Prezidentin yeni mesajları
Siyaset
Oxunub: 4 691
15 fev 2016 | 23:15
Prezidentin yeni mesajları











"Azərbaycanın enerji sektoruna xarici neft şirkətlərinin cəlb olunması müstəqilliyin gücləndirilməsi və gələcək uğurlu inkişafın təmin edilməsi məqsədi daşımışdır”. Bu fikirlər Prezident İlham Əliyevə məxsus "twitter” hesabından (@azpresident) paylaşılıb. Prezident bildirib ki, Azərbaycan önəmli neft-qaz ixracatçısına çevrilib və əldə olunmuş gəlirləri əsasən qeyri-neft sektorunun inkişafına yönəldib. Ölkə başçısı "Son illər Azərbaycanın neft amilindən asılılığı əhəmiyyətli dərəcədə azalmış, ÜDM istehsalında neftin payı 30 faizə enmişdir” – deyə yazıb. Prezident İ.Əliyev onu da qeyd edib ki, Azərbaycanda iqtisadiyyatın şaxələndirilməsi, özəlləşdirmə, biznes mühitinin yaxşılaşdırılması da daxil olmaqla, irimiqyaslı islahatlar həyata keçirilir. Dövlət başçısı "Azərbaycan üçün neftdən sonrakı dövr artıq başlanmışdır. Dayanıqlı inkişaf bizim məqsədimiz və hədəfimizdir”- deyə vurğulayıb. "Qarşıdan gələn illərdə nəzərdə tutulmuş planlar uğurla həyata keçirilərsə, Azərbaycan neftdən asılılığı tamamilə aradan qaldıracaqdır” – deyə Prezident İ.Əliyev əlavə edib. Prezident qeyd edib ki, "Cənub” qaz dəhlizi sayəsində Avropanın enerji mənbələri şaxələndiriləcək, onminlərlə yeni iş yeri yaranacaq. Prezident İ.Əliyev "Təkcə Azərbaycan deyil, BMT başda olmaqla, dünyanın aparıcı təşkilatları Ermənistanı işğal faktına görə günahlandırırlar” – deyə vurğulayıb. Sonda dövlət başçısı Azərbaycanın işğal altındakı ərazilərinin azad edilməsinin vacibliyini də xüsusi olaraq, qeyd edib: "Azərbaycan erməni xalqını deyil, Ermənistan hökumətini Xocalı soyqırımını törətdiyinə görə ittiham edir. Ermənistan öz doğma torpaqlarında qaçqına çevrilmiş bir milyon qaçqın və məcburi köçkünün iztirabına görə günahlandırılır. Ermənistan və Azərbaycan arasında etimadın artırılması və əməkdaşlığın qurulması üçün ilk növbədə torpaqlar işğaldan azad edilməlidir”.

Prezidentin yeni mesajları
Dünən, 12:11
ABŞ və Ukraynadan TARİXİ SAZİŞ: 30 MİLYON DOLLAR yatırılır
Dünən, 11:40
“Onların hətta namaz qılmalarını da yəqin ki, yaşlı nəsil yaxşı xatırlayır” - Video
Dünən, 11:15
Qubanın Xınalıq kəndinə qar yağıb
Dünən, 11:10
İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini qəbul etdi
Dünən, 11:04
Rəsmi Bakı Almaniya, Koreya və İraqı Milli Gün münasibətilə təbrik etdi
Dünən, 10:48
ADY-dən yağışlı və küləkli hava ilə bağlı sərnişinlərə ÇAĞIRIŞ
Dünən, 10:41
İlham Əliyev onu təltif etdi - SƏRƏNCAM
Dünən, 10:02
Serbiyanın xilas planı Azərbaycandan gəldi – Dövlət şirkətimiz hərəkətə keçir
Dünən, 09:34
Fransadan Azərbaycana qarşı NATO həmləsi – Türkiyə dərhal hərəkətə keçdi
Dünən, 09:15
Paşinyan 44 günlük müharibədən sonra yaşananları açdı – “Məni Allah qorudu”
Dünən, 09:00
Suqovuşanın işğaldan azad edilməsindən 6 il ötür
2-10-2026, 16:00
Zəngəzur dəhlizində böyük qarşıdurmanın anonsu – Rusiya ilk "tonqal"ı yandırdı
2-10-2026, 15:30
Xəzərdə 48 ilin ən qorxulu göstəricisi – Dəniz sürətlə geri çəkilir
2-10-2026, 14:25
DSX: Ötən ay sərhəddə 593 kq narkotik tutulub
2-10-2026, 14:20
Naməlum şəxs şagirdlərə konfet paylayır? - DİN-dən AÇIQLAMA
2-10-2026, 14:15
Maaş, pensiya və sosial müavinətlər qaldırılacaq - Prezident elan etdi
2-10-2026, 12:26
Qaxda 7 kq narkotik vasitə aşkarlandı
2-10-2026, 12:20
Prezident xoş xəbəri ELAN ETDİ
2-10-2026, 12:01
Dövlət başçısı: Bu gün Azərbaycan beynəlxalq müstəvidə böyük hörmətə layiq olan ölkədir
2-10-2026, 11:57
Azərbaycan Prezidenti: Əsas vəzifələrdən biri hərbi gücümüzün artırılmasıdır
2-10-2026, 11:53
Prezident: Əminəm ki, hər bir vətənpərvər azərbaycanlı öz dövləti ilə fəxr edir
2-10-2026, 11:49
İlham Əliyev: İslam həmrəyliyinin gücləndirilməsi üçün birləşdirici rol oynayırıq
2-10-2026, 11:44
İlham Əliyev: Xarici siyasətimizi elə qurmalıyıq ki, heç kim bizim işimizə müdaxilə etməsin
2-10-2026, 11:37
Azərbaycan Prezidenti: Heç vaxt hansısa ölkəyə qarşı riyakarlıq göstərməmişik
2-10-2026, 11:21
Azərbaycan Prezidenti: Bir gün belə ara vermədik
2-10-2026, 11:13
Məktəbdə monitorinq keçirildi - Direktor işdən çıxarıldı
2-10-2026, 11:07
Prezident: Heydər Əliyev buna imkan verməzdi