Fransa casus şəbəkəsində həbs olunanlar sırasında daha kim var? - Yeni detallar
Siyaset
Oxunub: 38
8 apr 2024 | 11:27
Fransa casus şəbəkəsində həbs olunanlar sırasında daha kim var? - Yeni detallar


“Son günlər Azərbaycanda ifşa olunmuş Fransa casus şəbəkəsi ilə bağlı məsələlər aparıcı fransız mətbuat səhifələrinin geniş müzakirə mövzusuna çevrilib, hətta həbsdə olan Martin Ryanın atası məsələlərdə Fransa kəşfiyyat orqanı DGSE-ni kəskin ittiham edən müsahibələrlə çıxış edib.”

Bu barədə Observer Online yazır.

​06.04.2024-cü ildə yayımlanmış məqalədə qeyd edilir: “Məlum olur ki, Azərbaycanın təhlükəsizlik orqanı tərəfindən iş üzrə həbs edilənlərdən biri də Fransanın Azərbaycandakı diplomatik heyətinə yerləşdirilmiş kəşfiyyatçıları ilə əməkdaşlıq etmiş Azərbaycan vətəndaşı A.Məmmədlidir. O, Fransa vətəndaşlığının verilməsi və maddi təminatla mükafatlandırılma müqabilində Fransa vətəndaşı Martin Ryanla birgə geniş gizli əlaqələr qurulması və region üzrə zəruri informasiyaların toplanılıb ötürülməsi işinə cəlb edilməkdə ittiham olunur, müvafiq yazışmalar artıq Fransanın xeyrinə yox, ziyanına işləməyə başlayıb.

​Həmçinin məlum olur ki, hər 2 şəxs kəşfiyyat rəsmilərinin tapşırığı ilə dünyanın ən böyük bank şəbəkələrindən olan Fransanın nəhəng “Societe Generale” maliyyə konqlomeratının müxtəlif əməkdaşları ilə münasibətlər qurub, A.Məmmədli Bankın Azərbaycan banklarında müxbir hesablarının açılması və digər məsələlərdə banklararası müqavilələrinin tərtibində iştirak edib.

A.Məmmədlinin hansı məqsədlə uzun müddətə Şimali İrlandiyaya göndərilməsinin səbəbləri isə hələ açıqlanmayıb.

​04 dekabrda qeyd olunan şəxslərin həbsindən və Fransa kəşfiyyat şəbəkəsinin uzantılarının ifşasından sonra “Societe Generale” Bankının 07 dekabr 2023-cü il tarixdə Afrikanın 16 ölkəsində nümayəndəliklərinin fəaliyyətini dayandırması xüsusilə diqqət çəkən məqamdır. Az zərərə düşmək üçün Bank özünün Konqo, Ekvatorial Qvineya, Mavritaniya, Çad və digər ölkələrdəki filial qruplarını və törəmə şirkətlərinin əmlaklarını yerli şirkətlərə satmaq şansını əldən verməməyə və qapanmaları müxtəlif adlarla əsaslandırmağa çalışır.

​Məsələ də ondadır ki, ümumi uğursuzluqlar “Societe Generale” Bankının 2017-ci ildən Təhlükəsizlik üzrə Direktoru – əvvəl isə Fransa Silahlı Qüvvələrində Kəşfiyyat və təhlükəsizlik idarəsinin rəhbəri olmuş, “ehtiyatda” olan general Antoine Creux-un tutduğu vəzifəyə uyğunluğu ətrafında müzakirələrə rəvac verib.

​“Societe Generale” həmin bankdır ki, gələcək milyarder Corc Soros hələ 1988-ci ildə bankın konfidensial məlumatları hesabına səhm alqı-satqılarında qanunsuz yolla milyonlarla vəsaitə yiyələnə bilib varlanmış, 2002-ci ildə buna görə məhkum edilmiş, iri həcmdə cərimə cəzası ilə yaxasını qurtara bilmişdi.

​Mövzunu diqqətdə saxlayırıq”.
Dünən, 22:11
Azərbaycanlı “Universal Döyüş”çülər Avropa çempionatından Vətənə 10 qızıl medalla döndülər -Fotolar
Dünən, 16:00
Evə ölməyə göndərilən xərçəng xəstəsi özünü necə sağaltdı: 1975-ci ilin resepti...
Dünən, 15:30
Bakıda daşınmaz əmlakın qiyməti ARTDI
Dünən, 14:22
Dövlət Komissiyası: Natiq Qasımovun qalıqlarının tapılması asan olmayacaq
Dünən, 13:25
İlham Əliyev fərman imzaladı
Dünən, 13:22
30 ildən sonra Türkiyə-İraq sərhədində ilk – Razılıq əldə olundu
Dünən, 13:18
Prezident icra başçısını vəzifəsindən azad etdi - SƏRƏNCAM
Dünən, 11:42
Azərbaycanlı deputatdan Paşinyanı sevindirən çıxış: bu ərazini verməyi təklif etdi - QALMAQAL
Dünən, 11:38
Vətən müharibəsində itkin düşən 6 hərbçiyə şəhid statusu verilib - FOTO
Dünən, 11:34
İlham Əliyev Datuk Mutanq Taqalı qəbul edib
Dünən, 11:30
Blinken və MOSSAD təyyarəsi Səudiyyə Ərəbistanına uçub – Bəzi detallar
Dünən, 10:01
Bir həftədə Rusiyanın 6620 hərbçisi məhv edilib - Pavlyuk
Dünən, 10:00
Ermənistanda hərbi qiyam və çevriliş ssenarisi önə çıxır: Qarabağ klanı ordunu İrəvanın "işğal"ına çağırır
Dünən, 09:46
Çin niyə Türkiyənin hərəkətlərindən narahatdır? - Artan təsir
Dünən, 09:41
Azərbaycan Ukraynada daha 4 obyekti bərpa edəcək
Dünən, 09:36
Füzuli şəhərinə növbəti köç karvanı yola salınıb - FOTOLAR
Dünən, 09:28
Sədərəkdə partlayışda həlak olan şəxslərlə bağlı YENİ DETALLAR - VİDEO
Dünən, 09:25
Ramzan Kadırovun 16 yaşlı oğluna növbəti vəzifə verildi
Dünən, 09:21
Prezident: "Azərbaycan-Ermənistan sərhədində demarkasiyanın başlanması müsbət addımdır"
Dünən, 09:18
Əliyev - Putin görüşməsinə dair yeni və heyrətamiz görüntülər - Rusiya mediası İNDİ YAYDI - VİDEO
Dünən, 09:00
Entoni Blinken Prezident İlham Əliyevə zəng edib
28-04-2024, 09:58
Bu gün görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın doğum günüdür
27-04-2024, 18:03
"Nar"dan sərfəli smartfon təklifi
27-04-2024, 12:38
Azərbaycan hərbçiləri İtaliyada - FOTO
27-04-2024, 12:33
Bazar günü 31 dərəcə isti olacaq
27-04-2024, 10:28
Azərbaycan Ordusunda komanda-qərargah təlimləri başa çatıb
27-04-2024, 09:47
Azərbaycanlılarla taciklər arasında KÜTLƏVİ DAVA: 1 həmyerlimiz öldü