Əliyevlə Putinin ikinci telefon danışığı
Prezidentlər bir sıra aktual məsələləri də müzakirə ediblər.
Rusiya və Azərbaycan prezidentləri arasında növbəti dəfə telefon danışığı olub.ANS PRESS-in məlumatına görə, İlham Əliyev və Vladimir Putin, əsasən, iki ölkə arasında ticarət- iqtisadi sahədə əməkdaşlıq barədə fikir mübadiləsi aparıb.

Prezidentlər həmçinin digər aktual məsələləri də müzakirə ediblər.
Əliyev Putinlə Suriyanı müzakirə etdi
Bu, son iki gündə Əliyevlə Putin arasında baş tutan ikinci telefon danışığıdır. Ötən gün də prezidentlər arasında telefon danışığı olub.
Liderlər Suriya münaqişəsinin nizamlanması məsələləri ətrafında fikir mübadiləsi aparıb. ABŞ və Rusiyanın Suriyada hərbi əməliyyatların dayandırılması barədə qəbul etdiyi bəyannamənin həyata keçirilməsinin vacibliyi vurğulanıb.
Əliyevlə Putinin telefon danışığını siyasətçilər müxtəlif cür şərh edirlər. Rusiya Dövlət Dumasının “Ədalətli Rusiya” fraksiyasından olan deputatı Aleksandr Tarnavski prezidentlər Vladimir Putinlə İlham Əliyev arasında bir gün əvvəlki telefon danışığını şərh edib.
Millət vəkili prezidentlərin Suriyaya dair atəşkəs razılaşmasını müzakirə etmələrinə münasibət bildirərək Bakının bu münaqişədə vasitəçilik imkanlarından danışıb.
“Əgər dəvət etsələr, Azərbaycan münaqişənin nizamlanmasında öz rolunu oynaya bilər. Çünki ölkənin danışıqlar prosesini aparmaq, sülhə nail olmaq vərdişləri var. Biz Qarabağ münaqişəsini müxtəlif cür qiymətləndirə bilərik, ancaq xatırlayırıq ki, situasiya hərbi münaqişəyə yaxın olanda Azərbaycan müəyyən kompromis tapa bilir və tarazlığı saxlayır” - deputat deyib.
“Rusiya İlham Əliyevi yaxşı tanıyır və onun müdrikliyini, situasiyaya obyektiv qiymət vermək qabiliyyətini qiymətləndirir".
A.Tarnavski Azərbaycanın Türkiyə və Rusiya arasında seçim etmək məcburiyyəti qarşısında qalması barədə fikirlərə toxunaraq bildirib ki, prezident İlham Əliyev müdrik siyasətçidir. Genində danışıqları diplomatik şəkildə aparmaq və ölkəni idarə etmək müdrikliyi var.
“Ona görə də, Azərbaycan rəhbərliyinin müdrikliyi kifayət edəcək ki, sülh işinə xidmət edən düzgün mövqe tutsun. Bu mövqe necə olacaq? Başa düşürük ki, danışıqların açıq hissəsi olur, qapalı hissəsi olur. Bu, başqa məsələdir”, - Tarnavski bildirib.
Dövlət Dumasının deputatının fikrincə, necə olsa da, Türkiyə və Rusiya Azərbaycanın qonşusu olaraq qalacaq. Tarnavski kiminsə gərginliyin artmasında maraqlı olduğunu düşünmədiyini deyib.
“Rusiya İlham Əliyevi yaxşı tanıyır və onun müdrikliyini, situasiyaya obyektiv qiymət vermək qabiliyyətini qiymətləndirir. Bu planda hamı öz milli maraqlarını güdəcək, ancaq eyni zamanda hansısa kompromisə nail olmağa da çalışacaq. Bilmirəm, Ərdoğanın hakimiyyəti dövründə Rusiya ilə belə kompromis mümkündürmü? Hələlik mən kompromis üçün məkan görmürəm”, - deputat əlavə edib.

Dünən, 12:11
ABŞ və Ukraynadan TARİXİ SAZİŞ: 30 MİLYON DOLLAR yatırılır
Dünən, 11:40
“Onların hətta namaz qılmalarını da yəqin ki, yaşlı nəsil yaxşı xatırlayır” - Video
Dünən, 11:15
Qubanın Xınalıq kəndinə qar yağıb
Dünən, 11:10
İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini qəbul etdi
Dünən, 11:04
Rəsmi Bakı Almaniya, Koreya və İraqı Milli Gün münasibətilə təbrik etdi
Dünən, 10:48
ADY-dən yağışlı və küləkli hava ilə bağlı sərnişinlərə ÇAĞIRIŞ
Dünən, 10:41
İlham Əliyev onu təltif etdi - SƏRƏNCAM
Dünən, 10:02
Serbiyanın xilas planı Azərbaycandan gəldi – Dövlət şirkətimiz hərəkətə keçir
Dünən, 09:34
Fransadan Azərbaycana qarşı NATO həmləsi – Türkiyə dərhal hərəkətə keçdi
Dünən, 09:15
Paşinyan 44 günlük müharibədən sonra yaşananları açdı – “Məni Allah qorudu”
Dünən, 09:00
Suqovuşanın işğaldan azad edilməsindən 6 il ötür
2-10-2026, 16:00
Zəngəzur dəhlizində böyük qarşıdurmanın anonsu – Rusiya ilk "tonqal"ı yandırdı
2-10-2026, 15:30
Xəzərdə 48 ilin ən qorxulu göstəricisi – Dəniz sürətlə geri çəkilir
2-10-2026, 14:25
DSX: Ötən ay sərhəddə 593 kq narkotik tutulub
2-10-2026, 14:20
Naməlum şəxs şagirdlərə konfet paylayır? - DİN-dən AÇIQLAMA
2-10-2026, 14:15
Maaş, pensiya və sosial müavinətlər qaldırılacaq - Prezident elan etdi
2-10-2026, 12:26
Qaxda 7 kq narkotik vasitə aşkarlandı
2-10-2026, 12:20
Prezident xoş xəbəri ELAN ETDİ
2-10-2026, 12:01
Dövlət başçısı: Bu gün Azərbaycan beynəlxalq müstəvidə böyük hörmətə layiq olan ölkədir
2-10-2026, 11:57
Azərbaycan Prezidenti: Əsas vəzifələrdən biri hərbi gücümüzün artırılmasıdır
2-10-2026, 11:53
Prezident: Əminəm ki, hər bir vətənpərvər azərbaycanlı öz dövləti ilə fəxr edir
2-10-2026, 11:49
İlham Əliyev: İslam həmrəyliyinin gücləndirilməsi üçün birləşdirici rol oynayırıq
2-10-2026, 11:44
İlham Əliyev: Xarici siyasətimizi elə qurmalıyıq ki, heç kim bizim işimizə müdaxilə etməsin
2-10-2026, 11:37
Azərbaycan Prezidenti: Heç vaxt hansısa ölkəyə qarşı riyakarlıq göstərməmişik
2-10-2026, 11:21
Azərbaycan Prezidenti: Bir gün belə ara vermədik
2-10-2026, 11:13
Məktəbdə monitorinq keçirildi - Direktor işdən çıxarıldı
2-10-2026, 11:07
Prezident: Heydər Əliyev buna imkan verməzdi