Nazirlikdən məktəbli çantaları ilə bağlı XƏBƏRDARLIQ
Sosial
Oxunub: 162
12 sen 2025 | 11:50
Nazirlikdən məktəbli çantaları ilə bağlı XƏBƏRDARLIQ


"Çanta seçimi çox aktual və vacib bir mövzudur. Təəssüf ki, bu məsələyə bəzən yetərincə ciddi yanaşılmır. Uşağın daşıdığı çanta dolu halda onun bədən çəkisinin 10-15%-dən artıq olmamalıdır. Yəni, 30 kiloqramlıq bir uşaq üçün maksimum 3-4 kq normaldır, lakin 5 kq yük təhlükəsiz sayılır".

Bunu Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun travmatoloq-ortopedi Qədir Kərimov deyib. O bildirib ki, çanta boş halda yüngül olmalıdır (mümkün qədər 1 kq-dan az):

"Eyni zamanda, çantanın ölçüsü uşağın boyuna uyğun olmalıdır. Çanta kürəyin eni qədər və ya bir az dar olmalı, beldən aşağı sallanmamalıdır.
Çanta ağır olsa və tək tərəfli çiyin asqısı istifadə edilsə, əzələlər çətinlik çəkəcək, xüsusilə boyun bir tərəfə əyiləcək. Bir çiyində daşınan çantalar onurğada sağ və ya sola əyilmələr (skolioz) kimi onurğa problemlərinə səbəb olataq, boyun əzələlərində gərginlik, boyun arxasında ağrı və damar dartılmaları, baş ağrısı yaradacaq.
Ağır və qeyri-düzgün şəkildə kürək çantası daşıyan və pillələri qalxıb-enən uşaqlarda ayaq ağırıları daha çox olur.

Məktəbli çantasının asqı və ya qayışlarının uzun və ensiz olması bütün ağırlığın belə yönlənməsinə səbəb olur. Bədənin ağırlıq mərkəzinin arxaya sürüşməsi nəticəsində bel əzələlərində həddindən artıq yükə səbəb olur və ağrı meydana gəlir.

Çantadakı çiyin asqılarının geniş və yumşaq olması çiyində yükün bərabər paylanmasına kömək edir, dar və sərt çiyin asqıları əzələnin müəyyən nöqtələrinə ağırlığın yüklənməsinə səbəb olacaq. Çiyin qayışları ikitərəfli, enli (ən azı 4–5 sm) və yumşaq olmalıdır. Uzunluğu tənzimlənməli, hər iki çiyinə bərabər paylanaraq taxılmalıdır.Yalnız bir çiyində daşınan modellər uşaqlar üçün uyğun deyil.

Əgər çiyin asqıları incə, ensiz, uzun və çanta ağır olarsa, sinirlərə təzyiq edəcək. Nəticədə, əl və qola gedən sinirlər zədə alacaqlar".

Həkimin sözlərinə görə, məktəbli çantasının düzgün seçilməsi uşağın onurğa sağlamlığı üçün son dərəcə vacibdir:

"Çünki uşaqlar hər gün uzun müddət onu daşıyır, çantanın forması, çəkisi və quruluşu onların sağlamlığına birbaşa təsir edir.
Ən vacibi duruş və skelet sağlamlığıdır. Belə ki, ağırlığı düzgün paylamayan çantalar bel, boyun, kürək əyriliklərinə, həmçinin uşaqlarda skolioz, kifoz və lordoz riskinin artmasına səbəb ola bilər.
Digər bir səbəb əzələ və oynaqların qorunmasıdır. Ağır və düzgün formalaşmayan çanta çiyin, bel və diz oynaqlarına əlavə yük salır. Bu da, uşaqda tez yorulma, əzələ gərginliyi yaradır.
Səhv çanta seçimi illərlə davam edən xroniki bel və boyun ağrılarına səbəb ola bilər. Hətta gələcəkdə onurğa problemlərinə görə müalicə zərurəti yarana bilər.

Uşaqların skelet sistemi inkişaf mərhələsində olduğu üçün ağır, düzgün seçilməmiş və ya ortopedik dəstək verməyən çantalar skolioz, kifoz, onurğa əyrilikləri və duruş pozuntuları kimi ciddi ortopedik problemlərə səbəb ola bilər.

Valideynlər uşağın çantasını gündəlik yoxlamalı, artıq əşyaları çıxarmalıdırlar. Həmçinin, uşağa çantanı iki çiyində və düz duraraq daşımağı öyrətməli, düzgün duruş üçün sadə ev məşqləri və çantanın iç çəkisinə müntəzəm nəzarət etməlidirlər.

Eyni zamanda, ortopedik ayaqqabılar və idmanla uşağın əzələlərini gücləndirməlidirlər. Bundan əlavə, masa arxasında duruş qaydalarına əməl etməli və mütəmadi olaraq ortopedik müayinəyə aparmaqları tövsiyə olunur.

Əgər uşaq çanta daşıdıqdan sonra bel, boyun və ya çiyin ağrısından şikayət edirsə, duruşda əyilmə, bir çiynin digərindən yuxarı olması müşahidə olunursa, habelə tez-tez yorulduğunu deyirsə, gedişində axsama, tarazlıq problemi və ya bel nahiyəsində asimmetriya varsa, bu, artıq yük və ya yanlış çanta istifadəsinə işarədir. Bu zaman travmatoloqa və ya ortopedə müraciət edilməlidir.

Valideynlər çanta seçimini zövqə görə deyil, sağlamlığa görə etməlidirlər".
Bu gün, 16:00
4 dəniz LAYİHƏSİ – Dünyanın XİLASI Türkiyənin əlində
Bu gün, 15:50
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyəyə işgüzar səfər edib - FOTO
Bu gün, 15:30
Separatçılardan Xankəndidəki kilsə haqda AĞ YALAN
Bu gün, 14:22
Şagirdləri qatil edən oyun: "PUBG" qadağan olunsun! ÇAĞIRIŞI
Bu gün, 13:23
May ayının qeyri-iş günləri AÇIQLANDI
Bu gün, 13:17
Türkiyədə yaxalandı, Bakıya gətirilir - narkotik şəbəkəsinin izləri haraya gedib çıxır?
Bu gün, 13:12
Prezidentin fərmanı icra olundu: Bu gündən ETİBARƏN...
Bu gün, 12:45
Sabah 21 dərəcə isti olacaq
Bu gün, 12:40
BŞTİ fotosu yayılan direktorla bağlı məlumat yaydı
Bu gün, 12:01
İranlı narkotacirə kuryerlik edənlər Binəqədidə ələ keçdilər - VİDEO
Bu gün, 11:52
Bu şəxslər peyvənd olunacaq
Bu gün, 11:49
35 il sonra Ermənistandan məhsul aldıq
Bu gün, 11:46
Daxili İşlər Nazirliyi tərəfindən genişmiqyaslı əməliyyatlar: çoxsaylı cinayətlər açılıb, silah və narkotik vasitələr götürülüb
Bu gün, 11:14
Sabunçu tunelində də yol çökdü - Video
Bu gün, 10:44
Cüdoçularımız Avropa çempionatında mübarizəyə başlayır
Bu gün, 10:06
Azərbaycandan qaçan məktəb direktoru - Türkiyədə tutuldu
Bu gün, 09:24
Bakıda dövlət qurumlarının avtomobilləri hərraca çıxarıldı – Qiymətlər
Bu gün, 09:19
İsrail və Livan liderləri sabah danışacaq - 34 il sonra
Bu gün, 09:16
Liseyə hücuma görə saxlanılanların sayı 16-ya çatdı
Bu gün, 09:12
ABŞ Kubaya hücum hazırlıqlarına başlayıb
Bu gün, 09:00
ABŞ oyundan çıxır: Parçalanan Avropa Rusiya ilə üz-üzə
Dünən, 16:00
Paşinyan hakimiyyətinin sonunun başlanğıcı?
Dünən, 15:30
Varlı azərbaycanlıların yeni modası - xaricdə doğuş
Dünən, 14:22
Yaxın Şərq: Hörmüz boğazı, Trampın böyük sövdələşmə axtarışı, Livan-İsrail razılaşaması
Dünən, 13:37
Köhnə pulları nə etməliyik? - RƏSMİ
Dünən, 13:27
Azərbaycanda əhalinin təbii artımı təxminən 30 faiz azalıb
Dünən, 13:12
Bu əşyaları zibilqabıya atsanız 300 manat cərimə OLUNACAQSIZ