Şərq-Qərb nəqliyyat dəhlizinin genişləndirilməsi qarşımızda duran prioritet məsələlərdən biridir

Xalqlarımızın ənənəvi dəyərlərə sadiqliyi və eyni etnik köklərə malik olmaları ölkələrimizi sıx birləşdirir. Türk dünyası böyük coğrafi məkanı əhatə edir, üzv ölkələrdə müsbət demoqrafik dinamika müşahidə olunur, hərbi potensial döyüş meydanlarında özünü dəfələrlə göstərmişdir. Zəngin təbii resurslar, onların nəqli üçün müasir infrastruktur, Mərkəzi Asiyanı, Qafqazı Aralıq və Qara dəniz limanları ilə birləşdirən nəqliyyat dəhlizləri, zəngin və qədim tarix, habelə mədəniyyət türk dünyasının böyük sərvətidir.
İmzalanmış Qarabağ Bəyannaməsi, qəbul edilmiş qərarlar Türk dünyasının həmrəyliyini və eyni zamanda, Türk Dövlətləri Təşkilatının beynəlxalq nüfuzunu daha da gücləndirəcəkdir. Türk Dövlətləri Təşkilatının ildə bir dəfə qeyri-rəsmi Zirvə görüşünün keçirilməsi Azərbaycanın təşəbbüsüdür. Türk ölkələri ilə əlaqələrin genişləndirilməsi, Türk dünyasının və Türk Dövlətləri Təşkilatının gücləndirilməsi Azərbaycanın xarici siyasətinin prioritet istiqamətidir. Azərbaycan həmişə Türk dünyasının sıx birləşməsi, onun siyasi, iqtisadi və hərbi qüdrətinin artması, qlobal arenada güc mərkəzinə çevrilməsi naminə səylər göstərmişdir. Türkiyə Prezidenti Şuşa, Füzuli, Zəngilan və Cəbrayıla, Özbəkistan və Qazaxıstan prezidentləri Şuşa və Füzuliyə, Qırğızıstan Prezidenti Füzuli və Ağdama səfərlər etmişlər.
Orta Dəhlizin ayrılmaz bir hissəsi olan Bakı-Tbilisi-Qars dəmir yolunun illik yükaşırma qabiliyyəti Azərbaycanın əlavə sərmayəsi nəticəsində 1 milyondan 5 milyon tona çatdırılıb. Artan yükdaşımalarını nəzərə alaraq, hazırda Bakı gəmiqayırma zavodunda 6 gəmi inşa edilir. Gələn il ölkəmizin 9-cu Beynəlxalq Hava Limanı Laçında istismara veriləcək. Ələt Beynəlxalq Ticarət Limanının yükötürmə qabiliyyəti 15 milyon tondan 25 milyon tona qədər genişləndiriləcək. Enerji sahəsində strateji tərəfdaşlığımız, o cümlədən bərpaolunan enerji və enerji səmərəliliyi sahəsində əməkdaşlığımız çox əhəmiyyətlidir. Xəzər dənizi vasitəsilə Azərbaycan ərazisindən Avropa və Asiya arasında fiber-optik telekommunikasiya marşrutu yaratmaq məqsədi daşıyan “Rəqəmsal İpək Yolu” layihəsi də mühüm təşəbbüslərdən biridir.
Azərbaycan Qoşulmama Hərəkatında 4 il sədrliyi dövründə əldə etdiyi təcrübədən istifadə edərək inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr arasında həmrəyliyin gücləndirilməsi, konsensusa nail olunması üçün səylərini əsirgəməyəcək. COP29-a sədrlik və bu tədbirin Bakıda keçirilməsi beynəlxalq ictimaiyyət tərəfindən ölkəmizə olan böyük etimadın bariz nümunəsidir. 200-ə yaxın ölkə Azərbaycanın namizədliyini yekdilliklə dəstəkləmişdir.

Dünən, 12:06
Dərslər bu tarixdə başlayacaq: dəyişiklik olundu
Dünən, 11:36
İlham Əliyev Banqladeş Prezidentini təbrik edib
Dünən, 11:00
Yunan əsgərlərindən Türkiyəyə qarşı TƏXRİBAT: Ankara HƏRƏKƏTƏ KEÇDİ
Dünən, 10:41
Qəzza yenə bombalandı, ölənlər var
Dünən, 10:36
Argentina Braziliyanı darmadağın etdi - Video
Dünən, 10:31
Bu gün sonuncu Qədr gecəsidir
Dünən, 10:10
Hakan Fidan və Marko Rubio görüşündə Azərbaycan söhbəti: Tramp administrasiyası Türkiyədən nə istədiyini açıqladı
Dünən, 09:57
Fələstin rəhbərliyi HƏMAS-ı Qəzzadan çəkilməyə ÇAĞIRDI
Dünən, 09:46
İrəvanın mərkəzindən "yerazlara salam": Türk gəncin yeni videosu Ermənistanı dəli etdi
Dünən, 09:40
Paşinyan Fidanı qabaqlamaq istədi – Türkiyə-Ermənistan sərhədi açıq qalacaqmı?
Dünən, 09:35
CHP İmamoğlunun yerinə onu GƏTİRİR
Dünən, 09:28
“Karyeramda bu qədər uduzmamışdım” - Fernandu Santuş
Dünən, 09:23
Almaniya hökuməti rəsmən istefa verdi
Dünən, 09:17
“Naxçıvandan Qarsa 85 dəqiqəyə çatmaq mümkün olacaq”
Dünən, 09:00
Ərdoğan: Biz ölkəmizi küçə terroruna təslim edə bilmərik
25-03-2025, 14:16
Vaşinqton-Moskva danışıqları ilə bağlı ilk açıqlama: Çətin, amma faydalı
25-03-2025, 12:02
Trampın dünyanı qorxuya salan addımları: Nüvə müharibəsi…
25-03-2025, 11:22
Azərbaycan Belarusa qarşı
25-03-2025, 11:16
İlham Əliyevi təbrik etdilər
25-03-2025, 11:02
XİN Yunanıstanı Milli Günü münasibətilə təbrik edib
25-03-2025, 10:29
İstanbulda silahlı hücumda Azərbaycan vətəndaşı yaralandı
25-03-2025, 10:21
Moskva məhkəməsindən təyyarə qəzası ilə bağlı - Qərar
25-03-2025, 10:08
İrandan İmamoğlunun həbsinə rəsmi reaksiya
25-03-2025, 09:55
ABŞ və Rusiya bəyanatla ÇIXIŞ EDƏCƏK - YENİ GƏLİŞMƏ
25-03-2025, 09:33
Ukrayna bu ərazini də ƏLƏ KEÇİRDİ
25-03-2025, 09:24
İdmançının ölümündə şübhəli idi, şikayət olunmadı, qətlə yetirildi - Azərbaycanda
25-03-2025, 09:00
Ərdoğan: CHP-nin özünün çalıb-oynadığı oyunu izləyirik