Bu reallığı Rusiya və İran da qəbul edib... - AKTUAL
Siyaset
Oxunub: 32
3 iy 2024 | 15:30
Bu reallığı Rusiya və İran da qəbul edib... - AKTUAL


Azərbaycan hərbi bloklara qoşulmasa da, NATO ilə əməkdaşlığın davamında maraqlıdır. Çünki Azərbaycan ordusu Türkiyə və deməli NATO standartlarını mənimsəməyi qarşısına məqsəd qoyub. Azərbaycan Prezidenti İlham Əliyevin “Azərbaycan ordusu Türkiyə ordusunun kiçik modelinə çevrilməlidir” tezisi buna dəlalət edir. Azərbaycan ordusunun Baş Qərargah rəisi Kərim Vəliyev ölkəmizdə səfərdə olan NATO-nun Birgə Qüvvələr Komandanlığının qərargah rəisinin müavini general-mayor Stefan Fikslə görüşüb. NATO ilə münasibətlərin cari vəziyyətinin yüksək səviyyədə olduğunu bildirən Kərim Vəliyev Azərbaycan-NATO əməkdaşlığının bundan sonra da hər iki tərəf üçün faydalı olacağı və səmərəli görüşlərin davam etdiriləcəyi əminliklə vurğulayıb. Kərim Vəliyev eyni zamanda NATO-nun Əməliyyat İmkanları Konsepsiyası çərçivəsində Şimali Atlantika Alyansının bölmələrimizin hazırlığına böyük töhfə verdiyini söyləyib. Stefan Fiks də öz növbəsində Azərbaycan ilə qarşılıqlı münasibətlərin daha da inkişaf etdirilməsinin vacibliyini vurğulayıb.
Beləliklə, bu görüşdə verilən isti mesajlar bir daha onu göstərir ki, əməkdaşlığın inkişafında hər iki tərəf maraqlıdır. Azərbaycanın NATO üzvlüyü kimi hədəfi yoxdur, bu doğru strategiyadır. Belə bir hədəfi qoysaq belə Şimali Atlantika Blokuna üzv olmayacağımız bir yana, şimal və cənub istiqamətindən artan təzyiqlə üzləşəcəyik. Bu bizə lazım deyil. Azərbaycan üçün NATO-nun hərbi gücünə görə ikinci ən böyük dövləti olan Türkiyə ilə hərbi strateji müttəfiqliyi gücləndirmək kifayətdir. Buna isə heç kim etiraz edə bilməz, bu reallığı Rusiya və İran da qəbul edib.

Elxan Şahinoğlu
Dünən, 16:00
“Ermənistanla 15 günə də saziş imzalamaq olar, amma...” - TƏLƏSİK SÜLH...
Dünən, 14:33
Prezident “İsa bulağı”nda çay içdi - FOTO
Dünən, 14:22
Bakı Pekin yaxınlaşması - İNCƏLƏMƏ
Dünən, 14:12
Şimali Kipr Prezidenti Füzuliyə gəldi
Dünən, 13:39
Erkən finallara doğru - Mbappe kumiri ilə üz-üzə gələcək
Dünən, 12:59
Belçika Azərbaycana minatəmizləmə üçün 250 min avro ayırıb
Dünən, 12:41
İnternetdə azyaşlı qızların TƏRBİYƏSİZ VİDEOSU yayıldı: polis hərəkətə keçdi
Dünən, 12:20
İlham Əliyev Şuşa sutəmizləyici qurğular kompleksinin açılışında iştirak edib
Dünən, 12:16
Şuşada Aşağı Gövhər Ağa məscidinin bərpadan sonra açılışı olub
Dünən, 12:12
Ərdoğanla Əsəd görüşəcək: Görüş bu ölkədə keçirilə bilər
Dünən, 12:07
Şuşada Dövlət Xidmətləri Mərkəzinin əsaslı təmirdən sonra açılışı olub
Dünən, 11:15
Britaniyada hakimiyyət seçkidə məğlub oldu: Yeni baş nazir bu şəxs olacaq
Dünən, 11:10
Prezident Şuşada “İsa bulağı” istirahət kompleksinin açılışında iştirak edib
Dünən, 10:40
Azərbaycan lideri Xankəndi Konqres Mərkəzinin təməlini qoyub
Dünən, 10:36
Prezident Xankəndidə Qarabağ Universitetində görülən işlərlə tanış olub
Dünən, 10:30
İlham Əliyev “Qarabağ” və “Palace” hotellərinin açılışında iştirak edib
Dünən, 09:40
İlham Əliyev Xocalı hava limanında olub
Dünən, 09:17
Bu gün İranda prezident seçkilərinin ikinci turudur
Dünən, 09:11
Erməni parlamenti hərbi xidmətlə bağlı növbədənkənar toplanır
Dünən, 09:08
TFF Merih Demirelin cəzalandırılması xəbərini TƏKZİB ETDİ - YENİLƏNİB
Dünən, 09:03
Metro və avtobuslarda hansı yeniliklər olacaq? - AÇIQLAMA
Dünən, 08:59
Şimali Kipr Türk Cümhuriyyəti Prezidentinin Azərbaycana səfəri başlayıb
4-07-2024, 16:00
Politico: Bayden fəlakətli debatdan sonra tibbi müayinədən keçir
4-07-2024, 15:40
"Neqodnı"larla bağlı daha bir AÇIQLAMA
4-07-2024, 15:36
Nüvə sistemləri sərhəddə, "qırmızı xətt" olmayacaq - XƏBƏRDARLIQ
4-07-2024, 15:16
İlham Əliyev ŞƏT-in Zirvə toplantısının iştirakçılarının şərəfinə verilən rəsmi ziyafətdə iştirak edib
4-07-2024, 15:12
Azərbaycan lideri Astanada “ŞƏT plyus” formatında görüşdə iştirak edir